Fuad əLİyev mirabdulla əLİyev


NAXÇIVAN XANLIĞI GÜLÜSTAN MÜQAVİLƏSİNDƏN SONRA VƏ İKİNCİ



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə30/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   ...   25   26   27   28   29   30   31   32   33

62 

 

NAXÇIVAN XANLIĞI GÜLÜSTAN MÜQAVİLƏSİNDƏN SONRA VƏ İKİNCİ RUSİYA — 



İRAN MÜHARİBƏSİ DÖVRÜNDƏ 

 

Gülüstan müqaviləsinə görə, 1813-cü ildə Naxçıvan diyarında mövcud olan 



əvvəlki inzibati quruluş — xanlıq ləğv edildi. Beləliklə, XVII əsrin ortalarında  İran 

hakimiyyətindən xilas olmuş Azərbaycanın müstəqil xanlıqlarından olan Naxçıvan 

xanlığı yenidən İranın əyalətlərindən birinə çevrildi. 

Əvvəllər böyük nüfuza malik Kəlbəli xanı hakimiyyətə gətirməklə şah Naxçıvan 

diyarında öz nüfuzunu artırmağa cəhd edirdi. Lakin Kəlbəli xana olan bu münasibətlə 

İranın hakim dairələri ciddi səhvə yol verirdilər. Gözləri  İran  şahı  Ağa Məhəmməd 

tərəfindən çıxarılmış  Kəlbəli xan qəlbində  şah hökumətinə nifrət bəsləyir, Rusiyanın 

himayəsi altında olmağı daha üstün tuturdu. Rus ordusunun düşmən üzərində qələbəsi 

azərbaycanlıların, o cümlədən Naxçıvan əhlinin də sevincinə səbəb oldu. İran şahından 

asılı  vəziyyətə düşən Kəlbəli xan bir an belə Rusiyanın təbəəsi olmaq fikrindən  əl 

çəkməmişdi. Onun Rusiyaya olan meyli İrana gedərkən yolüstü Naxçıvana gəlmiş 

general A. P. Yermolovla söhbətində bir daha özünü göstərdi.

 [87-88]

 

A. P. Yermolovun diplomatik missiyasının fəaliyyəti tədqiqat obyektinə daxil 

olmasa da, bu hadisə ilə  əlaqədar bəzi məsələlərə toxunmağı  məqsədəuyğun hesab 

edirik. Rusiya ilə müharibədə  məğlubiyyətə baxmayaraq, İngiltərə hakim dairələri 

tərəfindən qızışdırılan  İran hökuməti yenidən müharibəyə hazırlaşırdı. Dörd il 

keçdikdən sonra ingilis zabitləri tərəfindən təlim keçmiş  İran ordusu qüvvə 

topladığından,  şah yeni döyüşlərə başlamaq üçün bəhanə axtarırdı. Ona görə  də  şah 

Talış  və Muğan torpaqlarını Rusiyadan tələb etdi və bu məqsədlə özünün səlahiyyətli 

səfirini Peterburqa göndərdi.  Şahın nümayəndəsi hökumət adından Gülüstan 

müqaviləsinə yenidən baxılmağı tələb etdi. 

Əvvəlcə Fransa və daha sonra İngiltərə  tərəfindən qızışdırılan  İran hökuməti 

Gülüstan müqaviləsinin bağlanmasına baxmayaraq, mövcud sərhədlərə yenidən 

baxılmasını  tələb edirdi. Rus dövləti  şahın «xahişinin» yeni müharibəyə  gətirib 

çıxarmasını istəmirdi. Ona görə də imperator I Aleksandr münasibətləri qaydaya salmaq 

üçün general A. P. Yermolovu xüsusi təlimatla İrana göndərdi. 

İmperatorun Yermolova verdiyi təlimatın bir hissəsi xüsusilə diqqəti cəlb edirdi: 

«Qarabağ  və  Şimali Talışın  İrəvan və Naxçıvan xanlıqları ilə  dəyişdirilməsi məqsədə 

müvafiq olardı»

1

. Bu fikir göstərilən xanlıqların siyasi və strateji cəhətdən daha böyük 



əhəmiyyətə malik olduğunu göstərir. Qəribədir ki, rus diplomatları və konsulları əsasən 

İrana Volqa — Xəzər vasitəsilə gedirdilər. Lakin A. P. Yermolov başqa yol seçərək 

İrana Tiflis, İrəvan və Naxçıvan vasitəsilə getməyi qərara almışdı. A. P. Yermolov 

Gürcüstandan keçərək «... bir sıra sərhəd zonalarını  gəzmiş  və müəyyən yerlərin 

gələcəkdə iranlılara güzəşt edilməsinin rus ordusunun bu sərhəd zonasında mövqelərinə 

necə təsir göstərəcəyini öyrənmişdi»

2



Səlahiyyətli səfirin nümayəndə heyətində 200-dən artıq adam var idi. Mənşəcə 



erməni olan Mədətov, Nəzərov, praporşiklərdən Bəylərov və  Əlixanov səfirin 

                                                            

1

 Mərkəzi Dövlət Hərbi Dəniz Donanması arxivi, f. 19, 4-cü siyahı, -141-ci sənəd, vərəq 14. 



 

2

 Yenədə orada 




63 

 

tərcüməçiləri kimi nümayəndə heyətinin tərkibinə daxil edilmişdilər. A. P. Yermolov öz 



nümayəndə heyəti ilə birlikdə 1816-cı ilin mayında Naxçıvan tərəfdən Azərbaycana 

daxil oldu. 

A. P. Yermolovun İrana səfəri haqqında tarixi ədəbiyyatda lazımi məlumatlar 

vardır. Lakin onun Naxçıvanda olması  və  Kəlbəli xanla görüşü bu günə  qədər 

Azərbaycan tarixi ədəbiyyatında bir sözlə belə xatırlanmır. Hüquqi cəhətdən  İranın 

tabeliyində olsa da Kəlbəli xanın Naxçıvan torpağında A. P. Yermolovla görüşü və 

danışıqları Naxçıvan xanlığının siyasi cəhətdən müstəqilliyini göstərir. 

Azərbaycanda birinci olaraq A. P. Yermolovun görüşünə «öz adamları ilə birlikdə 

Şərur kəndinin sahibi» çıxdı. Rus dövlətinin nümayəndə heyətini qonaqpərvərliklə 

qarşılayan  şərurlular qonaqları onlar üçün Xok kəndində salınmış düşərgəyə  qədər 

müşayiət etdilər. Rus nümayəndə heyətinin Xok kəndinə gəldiyini eşidən Kəlbəli xan, 

öz qaynı Maqsud xanı göndərdi ki, A. P. Yermolovu Naxçıvana qədər müşayiət etsin. 

Onları yolda Kəlbəli xanın iki qardaşı və nəvəsi süvari dəstəsi ilə qarşıladılar. Onlar rus 

nümayəndə heyətini silahlardan yaylım atəşi ilə salamladılar. Naxçıvanın yaxınlığında 

isə A. P. Yermolovu Kəlbəli xan özü qarşıladı. 

Naxçıvanda A. P. Yermolov üçün Kəlbəli xanın qardaşı  Kərim xanın evi 

ayrılmışdı. Kəlbəli xan səfiri həmin evə  qədər müşayiət etdi. Nümayəndə heyətinin 

digər üzvləri gətirdikləri yüklərlə yaxınlıqdakı düşərgəyə aparıldı. 

Bir gün sonra 1816-cı il may  ayının  12-də general A. P. Yermolov öz 

adamlarının müşayiəti ilə  Kəlbəli xanın görüşünə  gəldi. Görüş qarşılıqlı anlaşma 

şəraitində keçdi. Bu diplomatik qəbulun iştirakçısı B. Borozna yazır ki, «bizi qızılgül 

suyu ilə hazırlanmış  qəhvə  və çaya qonaq etdilər... Hər  şey bol idi». Kəlbəli xan 

haqqında isə V. Borozna belə yazır: «... xan özünün bütün bədbəxtliklərinə baxmayaraq, 

gülərüz və hazırcavab idi. O, söhbət zamanı maraqlı lətifələrdən və misallar gətirirdi 

4



Çox güman ki, Kəlbəli xan lətifələri ümumi danışıqlar zamanı gətirirmiş. Lakin A. P.



[89-

90]


Yermolovla şəxsi söhbətlərində isə ciddi məsələlərə toxunur, özünün vəziyyəti, İrana 

və Rusiya dövlətinə olan münasibətləri ilə  əlaqədar məsələlərdən danışırdı. Bu haqda 

səfirliyin jurnalında çox maraqlı faktlar verilir. A. P. Yermolov yazır: «Yaşlı ikən 

gözünü itirmiş bu bədbəxt qoça 20 il ərzində təbəələrindən uzaqlaşdırılmış olsa da heç 

təsəlli tapa bilmirdi». 

Kəlbəli xanın sözlərindən belə nəticəyə gəlmək olur ki, həmin dövrdə Naxçıvan 

xanlığı hüquqi cəhətdən  İrandan asılı olsa da, əslində o, şaha nifrət bəsləyirdi. heç də 

təsadüfi deyildi ki, «ehtiyatlı» İran dövləti Kəlbəli xanın oğlunu «sədaqət naminə girov 

saxlayırdı». A. P. Yermolov yazır ki, Naxçıvanda «...böyük məmnuniyyətlə kor xanla 

görüşdüm. O, İran idarəçiliyinin çürüklüyünü hiss edirdi. Yalnız zor gücünə şaha tabe 

olmağa məcbur idi». A. P. Yermolovla söhbət zamanı  Kəlbəli xan iranlılar haqqında 

ciddiyyət və cəsarətlə danışır. Rusiya idarəçiliyinin üstün olduğunu tərifləyirdi. 

A. P. Yermolov yazır ki, Kəlbəli xan mənim səmimi olduğumu hiss etdiyindən 

heç kimdən və heç nədən çəkinməyərək açıq söhbət edirdi. Xan rus generalı A. P. 

Yermolova demişdi: «Ağa Məhəmməd xan mənim gözlərimi çıxarmışdır. Mənim güclü 

əllərim qisas almağa hazırdır». A. P. Yermolov yazır ki, Kəlbəli xan yenidən 

                                                            

4

 



V. Borozna. Göstərilən əsəri, s. 61; A. E. Sokolov. Göstərilən əsəri, s. 14 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə