Fuad əLİyev mirabdulla əLİyev



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə31/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   ...   25   26   27   28   29   30   31   32   33

64 

 

Naxçıvanda hakimiyyətə qayıtdıqdan sonra xanlığın quruculuq işləri ilə  məşğul 



olmuşdur. O, dünya işığından məhrum olsa da, yaxşı bilirdi ki, birinci Rusiya—İran 

müharibəsi dövründə nəinki onun şəhəri, habelə bütün doğma diyarı dağıdılmışdı. A. P. 

Yermolovla söhbət zamanı  Kəlbəli xan nəinki təkcə öz acı taleyindən, habelə bütün 

Naxçıvan xanlığının vəziyyətindən şikayətlənirdi. A. P. Yermolov yazır ki, Kəlbəli xan 

pəncərə qarşısında oturarkən deyirdi: «... vaxtilə Araz çayı vadisinin gözəlliyi və 

zənginliyinə heyrətlə baxırdım, gözəl bağları və meşəlikləri olan vadini çoxsaylı əhali 

canlandırırdı; İndi mənə deyirlər ki, vadi boş səhralığa çevrilib, keçmiş zənginliyindən 

əsər belə qalmayıb. Yaxşı ki, tale mənim gözlərimi bağladı, vadinin belə  bədbəxt 

gününü və tar-mar olmasını görmürəm. Bu vadini üç əsr mənim nəslim idarə etmişdir. 

Ara müharibələri və şahın ordusu bu bədbəxt torpağı boşluğa çevirdi, işğalçıların hər bir 

addımı xalqın bədbəxtliyinə səbəb oldu. Lakin bu yaxınlarda burada rus ordusu da olub. 

Lakin onlar burada göz yaşı tökdürməyiblər. Ona görə də mənim həmvətənlərim onları 

nifrətlə yad etmirlər»

5



Kəlbəli xanın danışığından aydın olur ki, Naxçıvan xanlığında İran ağalığı formal 

xarakter daşıyırmış. Nəinki xalq kütlələri, habelə şah tərəfindən Naxçıvana göndərilən 

və şahın adamı kimi Kəlbəli xanın özü də İran işğalçılarına nifrət bəsləyir. 

Bir dövlət xadimi kimi Kəlbəli xan uzaqgörənliklə  İranla Rusiya arasında yeni 

müharibə  təhlükəsini sanki hiss edirdi. O, A. P Yermolova demişdi: «İranlıları 

tanıdığım üçün məndə belə fikir oyanmışdır ki, sizin yaratdığınız dostluq uzun müddət 

davam etməyəcək. İnanıram ki, ya onlar xəyanət edib bu dostluğu pozacaq və yaxud da 

sizi bu dostluğu pozmağa məcbur edəcəklər»

6

. Kəlbəli xanın bu fikrinin həqiqət 



olduğunu uzun müddət gözləmək lazım gəlmədi. Məlum olduğu kimi, 1826-cı ildə İran 

hökuməti Rusiyaya qarşı yeni müharibəyə başladı. 

Açıq söhbətdən sonra A. P. Yermolov bir daha Kəlbəli xana təşəkkür edərək 

onunla xudahafizləşdi və öz iqamətgahına qayıtdı. Rus səfirini daha vacib işlər 

gözlədiyindən o, Naxçıvanda uzun müddət qala bilmədi. Ertəsi gün səfir yola hazırlaşdı. 

Bundan xəbər tutan Kəlbəli xan A. P. Yermolovun yanına gəldi və onu Araza qədər 

müşayiət etmək arzusunda olduğunu bildirdi. Lakin general A. P. Yermolov yaşını və 

fiziki imkanlarını nəzərə alaraq xandan xahiş etdi ki, narahat olmasın və evinə qayıtsın. 

Ancaq səfir razılıq verdi ki, Kəlbəli xanın iki qardaşı onu Araza qədər öz atlıları 

ilə müşayiət etsin. Beləliklə, A. P. Yermolov Naxçıvandakı görüşdən sonra öz heyəti ilə 

birlikdə İrana getdi. 

Rus dövlətinin səfiri  İrandan geri qayıdarkən Araz sahilində onu Kəlbəli xanın 

oğlanlarından biri qarşıladı  və Naxçıvan  şəhərinə  qədər müşayiət etdi. Lakin səfirin 

Naxçıvanda qalmağa vaxtı olmadı. O, Peterburqa qayıdıb İngiltərənin köməyi ilə İranın 

Rusiyaya qarşı  hərbi  əməliyyata hazırlaşdığını  xəbər verməyə  tələsirdi. Ona görə  də 

Naxçıvanda qısa müddətli istirahətdən sonra öz yoluna davam etdi. Yola düşməzdən 

əvvəl A. P. Yermolov Kəlbəli xanla qısa görüş keçirdi.

[91-92]


1817-ci il sentyabrın 26-da 

A. P. Yermolov Naxçıvanı tərk etdi. 

General A. P. Yermolov İrandan getdikdən sonra İngiltərənin təzyiqi ilə İran şahı 

Rusiyaya qarşı müharibəyə ciddi hazırlaşmağa başladı. Bu münasibətlə, hər  şeydən 

                                                            

5

 Yermolovun jurnalı, s. 180.—181 



6

 Yenə orada 




65 

 

əvvəl, ordunun yenidən təşkil edilməsinə başladı. Bu sahədə  İngiltərədən gəlmiş 



təlimatçılar xüsusilə  fəallıq göstərirdilər. Yeni təlimatçılar birinci Rusiya—İran 

müharibəsi  ərəfəsində fransızlar tərəfindən təşkil edilmiş qaydaları  ləğv etdirirdilər. 

Əvvəlki vəziyyətin  əksinə olaraq, İran ordusunda İngiltərə  tərəfindən yeni qaydalar 

tətbiq edildi. Beləliklə, ingilis zabitlərinin rəhbərliyi altında İran ordusu yeni döyüşlərə 

hazırlaşdı. 

İran komandanlığı köhnə qalaların gücləndirilməsinə  və yeni dayaq 

məntəqələrinin yaradılmasına diqqəti artırırdı. Belə qalalardan biri Abbas Mirzənin 

«şərəfinə» Naxçıvan yaxınlığında tikilmiş Abbasabad qalası idi. Bu qala fransızlar 

tərəfindən tamamilə yeni üsulda inşa edilmişdi. Mənbədə Abbasabad qalası haqqında 

deyilir: «... qala Abbas Mirzənin zövqünə uyğun avropasayağı tikilmişdir»

7

. Bu qala 



Rusiya sərhəddində  İranın dayaq məntəqəsi hesab olunurdu. Qalanın xarici görünüşü 

düzgün tikilmiş beş bucaqdan ibarət idi. Qala tikilənə  qədər həmin yerdə Astabad 

adında böyük kənd yerləşirdi. O, Yevetski Abbasabad qalası haqqında yazırdı: 

«Abbasabad qalası fransız və ingilis zabitləri tərəfindən möhkəmləndirilmiş beşbucaqlı 

qala idi»

8

. Ehtimal ki, Abbasabad qalası birinci Rusiya— İran müharibəsi dövründə 



tikilmişdir. Çünki 1834— 1835-ci illərdə Naxçıvanda olmuş F. Korf yazmışdı: «Bu 

ölkədə 25 il əvvəl Abbas Mirzə  tərəfindən tikilmiş qala kördüm. Bu qala Abbas 

Mirzənin xidmətində olmuş fransız mühəndisinin planı əsasında tikilmişdir»

9



Abbasabad qalasının dəqiq təsvirini rus tarixçisi N. Nefedyev verir. O, özünün 

1839-cu ildə  nəşr etdirdiyi yol qeydlərində yazır: «... Abbasabad qalası Naxçıvana 

gedən yolun qarşısında dayanmışdı. Mən bu qalaya getməyi özümə borc bildim. Fransız 

mühəndisinin bu əsərinə baxmaq və ehtiram etmək mənim borcum idi. Bu qalanı 

tikintisi 30 il əvvəl həyata keçirilmişdir. Dərin xəndəklər su ilə doldurulmuşdur.  İki 

cərgəli divarlarda atəş açmaq üçün yerlər qoyulmuşdur. Sığınacaqlar və digər müdafiə 

mövqeləri xeyli gücləndirilmişdir. Bu cür müdafiə mövqeləri göstərir ki, bu qala İranın 

dostları  tərəfindən tikilmişdir. Onlar çox uzaqgörənliklə qalanı tikərkən nəzərə 

almışdılar ki, qalanın qarnizonu Arazın üstündəki körpünü görə bilsin və lazım 

gəldikdə» geri çəkilərkən öz təhlükəsizliyini təmin edə bilsin. 

Belə  qənaətə  gəlmək olar ki, Abbasabad qalası  əvvəlcə fransızlar tərəfindən 

tikilmiş, Gülüstan müqaviləsindən sonra isə ingilislər tərəfindən daha da 

möhkəmləndirilmişdi. Hər halda Abbasabad qalası İran ordusunun Cənubi Qafqazdakı 

dayaq məntəqələrindən biri olmaqla bərabər Cənubi Azərbaycanın bir növ qapısı idi. 

Bununla belə  Kəlbəli xan İran dövlətinin bu cür tədbirlərinə baxmayaraq, öz 

oğlanlarının köməyi ilə xanlıqda daxili işləri qaydaya salmağa çalışırdı. Onun İran şahı 

qarşısında əsas vəzifəsi vaxtlı-vaxtında topladığı vergilərin müəyyən hissəsini xəzinəyə 

göndərməkdən ibarət idi. 

20-ci ilin əvvəllərində qocalmış Kəlbəli xan Məkkəyə getməyi qərara aldığından, 

xanlığın idarəsini oğlanlarından birinə — Ehsan xana həvalə etdi. Ziyarətdən Təbriz 

vasitəsilə geri qayıdan ixtiyar yaşlı  Kəlbəli xan 1820-ci ildə doğma vətəndən kənarda 

vəfat etdi. 

                                                            

7

 



П. Зубов. Краткая последней войны Россия с Первой, СПб., 1837г., с.131. 

8

 О.Евецкий. Статическое описание Закавказского края в исходе XVIII в.и сравнение оного с ненешным. СПб.,1835,с. 200. 



9

 Ф.Корф. Воспоминание о Персии. 1834-1835, СПб.,1838,с.77 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə