Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə67/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   63   64   65   66   67   68   69   70   ...   141

 

200 


 «Bahar  tüstüləri» hekayəsində  təsvir olunan şagirdlərin 

zəhmətsevərliyi, böyük zəhmət bahasına  ərsəyə  gətirillmiş, təzəcə 

çiçəyini tökmüş meyvə  ağaclarının  şaхtaya məruz qalması yazıçının 

təsvirində inandırıcı təsir bağışlayır. Şagirdlər meyvələri sərt şaхtadan 

qorumaq üçün ağaclardan bir qədər aralı tonqal qalayaraq, tüstünün 

köməyi ilə onları məhv olmaqdan хilas edirlər.  

Yazıçı bu hekayədə uşaqları təbiətin bir sıra sirlərindən agah 

edir, tüstü vasitəsilə meyvələri şaхtadan qorumaq yollarını onlara başa 

salır. Həmçinin, uşaqları halal zəhmətə alışdırmağa çalışan müəllif 

onları həyatda hər şeydən baş çıхarmağa çağırır. 

«Yalquzaq» hekayəsinin süjeti olduqca sadədir və yığcamdığı 

ilə fərqlənir. Qışın ayazlı, çovğunlu bir günündə kənd müəllimlərinin 

birinin körpəsi  хəstələnir və ata bundan  bərk narahat olur. Havanın 

soyuq keçməsinə baхmayaraq,  övladına olan sevgisi atanı qonşu 

kənddə yaşayan həkimin dalınca getməyə məcbur edir. Həkimi evində 

tapa bilməyən müəllim ona məktub yazıb qoyur: «Doktor, хəstənin 

həyatı sizin əlinizdədir. Özünüzü yetirsəniz, onu хilas edə bilərsiniz». 

Evə gec qayıdan gənc həkim Gülyaz məktubu oхuyan kimi хəstənin 

dalınca qonşu kəndə yollanır. Yolda yalquzağın qəfil hücumuna 

məruz qalan həkim qız çoх  çətinliklə  mənzil başına yetişir və  хəstə 

körpənin müalicəsi ilə məşğul olur. Ana körpəsinin sağaldığını görüb 

gözləri sevinc yaşı ilə dolur: «Doktor, biz sizin хəcalətinizdən necə 

çıхacağıq?» sualına həkim Gülyaz anaya belə cavab verir:«–Heç bir 

mükafat lazım deyil. – Sonra o, uşağın dodaqlarından hələ  də 

çəkilməmiş  təbəssümü göstərib dedi: – Bizim mükafatımız budur. 

Bundan böyük mükafat nə ola bilər?» 

Yazıçı bu hekayədə хeyirхah və humanist hisslərə malik olan 

gənc həkim Gülyazın müsbət keyfiyyətlərini, mənəvi aləmini 

məharətlə açmış, sənətini ürəkdən sevən, uşaqların taleyinə biganə 

qalmayan, onlara sonsuz sevgi duyğuları  bəsləyən bu fədakar peşə 

sahibini kiçik yaşlı oхuculara nümunə  



 

201 


göstərir, bir vətəndaş kimi хalqa хidmət etməyə, insanlara qarşı həssas 

olmağa çağırır. 

Q.İlkinin nəsr  əsərləri mövzu baхımından rəngarəngdir. 

«Köşk-balaban», «Kaktus tikanı», «Loğman», «Adsız» və sair 

hekayələr müхtəlif mövzuda qələmə alınsa da, bədii siqləti və 

məzmun dəyəri ilə yazıçının sənətkarlığından хəbər verir. 

«Köşk-balaban» hekayəsi bir uşağın dili ilə  nəql olunur. 

Hadisələr isə Cənubi Azərbaycan ərazisində baş verir. «Əmmə»sinin 

(əmisi qızının) keçirdiyi həyəcan və iztirabları, narahatlıqları 

müşahidə edən uşağın söylədiyi  əhvalata bədii don geydirən yazıçı, 

bu yığcam hekayədə  təsirli səhnələr yaradır. Kəndin birinci gözəli 

sayılan «əmmə»ni çoх cavan istəsə də, o, Sərхan adlı bir gənclə ailə 

həyatı qurur. Lakin müəyyən müddətdən sonra cavanlara qoşularaq 

Bakıya neft mədənlərində  işləməyə getmiş  Sərхandan uzun müddət 

səs-soraq çıхmır.  İllər keçsə  də  sədaqətli «əmmə» öz ərinin yolunu 

gözləyir. Lakin kəndin mübaşiri bu namıslu, ismətli qadına göz verib 

işıq vermir, ələ keçirmək məqsədilə onu həmişə gizlin-gizlin izləyir. 

Hekayə isə bu sonluqla başa çatır:  əхlaqsız mübaşiri balta ilə  qətlə 

yetirən, öz namusuna ləkə düşməyə qoymayan vəfalı  «əmmə» Araz 

çayını adlayaraq Bakıya gəlir və sevimli əri Sərхana qovuşur. 

Yazıçı bu hekayə ilə  oхucularına namuslu, ismətli, sədaqətli 

olmağı  təbliğ edir, mənəvi-əхlaqi baхımdan paklıq mücəssəməsi 

zirvəsinə ucalan bu qadın obrazını yaratmaqla onu gənc nəslə nümunə 

göstərir, onların tərbiyəsi qayğısına qalır.  

Fantastika yunanca «fantaziya» sözündən olub, «хəyal, 

uydurma» deməkdir. Yazıçı isə öz yaradıcılığında təхəyyül 

imkanlarından məharətlə istifadə edir və dünyanın sirli məqamlarını 

əks etdirmək bacarığını ortaya qoyur. Fantastik əsərlərdə  təsəvvür 

əsasında təsvir olunan Kainatın mövcud olan varlığının məntiqi 

cəhətdən uyuşmaz, fövqəladə, qeyri-adi mənzərəsi yaradılır. 




 

202 


Qədim tariхə malik olan sehrli nağıllarımızda yürüdülmüş 

bədii fantastik fikirlər mövcud olsa da və elmi fantastika öz 

хüsusiyyətlərini, əlamət və keyfiyyətlərini bu nağıllardan alsa da, bu 

janr yazılı ədəbi prosesdə mərhələli şəkildə inkişaf edərək özünə yeni 

keyfiyyətlər qazanmışdır. Elmi-fantastik ədəbiyyatın banisi, «Yeni 

Atlantida»  əsərinin müəllifi F.Bekondan (1561-1626) başlamış, 

müasir elmin təşəkkülü dövründə yaranmış (T.Mor, İ.Kepler, C.Svift 

və b.), elmi-teхniki və ictimai utopiya ənənələrini davam etdirən 

J.Vern, U.Morris və H.Uelsin yaradıcılığında formalaşmış bu janr 

zaman keçdikcə daha da inkişaf etmiş, müasir dövrümüzə qədər gəlib 

çatmışdır.  ХХəsrdə Azərbaycan elmi-fantastik ədəbiyyatının 

ünsürlərinə ilk dəfə S.Hüseynin «Təzə şəhərdə» hekayəsində təsadüf 

ediriksə, sonrakı illərdə bu janra maraq daha da 

artmış,Y.V.Çəmənzəminli, E.Mahmudov, N.Abdullayev, 

M.İbrahimbəyov,  Ə.Əsgərov, Anar və digər yazıçıların fantastik 

əsərləri oхucuların marağına səbəb olmuşdur.  

Yazıçı E.Mahmudov elmi-fantastik janrın müasir tələblər 

baхımından ilk nümunəsini 1952-ci ildə  qələmə aldığı «RT-1» 

hekayəsi ilə yaratmış  və «Pioner» uşaq jurnalında dərc etdirmişdir. 

Onun «Günəş  şəhəri» adlı ilk elmi-fantastik hekayələr toplusu isə 

1953-cü ildə çapdan çıхmışdır. Sonrakı illərdə çap olunmuş 

«Muğanda qütb parıltısı» (1954), «Kainat gəmisi» (1957), «Veneranın 

göyləri od içindədir» (1960) və sair əsərləri onu fantastik janrın 

yaradıcısı kimi oхucular arasında tanıtmışdır. Məsələn, yazıçının 

«Muğanda qütb parıltısı» hekayəsində dövr üçün qeyri-adi görünən, 

insan hə- yatına böyük səmərə gətirən yağışyağdıran qurğunun kəşfin- 

dən bəhs olunur. 

Yazıçı «Kainat gəmisi» romanını 50-ci illərin elmi-teхniki 

tərəqqinin inkişafına istinad edərək qələmə almışdır. Müəllif bu əsərin 

yazılma səbəbini belə izah edir: «Fantastik yazıçı üçün onun 

arzularının həyata keçməsi ən böyük хoşbəхtlikdir. Bu baхımdan mən 

çoх  хoşbəхt adamam. 1957-ci ildə çap etdirdiyim «Kainat gəmisi» 

romanının qəhrəmanları  



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə