34
çevrilmişdilər.
- Sezar Qalliyada möhkəmlənməklə hərbi baxımdan güclənə bilər və bu
ona Romada hakimiyyəti ələ
keçirməyə imkan verərdi.
Bu dövrün öyrənilməsi üçün əsas mənbələrdən biri Sezarın yazdığı 8 kitabdan ibarət “Qalliya
müharibələri” adlanan qeydləridir. Bu əsərdə qədim dünyanın adət-ənənələrindən tutmuş, o dövrki siyasi
xadimlərin diplomatik ustalıqlarına qədər materiallar əldə etmək mümkündür. Sezarın apardığı mübarizədə kelt
tayfalarına qarşı mübarizə ağır olmuşdur. Bunlar döyüşkən tayfa olsalar da, Sezar onların ram olunmasına
çalışırdı. Ancaq kelt tayfaları hər şeyi yandırmış və qərbə doğru köç etmişdilər. Kelt tayfalarının qüdrəti bütün
Qalliyaya məlum idi. Onların tabe edilməsi Sezarın Qalliyadakı fəalliyyətinə uğur gətirə bilərdi. Keltləri izləyən
Sezar hiss etdi ki bu tayfalar romalılara qarşı döyüşə girməkdən yayınırlar.
Sezarın kəşfiyyatı müyyənləşdirmişdi ki, kelt kahini öz tayfa başçılarına yeni ay çıxana qədər
müharibəyə girməməyi tapşırmışdır. Bu, Sezarın kelt tayfalarını ram etməsinə və əvvəlki yaşayış yerlərinə
qaytarmasına imkan verdi. Senat Sezarın Qalliyadakı uğurları şərəfinə Romada 15 günlük bayram tədbirləri
həyata keçirməli olmuşdu. Qalliya müharibələri Sezara elə şöhrət gətirdi ki, bu ona Romada öz diktaturasını
yaratmağa imkan verdi.
E.ə. 49-cü ildə Sezar Romada hakimiyyəti ələ keçirdikdən sonra (e.ə.49-44) tiranlıq yaratmış və qısa
müddət olsa da xarici siyasətlə bağlı bütün fəaliyyəyləri özündə birləşdirmişdi.Sezarın
istəmədiyi adam səfir
gedə bilməzdi.
Sezarın ölümündən sonra Romada II triumvrat formalaşdı. Buraya Sezarın varisi Oktavian və etibarlı
sərkərdələrdən Antoni və Lepid daxil idilər. II Triumvratın fəaliyyəti nəticəsində respublika tərəfdarları e.ə. 42-
ci ildə baş vermiş Filippi döyüşündə darmadağın edilmiş və e.ə.31-ci ildə Romanın tarixində imperiya dövrü
başlamışdı. 44 il hakimiyyətdə olan Oktvian Avqust senatın və konsulların fəaliyyətini özündə birləşdirdi və
onun icazəsi olmadan heç kəs səfir göndərilə bilməzdi. Xarici siyasət məsələləri imperatorun əlində olsa da,
sənədlərin hazırlanması ilə imperator dəftərxanası məşğul olurdu. Çox keçmədən dəftərxananın səlahiyyətləri
(imperatolrun şəxsi dəfətərxanası «ərizələr xidməti» adlanırdı) daxili və xarici siyasət idarələri arasında
bölündü.
İmperiyannı sonlarına doğu xarici siyasətdə barbarlarla müttəfiqlik müqavilələri xüsusi əhəmiyyət kəsb
etməyə başlamışdı. Belə müqavilələr eramızın I-II əsrlərinə təsadüf edirdi. Bu Romanın zəifləməsi ilə bağlı idi.
Romalılar barbar tayfalarının hücumlarının qarşısını almaq üçün german və ya başqa tayfalarla ittifaqa girməyə
məcbur olurdular. Müqavilələr 3-4 bənddən ibarət idi. Müqavilələrdə Romanın müttəfiqləri taxılla təchiz etməsi,
müttəfiqlərin isə Romanı digər barbarların hücumundan qorunması öz əksini tapırdı. Eramızın 395-ci
ilində
imperator Feodosi Romanı iki oğlu - Qonori və Arkadi arasında bölüşdürdükdən sonra imperiyanın hər iki
hissəsi o dövrə qədər mövcud olmuş təsisatlarа ayrıldı.
6.2. Romanın respublika və imperiya dövrü diplomatiyası
İtaliyanın işğalı Romanı Aralıq dənizi regionunun qüdrətli dövlətinə çevirmişdi. Romanın beynəlxalq
əlaqələrində Misir, Suriya, Parfiya və Karfagen mühüm yer tuturdu. Karfagen şəhəri ilə iqtisadi əlaqələr hələ
e.ə. IV əsrdən başlamışdı. Siciliya, Sardiniya və Korsikanı tutduqdan sonra Karfagen tacirləri tez-tez Romaya
gəlirdilər. Onların gəmiləri Romanın başqa ölkələrlə ticarətində də iştirak edir, Romaya Karfagen tacirləri xəz,
gön, fil sümüyü, meyvə, şərab, ağac məmulatı, şüşə, güzgü, boya, əlvan parçalar və s. gətirir,
Romadan isə mal-
qara, taxıl, duz, yağ, zeytun yağı və s. aparırdılar. E.ə. 273-cü ildə Misir padşahı Ptolomey Romaya elçi
göndərərək “İttifaq və dostluq” yaratmağı təklif etmiş, Roma da cavabında oraya nümayəndəlik göndərmişdi.
İtaliyanın işğalının başa çatması, Kapuya, Tarent, Neapol, Brundiziya və s. liman şəhərlərinin tutulması
romalılarının dəniz ticarətinin genişləndirməsinə şərait yaratmışdı. Romalılar öz müttəfiqlərinə və tabe edilmiş
şəhərlərə bilavasitə xarici ölkələrlə iqtisadi əlaqə saxlamağı qadağan etmişdilər. Xarici əlaqələrin saxlanılması
Roma dövlətinə məxsus idi.
E.ə. V-III əsrlərdə Romanın İtaliyanın işğalını başa çatdırması onun Karfagenlə qarşılaşmasına səbəb
oldu. Karfagen Aralıq dənizindən keçən ticarət yollarını öz nəzarətində çaxlayırdı və dəniz ticarətindən böyük
gəlir götürürdü. Roma tacirlərinin mənafeyi isə Siciliya, Sardiniya və Korsika adalarının ələ keçirməsini tələb
edirdi. Təsadüfi deyildi ki, senatın qərarı ilə Romada güclü hərbi dəniz donanmasının yaradılması işinə başlandı.
Romalılar karfagenliləri punlar adlandırırdılra ki, buna görə də Roma-Karfagen müharibələri Pun müharibələri
adını almışdı. Birinci (e.ə.264-241) və ikinci (e.ə.218-201) Pun müharibələri gedişində Karafagen ağır
məğlubiyyətə uğradı və Romanın asılılığına düşdü.
Qun müharibələri dövründə romalılar Şərq ölkələri ilə o qədər də maraqlana bilməmişdilər. Şərqdə
ellinist dövlətlərin arasında gedən çəkişmələr, xüsusilə Yunan ittifaqları arasındakı müharibələr Romanın
Yunanıstanda işğalçılıq siyasəti üçün əlverişli şərait yaratmışdı.
İki Pun müharibəsi, Şərqi Aralıq hövzəsi dövlətləri ilə müharibələr Romanı Aralıq
dənizinin ən qüdrətli
dövlətinə çevirmişdi. Lakin Aralıq dənizində Karfagen dövlətinin qüdrəti hələ tamam sarsılmamışdı. Romanın
başının Şərq ölkələri ilə qarışmasından istifadə edən Karfagen yenidən öz iqtisadi və hərbi qüdrətinin artırmağa
35
başlamışdı. Karfagenin iqtisadi tərəqqisi Roma tacirlərini, sələmçiləri, eləcə də patrisiləri narahat etməyə
bilməzdi.
Roma senatında antikarfagen əhval-ruhiyyəli bir qrup Karfagenin tamamilə məhv edilməsini tələb
edirdi. Bu qrupun başında senator Mark Porsi Katon (böyük) dururdu. O, həmişə çıxışlarının «Mən hesab
edirəm ki, Karfagen mütləq dağıdılmalıdır» sözləri ilə qutarırdı.
Romanın apardığı müharibələrdə diplomatiyanın rolu böyük olmuşdur. Bu zaman Roma diplomatiyası
öz xarici siyasət məqsədlərini pərdələmək və ona bəraət qazandırmaq üçün azadlıq, insanpərvərlik,
ədalət,sədaqət kimi anlayışlardan geniş istifadə edirdi.
Diplomatiyada düşmən ölkələr daxilində müxtəlif partiyalar təşkil etmək, şəhər və dövlətləri
vuruşduraraq
zəif salmaq, “parçala və hökmranlıq et” üsulları geniş tətbiq edilirdi.
Roma diplomatiyası onun hegemonluq uğrunda mübarizəsinə xidmət edirdi. Əvvəllər romalıların başqa
ölkələrdə nümayəndəlikləri olmamışdı. Beynəlxalq əlaqələrin qurulmasında elçilərdən istifadə edilirdi. Bu işə
şahlıq dövründə olduğu kimi, beynəlxalq qayda-qanunların gözlənilməsinə nəzarət edən kahinlər kollegiyası
baxırdı. Sonralar bu iş xüsusi elçilərə- leqatlara tapşırıldı. Elçi senat tərəfindən təyin edilir və ona xüsusi
imtiyazlar verilirdi. Tədricən elçiləri qəbul etmək və danışıqlar aparmaq qaydaları protokollaşır və ənənəyə
çevrilirdi.
Romanın xarici siyasətində Parfiya dövləti ilə münasibətlər mühüm yer tuturdu. Parfiya və Roma
arasında diplomatik əlaqələr e.ə. I əsrin əvvəllərindən başlayır. Hələ e.ə. 92-ci ildə Sualla Kappadokiyada olan
zaman onun yanına gəlmiş Parfiya elçiləri Pont padşahı VI Mitridat Yevpatora qarşı Romaya ittifaq təklif
etmişdilər. O, zaman Parfiya padşahı II Mitridat idi və beynəlxalq vəziyyət Parfiyanın xeyrinə idi.
Bununla belə, Pompeyin e.ə.6-65-ci illər Cənubi Qafqaz yürüşü və burada qazandığı uğurlar
Parfiya-
Roma münasibətlərini pisləşdirdi və Roma ilə ilk toqquşmaya gətirib çıxardı.
Parfiyanın vəziyyətini mürəkəbləşdirən məsələlərdən biri də ölkə daxilində hakimiyyət uğrunda gedən
mübarizə idi. Ölkədə yaramış iki güclü qruplaşma arasında gedən bu mübarizədə taxt-tacın bir neçə varisi
öldürülmüş, son nəticədə hakimiyyətə gələn III Orod isə Romanın tələblərini qəti olaraq rədd etmişdi. Bu isə
Roma-Parfiya münasibətlərinin tamamilə pozmuş, iki ölkə arasında müharibə vəziyyəti yaranmışdı.
I triumvirat üzələrinin hamısı Parfiyaya qarşı mübarizədə maraqlı idilər. Bu müharibə Krassı xüsusilə
cəlb edirdi. O, Parfiyada şöhrət və çoxlu sərvət əldə edəcəyi xəyalında idi. E.ə. 54-cü ildə Krass
Mesopotamiyaya soxuldu. Lakin Karr yanında döyüşdə (e.ə.53-cü il) əvvəlcə oğlu, sonra isə özü həlak oldu. Bu
müharibədə 2000 Roma əsgəri öldürüldü, 10000 nəfəri isə əsir düşdü. Bütün Mesopotamiya parfların əlinə
keçdi. Parfiya qüdrətli dövlət oldu və Şərqdə Romanın ən böyük rəqibinə çevrildi. Əsir düşmüş Roma
əsgərlərini isə diplomatik yollarla Avqust geri qaytarmışdı.
Oktavian Avqust hakimiyyətinin ilk dövrlərindən imperiyanın sərhədlərini “təbii sərhədlərə” çatdırmağa
çalışırdı. Bunun üçün İspanıyanın işğalı başa çatdırılmalı idi. Halbuki orada yerli
kantabrilər qonşu tayfalara
birləşərək Romaya qarşı kəskin müqavimət göstərmiş, astur tayaları romalılara böyük tələfat vermişdilər. E.ə.
26-25-ci illərdə Oktavian İspaniya əməliyyatına şəxsən rəhbərlik etməli olmuşdu. İspaniyanın işğalı e.ə. 19-cu
ildə gərgin mübarizədən sonra başa çatdı. Məhz bu Qalliyanın işğalını başa çatdırmağa imkan etdi. Bütün
Qalliya tutularaq 3 böyük əyalətə (Akvitaniya, Luqudun Qalliyası və Belgika) parçalandı. Qallar üzərinə ağır
vergi qoyuldu.
Şərqə münasibətdə xüsusilə, Parfiya ilə ziddiyyətlər danışıqlar yolu ilə nizama salınmışdı. Avqust öz
sələflərinə nisbətən Şərqdə, xüsusən Parfiya ilə münasibətlərində çox ehtiyatlı olub, açıq döyüşlərdən uzaq
durmağı və danışıqlar yolu ilə münasibətləri nizama salmağı üstün tuturdu. Daxili çəkişmələrdən, hakimiyyət
uğrunda gedən mübarizədən ehtiyat edən Parfiya şahı IV Fraat da açıq döyüşlərə girməkdən çəkinirdi.
Parfiya-Roma münasibətlərində ziddiyyətli məsələlərdən başlıcası Cənubi Qafqaza münasibət idi. Bu
məsələ sonralar sasanilərin də Bizans imperiyası ilə münasibətlərində mərkəzi yerlərdən birini tuturdu.
Aralıq dənizi regionu dövlətlərinə münasibətdə Roma imperatorları ənənəvi ehtiyatlı siyasət
yeridirdilər. Buranı ələ keçirmək asan, möhkəmlənmək isə olduqca çətin idi. Təsadüfi deyildi ki, yalnız
uzunmüddətli hazırlıqdan sonra İudeya və Suriya da Roma imperiyasının tərkibinə qatılmışdı. Roma Hindistan
ilə də ticarət əlaqələri saxlayırdı. Avqust özü iki dəfə Hindistan elçilərini qəbul etmiş,
Cənub Şərqi Asiya
ölkələri, xüsusilə Çinlə maraqlanmışdı.
Aqustun yaratdığı siyasi quruluş bir neçə əsr davam etmişdi. Lakin hakimiyyətin irsən nəsildən-nəslə
keçməsi haqqında hələ xüsusi qanun verilməmişdi. Buna baxmayaraq, onun nəslindən olan adamlar uzun
müddət hakimiyyəti öz əllərində saxlamışdılar.
Klavidinin imperatorluğu zamanı dövlət aparatının formalaşması prosesi əsasən başa çatdırılmışdı.
İmperiya dəfətərxanasında bir sıra yeni idarələr yaranmışdı ki, bunlardan “buyuruqlar xidməti”idarəsi mühüm
əhəmiyyətə malik idi. Onun başında Klavdinin şəxsi katibi, keçmiş qul, sonradan azadlığa buraxılmış Narsis
dururdu. Dövlətin mühüm işləri, daxili və xarici siyasət, hərbi işlərə nəzarət bu idarəyə məxsus idi. Romanın
Şərq siyasətinin istiqamətləri, Şərq ölkələri ilə ticarət əlaqələrinin
genişləndirilməsi, dəniz ticarəti kimi ideyalar
məhz Narsisə məxsus idi. Narsisin fəaliyyətində xüsusi yer tutan məsələlərdən biri də Roma ordusunun