Uzun illər gəzdi o əldən-ələ,
Onu hər kəs istərdi
əzbər bilə.
YetiĢdi nəcibzadə bir pəhləvan -
Ağıllı, cəsarətli, söz anlayan,
Qədim dövr tarixini öyrənən,
Əsatirə min dürlü məna verən.
Bütün ölkədən yığdı
möbidləri,
Tapılsın deyə hər sözün cövhəri.
Bəli, bu tarixçi, əsatirçi (mifçi) "qəhrəman" möbidləri (din xadimlərini, din böyüklərini) də bir
araya gətirib, nə edir?
Böyüklər ona söylədi birbəbir
Qədim Ģahların
macərası nədir.
Rəvayətləri dinlədi qəhrəman,
Gedib baĢladı
bir böyük dastan.
O da dünyada qoydu bir yadigar,
Böyüklər onu hörmət ilə anar.
Buradan hamıya aydındır ki, Firdovsinin dediyinə görə, bu əfsanə, əfsun, rəvayət və qədim
tarixləri iki ayrı-ayrı nəsil yazıbdır. Firdovsi sonra "ġair Dəqiqinin dastanı" bölməsində əvvəlki
fikrini davam etdirərək yazır:
Kitabdan bu dastanları bir zaman
Seçib, sevdi söz qədrini anlayan.
Ağıllı, bilikli
adamlar ki var,
Bu dastanların aĢiqi oldular.
YetiĢdi, nəhayət, igid bir cavan -
Gözəl söz deyən, təbii, Ģeri rəvan.
Dedi: - Bu kitabı çəkim nəzmə mən.
Ona "afərin" söylədi hər görən.
… …
Qara bəxt əlindən alıb içdi cam,
Ölüb getdi,
qaldı əsər natamam.
Buradan hamıya aydındır ki, Firdovsi Ģair Dəqiqinin yazdığı "ġahnamə"dən danıĢır. Belə ki,
Dəqiqi də keçmiĢ əfsanələri, əfsanələĢdirilmiĢ (mifləĢdirilmiĢ) Ġran-fars tarixini nəzmə çəkmiĢ,
min (1000) beyt (2 min misra) yazmıĢdır. Dəqiqini öz xidmətçisi gənc yaĢında öldürmüĢ, əsər
yarımçıq (natamam) qalmıĢdır. Firdovsi həmən "ġahnamə"ni götürmüĢ, həmən Ģer vəzni ilə
davam etdirmiĢdir. Dəqiqinin min beyti indi Firdovsinin adına yazılan "ġahnamə"dədir.
Dəqiqinin yarımçıq (natamam) "ġahnamə"sini bitirmək niyyətində olan Firdovsi yazır:
Dedim onda mən: -Bəxtim
olsa kömək
Yazıb bu kitabı bitirmək gərək.
Deyirdim: -Bu iĢdə geciksəm əgər,
Girər ortaya baĢqa bir bəxtəvər.
Gördüyümüz kimi, həmin dövrdə ərəb iĢğalı altına düĢmüĢ farslar ərəb xilafətinin dağılıb tam
parçalanmasından istifadə edərək fars ruhunu yenidən dirçəltmək üçün öz əfsanəli tarixlərinə
əl atmıĢdılar. Firdovsi davam edir:
ġəhərdə dost idi mənə bir nəfər,
Yanımda əzizdi o, canım qədər.
Mənə söylədi: -Fikrinə afərin,
Sənin tutduğun doğru yoldur, yəqin.
Tapıb
pəhləvicə bu
dastanı mən
Gətirrəm, yolundan geri dönmə sən!
… … …
Cəsarətlə çək nəzmə
"ġahnamə"ni,
Böyüklər böyük iĢlə sevsin səni.
Yazıb mətni
dostum gətirdi mənə,
Yeni canla ilham yetirdi mənə.
Firdovsinin bu dostu da çoxlu mətnlər toplamıĢ, özü də bir çox mətni nəzmə çəkmiĢdir. O,
bütün bunları Firdovsiyə verir və deyir:
Deyirdi: -Yazarsansa "ġahnamə"ni,
ÇalıĢ, Ģahlara çatdır o töhfəni.
Bəlli olduğu kimi Firdovsi və onun dostu sözsüz ki, türk sultanı Mahmud Qəznəvini (969/70-
1030) nəzərdə tuturdular. Firdovsi "Sultan Mahmudun vəsfi" adlı bölmədə yazır:
O gündən ki yoxdan var olmuĢ cahan,
Hələ gəlməmiĢdir belə hökmran.
… …
Bəzək verdi dünyaya baĢdan-baĢa,
Dönər altuna, əl vurarsa daĢa.
Oyandı mənim taleyim bir zaman,
DüĢündüm: -BaĢımdan çəkilmiĢ duman.
Dedim: -
Ġndi, artıq, olar söz demək,
Keçən əsrlər olsun aĢkar gərək.
Bəli, göründüyü kimi, hər Ģey aydındır. Türk hökmdarları ərəb ağalığını yenmiĢdilər, əcəmi
(qeyri-ərəbləri) ərəb zülmündən xilas etməkdə idilər. Bundan ustalıqla yararlanan farslar türk
qılıncına sığınaraq, öz milli keçmiĢlərini yenidən tərənnüm edərək bütün ciddi-cəhdləri ilə fars
milli ruhunu və fars Ģovinizmini dirçəltməyə çalıĢırdılar. Nə yazıq ki, türklərin əli, pulu, qızılı,
himayəsi sayəsində dirçəldilən bu fars Ģovinizmi əslində ərəblərdən daha çox türklərə qarĢı
idi, açıq-aydın fars Ģovinizmi türk düĢmənçiliyi demək idi. Bütün fars tarixi, fars əfsanələri,
"keçən əsrləri aĢkarlayan" farsdilli əsərlər türklərin təmsil etdiyi Turanla farsların təmsil etdiyi
Ġran arasında gedən müharibələrə həsr edilmiĢ, həyatda tam tərsinə olduğu - yəni həmiĢə
türklərin qələbəsi olduğu halda yazıda farsların qələbəsi tərənnüm edilmiĢ, dünyada yaxĢı,
bəĢəri nə varsa farslar, fars hökmdarlarının ayağına yazılmıĢdır. Dünyada ilk dövləti farslar
yaratmıĢ, fars hökmdarları bütün dünyaya hakim olmuĢ, dünyada ən gözəl varlıqları fars
Ģahları tapmıĢ, yaratmıĢ, bəĢərin istifadəsinə vermiĢ, daha nələr, nələr. Bir-iki misal: Firdovsi
"Kəyumərs" baĢlıqlı bölmədə yazır:
Ata söyləmiĢ
oğluna bir xəbər,
Gəzər dilləri, keçsə də əsrlər.
Cahanda kim ilkin olub hökmdar,
Böyüklər ona göstərib etibar?
Qədim dövr tarixini
izləyən,
Böyük Ģahlar haqqında
dastan deyən
DemiĢ: -ġah birinci Kəyumərs idi,
BaĢa tac qoyub, "padiĢaham" dedi.