Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə21/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   45

gedib Həsən ağa kimi adama yalvar-
maram. Qoy uşaqları qovsunlar.
Usta Zeynal bunu eşitdikdə dedi:
– Mirzə, mən səni sınayırdım. İndi
görürəm ki, sən ağır günündə də ge -
dib heç kəsin ayağına yıxıl maz san.
Gəl mən sənin uşaqlarının təhsil
haq qına şərik olum. İldə səksən
manat sənin üçün ağır yükdür. Amma
qırx manat döy-sındır düzəldərsən
Mirzə Səfər usta Zeynalın boy-
nunu qucaqlayıb üzündən öpdü... 
Mirzə Səfərin oğlanları ikisi də bir
ildə məktəbi tamam etdi. 
* * *
Bir gün Mirzə Səfər Ras ta ba zar dan ötərkən qulağına səs gəldi. Dö nüb
gördü ki, onu səsləyən Həsən ağa  dır, tacir Hacı Qulunun düka nın da otu-
rub oradan əl edir.
Mirzə Səfər Həsən ağaya tərəf getdi. Həsən ağa bir az söhbətdən son -
ra Mirzənin uşaqlarına ali təhsil vermək arzusunda olduğunu görüb dedi:
– A kişi, sən bir kasıb adamsan, ali təhsil görmüş uşaqları sən ney lə -
yirsən? Ali təhsilin ildə min manatdan çox xərci var. Sənə varlılarla tarazıya
gir mək nə yaraşar? Yorğanına bax, ayaqlarını uzat!
Mirzə bu sözlərin cavabında dedi:
– Üç il bundan qabaq uşaqlar haqqında etdiyiniz yaxşılıq indi də mənim
yadımdan çıxmır.
Mirzə Səfərin eyhamını başa düşən Həsən ağanın rəngi dəyişdi, qə -
zəbləndi. Bunu görən Mirzə:
– Ovqatınız təlx olmasın, ağa. Nə vaxt qapınıza çörəyə gəlsəm, bu
sözləri deyərsiniz. Ancaq uşaqlarımın gələcəyinin fikrini özüm
çəkəcəyəm, – deyib mü rəx xəs oldu.
* * *
...Mirzə Səfər ölüm bəstərində idi. Oğlanları onun keşiyində dayanmış -
dı lar. Usta Zeynal da bir tərəfdə məyus əyləşib dostunun üzünə baxırdı.
Mirzə gözlərini açdı, oğlanlarını yanına çağırdı.
5. Mətndə “Mirzə Səfərin eyhamı” dedikdə nə nəzərdə tutulur?
6. Göy rənglə verilmiş cümlədə hansı söz dırnaq içində yazıla
bilər?
73
FƏRD VƏ CƏMİYYƏT


– Balalarım, sizin yolunuzda nə qədər çalışıb məramıma çatmışam.
Cəmi ömrümü işimdə təmiz olmuşam. Bir adama yaltaqlıq eləməmişəm,
sizə mənim vəsiyyətim: ac qalsanız da, Həsən ağa kimi adamlara gedib
yalvarmayın. Onuntək adamlardan uzaq qaçın. Siz təmiz, namuslu dola -
nır sınızsa, həmişə uğur sizi tapar. Mən gedirəm. Sizə ikinci vəsiyyətim: bu
usta Zeynalı həmişə ata gözündə görərsiniz. Mən dünyada ancaq onda
eti bar gördüm.
Mirzə Səfər bu sözləri deyib həmişəlik gözlərini yumdu.
Əbdürrəhimbəy Haqverdiyevin eyniadlı hekayəsi 
əsasında işlənmişdir.
Söz ehtiyatı
7. Lüğətdən istifadə edərək  “qəza”, “şax”, “əfsus etmək”, “qeyz lən -
mək”, “mə  da  xil”, “eyham”, “təlx olmaq”, “mürəxxəs”, “bəs tər”,
“mə ram”  söz lə    ri nin  mə na sını  aydınlaşdırın. 
8. “Maaşına kifayət etmək”, “döy-sındır düzəltmək” və “varlılarla
tarazıya gir mək” ifadələrini necə başa düşürsünüz? Onları hansı
ifadələrlə əvəz etmək olar? 
Düşün və cavab ver
9. Mətndəki məlumatlardan istifadə etməklə sillogizm qurun və eda -
diyyə məktəbində təhsilin neçə il davam etməsini müəyyənləşdirin.
10. Debat: 
1. Mirzə Səfər oğlanlarının xətrinə Həsən ağa ilə dil tapmağa ça lış -
malı idi.
2. Oğlanları təhsillərini davam etdirə bilməsə də, Mirzə Səfər Həsən
ağaya yalvarmalı deyildi.
Dil qaydaları
11. Mətndə altından xətt çəkilmiş söz və ya söz birləşmələrindən
hansı:
•hərəkətin miqdarını bildirir?
•hərəkətin zamanını bildirir?
•hərəkətin tərzini bildirir?
•hərəkətin yerini bildirir? 
74
III BÖLMƏ


12. Altından xətt çəkilmiş zərfliklərin sualını və ifadə vasitəsini  müəy -
yən edin.
1. Sözü ürəksiz demə ki, ağızdan tökülər, gərəksiz demə ki, eşidənlər
gülər.
2. Bulud nəm çəkəndə ürək qəm çəkər.
3. Cavanlıqda işləsəniz, qocalıqda rahat yaşayarsınız.
4. Dənizçinin məharəti fırtınalı dənizdə məlum olar. 
5. Vaxtın ötüb-keçməsi üçün deyil, öyrənmək üçün oxumalısan. 
13. Cümlələrdən zərflikləri tapıb məna növünü müəyyən ləş dirin.  
1. Uzaqdan baxana döyüş asan görünər.
2. İlk coğrafi təsəvvürlər qədim Şərqdə yaranmışdı.
3. Paxıl olduğu üçün bütün gözəlliklərə kordur.
4. Yuxarıda – böyük çadırın qabağında bir ocaq hələ də közərirdi.
5. Böyük məqsədlərə çatmaq üçün kiçik istəklərdən imtina etməyi
bacarmaq lazımdır.
6. Kasıblıqdan əziyyət çəkəndə Pablo Pikasso çəkdiyi şəkilləri
yandırıb isinirdi.
7. Şərikli qazan gec qaynayar.
8. Yuxarıda yeri yoxdur, aşağıda özü oturmur.
9. Söyləmədiyimin əzabını heç zaman çəkməmişəm. 
(Ksenokart)
10. O mənə dəfələrlə demişdi. 
Zərflik cümlədə xəbərlə bağlı olub hərəkətin icrasını müxtəlif cə -
hətdən izah edir. Bu da zərfliyin məna növlərini yaradır: tərz, zaman,
yer, səbəb, məqsəd, kəmiyyət və ya dərəcə.  Zərflik 
necə? nə cür?
haraya? harada? haradan? nə vaxt? nə zaman? nə qədər? nə dərəcədə?
niyə? nə üçün? nə səbəbə? nə məqsədlə? sual larından birinə cavab
verir. 
Qatar  ağır-ağır (necə?) yerindən tərpəndi. 
Bir neçə gün əvvəl (nə zaman?) buraya (haraya?)  gəlmişdi. 
Bu məsələdə səninlə tamamilə (nə dərəcədə?) şərikəm.
İcazəsiz getdiyin üçün (nə üçün? nə səbəbə?) izahat yazmalısan.  
Yeni eksponata baxmaq üçün (nə üçün? nə məqsədlə?) camaat
muzeyin qabağında növbəyə düzülmüşdü.
Yadda saxla!           
ZƏRFLİK
~~~~~~~~~ 
~~~~~~~~~~~~~~~~~~                                                 ~~~~~~~
~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
75
FƏRD VƏ CƏMİYYƏT


76
III BÖLMƏ
14. Zərflikləri cümlədən çıxarın. Hər iki variantı müqayisə edin.
1. Səhərdən başlayan yağış axşama doğru kəsdi.
2. Nəhayət, karvan mənzilbaşına gəlib çatdı.
3. Yağışdan əvvəl qaranquşlar aşağıdan uçurlar.
4. Bütün günü işləməkdən ana yorulub əldən düşmüşdü.
5. Xalqın məhəbbətini cəfakeşliklə qazanmaq olar.
6. Uşaqlarını oxutmaq üçün hər əzaba qatlaşmağa hazır idi.
7. Bu barədə ona dəfələrlə xəbərdarlıq etmişəm.
15. Verilmiş sözləri uyğun gələn cümləyə əlavə edin və aid olduğu üzvü
göstərin. 
qəfəsdə, yana-yana, yavaş-yavaş, Azərbaycan 
meşələrində, sürünə-sürünə 
1.  ... yaşamasan, ana-ana yaşatmazlar. 
2.  Həyat nəfəsli bülbül  ... ola bilməz.   
3.  Axşamayaxın həyətdəki quşların səsi ... kəsilməyə başladı.   
4.  Dəmirağaca ... rast gəlinir.
5.  Şərəflə ölmək ... yaşamaqdan yaxşıdır.                 
16. Nümunəyə uyğun olaraq dəftərinizdə cədvəl çəkin, mətndən zərf -
lik ləri seçib cədvəli doldurun.  
Payızın son ayında Xudafərin körpüsündən keçən Sultan Yaqubun
qəflə-qatırı Beyləqana tərəf yol almışdı.  Qabaqda sultanın mühafizə
dəstəsinin geyimli-kecimli bığıburma süvariləri gedirdi. Aralıqda Sul-
tan Yaqub atını yorğa yerişlə sürürdü. Onlardan arxada zər parçalarla
bəzənən kəcavədə Qarabağ gözəlini oturtmuşdular. Səlcuqə Şahbəyim
xatun da ayrı bir kəcavədə gedirdi. O,  oğlunu bu toy fikrindən daşın -
dır maq üçün çox çalışmışdı. 
Haramı düzünə elatlar yaylaqdan təzə qayıtmışdılar. Yağışlardan
sonra bu düzəndə  ot cücərmiş, xırda, ağ çiçəklər açmışdı. Alaçıqların
yanında körpə, qumral quzular oynaşır, göz işlədikcə uzanan düzdə
sürülər otlayırdı. Toyun günü ölkənin bütün əyalətlərinə xəbər ve ril -
mişdi. Şənliklər düzəltmək üçün məmurlar qapı-qapı gəzib şallaq gü -
cünə muştuluq vergisi yığırdılar.  
(F.Kərimzadə)
Zərflik
Sualı
Məna növü
İzah etdiyi cümlə üzvü
Beyləqana tərəf
haraya?
yer
yol almışdı (xəbər)


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə