Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə29/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   45

6. Oxuyun. Həmcins üzvlərdə təkrarlanmış şəkilçi və hissəcikləri qay-
daya uyğun olaraq ixtisar edin və dəftərinizə yazın.
1. Halal tikənin şirinliyi haqqında, xeyirin şər üzərində qələbəsi
haqqında çox oxumuşuq, çox eşitmişik.
2. İnsan öz səbri ilə və dözümü ilə istənilən çətinliyə qalib gələ bilər. 
3. Şeir bir ürəyin döyüntüsüdür, bir ruhun həyəcanıdır və göz yaşıdır.
4. Cəfər həmin pöhrələrə sevə-sevə qulluq edirdi, onları qoruyurdu.
5. Sanki onun gözlərindəki hüznü və kədəri görmürdü. 
7. Həmcins üzvlərdə ixtisar edilmiş qoşma, şəkilçi və hissəcikləri
müəyyənləşdirin. 
1. O hər səhər əkdiyi bu ağacın yanına gələr, budaqları əyib salxım
gülləri iyləyər və dayanıb ağacın gözəlliyinə tamaşa edərdi. 
2. Novruz bayramını  Azərbaycanla yanaşı, əfqanıstan, Pakistan,
İran və Türkiyədə də əziz bayram kimi qeyd edirlər.
3. Biz bu günü düşünür, sabahı unuduruq.
4. İnsanı geyiminə görə qarşılayar, ağlına görə yola salarlar.
5. Mühazirəçi demokratiya və insan hüquqları haqqında maraqlı
fikirlər söylədi.  
6. Gədəbəyə gələn turistlər Daşbulağın suyundan fincan və stə kan -
lara doldurur, qurtum-qurtum içirdilər.
8. Atalar sözlərində ixtisar edilmiş şəkilçiləri bərpa edib kö çürün. 
1. Araz aşığındandır, Kür topuğundan.
2. Baş yoldaşı azdır, aş yoldaşı çox.
3. Qeyrət və namusu qeyrət və namusdan danışanda axtarma.
4. Səbir və təmkinlə bütün qapıları açmaq olar.
5. Elm cahil və nadanlara qonaq getməz.
9. Hansı cümlədə qoşma ixtisar edilmişdir?
A) Yazıçı və publisistlərimizin terrorizmə qarşı çıxışlarına mət -
buat və televi zi yada son vaxtlar tez-tez eşidirik.
B) Layla və nazlamalarımızdakı səmimiliyi, şirinliyi heç nə əvəz
edə bilməz.
C) Bunu hamıya deyəcək, xəbər verəcəkdinsə, niyə sirri açma ya ca -
ğına and içmişdin?
D) Atası və nənəsi ilə nə qədər maraqlı vaxt keçirsə də, yenə ana -
sını istəyir. 
100
IV BÖLMƏ


İŞIQFORU KİM 
İXTİRA EDİB
Hər il avqust ayının 5-i Beynəlxalq İşıq -
for Günü kimi qeyd edilir. Sərgilər, viktori-
nalar, müxtəlif aksiyalar, simpozium 
kon franslar keçirilir. Hər yerdə amerikalı
ixtiraçı Ceyms Hoqun xatirəsi yad olunur.
1914-cü il avqustun 5-də ABŞ-ın Kliv lend
şəhərinin 105-ci küçəsi ilə Evklid pros pek -
tinin kəsişməsində onun dörd işıqforu qu -
raşdırılmışdı, məhz həmin tarix işıqforun ad
günü sayılır. 
Yol hərəkəti qaydalarını tənzimləmək üçün rəngli işıqlardan qədim za-
manlarda da istifadə olunub. E.ə. XVIII əsrdə Babilistan çarı Hammurapi
saraya gedən yolun həmişə açıq saxlanılmasına dair sə rəncam vermişdi.
O vaxt avtomobil yox idi, amma arabalar bəzən tıxac yaradırdı. Xüsusi
təlim görmüş qul hər əlində bir quru balqabaq yol ay rıcında dururdu.
Balqabaqların içinə yanacaq və rəngli minerallar doldurub fitil keçirirdilər.
Qul biri qırmızı, digəri yaşıl alovla yanan bal qabaqları yuxarı qaldırıb aşağı
salmaqla keçidi arabalar üçün açıb-bağlayırdı. 
Tarixdə ilk mexaniki işıqfor isə 1868-ci il dekabrın 10-da Londonda par-
lament binasının qarşısında qoyulub. Onu dəmiryol semaforları üzrə mütə -
xəssis Con Nayt ixtira edib. Bu qurğunun əllə idarə olunan iki qanadı var
idi. Qanadların üfüqi vəziyyəti nəqliyyat vasitələrinə “dur”, 45 dərəcə aşağı
salınmış vəziyyəti “ehtiyatlı ol” əmri verirdi. Qaranlıq düşəndə qanadlar
görünmürdü, ona görə də dirəyin başındakı fırlanan qaz fənəri işə salınır,
növbə ilə qırmızı və yaşıl rəngli linzaları işıqlandırırdı. Üç həftədən sonra
fənər partladı və onu idarə edən polis yaralandı. Naytın işıqforu küçədən
götürüldü.   
1912-ci ildə ABŞ-ın Yuta ştatının Solt-Leyk-Siti şəhərində, İkinci Cənub
küçəsi ilə Baş küçənin kəsişməsində dünyada ilk dəfə elektrik işıqforu
quraşdırıldı. Onu bu ərazinin polis bölməsinin rəhbəri Lester Vayer yol
hərəkətinə nəzarət edən əməkdaşlarının işini yüngülləşdirmək üçün ixtira
etmişdi. Vayer sarı rəngli taxta qutuda qırmızı və yaşıl lampalar yerləşdirib
onun hər tərəfindən iki deşik açmışdı. Elektrik generatorundan lampalara
cərəyan verilirdi. İşıqfor yol kəsişməsindəki dairədə hündür postamentin
101
İXTİRA VƏ KƏŞFLƏR


üstünə qoyulmuşdu. 
İlk vaxtlar nə sürücülər, nə də piyadalar bu qutuya
əhəmiyyət verirdi..,
onu “Vayerin göz vuran quş damı” adlandırırdılar.
Vayer həvəsdən düşmür, şəhər hakimiyyətini icad etdiyi qurğunun böyük
gələcəyinə inandırmaq istəyirdi.  
Ceyms Hoqun yaratdığı elektrik işıqforunu isə Ohayo şta tının rəhbərliyi
dərhal dəyərləndirdi və tezliklə onun küçələrdə qu raş dırılmasına qərar
verdi. Hoqun işıqforunun da iki rəngi var idi: qırmızı və yaşıl. İşıqfora öy -
rəşməmiş sürücülərin diqqətini cəlb etmək üçün o, rəngini dəyişəndə həm
də bərkdən səs çıxarırdı.
Beləliklə, bizə bəlli olan məlumatlara istinadən tarixdə ilk “... işıqforun”
müəl lifi çar Hammurapinin, ... işıqforun ixtiraçısı Con Naytın, ... işıqforunun
ixtiraçısı isə Lester Vayerin olduğunu deyə bilərik. Lakin onların hamı sın -
dan fərqli olaraq Ceyms Hoq həm də kəşfini patentləşdirməyin qayğısına
qalmışdı, 1918-ci ilin yanvarında onu qeydiyyatdan keçirmişdi, bununla
da birinciliyi öz adına rəsmiləşdirmişdi. 
İndi bizə çox sadə görünən işıqforların təkmilləşdirilməsi prosesi uzun
müddət davam etdirilib. 1920-ci ildə ABŞ-da ilk üçrəngli işıqforlar peyda
oldu. 1923-cü ildə isə amerikalı mühəndis Qarret Morqan orijinal
konstruksiyalı və yol hərəkəti təhlükəsizliyini təmin etmək baxımından
daha mükəmməl işıqfor ixtira etdi. Onun patentində qeyd olunurdu ki,
Morqanın qurğusunun və 
zi fəsi “yol kəsişməsində keçid ardıcıllığının
sürücülərin iradəsindən ası lılığını aradan qaldırmaqdır”. Bu ifadə avtomo-
bil həvəskarları arasında məş hur bir məsəlin yaranmasına səbəb oldu:
“Allah sürücüləri yaratdı, Qarret isə onları bərabərhüquqlu etdi”. 
1952-ci ildə Nyu-Yorkda piyadalar üçün ilk işıqfor qoyuldu. Buna qədər
işıqforlar yalnız avtomobillərin hərəkətini tənzimləyirdi, piyadalarsa yolu
harada və necə gəldi keçirdilər. 1963-cü ildə Kanadanın Toronto şəhərində
kompüter sistemli işıqforlar quruldu. “Ağıllı işıqforlar” erası başlandı.
Avropada ilk elektrik işıqforu 1922-ci ildə Parisdə quraşdırılıb. 1930-cu
ildə keçmiş SSRİ-də ilk işıqfor Leninqradda, sonra Moskvada, ardınca digər
respublikaların paytaxtlarında qoyulub. 
1. Bütün dövrlərin işıqforları üçün eyni olan nə idi?
2. Aşağıdakı abzasın birinci cümləsində nöqtələrin yerinə müva -
fiq olaraq “elektrik”, “canlı”, “mexa ni ki” sözlərini işlədin.
3. Bəzi ölkələrdə işıqforun rəngləri müəyyən səs siqnalları ilə
müşayiət olunur. Sizcə, bunun səbəbi nədir?
102
IV BÖLMƏ


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə