Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə27/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   45

pirusun üstündə iz buraxırmış. Lakin bu, fərziyyədir. Əlimizdə olan tək zib -
olunmaz sənəd isə Fatimilər sülaləsinin saray tarixçisi əl-Təmiminin (X əsr)
qələmə aldığı qeydlərdir. Fatimilər özlərini Məhəmməd peyğəm bə rin nəs -
lindən hesab edirdilər, hərçənd tarixçilər arasında bu, mübahisə möv zu -
sudur. Əl-Təmiminin nəql etdiyi aşağıdakı əhvalatı isə heç kim şübhə
altına almır:
“Xəlifə dedi: “Biz istəyirik, elə bir qələm düzəldilsin ki, yazı zamanı onu
heç bir qaba salmaq lazım gəlməsin, mürəkkəbi içərisində olsun. Adam
onu mürəkkəblə doldurub istədiyi qədər yaza bilsin. Yazan onu paltarının
qolunda, ya istədiyi yerdə gəzdirsin və ora ləkə düşməsin, ondan bir damcı
mürəkkəb kənara çıxmasın. Yalnız yazı yazanda o qələmdən mü rəkkəb
axsın. Biz şübhə etmirik ki, indiyədək belə bir şey yaradıl ma yıb…” Mən
heyrətləndim: “Belə şey mümkündürmü?” O cavab verdi: “Allahın izni olsa,
mümkündür”.
Daha sonra əl-Təmimi bildirir ki, usta bir neçə gündən sonra xəlifənin
istədiyi qələmi düzəldib gətirir. “İçinə mürəkkəb dolduranda qələm, doğ -
rudan da, yazırdı. Onu başıaşağı tutanda, yana əyəndə mürəkkəb axıb
getmirdi. Qələm içərisindəki mayeni yalnız hər hansı xeyirli məqsədlə xü-
susi olaraq boşaldanda axıdırdı… Toxunduğu heç nəyə ziyan gətirmirdi,
onu tutan adamın əlini, paltarını bulaşdırmırdı. Hər dəfə yazanda qələmi
batırmaq üçün mürəkkəbqabı axtarmaq lazım gəlmirdi, çünki mürəkkəb
onun öz içindəki qabda gizlədilmişdi…” 
Xəlifə Lidinillahın qələmləri qalmasa da, bu təsvirdən söhbətin məhz
özüyazan mürəkkəbli qələmdən getdiyi tamamilə aydındır. Avropada isə
belə qələm haqqında ilk məlumata 1636-cı ildə alman ixtiraçısı Daniel
Şventerin qeydlərində rast gəlinir. İngiltərə monarxı II Çarlzın (1630-1685)
dövrünə aid mənbələrdə “üç gümüş özüyazan mürəkkəbli qələm” ifadəsi
yer alır və s. Lakin həmin ixtiraların praktik əhəmiyyəti dərk edilmir və onlar
bir-birinin ardınca unudulur. Yalnız nyu-yorklu sığorta agenti Luis Vaterman
ərəblərdən 9 əsr sonra ixtira etdiyi mürəkkəbli qələmin nə dərəcədə dəyərli
alət olduğuna bütün bəşəriyyəti inandıra bilir və itirdiyi bir müştərinin
əvəzinə milyonlarla alıcı qazanır. XX əsrin ilk ilində onun təsis etdiyi
şirkətin satış həcmi artıq ayda 30 min qələm təşkil edirdi.
Arif Əliyevin “Tarixi yanlışlıqlar: 
ixtiralar və kəşflər” kitabından
Söz ehtiyatı
2. “Sığorta, “kapilyar”, “brend” sözlərinin mənasını kontekstə görə
izah edin.
94
IV BÖLMƏ


Dil qaydaları
3.  Mətndə göy rənglə verilmiş cümlədə sadalanan üzvlərdən hansı
hərəkətin ob yek tini bildirən əşyaların hamısına aiddir: a) dəftər,
b) kitab, c) albom, d) çan ta nın  içindəkilər.
4. Ümumiləşdirici sözləri həmcins üzvlərlə birlikdə seçib yazın. Dur -
ğu işarələrinin işlənmə qaydalarını şərh edin. 
1. Bir anda pəncərə, qapı, divar, tavan – bütün ev sanki başına
dolandı.
2. Tələbələr ustadın ifa etdiyi Azərbaycan muğamlarını: “Segah”ı,
“Şur”u, “Çahargah”ı diqqətlə dinləyirdilər.
3. Qadın, uşaq, qoca – hər kəs yalnız özünə lazım olanı götürürdü.
4. Müsabiqədə ritmik muğamlar, məsələn: “Arazbarı”, “Heyratı”,
“Os mani” də ifa edilirdi.
5. Məşhur sirk ustaları Parisdə, Berlində, Londonda – bir sözlə,
Avropanın bir çox paytaxt şəhərlərində uğurla çıxış etdilər. 
5. Cümlələrdə durğu işarələrini bərpa edin və köçürün. 
1. Biz Türkiyənin bir çox şəhərlərində Ankarada İstanbulda İz mir -
də Trabzonda olduq.
2. Azərbaycanın bir çox ziyalı oğulları ə.Cavad M.Müşfiq H.Cavid
rep ressiya qurbanı olublar.
3. Şəhərlərdə kəndlərdə bir sözlə hər yerdə abadlıq işləri aparılır.
4. Şəhərin səs-küyündən sonra bulaqların zümzüməsi quşların səsi
təbiətin nəfəsi hər şey insanı ruhən sakitləşdirirdi. 
5. İnsandan hər yerdə istər bu dünyada istər o dünyada yalnız
həqiqəti söyləmək tələb olunur.
Ümumiləşdirici sözlər həmcins üzvlərin hamısına aid olub onları
ümumiləşdirir.
Ümumiləşdirici söz həmcins cümlə üzvlərindən əvvəl gəldikdə
ondan sonra iki nöqtə, sonra gəldikdə ondan əvvəl tire işarəsi
qoyulur:
Bütün yaxın ətrafı: dağları, meşələri ağappaq qar örtmüşdü.
Bu hasarın dibində dəmir parçası, taxta qırıntısı, karton – hər
şey görmək olardı.
Yadda saxla!      
HəMCİNS ÜZVLəRDə ÜMUMİLəŞDİRİCİ SÖZLəR 
95
İXTİRA VƏ KƏŞFLƏR


6. Nöqtələrin yerinə ümu miləşdirici söz və ifadələr əlavə edib yazın.
Həmcins üzvlərlə ümumiləşdirici sözlər arasında müvafiq durğu
işarələrini bərpa edin.
bütün Qarabağ, sürünənlər, bütün məhsulu, hər bir kiçik
detal, bütün eksponatlar, dövlət rəmzləri 
1. Qəfil başlayan dolu bir anda ... meyvəni tərəvəzi yerləyeksan et -
mişdi.
2. Divardan asılmış yarımkürələr xəritəsi küncdəki qlobus pən cə -
rənin qabağına yığılmış kitablar dəftərlər ...  ona keçmiş günləri
xatırladırdı.
3. Kəlbəcər, Şuşa, Ağdam, Xocalı ... hələ də öz qəhrəman xilas kar -
larını gözləyir.
4. Rəf boyu düzülmüş saxsı qablar, divara vurulmuş xalçalar,
qılınc dəstləri ... keçmişlə bu gün arasında körpü rolunu oynayır.
5. ... ilanlar, koramallar  yumurta qoymaqla nəsil artırırlar.
6. Dərsliyin üz qabığında gerb, bayraq, himn, bir sözlə ...  əks
olunmuşdur.
7. Durğu işarələrini bərpa edib köçürün. Cədvəl üzrə qruplaşdırın.
1. Novruz bayramında qohumlar qonşular hamı bir-birinin evinə
qonaq gedir.
2. O zaman ayın işığı ağacların kölgəsi  suların şırıltısı hər şey
bizim gənc qəlbimizi məchul şirin bir intizarla döyündürürdü.
(İ.əfəndiyev)
3. Bir çox bitkilər məsələn qantəpər kəklikotu itburnu həm də müa -
licəvi bitkilər hesab edilir.
4. Həyatının xoş məqamlarını narahat axtarışlarını hər şeyi xa tır -
layır,  ağır düşüncələrə dalırdı.
Ümumiləşdirici söz
Həmcins üzvlər
Cümlədə vəzifəsi Aid olduğu üzv
96
IV BÖLMƏ


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə