Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə26/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   45

6. Verilmiş cümlələri sintaktik təhlil edin. Hansı cümlə üzvlərinin
həmcins olduğunu müəyyənləşdirin. Fikrinizi əsaslandırın.
Nümunə: Gecəyə bir sıra şair (kim?), yazıçı (kim?) və alimlər (kim?)
dəvət olunmuşdu.
1. Bu dostluq uşaqlarda qibtə, bəzən isə acıq, ədavət doğururdu.
2. Deyilənə görə, dünya malından bir sandığı, bir dəst yorğan-
döşəyi və yekə bir kürkü var idi.
(İ.Şıxlı)
3.  Bəzən tarixi əsərlər o qədər qəliz yazılır ki, onları mütaliə edən -
lər nə oxuya, nə də öyrənə  bilirlər.  
(B.Vahabzadə)
4. Məncə, topaldıqaç oyunu uşaqlıqdan yadımızda qalan çilingağac,
dirədöymə, gizlənqaç kimi oyunlardan daha qədimdir.
5. Folklor antologiyasında nağıllar, dastanlar, bayatılar, qoşmalar
müxtəlif fəsillərdə qruplaşdırılıb. 
6. Bu otlardan dağ ətəklərində, çay kənarlarında çox görmüşəm.
7. Nöqtələrin yerinə söz və ya söz birləşmələri əlavə etməklə həmcins
üzvlü cümlələr qurun.  
1. Dumanlı, ... havada da quşlar öz nəğməsini oxumağa davam
edirdilər. 
2. Zirvəsi qarlı, ... dağlar gəlib-gedəni salamlayır.
3. Ehtiyacı olana əl tutmaq, ... insana hər zaman başucalığı gətirir.
4. Rəşid ucaboylu, ... , ... oğlan idi.
5. Mənim insanlarda sevmədiyim əsas xüsusiyyətlər xudbinlik, ... .
6. Bu eldə sənətə, ... böyük hörmət var.
7. Ocaqdan qalxan tüstü daxmanı bürümüş, ... .
*
8. Cümlələrdən birində həmcins üzvlər verilməmişdir. Cavabı  əsas -
lan dırın.
A. Maestro Niyazi həm ana dilini, həm də rus dilini incəliklərinə
qədər bilirdi.
B. Sərin hava otların iyini, sünbüllərin qoxusunu xırmana gətirir di.
(M.İbrahimov)
C. Mahnı qədər insanları bir-birinə birləşdirən, onları bir-birinə
doğmalaşdıran ikinci bir sənət növü tanımıram.
D. Uşaqlar, qadınlar, qocalar – hər kəs sübh tezdən şəhər  meydanı -
na toplaşmışdı.
E. Könlümün sevgili məhbubu mənim
Vətənimdir, Vətənimdir, Vətənim. 
( A.Səhhət)
~~~~~~~
~~~~~~~
____                  ______
_______ 
                                
91
İXTİRA VƏ KƏŞFLƏR


9. Buraxılmış durğu işarələrini artırmaqla cümlələri dəftərinizə kö -
çü rün. Həmcins üzvləri bağlayan vasitələri müəyyənləşdirin. 
1. Müəllim şagirdlərinin xarakterini möhkəmlətməli dünyagö rü -
şü nü inkişaf etdirməli ləyaqətli vətəndaşlar yetişdirməlidir. 
2. O, doğma yurdun hər daşını hər binasını hər küçəsini sevgi dolu
bir ürəklə mənə tanıtmaq istəyirdi.
3. Vətənin igid övladları xalqın düşünən beyninə görən gözünə
vuran qoluna çevrilirlər.
4. əslində, öyünmək lovğalanmaq heç kəsə yaraşan xüsusiyyət
deyil.
5. Şiddətli külək ağacları da kolları da əymişdi.
10. Həmcins üzvləri və onların aid olduğu cümlə üzvünü müəyyənləş -
dirin.
1. O hamını narahat edən məsələlərdən yazmağı, problemləri  qa -
bart mağı qarşısına məqsəd qoymuşdu.
2. İri, qara gözləri təəccübdən geniş açılmışdı.
3. O çox səlis, rəvan və şirin danışığa malik idi.
4. Bu ad dillər dastanıdır, ürəklərin bayrağıdır, 
Gündüzlərin günə şidir, gecələrin çırağıdır. 
(S.Vurğun)
5. Yeni nəşr olunan hərbi qəzet nəinki ordu sıralarında, yerli əhali
ara sında da oxunmağa başlanmışdı.
6. Uşaq kimi çox inanma 
Bu dünyanın səfasına, sarayların vəfasına.
(S.Vurğun)
11. Cümlələrin məzmunundan  çıxış edərək həmcins üzvlər arasında
uyğun bağlayıcılar işlədin.
həm, həm də;    nə, nə də;    ya, ya da;    gah, gah da
1.
Dərd dəniz suyu kimidir; ... içilir, ... kiçilir.
2.
Artıq aş ... qarın ağrıdar, ... baş.
3.
Dairənin ... əvvəli olar, ... axırı.
4.
Qəti fikir bildirmir; ... nala vurur, ... mıxa.
5.
Qanacaqsız ... qanar, ... qandırar.
6.
İgid ... tər altda, ... yer altda.
7.
... yoğurdum, ... yapdım, hazırca kökə tapdım.
8.
Bir əli ilə ... dağlayır, ... yağlayır.
92
IV BÖLMƏ


QƏLƏMİN TARİXİ
1960-cı illərin sonlarınadək Azər bay  can -
da bütün şagirdlər özləri ilə mək təbə dəmir
ucluqlu qələm və mü rək kəbqabı aparardılar.
Dərs vaxtı çoxlarının əlləri, paltarı mü rək -
kəbə bulaşardı. 
Evə qayı danda bəzən çan -
tanı açıb görərdin ki, mürəkkəb dəftərini,
ki   tabını, albomunu – çantanın için də kiləri əl -
d ən çıxarıb.
Çoxları bu na görə müəl lim və
va lideynləri tərəfindən tənbeh edilərdi.  
Sonra mürəkkəbini içində saxlayan, yal -
nız yazanda iz salan  qələmlər geniş yayıldı. Daha özünlə xüsusi qab gəz -
dirmirdin, üst-başın, dəftər-ki ta bın da təmiz olurdu. Bəs bu gözəl ideya
ta rixdə ilk dəfə kimin ağlına gəlib, onu kim həyata keçirib?
Mənbələrin əksəriyyətində həmin adamın amerikalı sığorta agenti Luis
Edson Vaterman olduğu bildirilir. Deyilənlərə görə, 1883-cü ildə Luis bir
varlı müştərini əmlakını sığorta etdirməyin vacibliyinə inandıra bilir.
Əlbəttə, agent buna çox sevinir, çünki sövdələşmədən yaxşı mükafat
alacaqmış. Amma Vaterman müqaviləni imzalayanda ehtiyatsızlıq edir,
sənədə mü 
rəkkəb ləkəsi düşür. O qaçıb müqaviləni dəyişənə qədər
ərköyün və höv sələsiz müştəri çıxıb gedir. 
Bundan sonra Vaterman mürəkkəbə batırmadan yazan və ləkə salma -
yan qələm ixtira etmək fikrinə düşür. O, ensiz, uzun balon düzəldib onu
mürəkkəblə doldurur və qələmin içərisində yerləşdirir. Balonun altındakı
kiçik deşikdən qələmin dəmir ucluğuna gedən “kapilyar”larla az-az mürək -
kəb süzülür və kağız üzərində iz buraxırdı. 
Vaterman öz ixtirasını patentləşdirir, “təhlükəsiz mürəkkəbli qələm lərin”
istehsalı üzrə dünyada ilk emalatxana açır və daha sonra onu fabrikə çe-
virir. “Özüyazan” mürəkkəbli qələmlər Ka nadada, Avropada da yayıl mağa
başlayır. “Vaterman” məşhur ti carət brendlərindən birinə çevrilir. 
Bunlar hamısı doğrudur. Amma Vaterman mürəkkəbli qələmin ilk ixtira -
çısı olmayıb və bunu sübut edən tarixi faktlar var.
Tədqiqatçılar e.ə. XIV əsrdə Misir hökmdarı olmuş Tutanxamonun sər -
dabəsində tapdıqları ucuiti qurğuşun borucuğun məhz belə qələm ol -
duğunu güman edirlər. Onların fikrincə, borucuğun içində tünd mayedə
isladılmış qamış lifləri var imiş. Yazı zamanı maye liflərdən süzülür və pa-
1. əmlakı sığorta etdirmək nə deməkdir?
93
İXTİRA VƏ KƏŞFLƏR
Luis Edson Vaterman 
(1837-1901)


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə