Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə28/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   45

ÖLÇÜ VAHİDLƏRİ
Qədimdə hər xalq öz ölçü
vahid lə rin dən istifadə edirdi.
Mə sələn, Azər  bay can da arşın
(təxminən 75 sm), ağac (6 km)
kimi uzunluq ölçü vahid lə rin -
dən, misqal (4,25 q), gir vənkə
(400 q) kimi çəki va  hid  lə rin -
dən is 
ti fa də olu 
nur du. Milli
ölçü va hid  lə rinin çox luğu bey -
nəl xalq əla 
 qə lər də, xüsusilə
elmdə və tic a rətdə böyük prob   -
lem lər ya radırdı. 
Müasir dövrdə əksər dünya ölkələrinin istifadə etdiyi ölçü vahidləri met -
rik sistemə əsaslanır. Bu sistemin yaşı o qədər də çox deyil. 1795-ci ildə
Fran sanın Milli Məclisi metri əsas ölçü vahidi kimi qəbul etdi. Alimlərin tək -
lifi ilə Yer meridianının şimal qütbündən ekvatora qədər olan məsafə si nin
on milyonda bir hissəsi 1 metr hesab olundu. Lakin metrin beynəlxalq ölçü
vahidinə çevrilməsi təxminən 100 il çəkdi. 
Beləliklə, uzunluq ölçü vahidlərində beynəlxalq standart yarandı. İndi
növbə çəki vahidlərinin idi. Bunun üçün alimlər çox sadə bir üsul seçdilər.
Onlar 1 kubmetr çəni su ilə doldurdular və bu su kütləsinin milyonda bir
hissəsini 1 qram kimi qəbul etdilər. 
Metrik sistem onluq say sisteminə əsaslanır. Bu gün istifadə etdiyimiz
bir çox ölçü vahidləri qram, metr kimi baza vahidlərinin on, yüz, min və s.
dəfə artırılmasından və ya azaldılmasından yaranmışdır. Bu halda həmin
baza vahidlərinin adının qarşısına müxtəlif sözönləri artırılır:
1. Oxuduğunuz hissədən çıxış edərək Yer kürəsinin meridianını
və 1 kubmetr suyun çəkisini hesablayın.
Dəfə çox    Sözönü    
İxtisar
forması   
Nümunə
10
1
deka
da
dal (dekalitr) = 10 l (litr)
10
3
kilo
k
km (kilometr) = 1000 m (metr)
10
6
meqa
M
Mh (meqahers) = 1000000 h (hers)
10
9
giqa
G
Gb (giqabayt) = 1000000000 b (bayt)
10
12
tera
T
TV (teravolt) = 1000000000000 v (volt)
97
İXTİRA VƏ KƏŞFLƏR


* * *
Dilçilik və mizandarlıq baxımından ən maraqlı tarixçəsi olan ölçü va hid -
lərindən biri litrdir.
Bir çox ölçü vahidləri onları ixtira etmiş alimlərin adı ilə bağlıdır; mə sə -
lən: vatt (Ceyms Vatt), hers (Henrix Hers), paskal (Blez Paskal) və s. Dil çi -
likdə buna xüsusi ismin ümumiləşməsi (ümumi ismə çevrilməsi) deyilir.
Bəs litri kim ixtira edib?
Bu suala təkcə sorğu-məlumat kitablarında, internet-viktorinalarda de -
yil, məktəblilər üçün rəsmi bilik yarışlarında da rast gələ bilərsiniz. Hətta
həmin şəxsin adını – Klod Emil Jan-Batist Litri bilənlərin mükafat landırıl -
ma sı halları da az olmayıb.
Sizə bir sirr açaq: bu adda ixtiraçı yoxdur.
Ölçü vahidi kimi litr bir kubdesimetr mayenin həcminə bərabərdir və
1793-cü ildə Fransa Respublikasının parlamenti tərəfindən qəbul edilib.
O dövrdə fransızlar çox şeyi dəyişirdilər, o cümlədən ölçü vahidlərini də
“milliləşdirirdilər”. “Litr” sözünü isə onlar əcdadlarından götürmüşdülər.
Qədim Fransada “litron”larla toz və ya maye halında olan cisimləri öl çür -
dülər. “Litron” isə yunan sözü “litra”dan yaranmışdı. 
Antik Yunanıstanın
bəzi koloniyalarında litra gümüş pul vahidi, digərlərində eyni zamanda həm
də ölçü vahidi idi. 
1879-cu ildə Beynəlxalq Ölçü və Çəkilər Komitəsi litr üçün rəsmi simvol
müəyyənləşdirdi: latın hərfi “l” (kiçiklə). Lakin çox zaman adamlar bu sim -
volu oxunuşda 1 rəqəmi ilə səhv salırdılar. Məsələn, 20l – “iyirmi litr” ifa -
dəsini “iki yüz bir” kimi başa düşürdülər. Bir sıra təşkilatlar, xüsusilə tibb
cəmiyyətləri həmin simvolun böyük “L” hərfi ilə əvəzlənməsini təklif edir di.
Beynəlxalq Komitə buna razılıq vermirdi. Mövcud qaydalara görə, yal nız
alimin adından yaranmış ölçü vahidlərini böyük hərflə yazmaq olardı. 
Kanadanın Vaterloo universitetinin fizika kafedrasının əməkdaşı Kennet
Vulner problemin həllinin orijinal üsulunu tapdı. O, Klod Emil Jan-Batist
Litr adlı ixtiraçı-alimin mifik obrazını yaratdı. 1978-ci ildə universitetin
“Chem13 News” jurnalında dərc olunmuş məqalədə cənab Litrin ətraflı
tərcümeyi-halı da verilmişdi. Onun 1716-1778-ci illərdə yaşadığı, çaxır şü -
şələrinin istehsalı ilə məşğul olduğu, sifarişlə laboratoriya qabları, o cüm -
lədən üstündə ölçü şkalası olan şüşə silindrlər də hazırladığı bildirilirdi.
Guya Litr 1763-cü ildə mayelərin həcmini müəyyənləşdirmək üçün yeni
üsul və vahid təklif edib, ölümündən xeyli keçəndən sonra bu təklifi Fran -
sanın yeni parlamenti dəyərləndirib və həmin vahidə onun adını verib.
Vulnerin zarafatını çoxları ciddi qəbul etdi. Beynəlxalq Kimya Birliyinin
2. Xüsusi isimlərin ümumiləşməsinə aid misallar göstərin.
98
IV BÖLMƏ


(IUPAC) “Chemistry International” jurnalı məqaləni növbəti sayında yer -
ləşdirdi. Doğrudur, jurnal səhvə yol verdiyi üçün sonradan oxucu la rından
üzr istədi. Amma artıq gec idi. Əfsanə dünya mətbuatının səhifə lə rinə yol
tapmışdı. Bəzi müəlliflər hətta Litrin bioqrafiyasına aid yeni detallar “tapıb
üzə çıxarır”, onun dahi İsveç alimi Anders Selsi ilə dostluq etdi yin dən,
“standart maye” kimi civəni seçdiyindən və s.-dən yazırdılar.    
Cəmi bir il sonra, 1979-cu ildə keçirilmiş XVI baş konfransında Bey nəl -
xalq Ölçü və Çəkilər Komitəsi icazə verdi ki, litrin işarəsi kimi, istisna qay -
dasında, kiçik “l” hərfi ilə yanaşı, böyük “L” hərfindən də istifadə olunsun.
Bu, cənab Litrin mövcud olduğuna inananların mövqeyini bir az da möh -
kəmləndirdi. 
Rafiq Ələkbəroğlu
Düşün və cavab ver
3. Kennet Vulnerin öz məqaləsini mifik alimin ölümünün 200-cü il -
dönümü münasibətilə yazdığını sübut etmək üçün sillogizm qurun.
Araşdırma
4. “Metr”, “qram”, “mizandarlıq” sözlərinin etimologiyasını araşdırın.  
Dil qaydaları
5. Göy rənglə verilmiş cümləni sintaktik təhlil edin və aşağıdakı tapşırıq -
ları yerinə yetirin.
∗ Həmcins üzvləri müəyyən edin.  
∗ Onları forma xüsusiyyətlərinə görə müqayisə edin. 
∗ Həmcins üzvlərin birində ixtisar olunan hissəciyi  sonuncunun
kö mə yi ilə müəyyən edin.
Həmcins üzvlərdə bəzi təkrar olunan qrammatik şəkilçi və his -
sə ciklər: cəm  və hal şəkilçiləri, şəxs sonluqları, 
idi, imiş hissə cik -
lə ri və onların şəkilçiləşmiş variantları, bir sıra qoşmalar so  nun cuda
saxlanılmaqla ixtisar edilir. 
Yamacdakı qarağac (--) və çinarlar əzəmətlə ucalırdı. 
Fincan (--), dolça (--) və stəkanları su ilə doldurdu. 
Üzeyir Hacıbəyli musiqi bəstələməklə yanaşı, bir çox publisistik
əsərlər yazmış (--), dərslik və lüğət tərtib etmişdir.  
Bir az sərinləmək (--) və dincəlmək üçün ağacın dibində uzandı.
Yadda saxla!     
HəMCİNS ÜZVLəRDə İXTİSARLAR
99
İXTİRA VƏ KƏŞFLƏR


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə