Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə31/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   45

pekti) yerləşən neft mədənlərinə gedib çıxırdı. Telefon stansiyasından mə -
dənlərə qədər telefon dirəkləri basdırıldı və beləliklə, şəhərlə neft mə dən -
ləri arasında telefon rabitəsi quruldu. Bundan sonra Vokzalnaya küçəsi
Te lefonnaya adlandırıldı. 
* * *
Yuxarıda biz sizə bu yaxınlara qədər telefonun ixtirası ilə bağlı ən geniş
yayılmış versiyanı təqdim etdik. Doğrudan da, bir çox ensiklopediyalarda
telefonun Aleksandr Qraham Bell tərəfindən ixtira edildiyi göstərilir. Lakin
bu, həqiqətin hamısı deyil. Belə ki, 2002-ci il iyunun 11-də  ABŞ Konqresi
te lefonun florensiyalı mexanik Antonio Meuççi tərəfindən ixtira olunduğunu
təsdiqləyən 269 nömrəli qətnamə qəbul etdi. Sən demə, 150 il əvvəl qüd -
rətli rəqibləri bu haqqı Meuççinin əlindən almışdılar. Çünki florensiyalı ix -
ti raçı kasıb idi, ingilis dilini yaxşı bilmirdi və kifayət qədər işgüzar deyildi.
Florensiyada ailəsinin dolanışığını təmin edə bilməyən Antonio 1837-ci
ildə ailəsi ilə Kubaya köçmüş, teatrda səhnə mexaniki kimi işləməyə
başlamışdı. O hətta teatr üçün elektrik generatoru da düzəltmişdi. Tədricən
Meuççi zəif elektrik cərəyanının insan orqanizminə gümrahlaşdırıcı təsir
göstərdiyinə diqqət yetirdi və bu fenomenlə ciddi maraqlanmağa başladı.
Sonra isə kiçik müalicə müəssisəsi açdı. Bir dəfə möcüzə baş verdi. Xəs -
tə nin dodaqlarına yapışdırılmış naqilə cərəyan vermək üçün qonşu otağa
generatorun yanına keçən Meuççi cihazda onun səsini eşitdi. 
Beləliklə,
Meuççi maraqlı bir hadisənin şahidi oldu: sən demə, elektrik cərəyanı səsi
məsafəyə ötürməyə qadirmiş!
1850-ci ildə Antonio Nyu-Yorka getdi. Uzun illər çalışdı və nəhayət, is -
tə yinə nail oldu. 1860-cı ildə sonuncu puluna qəzetlərdən birində “naqillə
qa çan səs aparatı” – telektrofon icad etdiyi barədə elan verdi. Elanı oxuyan
“Vestern Yunion” teleqraf kompaniyasının rəhbərliyi Meuççiyə əmək daşlıq
təklif etdi və kiçik məbləğ müqabilində çertyojlar da daxil olmaqla aparatın
bütün sənədlərini ondan aldı. 
Bir müddətdən sonra Meuççi ixtirasına ilkin (müvəqqəti) patent almaq
üçün ərizə verdi və gözləməyə başladı. Lakin “Vestern Yunion”da ona sə -
nədlərin itirildiyini deyir, get-gələ salırdılar. Meuççi ümidini itirmirdi. Yalnız
1876-cı ildə Amerika qəzetlərində “Vestern Yunion”un patronajı altında
işləyən Aleksandr Bell adlı bir mühəndisin “danışan teleqraf”, ma hiy yət eti -
barilə telefon ixtira etdiyi haqda xəbərləri görəndə o al da dıl dı ğını başa
düşdü.
1. Oxuduğunuz hissəni elə dəyişin ki, Bakıda telefonun tarixi ilə
bağlı məlumat mətnin giriş hissəsi olsun.
2. Bu tarixi faktla bağlı ABŞ Konqresinə münasibətinizi bildirin.
106
IV BÖLMƏ


Artıq Meuççinin nəhəng kompaniyaya qarşı məhkəmədə vuruşmaqdan
başqa yolu qalmırdı. Amma prosesi sürətləndirmək üçün lazımi qədər
vəsait tapa bilmirdi. Nəhayət, 11 ildən sonra o, məhkəmənin əli ilə patentini
“Vestern Yunion”un arxivlərindən çıxarmağa müvəffəq oldu. Amma vaxtı
ötdüyündən florensiyalı ixtiraçı ondan istifadə edə bilmədi. Dünyada ən
böyük kəşflərdən birinə imza atmış şəxs 1889-cu ildə 81 yaşında ömrünü
səfalət içində başa vurdu.
Dilrüba Nurəddinqızı
Söz ehtiyatı
3. “Kommutasiya”, “fenomen”, “patronaj” sözlərinin  mə na sı nı  kontekstə
görə izah edin.
Düşün və cavab ver
4. Telefonun ixtirası haqqındakı versiyaların ümumi cəhəti nədir? Mətn -
dən çıxış edərək A.Bellə münasibətinizi bildirin.
Dil qaydaları 
5. Həmcins üzvləri seçin, cümlədə vəzifəsini müəyyən edin.
1. İndi bir fikir verin tarix nə deyir, görün bəzi üzdəniraq “alim lər”,
“akademiklər”, “yazıçılar ” nə deyir. 
(B.Vahabzadə)
2. Bütün bunlar oğuz babalarımızın yüksək mənəviyyatından,
gözəllik duyğusundan və incə zövqündən xəbər verir.
3. Babək uzun əsrlər bu torpaqda yaşamış, sümükləri bu torpağa
qarışmış dədə-babasının müqəddəs məzarını, ruhunu və şərəfini
gəlmələrdən müdafiə etmişdi.
4. Təbiətin saflığı qanımıza, ruhumuza hopmuş, özümüzü saflaş -
dı rıb  gözəlləşdirmişdir.
5. Dədə Qorqud dastanlarında oğuz bəylərinin mənəvi dünyası ilə
tanış olduqca babalarımızın böyüklüyünə, mərdliyinə və tə miz -
liyinə təəccüb qalırsan. 
(B.Vahabzadə)
6. Mötərizədəki feillərdən istifadə etməklə cümlələri tamamlayın. Xəbə -
rin mübtəda ilə kəmiyyətə görə uzlaşması qaydalarına əməl edin.
1. İndi uşaqlar da, böyüklər də “müharibə” sözünün dəhşətini yaxşı
... (anlamaq).
2. Şəffaf bulaqlar, sıx meşələr indi bir xatirəyə ... (çevrilmək).   
3. İllər, onilliklər bir-birini ... (əvəz etmək).
4. Siçanlar və digər gəmiricilər məhsula hər il olduğu kimi bu il də
çox ... (ziyan vurmaq).
5. İlxılar və sürülər yaylağa ... (səpələnmək).
107
İXTİRA VƏ KƏŞFLƏR


ÜMUMİLƏŞDİRİCİ TƏKRAR
1. Bölmədəki mətnlərin hansında: 
* kəşfin tarixi verilir?
* ixtiranın tarixi verilir?
* ixtiranın inkişaf tarixi izlənilir?
* ixtiranın əsl müəllifinin kim olduğu araşdırılır?
* ixtira ilə bağlı tarixi yanlışlıq açıqlanır?
2. Uyğunlaşdırın. 
1. Artıq heç vaxt nə bu gün, nə on il sonra,  nə də yüz il sonra əqidə -
mi dəyişməyəcəyəm. 
2. Babamın dediyinə görə,  yaxşı atlar belə bu qayaları aşa bilmir,
üstündə dırnaq tökürdülər.
3. İndi onlar: uşaqlar da, müəllimlər də həyəcan içində idi.
4. Duman qatları uzanır və açıq səmada əriyib yox olurdu.
5. Qara şinelli kişi hələ də yağışın altında dayanmışdı.
A. Həmcins mübtədalar və xəbər arasında kəmiyyətcə uzlaşma
pozulmuşdur.
B. Ümumiləşdirici sözdən sonra durğu işarəsi qoyulmamışdır.
C. Həmcins üzvlərin birində 
idi  hissəciyi ixtisar olunmuşdur.
D. Həmcins xəbərləri həm təkdə, həm də cəmdə işlətsək, kəmiy yət -
cə uzlaşma pozulmayacaq.
E. Həmcins üzvlər işlənməyib.
3. Buraxılmış durğu işarələrini artırmaqla köçürün. Həmcins üzvləri
bağlayan vasitələri müəyyənləşdirin. 
1. Ananın xəyallara dalmış baxışları alnındakı qırışları illərin
əzabından xəbər verirdi.
2. Uğur əsəbiləşir eyni zamanda iti baxışların zəhmindən sıxılırdı.
3. Gecədən başlayan külək uğuldayır qarşısına keçəni vurub
yıxırdı.
4. O, həmişə Anarla görüşdükləri yerə gəlib orada bir az dayanar
sonra da qayıdıb gedərdi.
5. Mən bu gün bütün istilalara müharibələrə qırğınlara əsirliyə
köləliyə üsyan bayrağı qaldırıram. 
(C.Cabbarlı)
6. Neçə-neçə qol-qanad Qumrovçayın sularına gurluq vermişdi
haylı-haraylı eləmişdi nəticədə onu heybətli bir çaya döndər miş di.
(ə.Məmmədxanlı)
108
IV BÖLMƏ


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə