Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə30/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   45

Uzun illər Azərbaycan dilində “işıqfor” sözü olmayıb, ona, Rusiyada ol -
duğu kimi, “svetofor” deyiblər. “İşıqfor” ifadəsini isə ilk dəfə Rəsul Rza
işlədib. “Çeşid-çeşid insanlar” şeirində (1958) o yazırdı:
“Heç olmasa, işıqforun
qırmızısı, sarısı var,
yaşılı var.
Qırmızıda dayanırsan.
Sarı yandı –
gözləyirsən, bir anlığa yubanırsan.
Yaşıl yandı – yol açılır...
Bu zalımın "hə"si yoxdur.
Qəzəbindən dil tutulur.
Nə fikrinə işıq düşür,
nə yazmağa qol açılır…”
Arif Aslanoğlu
Söz ehtiyatı
4. “Aksiya”, “simpozium”, “semafor” sözlərinin mənasını kontekstə
görə izah edin.
Araşdırma
5.  İşıqforun inkişaf tarixini cədvəl şəklində təqdim edin.
Dil qaydaları
6. Göy rənglə verilmiş cümlədə nöqtələrin yerinə uyğun şəkilçi artırıb
yazın. Bu prosesi həmin cümlənin aşağıdakı variantları üzərində
apa rın. Şəkilçilərdəki dəyişikliyə səbəb olan məqamı izah edin.
İlk vaxtlar nə sürücülər, nə piyadalar, nə də mən  bu qutuya əhə -
miyyət verirdi...
İlk vaxtlar nə sürücülər, nə piyadalar, nə də sən bu qutuya əhə miy -
yət verirdi...
7. Bərabərlikləri davam etdirin. 
Mən+sən=
biz
Mən və sən sabahın 
yaradıcılarıyıq.
Sən+o=
siz
Sən və o, vətənə 
sədaqət andı içməlisiniz.
Xaliq+Fidan=
onlar
Xaliq və Fidan da bu aksiyaya 
qoşuldular.
Mən+o=?         
Mən+Adil=?    
Mən+sən+o=?
Sən+Adil=?      
Onlar+sən=?      
Sən+biz=?
O+müəllim= ? 
O+sən= ?  
Onlar+biz=?
103
İXTİRA VƏ KƏŞFLƏR


Bərabərliklərdən aldığınız cavaba  istinad edərək  xəbərin həmcins
mübtədalarla uzlaşma qaydalarını izah edin.  
Mən və Adil hər gün dənizə gedirik.
Sən, o və mən eyni qanı daşıyırıq. 
Mən  və o hər dəqiqənin hökmünü bilməliyik.
Bu xalqın dərdinə biz və siz şərik olmalıyıq.
Onlar və biz tüfeyli həyata “yox” deyirik.
Gün gələcək, siz və onlar bu ağrıları unudacaqsınız.
Sən və onlar səhvinizi etiraf etməyi bacarmalısınız.
Yaxşı ki, sən və Həsən həyatın nəbzini tuta bilirsiniz.
Soyuqlar və istilər bir-birini əvəz etməyə başladı.
Nəticə:
Həmcins mübtədalardan biri I şəxs əvəzliyi olduqda xəbər ... şəxs
şəkilçisini qəbul edir. 
I şəxs əvəzliyinin iştirak etmədiyi həmcins mübtədalar içərisində
II şəxs əvəzliyi olduqda xəbər ... şəxs şəkilçisini qəbul edir.
Həmcins mübtədalar içərisində I və II şəxs əvəzlikləri iştirak
etmədiyi halda, xəbər ... şəxs şəkilçisini qəbul edir.
8. Nöqtələrin yerinə uyğun gələn şəxs şəkilçilərini artırmaqla cümlələri
köçürün.
1. Koroğlu və dəlilər Eyvazı azad etməyə tələsir... .
2. Mən və sən hər zaman haqqı müdafiə etməli... .
3. Şah və vəzir təğyiri-libas olub sarayı tərk etdi... .
4. Səngərdə dayanan əsgərlər və biz bu döyüşün nə qədər əhəmiy -
yətli olduğunu dərk edirdi... .
5. O zaman siz və sizin tərəfdarlarınız haqqı müdafiə etməkdən
qorxurdu... .
9. Səhvləri düzəldib köçürün.
1. Siz və digər uşaqlar öz səhvinizi başa düşməli,  üzr istəmək üçün
sabahı gözləməməlidirlər.
2. Süfrədəki boşqablar, çəngəl-bıçaqlar, stəkanlar tərtəmiz yuyul -
muş dular.
3. İndi mən, dəniz, bir də qüruba enən günəş üz-üzə dayanmışdım.
4. Ağacın nəinki yarpaqları, hətta budaqları da yerə tökül müş dü lər.
5. Biz də, siz də həyatda uğur qazanmaq üçün çox çalışmısınız.
104
IV BÖLMƏ


TELEFON
XIX əsrin ortalarında Almani ya -
nın Frankfurt şəhərində Filip Reys
adlı bir riyaziyyat müəllimi yaşa yır -
dı. Elmi ye ni lik lərlə ciddi maraq la -
nan Reys əmin idi ki, səsi elektrik
na qilləri vasitəsilə uzağa ötürmək
müm kün dür. Bu məqsədlə o, na qil -
lə birləşdirilmiş mikrofon və səs güc -
ləndirici dinamikdən iba rət aparat yaratdı. 1860-cı ildə 26 yaşlı gənc müəl lim
“telefon” adlandırdığı bu apa rat vasitəsilə səsi 100 metr məsafəyə ötürə
bildi. Lakin Reysin ixtirası elmi icti maiyyət tərəfindən skeptik qar şı landı.
Mətbuatda bu barədə yarıistehzalı, yarıciddi yazılar dərc olundu. Jurnallar -
dan biri hətta həmin aparatı “oyuncaq” adlandırdı.
Lakin Filip Reys inadından dönmürdü. O, 15-20 ədəd “telefon” hazırladı
və onlardan  bir neçəsini satmağa nail oldu. Həmin nümunələrdən biri tə -
sa  düfən Aleksandr Qraham Bell adlı bir alimin əlinə düşdü.
Şotland əsilli amerikalı olan Bell həm də biznesmen idi. Reysin aparatı
ilə tanış olan kimi o başa düşdü ki, əlində zəngin bir xəzinə var.  Bunun üçün
sadəcə olaraq telefonu elmi aparatdan geniş istehlakçı dairəsinin istifadə
edə biləcəyi praktik aparata çevirmək lazımdır. O, Reysin ix ti ra sından ya -
rarlanaraq uzaq məntəqələrlə səs əlaqəsi üçün yeni cihaz – əsl te lefon ix-
tira etdi və 1876-cı ildə bu ixtiranı patentləşdirdi. Bellin telefonun 
da
danışmaq və qulaq asmaq üçün ayrı-ayrı dəstəklər var idi. Yalnız sonralar
bu iki funk 
siya bir dəstəkdə birləşdirildi. Ümumiyyətlə, telefon ixtira
edildikdən sonra 20 il ərzində bu aparatın təkmilləşdirilməsi üzrə 3000-
dən çox ixtiraya patent verildi.
1879-cu ildə Bell məşhur “Vestern Yunion” şirkəti ilə birgə “Bell Labs”
firması yaratdı. Əsrin sonuna yaxın bu firma ABŞ-da 1,5 mln telefon apa -
ra tı quraşdırmış və ölkənin ən zəngin şirkətlərindən birinə çevrilmişdi.
O dövrdə güclü neft-sənaye mərkəzlərindən birinə çevrilən Bakıda da
çox sürətlə telefon rabitəsinin tətbiqinə başlanıldı. 1880-ci ilin dekabrında
Bakıda ilk telefon xətti çəkildi. Bu xətt neft şirkətləri arasında rabitəni təmin
edirdi. Bir il sonra “Nobel Qardaşları Cəmiyyəti”nin idarəsi ilə sədrin evini
bir ləş di rən 6 kilometrlik telefon xətti istismara verildi.  
1883-cü ildə isə Bakıda, indiki 28 May küçəsində 40 istifadəçisi olan
mərkəzləşmiş kommutasiya sistemli şəbəkə – telefon stansiyası yaradıldı.
O vaxta qədər həmin küçənin adı Vokzalnaya idi, çünki bu küçə Bakı vağ -
zalına aparırdı. Ondan ayrılan bir qol isə Qaraşəhərdə (indiki Nobel pros -
105
İXTİRA VƏ KƏŞFLƏR


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə