Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə24/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   45

Leonardo da Vinçinin sifariş aldığı gündən artıq üç il ötürdü. Rəsm
əsərində Yəhuda obrazının olmamağı onu yarımçıq edirdi. Bir tərəfdən
hersoq, digər tərəfdən kilsənin kardinalı hər gün rəssamı tələsdirirdilər. 
Leonardo şəhərin küçələrini gəzəndə də, bir yeməkxanada oturub
nahar edəndə də insanların sifətlərinə baxır, ona lazım olan obrazı ax ta -
rırdı. 
Bir gün o, küçədə uzanıb qalmış sərxoş bir adam gördü.
Hiss olu -
nur du ki, bu adamın yaşı çox olmasa da, dərdləri onu vaxtından tez qo caldıb.
Sifəti əyyaşlıq, xudbinlik ifadə edirdi. Leonardo başa düşdü ki, şəhərdə
bun dan yaxşı Yəhuda obrazı tapa bilməyəcək. Elə ona görə də kö mək -
çilərini çağırıb sərxoşu kilsəyə apartdırdı. 
Leonardo da Vinçi hələ də sərxoş vəziyyətindən ayılmamış, simasında
günah, imansızlıq əks olunan bu adamın surətini Yəhuda obrazında təsvir
etdi. Rəssam işini bitirmək üzrə idi. Bu vaxt sərxoş yavaş-yavaş özünə
gəlməyə başladı. O nə baş verdiyini dərk edəndə təəccüb və hüzn dolu
bir səslə dedi:
– Mən bu rəsmi əvvəllər də görmüşəm. 
– Nə vaxt? – Leonardo ondan soruşdu.
– Bu vəziyyətə düşməmişdən xeyli əvvəl. O zaman mən kilsə xorunda
oxuyurdum. Siz mənə baxıb bu rəsmdəki İsanı təsvir etmişdiniz...
Əslində, yaxşı və pisin siması eynidir... Onlar arasındakı fərq insanın
keçdiyi həyat yolundan asılıdır.
Söz ehtiyatı
2. Lüğətdən istifadə edərək “Madonna”, “ştrix”, “çarmıx”, “həvari”,
“natura”, “məkr”, “freska”, “es kiz”, “kardinal” sözlə ri nin mə na sını
ay dın laşdırın. 
3. 
Mətnin son abzasında verilən fikirlərə münasibətinizi bildirin.
83
FƏRD VƏ CƏMİYYƏT


4. Doğru, yoxsa yanlış:
1. “Son şam yeməyi” Leonardo da Vinçinin dini mövzuda çəkdiyi ilk
əsər idi.
2. Hersoq Sfortsa incəsənət həvəskarı idi.
3. Leonardo da Vinçinin hersoqdan aldığı sifariş incəsənətdə ta -
mamilə yeni mövzuya həsr edilmişdi. 
4. Leonardo da Vinçinin çəkəcəyi rəsm əsəri Milandakı kilsə ye mək -
xanasının divarından asılacaqdı.
5. Da Vinçi öz əsərində əvvəlcə on bir həvarinin obrazını çəkdi.
6. Da Vinçi Yəhuda obrazı üçün naturanı Florensiyada tapdı.
Düşün və cavab ver
5. Aşağıdakı atalar sözlərini şərh edin, hansının mətnin ideyasına uy -
ğun gəldiyini müəyyənləşdirin. Mətnin son abzasında ve ri lən fi kir -
lərə münasibət bildirin.
“İgid odur, atdan düşə, atlana,
İgid odur, hər əzaba qatlana”.
“Ağ gün adamı ağardar, qara gün qaraldar”. 
“İgid ölər, əyilməz”.
“Mərdi qova-qova namərd eləməzlər”.
Araşdırma
6. Leonardo da Vinçi, İtaliyanın Florensiya və Milan şəhərləri haq qın -
da məlumat toplayıb təqdimat hazırlayın.
Dil qaydaları
7. Mətndə göy rənglə verilmiş cümlədə cümlə üzvlərini, sualını və
ifadə vasitələrini müəyyən edib yazın.
Cümlənin sintaktik təhlili zamanı müəyyən ardıcıllığa riayət
etmək lazımdır. Bu zaman əvvəlcə xəbər müəyyənləşdirilir.
Xəbərdən sual verməklə mübtəda, daha sonra xəbərə aid olan ikin -
cidə rəcəli üzvlər (tamamlıq, zərflik) tapılır. Təyinə izah etdiyi
cümlə üzvü vasitəsilə sual verilir. 
Sintaktik təhlil zamanı cümlə üzvlərinə verilən suala sintaktik
sual deyilir. 
Yadda saxla!    
SİNTAKTİK TƏHLİL
84
III BÖLMƏ


8. Aşağıdakı cümlələri sintaktik təhlil edin və hər cümlə üçün nümu -
nəyə uyğun olaraq cədvəl qurun. 
1. Bağlamaları tələsik yerbəyer elədik. 
2. Sərçələr acgözlüklə körpə tumurcuqları dimdikləyirdi. 
3. Mən orada təcrübə aparmaq üçün bağ salmışdım. 
Nümunə: Narın yağış onun qara, gödək saqqalına qırov kimi 
hop muş du.  (F.Kərimzadə)
9. Verilmiş sxemə uyğun cümlələr yazın.
10. Cümlələri sintaktik təhlil edin.
Nümunə:  Fikir də (nə?) ancaq münbit (necə?) mühitdə (harada?)   
cücərir (nə edir?).
1. Dağlar çiçəklərdən don geyinmişdi.
2. Dünəndən başlayan yağış xeyli davam etdi. 
3. Firuzə pəncərəni açanda böyük bir ağacın budaqları özünü içəri
saldı.
4. Yaz və payız aylarında bu meşənin üzərinə süd kimi ağ duman
çökür.
5. Arabir seyrəkləşən buludların arasından görünən ay ətrafı
işıqlandırırdı.
Söz və ya söz
birləşməsi
Sualı
Cümlə üzvü
Aid olduğu
cümlə üzvü
İfadə vasitəsi
hopmuşdu
nə etmişdi?
xəbər
mübtəda
feil
yağış
nə?
mübtəda

isim
onun qara,
gödək saqqalına  
nəyə?
tamamlıq 
xəbər
ismi birləşmə
qırov kimi
necə?
tərzi-hərəkət
zərfliyi
xəbər
qoşmalı söz
narın 
necə?
təyin 
mübtəda
sifət
~~~~~~~  __________  _ _ _ _ _ _
               
.
~~~~~~~ __________  ~~~~~~~  _ _ _ _ _ _
               
.
__________  _ _ _ _ _ _  ~~~~~~~ 
               
.
~~~~~~
~~~~~~~~~
             
85
FƏRD VƏ CƏMİYYƏT
1.
2.
3.


ÜMUMİLƏŞDİRİCİ TƏKRAR
1. Bölmədəki mətnlərin hər birindən özünüz üçün çıxardığınız nəticə -
ni ifadə edin.
2. Xoşunuza gələn qəhrəmanların hansı xüsusiyyətlərinin sizdə
olmasını istərdiniz?
3.
Səhər, gecə, gün sözlərini cümlədə həm zərflik, həm də tamamlıq
rolunda işlədib yazın.
4. Cümlə üzvlərini cədvəl üzrə qruplaşdırıb yazın.
1. Böyük həyət adamla dolub-boşalırdı.
2. Bu görüşü bütün təfərrüatı ilə yoldaşlarıma danışırdım.
3. Oxucu hər hansı bir əsərdən yeni bir şey öyrənmək istəyir.
4. Qədim insanlar daşdan müxtəlif alətlər düzəldirdilər.
5. Memarlıq nişanələri bizə tarixdən xəbər gətirir. 
5. Nöqtələrin yerinə təyinlər artırın və təyinin aid olduğu üzvü
müəyyən edin.
1. ... ləpələr qızılı rəngə çalan qumları öz ağuşuna alırdı.
2. İnsan ömrü ... bir kitabdır.
3. Qoca əkdiyi ... çinarlara bir də baxdı, sanki onlarla vidalaşmaq
istəyirdi.
4. Bu ... şəhərdə özünü tənha və yalqız hiss edirdi, çünki doğ ma la -
rın dan ayrı düşmüşdü. 
5. ... Niaqara şəlaləsi də Viktoriyanın yanında gücsüz görünürdü.
6. Oxuyun. Mürəkkəb adların cümlədə hansı üzv vəzifəsində çıxış et-
diyini müəyyənləşdirin.
1. Ölkəmizə gələn rəsmi qonaqlar Şəhidlər xiyabanın ziyarət
etdilər.
2. Bu gün Xəzər dənizi çirklənmə təhlükəsi ilə üz-üzə qalıb.
3. Azərbaycan xalqı da Beynəlxalq Qadınlar Gününü hər il  təntə -
nə li şəkildə qeyd edir.
4. Ömrü boyu sülh uğrunda mübarizə aparmış insanlardan biri də
Albert Eynşteyn idi.
Mübtəda
İfadə
vasitəsi
Xəbər
İfadə
vasitəsi
Təyin
İfadə
vasitəsi
Tamamlıq
İfadə
vasitəsi
Zərflik
İfadə
vasitəsi
86
III BÖLMƏ


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə