Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə23/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   45

Ağrıdan və gərginlikdən onun sanki dili şişmişdi, gözlərindən yaş axır dı.
Ben bilirdi ki, sonuncu düym yaxınlaşır və indi hər şey Devidən asılıdır...
Onları yerdən ayıran sonuncu düymdə Ben artıq nə danışa, nə qış qıra
bilirdi. Onu dəhşət bürümüşdü. O, “Vaxtdır! Vaxtdır!” demək is tə yir di,
amma dinə bilmirdi. Son ölüm-dirim anında o, təyyarənin bur nunun azca
qalx dığını hiss etdi, hələ tam sönməmiş mühərrikin səsini eşitdi. Nəhayət,
təy yarənin təkərləri yerə toxundu. Bu, sonuncu düym idi. Kü lək təyyarəni
ye rində fırlatdı, o, yerdə dövrə vurdu, sonra dayandı və ət rafa dərin bir sü -
kut çökdü...
Ceyms Oldric   
Tərcümə edəni: Dilrüba Cəfərova    
Söz ehtiyatı
3.“Rif” və “akvalanq” sözlərinin mənasını müəyyənləşdirin.
Düşün və cavab ver
4. Hekayənin başlığını necə izah edərdiniz? “Sonuncu düym” ifadə -
si nin hansı rəmzi mənası ola bilər? 
5. Mətnin uyğun gələn hissələrinə Devinin hiss və həyəcanını, dü şün -
cələrini ifadə edən bədii parçalar əlavə edin.
Yazı
6. Mətndə fərqləndirilmiş cümləni başlıq kimi seçərək bu möv zu da
kiçik esse yazın.
Dil qaydaları
7. Mətndə göy rənglə verilmiş sözlərin sualını və aid olduğu nitq his -
sə sini müəyyən edin.
Təyin cümlədə əşya bildirən üzvə aid olur və onu müxtəlif
cəhətdən izah edir. 
Təyin 
necə? nə cür? hansı? neçə? nə qədər? neçənci? sual la rın -
dan birinə cavab olur. 
Uzaqdakı (hansı?) kənd evinin pəncərə şüşələri qürub şəfəqin -
dən parıldayırdı.
Qonaqları ikinci (neçənci? hansı?) mərtəbəyə dəvət etdilər.
Tərtəmiz yuyulmuş (hansı?) döşəmədən taxta iyi gəlirdi.
Yadda saxla!         
TƏYİN
~~~~~~~~~~ 
~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~
80
III BÖLMƏ


8. Təyinləri tapın, sualını, ifadə vasitəsini və aid olduğu üzvü müəy -
yənləşdirin. 
1. Hərbi işdə təsadüflər böyük rol oynayır.
2. Keçən günə gün çatmaz, calasan günü günə. 
3. Özünü “Tanrı qulu” adlandıran Əmir Teymur bir çox dövlətləri
diz çökdürə bildi.
4. Gözlərindən süzülən yaşları duymurdu. 
(Ə.Cəfərzadə)
5. Yağışdan sonra yeddi rəngə çalan göyqurşağı təbiətin möcü zə lə -
rindən biridir.
6. Ramin bu kənddən heç yerə getməyəcək. 
7. Mərmər meydanın ortasında fəvvarəli hovuzlar hamının diq qə -
tini cəlb etdi.
8. Bu dil əcdadlarımızın bizə miras qoyduğu qiymətli xəzinədir.
9.  Şəhərin hər tərəfindən görünən binaya yaxınlaşdıq. 
*
10.Qədim şəhərin varlığından yalnız bu uçuq divarlar qalmışdı.
9.  Nöqtələrin yerinə uyğun gələn sözləri əlavə edin, onların cümlə də -
ki rolunu müəyyənləşdirin. Fikrinizi əsaslandırın.
yaxşı, iti, sakit, xeyli
1. ... igidin adını eşit, üzünü görmə. Braziliyada yaşayan insanlar
bumeranqın nə olduğunu ... bilirlər.
2. Araz çayı ... axır.  ... bıçaq əlimi kəsdi.  
3. Xaliq .... oğlandır. Tərtər çayı yay aylarında həmişəkindən fərqli
olaraq ... axır.
4. Dünən iclasda ... danışdılar. Görülməmiş ... iş qalmışdı.
10. Verilmiş söz birləşmələrini uyğun gələn cümlələrə əlavə edin. Sua -
lı nı müəyyənləşdirin və cümlədəki rolunu izah edin.
Nümunə: Qərənfillər sanki gəlib-gedənləri salamlayırdı. – Boy-
boya vermiş qərənfillər sanki gəlib-gedənləri salamlayırdı.
böyük gücə malik olan, illərin zəhmətindən qırışmış,
istisi yeri-göyü əridən, əsrlərin sınağından çıxmış, 
soyuqdan büzüşmüş
1. Gümüş nənə ... barmaqlarını ağarmış saçlarına çəkdi.
2. ... sərçələr bu ağacdan o ağaca hoppanır, özlərinə yem axtarır -
dı lar.
3. ... atalar sözləri bu gün də öz dəyərini itirməmişdir.
4. ... tornado hər il dünyanın müxtəlif yerlərində dağıntılar
törədir.
5. ... günəş Böyük Səhranı yanan kürəyə döndərir.
81
FƏRD VƏ CƏMİYYƏT


YAXŞI VƏ PİS 
(rəvayət)
Sakit bir yay axşamı Leonardo da Vinçi Floren -
siyadakı emalat xa nasının bir küncünə çəkilib “Ma -
don na qayalıqda” əsərinin son ştrixlərini çəkirdi.
Birdən qa pı döyüldü. Rəs sam dalğın halda
ye rin dən qalxaraq qapıya sarı getdi. Leo -
nardo onun emalatxanasına gəl 
miş
adamı tanı y ırdı. Bu, hersoq Sfort sa -
nın nökəri idi. Leonardo da Vinçi her-
soqun rəsm sifarişlərini dəfələrlə
yerinə yetirmişdi. 
Hersoqun yeni sifarişi vardı. O
istəyirdi ki, Leonardo İsa Məsihin
çarmıxa çəkilməzdən əvvəl həvariləri ilə birlikdə təşkil etdiyi şam yeməyini
təsvir etsin. Özü də bu sənət əsərinin kətan üzərində deyil, Milandakı kilsə
divarında təsvir olunmasını istəyirdi. 
Leonardo yaxşı bilirdi ki, bu mövzuya bir çox rəssamlar tərəfindən
müraciət edilib. O anlayırdı ki, tarixin yaddaşına həkk olunacaq bir əsər
yaratmaq istəyirsə, bütün gücünü və istedadını səfərbər etməlidir. 
Leonardo da Vinçi rəsm əsərində təsvir olunacaq İsa Məsih və onun
on iki həvarisi üçün natura axtarmağa başladı. O, on bir həvariyə uy ğun
gələn naturaları tezliklə tapdı. Lakin bu rəsm əsərinin iki əsas obrazı vardı
– İsa Məsih və Yəhuda, başqa sözlə, Yaxşı və Pis. Bu iki obrazın təsviri
üçün natura tapmaq asan deyildi. Çünki birinci üçün üzü nurlu, xoş
təəssürat yaradan bir insan, Yəhudanın təsviri üçün isə üzündən məkr,
hiyləgərlik yağan biri lazım idi. 
Leonardo da Vinçi “Son şam yeməyi” freskasını kilsə yeməkxanasının
divarında çəkirdi. Bu əsnada o, qonşu otaqdan gələn xor səsini eşitdi.
Fırçasını yerə qoyub bir anlıq xoru dinləmək istədi. Qapının kandarından
içəri boylandıqda kilsə xorunda ifa edən bir gənclə qarşılaşdı. Sevincdən
rəssamın ürəyi döyündü. O istədiyini tapmışdı. Bu gəncdə əsl İsa Məsih
siması var idi.
Rəssam gənci yanına çağırdı. Ona baxaraq bir neçə eskiz çəkdi.
Tezliklə kilsə divarında təsvir olunmuş rəsmdə İsa Məsih obrazı da öz
yerini tutdu. Lakin Yəhudanı canlandıracaq obraz hələ də tapılmamışdı. 
1. Sizcə, nə üçün mətndə “yaxşı” və “pis” sözləri böyük hərflə
yazılıb?
82
III BÖLMƏ


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə