Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə22/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   45

77
FƏRD VƏ CƏMİYYƏT
SONUNCU DÜYM
*
(ixtisarla)
Külək 
kiçik
“Oster” təyyarəsini
amansızcasına silkələyirdi, amma
Devi canını dişinə tutub səsini çı -
xarmırdı, atılıb-düşən cihazlara,
kompasa təşvişlə baxırdı. Ata sı nın:
“Qorxursan?” – sualına oğlan
asta

utancaq
səslə: “Bir azca”, –
deyə cavab verdi. Ben 
sərt
bir
tərzdə oğluna:
– Təyyarəni yerə endirməyi öy -
rənmək istəyirsənsə, düz otur! –
deyə əmr etdi. – Enmə zamanı yerə qədər məsafə altı düym ol ma lıdır. Nə
az, nə çox, düz altı düym! Bir az yüksəkdən uçsan, enmə zamanı təyyarə
yerə çırpılıb zədələnə bilər, çox aşağıdan uçsan, kələ-kötürə düşüb çevrilə
bilər. Hər şey 
sonuncu
düymdən asılıdır.
Bu da sonuncu düym! Ben mühərriki söndürdü, ayağını əyləcə basdı
və təyyarə dayandı.
Köpəkbalığı körfəzi adlanan bu sularda, doğrudan da, akulalar çox
olurdu. Ben buraya elə bu yırtıcı balıqlara görə gəlirdi. O, telekompani ya -
nın sifarişi ilə sualtı çəkilişlər aparırdı.  Köpəkbalıqları haqqında hər çə ki -
lişə görə yaxşı pul qazanırdı...
Devi ətrafa göz gəzdirdi. Qarşıda mavi sulardan, arxada isə göz işlə -
dik cə uzanan qumlu təpəciklərdən başqa heç nə yox idi. Uşağı birdən
qorxu bürüdü: atasına bir şey olsa, onun halı necə olacaq? Devi yavaş
səslə soruşdu: 
– Ata, bizim burada olduğumuzu kimsə bilir?
– Heç kəs. 
– Bəs bizi tapa bilərlər?
– Yox. Quru ilə buraya yol yoxdur. Təyyarədən bizim balaca maşını
çətin ki görsünlər. – Əli ilə dənizi göstərdi. – Oradan da heç kəs gəlməz,
riflərə görə...
Devinin qorxduğunu görən Ben uşağı sakitləşdirdi:
– Qorxma, hər şey yaxşı olacaq. Mən suyun altında yarım saatdan az
qalacağam.
Kürəyində akvalanq, bir əlində kamera, digərində isə təzə kəsilmiş at
*Düym – numerativ söz kimi: 2,54 santimetrə bərabər uzunluq ölçüsü


bu du suya girən Ben əti məftillə rifə möhkəm bağladı ki, akulalar onu asan -
lıqla qopara bilməsinlər, özü isə təhlükəsiz yerə çəkilib gözləməyə başladı. 
Akulalar qan iyini hiss edən kimi gəldilər. Qabaqda pələng-akula gəlirdi. 
Ben hər şeyi çəkə bildi: akulaların ətə yaxınlaşmalarını, ağızlarını açma -
larını, dişləri ilə əti parçalamalarını... Birdən pələng-akulanın onun üstünə
gəldiyini gördü. Akula azca böyrü üstə çevrildi və Ben onun hücuma
hazırlaşdığını başa düşdü. Yalnız indi gördü ki, əlləri və sinəsi  ətin qanına
bulaşıb. Bu, bağışlanmaz səhlənkarlıq idi. Amma indi özünü danlamaq
mənasız idi.  Ben kamera ilə akuladan qorunmağa çalışdı. Lakin artıq gec
idi. Yırtıcı dişlərini Benin qoluna sancdı. Sonra o biri qolundan  yapışdı. Qor -
 xu və ağrıdan Ben əllərini yelləməyə başladı: su qana boyandı. Ben artıq
heç nə görmürdü, ancaq başa düşürdü ki, akula yenidən hücuma ke çə -
cək. Elə həmin an yırtıcının dişlərini ayaqlarında hiss etdi. Var gücünü
toplayaraq ayaqları ilə akulanı itələdi və suyun üstünə çıxdı.
Ben özünə gələndə başı üstündə oğlunu, onun dəhşət dolu gözlərini
gördü. Ben əllərinə baxdı. Sağ əli, demək olar ki, üzülmüşdü. Sol əli və
ayaq ları isə didik-didik idi, həm də durmadan qanayırdı. Ben başa düşürdü
ki, nə isə etməlidir. O ölsə, uşaq tamamilə tək qalacaq. Bu qızmar səhrada
uşağı vaxtında tapa bilməyəcəklər, bəlkə də, heç tapmayacaqlar.
– Devi, mənim köynəyimi cır, sağ əlimi sarı, sol əlimi yaralardan yuxarı
möhkəm bağla ki, qan dayansın. 
Çox qan itirdiyindən və ağrıdan Benin tez-tez huşu gedirdi. Özünün və
uşağın xilas olması üçün yeganə çıxış yolu Devini müstəqil düşün mə yə
və hərəkətə məcbur etmək idi.
– Oğlum, mən hər şeyi sənə deyəcəyəm, sən isə başa düşməyə çalış.
Çünki hər şeyi özün etməli olacaqsan. Sənin üstünə qışqırsam, incimə,
yaxşı? İndi isə iri məhrəbanı yerə sər, mən özümü onun üstünə salaram
və biz birtəhər təyyarənin yanına gedərik. 
Devi kədərlə:
– Mən səni təyyarəyə qaldıra bilmərəm, – dedi.
– Eh, – deyə Ben mümkün qədər yumşaq danışmağa çalışdı. –  Özü nü
sınamadan heç vaxt nəyə qadir olduğunu öyrənə bilməzsən.
– Sən təyyarəni necə sürəcəksən? Əlini tərpədə bilmirsən. Heç gö zü -
nü də aça bilmirsən, – deyə Devi soruşdu.
– Sən bu barədə düşünmə. Mən gözüyumulu da uça bilərəm. Təy yarəni
isə dizlərimlə idarə edərəm. Sən durma, məni apar. 
Təyyarəyə qədər yolu uzun müddətə qət etdilər. 
1. Altından xətt çəkilmiş cümlələrə görə əsərin qəhrəmanları
haq qında fikirlərinizi söyləyin.
2. He kayənin davamını proqnozlaşdırın.
78
III BÖLMƏ


– İndi təyyarənin qapısının qabağına daş yığ. Məni onların üstü ilə qal -
dırıb təyyarəyə mindirə bilərsən.
Devi mərcan qırıqlarını təyyarənin sol qapısının qabağına, pilotun
oturduğu yerə yığmağa başladı. 
–  Ora yox, – deyə Ben ehtiyatla dilləndi. – O biri qapının qabağına yığ.
Bu tərəfdən çıxmağıma sükan mane olar.
Devi atasına şübhə ilə baxdı, amma göstərişinə əməl etdi.
– İndi məhrəbanı belimə sarı, təyyarəyə çıx və məni dart.
Ben artıq öləcəyinə, demək olar ki, şübhə etmirdi. Amma təyyarəni
idarə etməyi uşağa göstərmək lazım idi. Bu istək ona dəhşətli ağrıya dö -
zərək təyyarəyə çıxmağa qüvvə verdi. 
– Qayışları möhkəm bağla. Mənə kömək edəcəksən. Dediklərimə
diqqətlə qulaq as, Devi. Ayağını pedalın üstünə qoy. Yaxşı. Afərin! Mə nim
yanımdakı qara açarı çevir. Əla. İndi bax o düyməni bas, mühərrik i ş lə -
yəndə isə qazın dəstəyini bir az da çək. Dayan! Ayağını sol pedalın üs tü -
nə qoy və təyyarəni küləyə qarşı çevir.
Oğluna göstərişlər verərkən Ben yalnız bir şey haqqında düşünürdü: bircə
huşunu itirməsin, indi oğlunun həyatı bundan asılı idi. Hələlik Devi hər şeyi
düzgün edirdi. Onlar artıq havaya qalxmışdılar. Devi var gücü ilə qışqırdı:
–  Hara uçmalıyam? Niyə mənə istiqaməti demirsən?  
O gərək hər şeyi oğluna starta qədər başa salaydı, axı indi Devi onu
çə tin eşidəcəkdi. Var gücü ilə qışqırdı:
–  Sahilboyu uç! – Sonra öz-özünə danışırmış kimi səsini yavaşıtdı. –
Afərin, Devi, hər şey yaxşıdır, istiqaməti dəyişmə. Daha heç nə etmək
lazım deyil, qoy maşın özü öz işini görsün. Hər şey yaxşı olacaq, Devi...
Sən öhdəsindən gələcəksən...
Ben sanki dərin bir uçuruma yıxıldı. O, huşunu itirdi...
Atasının yavaş-yavaş özünə gəldiyini görən Devi: 
–  Biz, demək olar ki, çatmışıq, – dedi. – Aerodrom görünür.
–  Aerodromu gözdən itirmə! – deyə Ben var gücü ilə qışqırdı və dü şün -
dü: “Allah xətrinə, Devi, indi sən mənim dediklərimin hamısını eşit məlisən”.
Həlledici an çatmışdı. Təyyarəni havada idarə etmək elə də çətin de -
yildi, amma yerə endirmək – bax bu, doğrudan da, mürəkkəb məsə lə idi!
Ben var gücünü toplayıb dikəldi və pəncərədən baxdı. Yer yaxın la şırdı.
–  Afərin! – deyə o qışqırdı. – Mühərriki söndür! Dəstəyi qabağa ver!
İn di sola doğru endir! Yaxşı! Hər şey qaydasındadır, Devi. Sən bacara-
caqsan. 
Təyyarənin yerə enməsinə bir dəqiqə qalırdı.
–  Altı düym! – deyə Ben qışqırırdı. 
79
FƏRD VƏ CƏMİYYƏT


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə