DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə15/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   11   12   13   14   15   16   17   18   ...   67

_______Milli Kitabxana_______ 
 
46 
-
 
Büdcə qanunvericiliyində vergilərlə bağlı müddəalar; 
Büdcə qanunvericiliyi dedikdə “Büdcə sistemi haqqında” 
2 iyul 2002-ci ildə qəbul edilmiş qanun, 24 may 2004-cü 
ildə  qəbul edilmiş “Dövlət büdcəsinin təsdiqi və icrası” 
qaydaları və digər hüquqi-normativ aktlar nəzərdə tutulur. 
-
 
Vergilər üzrə dövlət təminatlarının və müddətli güzəştlərin 
verilməsi ilə bağlı müddəalar; 
Güzəştlərlə bağlı qanunvericilik aktları dedikdə “Kənd 
təsərrüfatı istehsalçılarına verilən müddətli güzəştlər” və 
“Fiziki  şəxslərin banklardakı  əmanətləri üzrə ödənilən 
faiz məbləğlərindən, habelə qiymətli kağızlar üzrə 
divident və faizlərdən əldə etdikləri dividentlərin vergidən 
azad olması” haqda 28 noyabr 2003-cü ildə imzalanmış 
qanunlar nəzərdə tutulur. 
-
 
 Hasilatın pay bölgüsü haqqında,  əsas boru kəməri 
haqqında və digər bu qəbildən olan sazişlərdə  və ya 
qanunlarda nəzərdə tutulan müddəalar. 
Hasilatın pay bölgüsü haqqında,  əsas boru kəməri 
haqqında və digər bu qəbildən olan sazişlər və protokollar 
nəzərdə tutulur. 
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq 
müqavilələrdə vergilər haqqında Vergi Məcəlləsi ilə və ona müvafiq 
olaraq qəbul edilmiş normativ-hüquqi aktlarla nəzərdə tutulmuş 
müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin 
beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. 
Vergi Məcəlləsində vergilərin müəyyən edilməsi və 
tutulmasının əsasları maddəsi də öz əksini tapır: 

 
Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, 
bərabər və ədalətli olmasına əsaslanmalıdır; 

 
Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır; 

 
Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının 
həyata keçirilməsinə maneçilik törədən vergilərin 
müəyyən edilməsinə yol verilmir; 

 
Azərbaycan Respublikasının vahid iqtisadi məkanını 
pozan (xüsusilə, Azərbaycan Respublikasının  ərazisində 
malların (işlərin, xidmətlərin) və pul vəsaitlərinin azad 


_______Milli Kitabxana_______ 
 
47 
yerdəyişməsini bilavasitə 
və ya dolayısı ilə 
məhdudlaşdıran və ya digər yolla vergi ödəyicilərinin 
qanuni fəaliyyətini məhdudlaşdıran (yaxud maneçilik 
törədən) vergilərin müəyyən edilməsinə yol verilmir; 

 
Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) vergini bir 
dəfədən artıq ödəməyə məcbur edilə bilməz

 
Vergilər siyasi, ideoloji, etnik, konfessional və vergi 
ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas 
götürülməklə müəyyən edilə bilməz və diskriminasiya 
xarakteri daşıya bilməz. Vergi şəxsin dini baxışları, 
milliyyətindən asılı olaraq tutula bilməz. 
Mülkiyyət formasından və ya fiziki şəxslərin 
vətəndaşlığından və ya kapitalın yerindən asılı olaraq 
vergilərin müxtəlif dərəcələrinin müəyyən edilməsi 
qadağandır. 
Azərbaycan Respublikasına gətirilən mallar üçün hansı 
ölkədən gətirilməsindən asılı olaraq Vergi Məcəlləsinə və 
gömrük qanunvericiliyinə uyğun olaraq müxtəlif gömrük 
rüsumu dərəcələrinin müəyyən edilməsi mümkündür 
(bax.rüsumlar); 

 
Azərbaycan Respublikasının vergiləri yalnız Vergi 
Məcəlləsi ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya 
ləğv edilməsi Məcəlləyə  dəyişiklik edilməsi ilə  həyata 
keçirilir; 

 
Heç bir şəxsin üzərinə Vergi Məcəlləsi ilə müəyyən 
edilən vergilərin xüsusiyyətlərinə malik olan və VM ilə 
müəyyən edilməyən, yaxud Məcəllə ilə müəyyən edilən 
qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri 
ödəmək vəzifəsi qoyula bilməz; 

 
Vergilər haqqında qanunvericilik elə 
tərzdə 
formalaşdırılmalıdır ki, hər kəsin hansı vergiləri, hansı 
qaydada, nə vaxt və hansı  məbləğdə ödəməli olduğunu 
dəqiq bilsin; 

 
Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq 
etməlidir; 


_______Milli Kitabxana_______ 
 
48 
Bu məqam vergilərin tənzimləyici funksiyasını ön plana 
çıxarır. Sahibkarlığın təşviqi ilə bağlı 2003-cü ildə 
qüvvədə olmuş sahələr və regionlar üzrə müxtəlif 
dərəcələrin tətbiqi buna misaldır. Digər misal kiçik 
sahibkarlıq fəaliyyətinin təşviq edilməsi üçün VM-nin 
qüvvəyə minməsi ilə  tətbiq edilən sadələşdirilmiş 
vergidir. 
İnvestisiya fəaliyyətinin təşviqi ilə bağlı qanunvericilikdə 
kifayət qədər müddəalar vardır. Misal üçün, xarici 
vətəndaşların faiz və dividentlərdən əldə etdikləri gəlirləri 
10% ödəniş mənbəyində vergiyə cəlb olunur. 

 
Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və 
aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh 
edilməlidir; 

 
Fiziki və hüquqi şəxslərin vergilərə aid normativ-hüquqi 
aktlarla azad tanış olmaq imkanı təmin edilməlidir. 
 
Gəlirlərdən (mənfəətdən) vergilər 
 
1. Fiziki şəxslərin gəlir vergisi 
 
Fiziki  şəxslərin gəlir vergisi dedikdə onların il ərzində  əldə 
etdiyi gəlirdən tutulan vergi nəzərdə tutulur. Bu vergi fiziki şəxsin 
maddi vəziyyəti ilə (bilavasitə) bağlı olduğu üçün verginin ödəyicisi 
bir sıra hallarda gəlir vergisi ilə bağlı hər hansı bir dəyişikliyi (vergi 
qanunvericiliyi) ciddi nəzarətdə saxlayır. Ölkədə bu verginin 
büdcəyə alınması xüsusiyyətləri (o cümlədən büdcədəki payı) fərqli 
olduğu üçün fiziki şəxslərin gəlir vergisi ilə bağlı Azərbaycan 
təcrübəsini nəzərdən keçirək. 
İlk dəfə bu vergi növü Azərbaycan Respublikasının 
qanunvericiliyinə 
əsasən 1992-ci ildən tətbiq edilməyə 
(“Azərbaycan Respublikasında fiziki şəxslərdən gəlir vergisi 
haqqında” qanun – 31 dekabr 1991-ci il) başlanmışdır. İlk dövrlərdə 
bu verginin büdcəyə alınması mexanizmi kifayət qədər mürəkkəb 
idi. Belə ki, gəlir vergisi 4 müxtəlif cədvəl (illik, aylıq, mülki-


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə