Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə262/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   258   259   260   261   262   263   264   265   ...   298

Cədvəl 11.4 

Təsnifat prinsipi 

Mövcud və hazırlanmaqda olan monitorinq 

sistemləri 

Universal 

sistemlər 

Qlobal monitorinq (baza, regional və impakt 

səviyyələrdə) fon monitorinqi, palemonitorinq Milli 

monitorinq 

Millətlərarası monitorinq (çirkləndirici maddələrin 

transsərhəd ötürülməsi 

Biosferin əsas 

hissələrinin 

reaksiyası 

Geofiziki monitorinq 

Bioloji monitorinq (genetik monitorinq də daxil 

olmaqla) 

Ekoloji monitorinq (yuxarıdakılar da daxil olmaqla) 

Müxtəlif mühitlər  Atmosfer, hidrosfer, torpaq, kriosfer və biotadakı 

antropogen dəyişmələrin monitorinqi (çirklənmələr 

və ona qarşı reaksiyalar da daxil olmaqla) 

Təsirlərin 

mənbələri və 

faktorları 

Çirkləndirici maddələrin monitorinqi İnqrediyent 

monitorinqi (ayrı-ayrı çirkləndirici maddələr, 

radioaktiv şüalanma, səs-küy və s.) 

Problemin 

kəskinliyi və 

qlobalhgı 

Okeanın monitorinqi Ozon qatının monitorinqi 

Müşahidə 

metodları 

Fiziki, kimyəvi və bioloji göstəricilərin monitorinqi 

Peyk monitorinqi (distansion metodlar) 

Sistemli yanaşma  Tibbi-bioloji (sağlamlığın vəziyyəti) monitorinqi 

Ekoloji monitorinq iqlim monitorinqi 

Bioekoloji, geoekoloji, biosfer monitorinqi 

 



ekoloji  vəziyyətin  məqsədli  göstəricilərini  əldə  etmək  mümkün 

olmadığı 

hallarda 

təshihedici 

(korrektə) 

hərəkətlərin 

müəyyənləşdirilməsinə şərait yaradır. 

Kompleks  ekoloji  monitorinq  sistemi  aşağıdakı  məqsədləri 

nəzərdə tutur: 

 

müşahidə obyektinin seçilməsi (cədvəl 11.5.); 



 

seçilmiş müşahidə obyektində tədqiqatların apaniması; 



 

müşahidə obyekti üçün informasiya modelinin tərtib edilməsi



572 


 

aparılacaq ölçmələrin planlaşdırılması; 



 

müşahidə  obyektinin  vəziyyətinin  qiymətləndirilməsi  və  onun 



infonuasiya modeli ilə identifıkasiya edilməsi; 

 



müşahidə obyektindəki dəyişikliklərin proqnozlaşdırılması; 

 



məlumatların  istifadə  üçün  əlverişli  şəkildə  istifadəsi  və 

istifadəçiyə çatdırılması. 



Cədvəl 11.5 

Müşahidələr sisteminin qruplaşdırüması(V.Məmmədov, 

Müşahidə 

növləri 

Müşahidə obyektləri 

Təsir 


mənbələri 

Lokal xarakterli təbii (vulkanlar, qaz və neft 

püskünnələri və s.) antropogen çirklənmə mənbələri 

(tullantılar, axıntılar və sş) və digər təsirlər 

Təsirin 

xarakeri 

Çirklənmənin növləri, şüalanmanın xarakterləri, 

səs-küyün intensivliyi vəs. 

Ətraf təbii 

mühitin 


vəziyyəti 

Ekosistemlərin coğrafi, fiziki, geokimyəvi, kimyəvi, 

biokimyəvi, bioloji göstəriciləri 

Ekosistemin 

vəziyyəti 

Biotalarm reaksiyası: orqanizmlərin, populyasiyaların, 

birliklərin reaksiyalan, ekosistemlərin struktur və 

funksional dəyişiklikləri 

Bütövlükdə 

biosferin 

vəziyyəti 

Hava və iqlim dəyişmələri, biosferdəki 

məhsuldarhq-destruksiya prosesləri balansındakı 

dəyişikliklər 

insanın 

vəziyyəti 

Əhalinin fiziki və psixoloji sağlamlığının vəziyyəti 

haqqındakı məlumatlar 

Kompleks  ekoloji  monitorinqin  əsas  məqsədləri  aşağıdakılardan 

ibarətdir: 

-

 

ekosistemlərin, o cümlədən insanlarin həyat mühiti göstəricilərinin 



qiymətləndirilməsi (ekoloji normativlərə uyğunluğun qiymətləndirilməsi); 

-

 



bu  göstəricilərin  dəyişmə  səbəblərinin  aydınlaşdırılması  və 

mümkün  nəticələrin  qiymətləndirilməsi,  ekoloji  şəraitin  məqsədli 

göstəriciləri 

əldə 


edilmədiyi 

hallarda 

təshihedici 

tədbirlərin 

müəyyənləşdirilməsi 

(ekosistemin 

vəziyyətinin 

diaqnostikasının 

aparılması); 

-

 



mümkün  neqativ  halların  qarşısının  alınması  üzrə  tədbirlərin 

əsaslarının hazırlanması. 



573 


Ekosistemin  vəziyyətindəki  dəyişikliklərin  dinamikasım  müəyyən- 

ləşdimıək  üçün  ölçmələr  müəyyən  zaman  intervah  ərzində,  ekosistemin 

vacib  göstəriciləri  üzərində  isə  fasiləsiz  şəkildə  aparılmalıdır.  Mühitin 

yekun inteqral göstəricilərini əldə etiuək üçün müşahidələr bəzən nöqtəvi 

ölçmələr şəklində  aparılır, alınmış nəticələr ümumiləşdirilir. Bunun üçün 

ölçü  aparılacaq  sahə  kvadratlara  ayrılır.  Bu  metodların  kombinasiyası  da 

müıukündür.  Aviasiya  və  peyk  müşahidələri  mühüm  rol  oynayır. 

Antropogen  təsiri  ayırmaq  üçün  ekosistemin  ilkin  vəziyyətini  (fon 

vəziyyəti) bilmək lazımdır. Bunun üçün təsir mərkəzindən kənardakı uyğun 

ərazilərdə müşahidələr aparılır. 



11.5.

 

2. Azərbaycanda səth sularının monitorinq sistemi 

1.Müşahidə  şəbəkəsi.  Səth  sularının  çirklənməsinin  monitorinqi 

şəbəkəsi 43 əsas su obyektinə - 27 cay (Kür, Araz, Alazan, Balakən çayı, 

Katexçay, Kürmukçay, Talaçay, Əyriçay, Ağstafaçay, Tovuzçay, İori çayı, 

Qoşqarçay,  Kürəkçay,  Şəmkirçay,  Gəncəçay,  Türyançay,  Göyçay, 

Qarasuçay,  Dəmiraparançay,  Qudyalçay,  Vəlvələçay,  Qaraçay,  Təngərü 

çayı, İstisuçay, Qusarçay, Lənkərançay, Viləşçay), 4 su anbarı (Mingəçevir, 

Şəmkir,  Ceyranbatan,  Ağstafa),  11  göl,  onlardan  7-i  Abşeronda 

(Böyük-şor,  Qınmzı  göl,  Yasamal-1,  Masazır,  Kürdəxam,  Bülbülə, 

Xocahəsən), 4-ü ölkənin müxtəlif rayonlarında (Göy-göl, Hacıqabul gölü, 

Candargöl və Sarısu gölü) yerləşir və 1 liman (Dəvəçi limanı) olmaqla, 72 

müşahidə  məntəqəsinə,  65  şaquliyə  və  66  üfüqiyə  (nümunə  götürülmə 

nöqtəsinə) malikdir. Bu məntəqələrdə tam və ixtisara salınmış proqramlar 

üzrə su nümunələri götürülərək, suyun aşağıda qeyd olunan kəmiyyət  və 

keyfiyyət göstəriciləri təyin olunur. 



Hidroloji göstəricilər: 



 

suyun sərfi (m /san) 

 

suyun səviyyəsi (m) 



 

axın sürəti (m/san) 



Fiziki göstəricilər: 

 



temperatur (°C) 

 



bulanıqlıq (NTU) 

 



şəffaflıq (sm) 

 



rəng (dərəcə) 

 



- qoxu (sinif və bal) 

Kimyəvi göstəricilər: 

 



hidrogen göstəricisi-pH (ionların konsentrasiyası) 

 



həll olmuş qazlar 

- karbon dioksid-C02(mq/l) 



574 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   258   259   260   261   262   263   264   265   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə