19
haqqında tarixi məlumatları son dövrlərədək bu heyvanların mövcudluğunu təsdiq
edir.
Qədim rəssamların ən çox sevdiyi süjetlərdən biri maral təsvirləri idi. Bu
süjetə Qobustan, Abşeron, Kəlbəcər və Gəmiqaya qayaüstü təsvirlərində, tunc
dövrü gil qabları və bəzək əşyalarında, Xocalı tunc bel kəmərlərində, Kilikdağ və
Xanlar kurqanlarının son tunc dövrü saxsı qablarında rast gəlmək olar [55,124-
126].
Nəcib maral (Cervus elaphus binagadenisis Subsb. nova) Abşeron
yarımadasının (Lökbatan və Binəqədi yaxınlığında) üst dördüncü dövr Binəqədi qır
tapıntıları qalıqlarından məlumdur. Abşeron yarımadasının Pirallahı adasında
dördüncü dövr çöküntülərindən müasir Qafqaz tipinə oxşar Cervus elaphus Maral -
Ogilby maralının sümük və kəllələri aşkar olunmuşdur [11, 20-21]. Bu qrup maral
qalıqlarına Qafqazda pleystosen dövründən indiyədək təsadüf etmək olar. Livan,
Suriya və Fələstin paleolit dövrü ovçuları üçün nəcib marallar ən adi qida mənbəyi
idi [40, 339].
Qobustanda Böyükdaş dağının yuxarı səkisində 24 №-li daş üzərində xallı
maral təsviri əsasında son pleystosen dövründə (Cervus (Sica) Nippon Temminck)
xallı marallarının mövcudluğu haqqında mülahizə yürütmək olar (şək. 3), (162, 7-
9; 158, 390-391; 10,31). Külli miqdarda maral sümükləri Naxçıvan ərazisində,
erkən və orta tunc dövrü mədəni təbəqələrinin arxeoloji qazıntıları zamanı aşkar
edilmişdir [15,17].
Skiflərin, hunların, qıpçaqların və monqolların hərbi səfərləri zamanı, orta
əsrlərdə isə İran şahlarının, xan və bəylərin Gilyan və Qarabağ meşələrində ov
etmələri zamanı bu heyvanların kökləri sürətlə kəsilməyə başlamışdır. Buna misal
olaraq Qobustan, Gəmiqaya, Kəlbəcər qayalarında təsvir olunmuş ov səhnələrini
göstərmək olar (ill. 24).
Qobustanın ən qədim mağaralarında tapılmış ceyran sümüklərinin qalıqları
və bu heyvanların çoxsaylı təsvirləri onların paleolit dövrü ovçularının əsas ov
obyektlərindən biri olmasını təsdiq edir.
Qayaarası düşərgəsində ceyran sümükləri ilə yanaşı, onların Qafqazda
buzlaqlardan sonrakı vaxtlarda [40, 339] görünmələri haqqında ehtimalları inkar
edən üst paleolit dövrünə aid nümunə aşkar olunmuşdur [165,7-8].
Gazella Subgutturoza Guld ceyranlarının mövcudluğu Livan, Fələstin,
Suriyadakı aşel dövründən son neolit dövrünədək olan paleolit mağaralarından
məlumdur [287, 270]. Qobustanda ceyranlar hələ üst paleolit dövründə
məskunlaşmışlar. Buna nümunə olaraq Qobustanın üst paleolit mədəni
təbəqələrindən tapılmış heyvanların sümük qalıqlarını göstərmək olar.
Çoxsaylı qayaüstü təsvirlərindən biri (Capra aegagrus Erxl) dağ keçiləridir.
Analoji təsvirlərə əsasən Şərqi Qafqazın son tunc dövrü saxsı qablarında -
Gəncəçay, Xanlar, Kilikdağ və s. torpaq kurqanlarından tapılmış gil qablarda [55,
20
100-126], həmçinin Qərbi Azərbaycanın metal məmulatlarında [241,112, tablo
XXIII] rast gəlmək olar.
Qazıntılar zamanı aşkar olunmuş bu növlərin qalıqları İtaliya, Livan, Suriya
və Fələstin mağaralarının pleystosen və holosen dövrünə aid tapıntılardan
məlumdur (Cibex L.) [287; 288]. Azərbaycanda (Capra aegagrus Erxl) dağ
keçilərinin qalıqları Qobustan, Abşeron, Gəmiqaya və Kəlbəcərin neolit və tunc
dövrü yaşayış məskənlərindən aşkar olunmuşdur (ill. 25; 26; şək. 14-a,b).
Naxçıvanda bu növ heyvanlar son dövrlərədək Zəngəzurda və onun cənub
qollarında, Culfa və Ordubad arasında Nehrəm dağlarında və İlanlı dağda daha çox
olmuşdur. Tunc dövründə Capra aegagrus Erxl mövcudluğu bu dövrə aid olan
keçi təsvirləri ilə də təsdiq olunur. Azərbaycanda qaban qalıqları dördüncü dövrə
aid edilir. Qabanların qayaüstü təsvirləri və Qobustanda qazıntılar zamanı tapılmış
qabanın köpək dişləri bu heyvanların Azərbaycan ərazisində təxminən e.ə. IV
minillikdə yaşamasını təsdiq edir [68, 5-347]. Qobustan qayalarında bəbir və şir
təsvirləri isə sonrakı dövrlərə aid edilir. Kiçikdaşda qaya üzərində həkk olunmuş
nəhəng balıq təsviri, güman ki, delfin təsviridir (daş №5) (ill. 27). Hazırda Xəzər
dənizində delfınlər yaşamır. Ehtimal etmək olar ki, bu heyvanlar Xvalın dənizində
(indiki Xəzər dənizi) yaşamış və buzlaqların gəlişi ilə yox olmuşlar [33, 153, 154].
Binəqədi çöküntüləri nəinki ciddi tarixi problemləri, həm də son paleolit
(üst pleystosen) dövrünün və onun ayrı-ayrı mərhələlərinin geoloji yaşını, son
paleolit dövrü insanlarının paleocoğrafi yaşayış şəraitlərini müəyyən etmək kimi
vacib təbii-tarixi məsələləri həll etmək üçün dayaq nöqtəsidir. Eyni zamanda
geoloji-geomorfoloji ma-teriallar bu regionun, xüsusilə Qobustanın yaşayış
məskənlərinin qədimliyinə dair sxemin yaradılması üçün əsasdır. Bu sahədə hələ
aydın olmayan bir sıra məsələlər qalmaqdadır. Əsas səbəb hələ də tədqiqat işlərinin
(xüsusilə laborator metodla) lazımi səviyyədə olmamasıdır.
Azərbaycanın son pleystosen dövrünün flora və faunasının daha dəqiq
öyrənilməsi qayaüstü rəsmlərin tarixinin müəyyənləşdirilməsində düzəlişlər etmək
üçün mühüm rol oynayır. Biz üst pleystosen dövründə coğrafi mühitin
dəyişilməsini səciyyələndirən ən vacib faktları göstərdik. Həqiqi mənzərə isə daha
mürəkkəbdir. Landşaft zonalar mövcud idi. Quru, dəniz relyefi və ümumi təsvir
başqa cür olmuşdur. Belə müşahidələrin nəticələri qədim incəsənət əsərlərinin
xronoloji tarixlərinə yenidən baxılmasına imkan yaradır.
21
II FƏSİL
AZƏRBAYCAN PETROQLİFLƏRİNİN MÖVZU
VƏ İŞLƏNİLMƏ TEXNİKASINA GÖRƏ TƏSNİFATI
II. 1. QAYAÜSTÜ TƏSVİRLƏRİN MÖVZUSU
Azərbaycanın qayaüstü təsvirlərini mövzu və süjetinə görə aşağıdakı kimi
təsnif etmək olar:
1. Heyvan təsvirləri;
2. İnsan təsvirləri;
3. Antropomorf və zoomorf təsvirlər;
4. Kompozisiya səhnələri;
5. Hərəkət vasitələrinin təsvirləri;
6. İşarələr, damğalar və su çalaları.
II. 1. 1. HEYVAN TƏSVİRLƏRİ
Məlum olduğu kimi, insanı əhatə edən fauna təsviri incəsənətin ən qədim
süjetidir. Bu, xüsusilə üst paleolit və sonrakı dövrlərin incəsənəti üçün
səciyyəvidir. Məsələn, Qobustandakı bəzi ibtidai öküz təsvirlərinin (ill. 28; 29; 19;
şək. 4; 5; 6; 7; 8; 9; 10) geniş sifəti, dalğavari buynuzları, kürək kimi fərqli
əlamətləri kifayət qədər real göstərilir. Bu təsvirlərdə öküzlərin növ fərqləri aydın
görünür. Belə ki, Qobustanda öküz təsvirlərinin əksəriyyəti son paleolit dövründə
(üst pleystosen) Azərbaycanın cənub-şərq hissəsində geniş yayılmış Bos
Primigenius boj növünə aiddir [190,25; 192, 292-294]. Öküzlər əsasən təbii
ölçüdə, ucları xaricə istiqamətlənmiş iri, dalğavari buynuzlarla təsvir olunmuşlar.
Onlar ev turlarından daha böyükdür.
Öküz təsvirləri
Öküz təsvirləri qədim tayfa və xalqların öküzə sitayişi ilə bağlı müşahidələr
üçün çox qiymətli materiallardır. Azərbaycan süjet motivləri Ukraynanın
cənubunda Çertomliks kurqanında tapılmış qızıl möhür üzərindəki böyürən öküz
təsviri ilə [40, 382 ] bəzi oxşarlığa malikdir. Sonralar, tunc dövründə müxtəlif qızıl,
gümüş, tunc bəzək əşyalarında və qablarda öküz təsvirlərirıə tez-tez təsadüf
olunurdu. Maykop kurqanının tədqiqi zamanı gümüş qab üzərində öküz təsvirləri,
tunc fiqur şəklində və öküzləri yandan təsvir edən qızıl yastı nişanlar formasında
heykəl təsvirləri aşkar edilmişdir [198,15-78]. Qədim Misir, Şumer, Babilistan,
Assuriya, Xett rəssamlarının öküz təsvirli əsərləri məlumdur.
Dostları ilə paylaş: |