145
VACİB NAMAZLAR
................................
................................
..................
............................................................................................................................................
başa düşsə, bu halda niyyəti gərək zöhr namazına döndərsin. Yəni
niyy
ət etməlidir ki, bu vaxta qədər qılmış olduğum, hal-hazırda
qıldığım və bundan sonra qılacaqlarım, zöhr olsun. Onu
qurtardıqdan sonra əsr namazını qılsın. Əgər zöhr namazının
xüsusi vaxında olsa və zöhr namazının xüsusi vaxtında başa düşsə
namazı səhihdir, sonra keçən məsələdə qeyd olunana əməl etsin.
Əgər müştərək vaxta başa düşsə zöhr namazının xüsusi vaxtında
namaza başlamasına baxmayaraq niyyəti çevirməsi səhihdir.
M
əsələ: 741. İmam
(
ələyhis-salam)
hüzuru dövründ
ə vacibdir ki,
cüm
ə günü, zöhr namazının yerinə iki rəkət cümə namazı qılınsın.
Amma bu zamanda h
ər kim cümə namazını tələb olma niyyəti ilə
qılsa zöhr namazını qılması vacibdir.
M
əsələ: 742. Cümə namazının vaxtı zöhrün əvvəli, şaxisın
gölg
əsinin özü qədər olandadır.
M
ƏĞRİB VƏ İŞA NAMAZLARININ VAXTI
M
əsələ: 743. Məğrib o vaxtıdır ki, gün batandan sonra məşriq
t
ərəfdən zahir olan qızartı, insanın başının üstündən (məğribə
t
ərəf) keçmiş olsun, (yəni kənarlaşıb məğribdə görünməyə
başlasın).
M
əsələ: 744. Məğrib və işa namazlarının hər birinin həm
m
əxsus, həm də müştərək vaxtı vardır. Məğrib namazının məxsus
vaxtı, məğribin əvvəlindən başlayır və məğribdən üç rəkət namaz
qılmaq qədər vaxt keçəndəkdir. Məsələn: əgər bir şəxs səfərdə
olsa v
ə səhv üzündən bütünlüklə işa namazını bu vaxtda qılsa,
namazı səhihdir, ehtiyat isə budur ki, məğrib namazını qılsın işa
namazını isə (yenidən) qəsr şəkildə qılsın. İşa namazının məxsus
vaxtı isə onu qılmaq miqdarında gecənin yarısına vaxt qalmış
olsun.
Əgər bir şəxs bu vaxta qədər məğrib namazını qılmasa,
əvvəlcə gərək işa namazını, sonra isə məğribi qılsın. Məğrib
namazının məxsus vaxtı ilə işa namazının məxsus vaxtları
ar
asındakı vaxt, məğrib namazı ilə, işa namazının müştərək
146
NAMAZIN HÖKMLƏRİ
.........................................................................................
............................................................................................................................................
vaxtıdır. Əgər bir şəxs səhvən işa namazını məğrib namazından
əvvəl qılsa və namazdan sonra, əvvəl qılmasını bilsə, namazı
s
əhihdir və məğrib namazını ondan sonra qılmalıdır.
M
əsələ: 745. Mənası qabaqkı məsələdə deyilən məxsus və
müştərək vaxt, müxtəlif şəxslər üçün fərqlidir; məsələn, əgər iki
r
əkət namaz qılmaq müddəti miqdarında zöhrün əvvəlindən keçsə,
s
əfərdə olan şəxsin zöhr namazının məxsus vaxtı tamam olur və
müştərək vaxtda daxil olur. Səfərə çıxan olmayan şəxs üçün,
g
ərək zöhrün əvvəlindən dörd rəkət namaz qılmaq müddəti qədər
vaxt keçsin.
M
əsələ: 746. Əgər məğrib namazını qılmamışdan əvvəl səhvən
işa namazına başlasa və namaz əsnasında səhvini başa düşsə, bu
halda
əgər dördüncü rəkətin rükusuna getməyibsə, (qıldıqlarının
hamasını və ya bir miqdarını müştərək vaxtda qılıbsa) gərək
niyy
ətini məğrib namazına çevirib namazı tamamlasın, sonra isə
işa namazını qılsın. Əgər dördüncü rəkətin rükusuna gedibsə,
g
ərək işa namazını tamamlayıb sonra məğrib namazını qılsın.
Əgər qıldıqlarının hamısını məğrib namazının xüsusi vaxtında
qılıbsa və dördüncü rəkətin rükusuna daxil olmazdan qabaq
yadına düşsə namazı səhihdir və niyyətini məğrib namazına
çevirsin. Amma yenid
ən qılması ehtiyata uyğundur.
M
əsələ: 747. İşa namazının axır vaxtı gecə yarısıdır. Gərək
gec
əni qürubun əvvəlindən günəş çıxan vaxta qədər deyil, sübh
azanına qədər hesab etsin.
1
M
əsələ: 748. Əgər günah və ya bir üzrlü səbəbə görə məğrib,
yaxud işa namazını kecə yarısına qədər qıla bilməsə, gərək sübh
azanına qədər qılsın. Ehtiyat-vacibə görə gərək sübh azanından
qabaq
əda və qəza niyyəti etmədən qılsın.
ــــــــــــــــــــــــــــــــــــــ
1.
Buna əsasən, təqribən on bir saat, on beş dəqiqə zöhrün şəri vaxtından sonra,
məğrib və işa namazlarının axır vaxtıdir.
147
VACİB NAMAZLAR
................................
................................
..................
............................................................................................................................................
SÜBH NAMAZININ VAXTI
M
əsələ: 749. Sübh azanına yaxın vaxtlarda günçıxan tərəfdən
bir ağartı üzü yuxarı tərəfə hərəkət edir ki, buna birinci fəcr
deyilir. Bu ağartının yayılıdıqdan sonrakı vaxta ikinci fəcr deylir
ki, bu da sübh namazının əvvəl vaxtıdır. Sübh namazının axır
vaxtı isə günəşin çıxdığı vaxtdır.
NAMAZ VAXTININ HÖKML
ƏRİ
M
əsələ: 750. İnsan o vaxt namaz qılmağa başlaya bilər ki,
vaxtın daxil olduğunu yəqin etsin, yaxud iki nəfər adil kişi vaxtın
daxil olmasını xəbər versin.
M
əsələ: 751. Əgər, bulud, toz, korluq və ya zındanda olmaq
s
əbəbilə namaz vaxtının daxil olmasını yəqin edə bilməsə, daha
yaxşı budur ki, vaxtın daxil olduğunu yəqin edənədək namazı
t
əxirə salsın. Xüsusi ilə də özü bu işə səbəb olubsa.
M
əsələ: 752. Əgər vaxtın daxil olmasını iki adil kişi xəbər
vers
ələr və ya insan başqa yollarla namaz vaxtının daxil olmasını
y
əqin etsə, yaxud da azan vasitəsi ilə əminlik hasil etsə, namaz
qılmağa məşğul olub namaz əsnasında vaxtın olmamasını başa
düşsə, onun namazı batildir. Həmçinin, əgər namazdan sonra
bütün namazı vaxtından qabaq qıldığını başa düşsə, (onun namazı
batildir). Amma namaz
əsnasında namaz vaxtının daxil olduğunu
başa düşsə və ya namazdan sonra namaz qıldığı əsnada vaxtın
daxil olduğunu başa düşsə, onun namazı səhihdir.
M
əsələ: 753. Əgər şəxs, namaz üçün, vaxtın daxil olmasını
y
əqin etməyin gərəkli olmasından xəbəri olmadan namaza
başlasa, əgər namazdan sonra, namazını vaxtında qıldığını başa
düşsə, onun namazı səhihdir. Bütün namazı, vaxtından əvvəl
qıldığını başa düşsə, yaxud vaxtında və ya vaxtından əvvəl
qıldığını başa düşməsə, namazı batildır. Hətta namazdan sonra
ba
şa düşsə ki, namaz qıldığı əsnada vaxt daxil olmuşdur, gərək
namazını yenidən qılsın.
Dostları ilə paylaş: |