103
insan, yosunlarla çirklənmiş sudan istifadə etmir, çünki bu sular dadına və
qoxusuna görə fərqlənir. Buna baxmayaraq, öz toxumalarında toksinlər top-
lanmış balıqla qidalandıqda ciddi zəhərlənmə baş verir. Heyvanlar isə belə
sulardan istifadə etməyə məcbur olurlar. Dünyanın bir çox regionlarında iri
buynuzlu heyvanların və digər kənd təsərrüfat heyvanlarının kütləvi qırıl-
ması baş verir.
Su anbarlarında evtroflaşması suyun təmizlənməsini bahalaşdırır. Belə
ki, 1985-ci ildə Dnepropetrovsk su anbarlarında koaqulyantların təmizlən-
məsinə 650 min dollar, rekreasiya zonasının təmizlənməsinə 3 milyon 900
min dollar ildə xərclənir.
Suların təbii yolla təmizlənməsinin uzunluğunu nəzərə alsaq (300 il
yeraltı sular üçün 3,5 il – axan göllər üçün, 0,5 ay – axan çaylar üçün), eləcə
də fosfor gübrələrində müxtəlif qarışıqların olduğunu nəzərə alsaq fosfor
gübrələrinin tətbiqlərinə ciddi nəzarət etmək lazım gəldiyi aydın olur. Fosfor
gübrələrini tətbiq etdikdə aşağıdakı faktorları nəzərə almaq lazımdır:
-
gübrə kimi istifadə olunan xammal materialını;
-
gübrələrdə olan torpağı çirkləndirən ağır metalların yol verilən
səviyyəsini, radionuklidləri və digər toksiki elementləri (birləşmələri).
-
torpağa fosfor gübrələrini verməyin lazımı əməliyyatlarını (işin apa-
rılma vaxtını, gübrələnən sahənin yerləşməsini münasib işlərin aparmağa
lazımı şəraitin olması və s.), eləcə də torpağı fosforitləşdirdikdə ekoloji
məhdudiyyətə riayət etmək (cədvəl 2.12.)
Cədvəl 2.12
Torpağı fosforitləĢdirilmə zamanı ekoloji məhdudiyyət
№ Ekoloji məhdudiyyət
Nəzarət üsulu,
informasiya mənbəyi
1.
Təsərrüfatı su təchizatı mənbələ-
rinin sanitar mühafizə zonalarının
birinci xəritənin ərazisində torpağa
fosfor gübrələrinin tətbiqinin bü-
tün üsulları qadağandır.
Vizual nəzarət, kartoqrafik material-
ların analizi, layihə - smeta sənədləri
2.
İçməli su təchizatı təsərrüfatı mən-
bələrinin sanitar mühafizə zonası-
nın ikinci xətti ərazisində fosfor
gübrələrinin verilməsi yol veril-
məzdir.
Vizual nəzarət, kartoqrafik material-
ların analizi və Hidrometeo xidmətin
informasiyaları.
3.
Fosforitləşmə apardıqdan sonra
torpaqda kimyəvi maddələrin yol
verilən qatılığına riayət etmək
Laboratoriya
nəzarəti,
TOCT-lar
cnuh.
104
Alternativ kimi qida maddələrinin istifadəsində tranzit-sistemindən
dövri sistemə keçmək lazımdır, eləcə də fosfor qoruyucu texnologiyalar
tətbiq olunmalıdır.
2.3.4. Kalium gübrələri
Ən çox yayılmış kalium gübrələrinə KCl – kalium xlorid, K
2
SO
4
–
kalium sulfat, təbii kalium duzları, əsasən silvinit və b. daxildir. Bu gübrələr
həm də mənfi təsir göstərə bilirlər: məsələn, silvinit təmizlənməsində qalit
tullantısı, (formalaşır) gilli-duzlu şlamlar, eləcə də toz-qaz tullantıları əmələ
gəlir. Duzlu tullantılar böyük sahələr tutur və torpağın və yeraltı suların
çirklənmə mənbəyinə çevrilir. Atmosfer çöküntülərinin təsiri altında həll
olmuş duzlar formalaşır, hansı ki, onların tərkibində duzların miqdarı 300
q/l-ə çatır. Onlar yeraltı sulara daxil olur, buxarlanmadan sonra isə torpağın
üst səthinə çıxır.
Güclü çirklənməni silvinit filizlərinin zənginləşdirmə məhsulları-gilli
duzlu şlamlar yaradır. Onları adətən 20-40 m dərinlikdə torpağa basdırılır.
Bu cür saxlanma yerlərində torpağın bataqlaşması və duzlaşması baş verir.
Kalium gübrələrinin tərkibində ballast elementləri (Cl, Na) olur, hansı
ki, sistematik olaraq yüksək dozada torpağa verilməsi nəticəsində toplanır
və torpağın məhsuldarlığını azaldır. Bu elementlər qurunt sularına düşür,
onlarda duzların qatılığını artırır. V. Q. Mineeyevin nəticələrinə görə Oka
çayının mənsəbində qurunt sularda Cl-un qatılığı 100 mq/l, Na – 15 mq/l
təşkil edir ki, bu da həmin elementlərin torpaqda və qurunt salarda olan miq-
darından, Okanın orta axımında Cl-dan 10 dəfə, Na – 3 dəfə çoxdur.
Gübrələrdə Cl-un miqdarının artması, çimli-podzol torpaqlara verilən,
onun qatılığını (miqdarını) dənlilərin kövşənində 4-5 dəfə, üçyarpaq yonca-
nın otunda 50-70 %, kartof yumrularında və lərgə-vələmir qarışığında 50-
100 % artır. Bu zaman torpağın şum qatında Cl-un miqdarı 60-290 % yük-
səlir. Bitkinin növündən asılı olaraq kalium gübrələrində olan Cd, Hg, Pb,
Al metalları az təhlükə yaratmır, hansı ki, canlı orqanizmlərdə toplanır ,
qrunt sularına daxil olur (cədvəl 2.13)
Cədvəl 2.13
Kalium gübrələrində zərərli qarıĢıqların miqdarı,mq/kq (Kuzian və b. 1982)
Gübrələr
Pb
Cd
Al
Hg
Cr
KCl
6,5
0,2-0,3
1,3-7,7
-
-
K
2
SO
4
12,0
1,00
0,2
0,075 0,25-0
Kalium duzları xammalı
40% K duzları
4,5
0,16
4,1
-
-