Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə101/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   97   98   99   100   101   102   103   104   ...   147

Filologiya məsələləri, 2017 
 268
fantastik ədəbi əsərlərin qəhrəmanları ümumiləşmiş tipik personajlar deyil, daha 
çox fantastik ideyaların abstraktlaşdırılmış obrazıdır. Bu zaman fantastik 
ideyaların estetikası belə  əsərlərin poetik çatızmaqlıqlarını üstələyir. Məsələn, 
Kapitan Nemonu gəmisiz, İxtiandrı balıq fəqərələrsiz təsəvvür etmək mümkün 
deyildir. Bu qəhrəmanların fantastik dondan məhrum edilməsi – uzun illər ədəbi 
tənqidin başlıca məqsədlərindən biri olmuşdur.     
Bu gün elmi fantastikaya dair əsas müzakirə  hədəfi isə onun oxucular 
arasındakı  uğuru və  ənənəvi  ədəbi qanunlar çərçivəsinə  sığmaması ilə 
əlaqədardır. Bəzi mütəxəssilərin fikrincə, məhz bu ədəbi qanunlara riayət 
olunmaması elm fantaskikanın ilk və ən əsas özünəməxsusluğdur.  
Elmi fantaskit ədəbiyyarın yuxarıda söylədiyimiz kimi, həddən artıq 
çəşhurluğu, ona kifayət qədər oxucu diqqətinin olması  ədəbiyyatşünaslıarı bu 
ədəbi-bədii hadisəni tədqiq etməyə səbəb olmuşdur.  
“Gələcəyin carçıları  və yalançı peyğəmbər” adlı məqalədə E.Brandis və 
V.Dmitrovski ilk dəfə  Qərb  ədəbi tənqidində fantastika janrına münasibəti 
araşdırmışlar. XX əsrin 60-cı illərində isə eyni müəllifin – E.Brandisin “Jül 
Vern” (1) və Y.Kaqarlitskinin “Herbert Uels” (2) kitabları işıq üzü görür. Hər 
iki monoqrafiya elmi fantastika janrının ictimai potensilanın açılması 
baxımından mühüm əhəmiyyət daşıyır. Bu kitablar o vaxtacan elmi fantasktika 
barədə kök salmış bir anlaşılmazlığın açılmasına da xidmət etmiş oldu və 
göstərdi ki, elmi fantastika heç də “texnisizm”, yni sırf elmi-texniki tərəqqi və 
s.ilə bağlı olan janr deyildir. Hər iki müəllif elmi fantastik əsərlərin hər şeydən 
öncə ədəbi- bədii funksiya daşıdığını da tutarlı dəllilərlə sübut edə bilmişlər.  
Bu iki monoqrafiya barədə danışarkın mütləq onu da qeyd etmək lazımdır 
ki, yuxarıda söylədiyimiz kimi, o zamana qədər elmi-fantastik ədəbiyyatın 
tədqiqi və  tənqidi resenziya janrından o yana keçə bilmirdi. Yazılan 
resenziyalarda isə daha çox elmi-fantastik əsərlərdəki fantastik süjet və 
tematikanın çağdaş dönəmlə müqayisəsi bu əsərlərdə irəli sürülən fantastik 
hipotezlərlə real elmin imkanlarının qarşılaşdırılması baş verirdi. Məhz bu iki 
kitabla elmi-fantastik ədəbiyyatın təhlil, tədqiq və  tənqidində yeni mərhələ 
başladı. Belə ki, E.Brandis və Y.Kaqarlinski  elmi-fantastik ədəbiyyatın 
hipotezlərinə  “proqnozlaşdırma” kimi yanaşaraq, onu bədii düşüncənin ənənəvi 
aspektləri ilə əlaqələndirmişlər. 
XX  əsrin 60-cı illərindən sonra elmi-fantastik ədəbiyyatı  tədqiqində bir 
neçə istiqamət formalaşmağa başladı: 
-  ayrı-ayrı fantast yazıçıların yaradıcılığının tədqiqi. Məsələn, 
B.Lapunovun 
“Aleksandr Belyayev” tənqidi-bibliorafik oçerk-məqaləsi (3) və ya 
Y.Zvansevanın “İ.Yefremovun Elmi-fantastik nəsri” dissertasiyası (4) və s. 
buna misal ola bilər. 


Filologiya məsələləri, 2017 
 269
- ədəbi-sosioloji təhlil. Məsələn, Y.Rürikovun “100 və 1000 ildən sonra. 
Gələcəyin insanı  və sovet bədii fantastikası” kitabı (5), K.Zelinskinin 
“Ədəbiyyat və gələcəyin insanı” məqaləsi (6) və s.  
- tarixi-nəzəri yanaşma. Məsələn, T.Çernişovanın “Müasir elmi    insan və 
təbii mühit” mövzusunda dissertasiyası (7) və H.Çerniy adlı müəllifin “Arzular 
və xəyallar aləmində” adlı məqaləsi (8) və s. 
- tipoloji yanaşma. Məsələn, Y.Tamarçenkonun “Müasir elmi 
fantastikanın ictimai-fəlsəfi janrı” mövzusunda dissertasiyası (9) və s.  
- elmi-fantastik ədəbiyyatın üslub və poetika istiqamətində araşdırılması. 
Məsələn, Çex tənqidçisi M.Qençkovanın silsilə məqalələri və s. 
 Son 
dövrlər elmi-fantastik ədəbiyyatın tənqid üfüqlərinin və  təhlil 
diapazonunun genişləndiyinin şahidi oluruq. Bu da tam təbiidir və elmi-fantastik 
ədəbiyyatın real olan müxtəlifliyindən irəli gəlir. Elmi-fantastik ədəbiyyatın 
tənqidinə həsr olunmuş bu çoxsaylı araşdırmaları ilə bir cəhət birləşdirir. Yəni, 
onlar nə  qədər subyektiv yazılsalar da, hamısında elmi-fantastik ədəbiyyat öz 
tarixi inkişafında götürülür. Q.Qureviç adlı müəllifin “Xəyallar ölkəsinin 
xəritəsi” kitabı (10) buna bariz nümunə ola bilər.  
Bəzi tədqiqatlarda elmi-fantastik ədəbiyyatda  əlahiddə bir hadisə kimi 
deyil, tarixi-ədəbi prosesin tərkib hissəsi kimi yanaşırlar. Leninqrad 
Universitetindən K.Jinqr adlı müəllifin “Sovet ədəbiyyatında elmi-fantastika 
janrının inkişaf yolları” mövzusunda dissertasiyası (11) və s.   
XX əsrin 50-ci illərində elmi-fantastik ədəbiyyat barədə ilk ədəbi tənqid 
əsəri yuxarıda adını dəfələrlə çəkdiyimiz E.Brandisin “Sovet 
elmi-fantastik 
romanı” (12) monoqrafiyası olur. Həcm etibarilə çox da böyük olmayan bu 
monoqrafiyada bu “janrın” inkişaf tarixinin əsas mərhələləri dəqiq 
müəyyənləşdirilmiş, haqqında sözügedən janrın qırx illik inkişaf tarixi nəzərdən 
keçirilmişdir. Müəllif sonralar yazdığı və eyni tematikaya həsr etdiyi “Qanadlı 
xəyalın  ədəbiyyatı” oçerkində  də eyni məsələləri davam etdirmişdir. Bu 
müəllifin  əsərləri və  tədqiqatları sonrakı dövrlərdə elmi-fantastik ədəbiyyatın 
müstəqil deyil bədii ədəbiyyatın bir janrı kimi ədəbiyyatşünslığa və ədəbiyyat 
tarixinə salınmasına vəsilə olmuşdur. Məhz bu tədqiqatlardan sonra elmi 
fantastika janrların ümumi tarixinə salınmış və ədəbiyyatın, daha dəqiq desək
nəstin bir istiqaməti kimi öyrənilmişdir. 
Elmi fantastikanın nəzəriyyəsinin formalaşması da asan proses 
olmamışdır. Ilk illər bu nəzəriyyə yalnış qurulmuş, ədəbi-bədii  təcrübənin azlığı 
və ya tamamilə yoxluğu özünü göstərirdi. Bu proses çox çətin və mübahisəli 
gedirdi, elmi müstəvidə müəlliflərin diskussiyaları səngimək bilmirdi. Məsələn, 
1070-ci illərdə Rusiyanın “Ədəbiyyat qəzeti” belə bir diskussiyaya meydan 
vermişdir. Qəzetin səhiflərində Struqatski qardaşları yazırdı: “ Biz içərisində 
spesifik bədii üsul istifadə olunan, yəni içərisində qeyri-adi, mümkünsüz 
elementin istifadə olunduğu  ədəbiyyatı fantastik ədəbiyyat adlandırırıq. Belə 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə