Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə34/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   30   31   32   33   34   35   36   37   ...   91

128
 
 
    Uzun müddət belə hesab edirdilər ki, “emosiya mərkəzləri” 
beyinin dərin mərkəzlərində yerləşir, lakin son vaxtlar 
müəyyən olunmuşdur ki, emosional reaksiyalarda böyük 
yarımkürələrin qabığı da mühüm rol oynayır.Sol yarımkürə- 
müsbət, sağ yarımkürə isə mənfi emosiyalarla bağlıdır.Deməli, 
sağ yarımkürə emosional məsələlərə “baxır”, yəni xarici aləmi 
obrazlarla qavrayır, sol yarımkürə isə  məntiqi təfəkkürlə 
“məşğul olur.” 
    Professor Ə.S. Bayramovun hiss və emosiyaya verdiyi tərifə 
nəzər salaq:  “Hiss və emosiya insanın dərk etdiyi cisim və 
hadisələrə, başqa adamlara, həmçinin özünün rəftar və 
davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən 
psixi prosesdir.” 
    Deməli, hər kəsin emosiya və hissləri onun özünə,  ətraf 
aləmə  bəslədiyi və  məxsusi səciyyə daşıyan  şəxsi 
münasibətidir. İnsanın emosiya və hisslər aləmi çox rəngarəng 
və mürəkkəbdirr. Bu həqiqətən də belədir. 
    Emosiyalar  özü  özlüyündə mühüm məsələ deyil, müəyyən 
emosional vəziyyəti yaradan tələblər, səbəb və  məqsədlər 
mühümdür. Buna görə  də yalnız düşünülmüş, insan üçün 
faydalı olan tələbləri inkişaf etdirmək lazımdır. 
    Mənfi emosiyalar şər  qüvvələrlə mübarizəyə yönəldilibsə, 
yaxud da əzablı yaradıcılıq axtarışlarına xidmət edirsə- 
yaxşıdır. F.Dostoyevski deyirdi:“Gənc qəlbi kədər-
ləndirməkdən qorxmayın, bu, onu nəcibləşdirir.”  Əlbəttə, 
gecəni səhərədək xəstə anasının yatağı qarşısında keçirən 
uşağın dərindən doğan mənfi emosiyalar bizim üçün azğın 
sərxoşun  şadlıqdan yaranan müsbət emosiyalarından həmişə 
qiymətli olacaq. 
     Emosiyalar-enerjinin  səfərbər olması üsuludur.Emosiya 
olmadıqda insan sönükləşir, fəaliyyətdən düşür və passivləşir. 
Necə deyərlər, emosional küt adamlar heç nəyə reaksiya 
göstərmir.Heç bir şeyə reaksiya göstərməmək, reaksiyalara 
laqeydlik isə ən azı insani  fəlakətdir. 


129
 
 
    İnsan üçün ən dəhşətli  şe - gözləri açıq ikən yatmış adama 
çevrilməkdir.Əgər biz hamı üçün xoşbəxt həyat arzulayırıqsa, 
adamlar arasında mütləq xeyirxahlıq, qardaşlıq 
münasibətlərinin bərqərar olmasına, kin, paxıllıq və eqoizm 
kimi mənfi halların qarşısının alınmasına  nail olmalıyıq. 
    Bunun  zəruri olduğunu yalnız sosial baxımdan izah etmək 
düzgün olmazdı. Bunun hələ fizioloji tərəfi də var. 
    Kin  insanda  bir  çox  gözəl keyfiyyətləri öldürür, qəlbini 
qaraldır, ağlını kütləşdirir, istedadını isə zəiflədir. 
    A.Mitskeviç  yazırdı:“Qəzəb, kin - gücsüzlüyün silahıdır”. 
Təbiət zəhəri sürünənlərə vermişdir.Güclülərin ona ehtiyacı 
yoxdur.” 
    İdarəetmədə yalvarış  və ya söyüşlə  iş getməz, işi bacarıqla 
təşkil etmək lazımdır.İ.P. Pavlovun dediyi kimi, hər bir işdə 
ardıcıllıq, təvazökarlıq və ehtiras olmalıdır. Əməyə yaradıcılıq, 
poeziya elementləri daxil etmək lazımdır ki, adama yorğunluq 
deyil, sevinc gətirsin. 
   Mənfi emosiyalar insanların daxilində  təlatümə  gəlməkdən 
əlavə, onların zahiri  simasında da əks olunur. Məsələn, qəzəb 
emosiyasında dişlər qıcıyır, gözlər parlayır, ağrı  və  dərd 
təsirindən qaşlar ortadan çatılır, heyrət hissi gözləri və  ağzı 
açmaqla ifadə olunur, etinasızlıq zamanı isə baş bir yana dönür 
və aşağı dodaq sallanır. 
    Qəddarlığı ilə dünyada məşhur olan tarixi şəxsiyyətlərdən 
biri Napoleon haqqında bir misalı  gətirmək istərdim. Deyirlər 
Napoleonun “polad kimi soyuq” gözləri parıldayanda, hətta ən 
qorxmaz adam olan Lann da titrəyərmiş. Nə üçün? 
    Gözün  parıldaması - emosiyanın toplanmasını göstərir, 
toplanmış emosiya isə, bildiyimiz kimi, mütləq özünə  çıxış 
yolu tapmalıdır. 
     Mehtər oğlu olan və Bonapartın həyatını iki dəfə xilas etmiş 
Lannın qorxmasına səbəb korsikalı  sərkərdənin acığını bir 
adama tökəndə çox amansız olmasını bilməsi idi. Afrikanın 
şimalında Abukir yaxınlığındakı vuruşmaları xatırlayaq, burada 


130
 
 
on beş min türk əsgəri sahilə çıxmışdı. Napoleon onların on beş 
minini də  qırdırmışdı. Halbuki bunların çoxunu əsir almaq da 
olardı. 
     Materialist  filosofların affektlər haqqında baxışlarında 
mütərəqqi fikirləri özündə inkişaf etdirərək qeyd etmişdilər ki, 
affektlər, hisslər, emosiyalar və ehtiraslar idarə oluna bilər və 
hökmən idarə olunmalıdır. Əxlaq tərbiyəsinin qarşısında duran 
vəzifə heç də bütün hiss və ehtirasları boğmaq, cilovlamaq, 
ölgünləşdirmək deyil, onları  tərbiyə etdirməkdir, inkişaf 
etdirməkdir, yalnız o affektləri, emosiya və ehtirasları 
həqiqətən boğmaq, cilovlamaq lazımdır ki, bunlar son nəticədə 
insanı alçaltmasın, onu fiziki və  mənəvi cəhətcə  şikəst edib 
eybəcər hala salmasın.İnsanın  əzəməti, qüdrəti və böyüklüyü 
məhz onun öz affektlərini, hiss və ehtiraslarını idarə edə bilmək 
qabiliyyətinə malik olmasındadır. Bu qabiliyyət yalnız insana 
məxsus qabiliyyətdir. Məhz bu baxımdan özünüələalma 
qabiliyyəti insanın  əldə etdiyi ən yüksək mənəvi nemətdir. 
Özünüələalma emosiyaları ram etmək bacarığıdır. Yalnız 
özünü hər  şəraitdə  ələ almağa qadir olan adamlar dağ kimi 
sarsılmaz olurlar. Affektlərini idarə edə bilməyib, bunların 
quluna çevrilmiş adamlar, stress vəziyyətinə düçar olmuş 
adamlar dünyada ən bədbəxt adamlardır. 
    Böyük  alman  filosofu  Hegel  yazmışdır:  “Dünyada heç bir 
böyük nailiyyət ehtirassız əldə edilməmişdir.” 
    Alman  yazıçısı Jan Polun nəzərincə,  insan həm 
ehtiraslara, həm də bunları idarə etmək qabiliyyətinə malik 
olmalıdır.”  Məşhur amerika yazıçısı Cek London isə 
yazmışdır:  Əbədi, lakin yuxulu planet olmaqdansa, qoy 
parlaq meteor olum!” 
     Məşhur ingilis ədəbiyyatşünası Con Kollinz yazırdı: 
Yalnız iki ehtiras bizə həzz vermir- bunlardan biri paxıllıq, 
digəri qorxudur. Jan-Jak Russoya görə,  “ehtiraslar qızğın 
olduqca onları idarə etmək zərurəti də bir qədər artıq olur.” 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə