Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə37/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   33   34   35   36   37   38   39   40   ...   91

139
 
 
 Öyrənmə  çətin, psixi prosesdir.Onun çətinliyi həm 
daxili(psixi), həm də xarici (fiziki) amillərdən asılıdır. Bu 
asılılığı görə bilmək, onu təlim prosesində lazımi məqsədə 
istiqamətləndirmək üçün müəllimdən nəinki yüksək bilik, 
pedaqoji ustalıq, həm də yüksək psixoloji hazırlıq imkanlarına 
malik olması  tələb olunur. Müəllimlərimiz təlim prosesində 
psixoloji çətinlikləri aradan qaldırılmasında düzgün üsullardan 
istifadə edə bilmirlər. Daha doğrusu, bu çətinlikləri aradan 
qaldırılmasının  real yollarını bilmirlər. 
    Öyrənmə bilməməzlikdən biliyə doğru gedən uzun 
prosesdir. 
    Məlumdur ki, təlim prosesində iki tərəf iştirak edir.Yəni 
öyrənənlə öyrədən arasında qarşılıqlı  təsir,  əlaqə yaranır. 
Öyrədənin vəzifəsi müəyyən bilikləri, müəyyən informasiyaları 
uşaqlara çatdırmaqdır. Ancaq biz bir cəhəti nəzərə almalıyıq ki, 
hazırkı dövrdə  məktəblərdə  təlim prosesində qarşılıqlı 
münasibətdə olan iki tərəfdən  ən çox fəallıq göstərəni 
öyrədəndir.Təlim prosesində  ən çox müəllim özü işləyir
şagirdlər isə  əksər hallarda biliyi “hazır  şəkildə” alırlar.Bu 
ondan irəli gəlir ki, mövcud təlim sistemi daha çox illustrativ- 
izahat prinsipinə istinad edir. Bu sistem şagirdlərə müəyyən 
bilikləri mənimsətmək, onlara bir sıra vərdişlər aşılamaq 
imkanı versə  də,  əqli inkişafa təsir cəhətdən istənilən 
müvəfəqqiyyət  əldə etmək olmur. Bir sıra müəllimlər təlimin 
başlıca vəzifəsini onda görürlər ki, şagirdlər müvafiq 
dərslikdəki təlim materiallarını oxuyub yadda saxlaya bilsinlər, 
sorğu zamanı isə yada salmağa çətinlik çəkməsinlər. Hətta 
bəzən dərs soruşularkən uşaq təlim materialını asanlıqla yada 
sala bilmədikdə, olduğu kimi danışmadıqda, bəzi müəllimlər 
şagirdlərdən mətni neçə dəfə oxuduğunu soruşur, onu bir neçə 
dəfə təkrar oxumamaqda təqsirləndirirlər. Bəzi müəllimlərimiz 
isə əzbərçilik üsulundan hələ də istifadə edirlər. 
    Əlbəttə, belə təlim üsulları müəyyən cəhətdən uşağın  zehni 
inkişafına, onlarda hafizənin dəqiqliyinə xeyli təsir göstərir. 


140
 
 
Ancaq hər hansı bir xüsusiyyətin birtərəfli inkişafı, heç 
şübhəsiz, təlimin ümumi vəzifəsi hesab edilə bilməz. Məhz 
buna görə  də, belə bir yanaşma tərzi uşaqlarda ümumiləşmiş 
bilik və bacarıqların təşəkkülünə, təfəkkürün inkişafına gətirib 
çıxara bilmir. Yaxşı halda belə bir təlim  şəraitində müəyyən 
biliklər hafizədə möhkəmləndirilə bilər. Bu zaman uşaqlarda 
müəyyən məsələləri həll etməyə yönəlmiş olan axtarış 
səciyyəli  əməli və fikri fəaliyyət, müstəqil hərəkət, müstəqil 
düşüncə lazımınca inkişaf edə bilməz. Belə  uşaqlar axtarış 
aparmaya, hər  şeyi müstəqil surətdə  həll etməyə  cəhd 
göstərmirlər. Onlar ən yaxşı halda, müəyyən tapşırıqların 
passiv icraçısına çevrilirlər. 
Biz təlim prosesində şagirdlərin daxili tələbatlarını və eləcədə 
onların özlərinin əsas məqsədə yönəlmiş fərdi idrak motivlərini 
nəzərə almadan bilik verməyə  cəhd göstəririk. Bu halda bilik 
müəllim tərəfindən hazır  şəkildə  verilir, şagirdlər isə 
informasiyaları passiv şəkildə qavrayırlar. Bu cür bilik 
səmərəsiz bilikdir.  
    Bilik  təlim prosesində  şagirdin  əsas idrak motivinə 
çevrilməlidir. Bunun üçün şagirdi (subyektiv) fəallığa təhrik 
etməkdən ötrü onun emosional vəziyyətini bilmək lazımdır. 
    Biz  şagirdlərə  hər hansı materialı öyrədərkən onların bilik 
səviyyəsi ilə verdiyimiz bilik arasındakı  fərq olan psixi 
gərginliyi də  nəzərə almalıyıq. Bilmək lazımdır ki, müəllimin 
verdiyi bilik məqsədəyönəlmiş psixi gərginlikdir. Digər 
tərəfdən də  təlim prosesində ümumilikdə müqavimət göstərən 
sosial amil olan maneələrin də mövcudluğunu nəzərə alsaq, 
öyrətmənin nə cür çətin  proses olduğunu anlaya bilərik. 
    Bilik əldə etmək şagirdə daxili tələbata çevrildikdə bu zaman 
həmin şagirddə idrak passiv səciyyə daşımır. 
    İdrak insan şəxsiyyətinin bütün cəhətlərinə nüfuz edir. Bu da 
ondan irəli gəlir ki, idrak, hər  şeydən  əvvəl, fəaliyyətdir. 
Burada xarici informasiyalar sadəcə olaraq əks etdirilmir. İdrak 
passiv proses deyil, sosial cəhətdən şərtlənən və şəxsi səciyyə 


141
 
 
daşıyan fəal prosesdir. Deməli, idrak nəinki öz tərkibinə 
müxtəlif səviyyəli inikas proseslərini, həm də şəxsiyyətin bütün 
tələbatlar- motivasiya sistemini də daxil edir. 
     Demək, bir halda ki, idrak fəaliyyətdir, hər bir fəaliyyətə 
xas olan bir sıra cəhətlər ona da aiddir. Buraya fəaliyyətin 
motivi, məqsədi, təqdim edilmə xüsusiyyətləri, fəaliyyətin icra 
edilməsinin yol və vasitələri daxildir. 
     Burda  ilk  növbədə idrakla motivasiya arasındakı qarşılıqlı 
münasibətə diqqət yetirmək vacibdir. Bu halda müəllim 
motivin psixoloji mahiyyətini bilməlidir. Bunu bir misalla izah 
edək. 
     Görürsən ki, bir şagird çox böyük ciddi-cəhdlə müəyyən 
fənnə aid proqram materialını  səylə oxuyub öyrənməyə can 
atmır. Bu halda onun idrak fəaliyyəti həm müəyyən obyektə- 
müəyyən fənnə yönəlmiş olur, həm də burada xüsusi fəallıq, ilk 
növbədə, idrak fəallığı  nəzərə çarpır.Lakin biz bu zaman 
məsələnin hələ zahiri tərəfini görürük. Qarşıya belə suallar 
çıxır: görəsən bu şagirdi belə bir fəallığına təhrik edən səbəb 
nədir? Görəsən səbəb birdir, yoxsa çoxdur? Həmin səbəb 
keçicidir, yoxsa davamlıdır; təsadüfüdür, yoxsa zəruridir? 
    Burada şagirdi idrak fəallığına təhrik edən səbəblər çox  ola  
bilər (əlaçı olmaq, öz üstünlüyünü sübut etmək, fənni sevmək
müəllimə hörmət, valideynləri qarşısında və ya ictimai borcunu 
yerinə yetirmək və s.). Təhrikedici, fəallıq doğuran amillər həm 
də  qısamüddətli və keçici ola bilər. Bu hallarda idrak 
fəaliyyətinin müxtəlif cəviyyələrdə motivləşməsi nəzərdə 
tutulur. 
     Motivləşmə dedikdə orqanizmi fəallaşdıran və  həmin 
fəallığı istiqamətləndirən təhriklər nəzərdə tutulur. 
     Təlim prosesində ikinci situasiya şagidlərin həvəsindən, 
marağından asılı olaraq onlara müstəqil informasiya 
verilməsidir. Bu halda əgər informasiya müstəqil həyata 
keçirsə,  şagird informasiyanın selektoru, qurulan generatoru 
kimi çıxış edir. Adətən bu zaman şagird fəaliyyətinin 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə