Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə40/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   36   37   38   39   40   41   42   43   ...   91

148
 
 
uzun müddətə  və ya qısa müddətə yaddasaxlama məqsədinin) 
xarakteri, materialın anlaşılması  dərəcəsi, fikri fəallığın 
səviyyəsi, təkrarların təşkili və s. kimi amillər təsir göstərir. 
     Deməli, yaddasaxlamanın səmərəliliyi iki əsas amildən- 
öyrənilən materialın xarakterindən və    şəxsiyyətin idrak 
fəallığından asılıdır. 
     Məlumdur ki, şagirdlər onlara tədris edilən materialı eyni 
cür yadda saxlamırlar. Bir halda  onlar materialı yaxşı (dəqiq, 
tam), digər halda isə pis ( səhv və ya natamam) yadda 
saxlayırlar. Bəzi hadisələr asanlıqla və uzun müddət yadda 
qalır, digərləri isə yox. Məsələn, kiçik, axıcı, emosional şeiri 
asan, həcmcə böyük, vəzncə  ağır  şeiri isə  şagirdlər çətin 
öyrənirlər. Maraqlı hekayəni də onlar asan yadda saxlayırlar. 
Ancaq materialın qısalığı, maraqlılığı onun asanlıqla və uzun 
müddət yadda saxlanması üçün yeganə səbəb deyildir. Burada 
bir sıra başqa amillər təsir göstərir. Məsələn, yeni materialı 
keçmiş biliklərlə qarşılaşdırmaq sayəsində  nəyi və  nə  qədər 
müddətə yadda saxlamağa çalışdıqlarını aydınlaşdırmalıyıq. 
Bundan  əlavə,  şagirdlərin yadda saxladıqları materialın nə 
dərəcədə anlaşıqlı olması öyrənmənin xarakterinə  təsir 
göstərəcəkdir. Anlaşılan material mənalı, anlaşılmayan, çətin 
material texniki öyrənməni (dəfələrlə  təkrar etmə sayəsində) 
tələb edəcəkdir. Bəzən  şagird dərs materialını öyrənərkən 
faktik materiala çox diqqət yetirir, yəni materialı olduğu kimi 
yadda saxlamağa can atır, onun üzərində baş  sındırmaq, onu 
təhlil etmək, ümumiləşmiş  nəticələr çıxarmaq məsələlərinə 
diqqət yetirmir. Belə olduqda mexaniki təkrarlar və onların 
kəmiyyəti ön plana keçəcəkdir. Bu da yaddasaxlamanın 
səmərəliliyinə ciddi xələl gətirəcəkdir. 
     Eksperimentlər göstərmişdir ki, insanın 6 mənasız kəlməni 
yadda saxlaması üçün əgər bir təkrar kifayət edirsə, 12 mənasız 
sözü yadda saxlamaq üçün 14-15, 36 mənasız sözü yadda 
saxlamaq üçün 55 təkrar lazımdır. Alman psixoloqu Ebbinhauz 
öz üzərində qoyduğu təcrübələr sayəsində    müəyyən etmişdir 


149
 
 
ki,  şeiri mənasız sözlərə nisbətən 9-10 dəfə tez öyrənmək 
mümkündür. Buna görə  də materialın yaxşı yadda saxlanması 
üçün onun məna  əlaqələrinə xüsusi fikir verilməlidir. Çünki 
mənalı  mətnlərdə söz və cümlələr deyil, əsasən onların ifadə 
etdiyi fikir, ideya yadda qalır. Həmin fikir, ideya isə materialın 
mahiyyətini ifadə edir. Mahiyyəti başa düşdükdən, onu öz 
dilinə tərcümə etdikdən sonra öyrənmə səmərəli olur. Aydındır 
ki, şagird kitabda yazılanı eynən, hərfən nağıl edirsə, bu onun 
həmin materialı  şüurlu surətdə  mənimsəmədiyini, yaxud 
mexaniki yadda saxladığını demək üçün əsas ola bilər. 
Yaddasaxlamada məna əlaqələrinə istinad etmək çox vacibdir. 
Psixoloji eksperimentlər göstərmişdir ki, bir təkrardan sonra 
100 mənasız sözdən 5-i yadda saxlanılır. Amma 38 sözlü 
cümlədə 17 məntiqi məna rabitəsindən 15- i yadda saxlanır. 
Buna görə  də  şagirdin özünün fikirləşib tapdığı, özü gətirdiyi 
misallar, ifadələr daha yaxşı yadda qalır. 
    Məşğələ növlərinin düzgün növbələşdirilməsi də 
öyrənmənin səmərəliliyi üçün çox əhəmiyyətlidir. Belə ki, iki 
məzmunca yaxın materialı bir-birinin arxasınca oxumaq 
onların bir-birinə qarışmasına səbəb olur. Bəzən asan 
materialdan sonra çətin materialın öyrənilməsinə keçmək də 
səmərəsizdir. Çünki bu halda sonrakı materialın sanki əvvəlkini 
sıxışdırıb aradan çıxarır.Burada sinir proseslərinin müəyyən 
qanunauyğunluqları da nəzərə alınmalıdır. Sinir sisteminə təsir 
edən qıcıqlayıcıların xarakterindən və intensivlik 
səviyyəsindən asılı olaraq iki cür ləngimə halı baş verə bilir. 
     Belə ki, sonrakı qüvvətli qıcıqlayıcı özündən  əvvəlki 
qıcıqlayıcıların törətdiyi oyanma sahələrini ləngidir.Bu, 
özündən  əvvələ  təsir edən ləngimə adlanır. Digər halda isə 
müəyyən qüvvətli qıcıqlayıcının təsiri ilə beyində əmələ gəlmiş 
üstün oyanma sahəsi, ora təsir edən və nisbətən zəif qüvvəyə 
malik qıcıqların beyində yeni oyanma sahələri  əmələ 
gətirməsinə imkan vermir. Belə bir vəziyyətdə  şagird materialı 
oxusa da, onun yaddaqalması tam, dəqiq və dolğun ola bilməz. 


150
 
 
Çünki özündən  əvvəlki qıcıqlar ona ləngidici təsir edir. Bu, 
özündən sonra təsir edən ləngimədir. 
    Yaddasaxlama  və ya öyrənmə ilə  əlaqədar olaraq bu 
vəziyyətə iki halda rast gəlmək olur: 1) oxşar materiallar heç 
bir fasilə vermədən bir-birinin  ardınca öyrənildikdə, 2) əvvəl 
asan, onun arxasınca fasilə vermədən daha çətin material sonra 
30 dəqiqə fasilə verən, yəni heç bir şeylə  məşğul olmayan 
şagirdlər öyrəndikləri materialın 50-55 faizini, bir dərsi 
öyrənən kimi fasilə vermədən, başqa dərsi öyrənməyə keçən 
şagirdlər isə yalnız 25 faizini yadda saxlaya bilirlər. 
     Bəs şagirdin öyrəndiyi material nə vaxt unudula bilər? Biz 
bilməliyik ki, yaddasaxlama və ya öyrənmə unutma ilə 
mübarizə sayəsində mümkün olur. 
     Unutma  prosesinin  necə getməsinə aid Ebbinhauzun bir 
təcrübəsini qeyd etmək lazımdır. O, müəyyən etmişdir ki, 
materialın öyrənilməsindən yarım və bir saat sonra (əlbəttə, bu, 
materialın xarakterindən və öyrənən 
şəxsin fərdi 
xüsusiyyətlərindən çox aslıdır) 40 faizi, bir gündən sonra 66 
faizi, 3 gündən sonra 75 faizi, 30 gündən sonra 79 faizi 
unudulur.Əlbəttə, bu mexaniki yaddasaxlamada belə olur, 
mənalı yaddasaxlamada unutma faizi xeyli azalır. 
     Dərsdə  təkrarların düzgün təşkil edilməməsi bunun kifayət 
qədər olmaması da, unutmanın  əsas səbəblərindən biridir. 
Öyrənilməyə başlanılan material əvvəl öyrənilənə nisbətən 
çətin olduqda, bu, həmin materialın unudulmasına qüvvətli 
təsir göstərir. 
     Unutmanın qarşısını almaq üçün öyrənilmiş materialı 
unutduqdan sonra deyil, unutma başlamazdan  əvvəl təkrar 
etmək lazımdır. 
     Təlim prosesində şagird fəallığını təşkil etmək və onun psixi 
inkişafının mühüm  əhəmiyyət kəsb etməsini bilmək müəllim 
üçün son dərəcə zəruridir. Bəs təlimlə psixi inkişaf arasındakı 
əlaqə  nədən ibarətdir? Təlimin inkişafda oynadığı rolu necə 
xarakterizə etmək olar? 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə