Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə43/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   39   40   41   42   43   44   45   46   ...   91

158
 
 
mənəvi həyatı dağıtmağa çağırışdır. Həm də belə  fikirlər tam 
əsassızdır. 
    Özünü və bu dünyanı dərk edən adam yaxşı bilir ki, kainat 
miqyasında və ümumdünya masştabında insan ömrü həqiqətən 
çox qısadır. Zaman etibarı ilə, əlbəttə, bizim həyatımız heç də 
belə  qısa deyildir, o qeyri- məhduddur. Çünki, heç kəs bilmir 
ki, onun fəaliyyəti nə vaxt dayanacaq, ölüm nə vaxt onun 
qapısını döyəcək. Bizə  təbiət tərəfindən ayrılan qısa vaxt ən 
böyük  işlər görmək, ən mənalı həyat keçirmək üçün tamamilə 
kifayətdir. Məgər  İ.Nyuton, M. Faradey, F.Hegel, A.S. Puşkin, 
Eynşteyn,  İ. Kurçatov və başqa dahilər öz ölməz  əsərlərini 
“çox qısa ömür” ərzində yaratmamışlarmı? Məgər bəşəriyyətin 
həyatında böyük inqilabi çevrilişlər yaradan kəşfləri, ixtiraları 
“qısa” ömürlü insanlar etməmişlərmi və etmirlərmi? 
     Həyat sevgisi, həyat eşqi stressə qarşı böyük qüvvədir. 
Həyata nifrət insanı  tərksilah edir, onu acizləşdirir və onda 
stress vəziyyəti, nevroz, əsəbilik yaradır, beləliklə  də onu 
məzlum bir varlığa çevirir. 
     Həyat sevgisi, həyat eşqi böyük yaradıcılıq, tükənməz daxili 
enerji mənbəyidir. Bu enerjinin bizə verdiyi qüvvə  hər cür 
maneələri, o cümlədən stress vəziyyətini aradan qaldırmağa 
qadirdir.  Əlbəttə, insan ömrünü, hamar, enişsiz- yoxuşsuz, 
çətinliklərsiz təsəvvür etmək olmaz. Xalqımızın başına gələn 
faciəni unutmaq heç cürə mümkün olmur. Biz hamımız 
insanıq, ömrümüzdə müəyyən dərdə, qəmə mübtəla olmuşuq
hətta, “20 yanvar” hadisələri zamanı  ən yaxın adamlarımızı 
itirdik, belə hallarda biz dərin kədər, iztirab çəkməyə bilmərik. 
Bu vaxtlar bizim sabahkı həyata inamımız kədəri, qəmi, iztirabı 
qovan, bizə təsəlli verən bir qüvvəyə çevrilir. Bizim ömrümüz 
bir yerdə dayanıb durmur. Bu zaman bizdə müəyyən obyektiv 
dəyişikliklər baş verir. Həmişə  kədərə, qəmə, iztirablara 
dözmək, onun quluna çevrilmək insanı öz ömrünün sonuna 
yaxınlaşdırılmasına səbəb olur. İnsan həmişə  məyusluq, 


159
 
 
ümidsizlik, qəzəb, narazılıq, paxıllıq, qısqanclıq, qorxu və s. 
kimi mənfi halları  özündən uzaqlaşdırmağa çalışmalıdır. 
   “Hara üz tutmusan!- deyə Tauna rast gələn bir səyyah ondan 
soruşur. 
-   Bağdada gedirəm, orada beş min adam qırmalıyam. 
     Bir  neçə gündən sonra həmin səyyah yenə  də Tauna rast 
gəlir. 
-  Bəs sən deyirdin Bağdada beş min adamı qırmağa gedirsən, 
necə oldu ki, 50 min adam məhv etdin? 
- Yox, - deyə Taun etiraz edir,- mən elə dediyim kimi beş min 
adam qırmışam, qalanları qorxudan ölüblər.” 
     Hiddət, qısqanclıq və əzablı şübhələrdən də damarlar kəskin 
daralır - bunun əsas səbəbi qanda adrenalinin çoxalmasıdır. 
Belə “emosional zəhərdən “ağıl sanki çaşır, insan şiddətli ruhi 
sarsıntı keçirir. 
     Damarlar  yalnız qorxu, qısqanclıqdan, məyusluqdan da 
daralır. Məşhur fizioloq Pavlovun təliminə görə illər keçdikcə 
beyində sabitləşmiş rabitələr  əmələ  gəlir, sonra, hansı bir 
mərhələdə isə bu sabitləşmiş rabitələr qırılır- münasibətlər, 
estetik kriterilər dəyişilir. 
     Çox  vaxt  söhbət həyata və insanlara olan münasibətlərin 
prinsipial dəyişilməsindən deyil, onlarda vaxtilə gözə 
çarpmayan dəyişikliklərə olan münasibətlərdən gedir. Əvvəlki 
ideallara olan ümidi itirmək - sarsıntıya, əzaba ən güclü stress 
vəziyyətinə səbəb ola bilər. 
     İnsan sonsuz ümidsizliyə qapılanda, dərdi dözülməz olanda- 
dinmir, onun nə danışdıını, nə  şikayətini, nə  də iniltisini 
eşitmək olur.  
     Dərdi böyük olan adam özünə qapılmamlı, dərd əlində aciz 
qalmamalıdır. 
     Akademik 
P.Anoxin 
yazır: 
“zərərli emosiyaların 
yaranması üçün stimulla emosiya arasında intellekt və 
məntiq durmalıdır.” 


160
 
 
     Bu,  müdrik  məsləhət də olsa, həyata keçirilməsi çətindir, 
çünki vəziyyəti düzgün qiymətləndirməyi və  ağıllı müdafiə 
olunmağı hamı bacarmır. Bunun üçün hər bir insanın 
özünəinam duyğusu olmalıdır. Özünəinam həyata nikbin 
baxışın  əsasını  təşkil edir. İnsan dünyada ən yenilməz 
qüvvələrə,  ən tükənməz ruhi imkanlara qadir varlıqdır. 
Özünəinam duyğusunun insan həyatında ən böyük əhəmiyyəti 
məhz  ondan ibarətdir ki, bu duyğu insanda olan ecazkar fiziki
əqli və mənəvi qüvvələri həmişə səfərbər vəziyyətində saxlayır. 
Nəzərə almalıyıq ki, özünə inamsızlıq insan həyatında  ən 
təhlükəli duyğudur. Bu duyğu insanı həddən artıq üzür, insanı 
sıxır, onu daim qərarsızlıq, tərəddüd,  əsəbilik, daxili nifrət, 
paxıllıq, taleyindən küskünlük, həyata soyuqluq və s. bir qayda 
olaraq insanda stress vəziyyəti doğurur. 
     Özünəinam insana məğrurluq və  əzəmət gətirir, onun fikir 
və əməllərində müstəqillik yaradır. 
     Əlbəttə, biz insanlar həmişə bir-birimizə möhtacıq, hər 
birimizin qarşılıqlı köməyə ehtiyacı vardır. Biz bir - birimizdən 
öyrənirik və öyrənməliyik. Lakin həmişə özünü zəif, məzlum 
bir varlıq hesab edib, başqalarının  şəxsində özünə “arxa” 
axtarmaq insana yaraşmaz . İnsan həmişə özünü də başqalarına 
arxa hiss etməlidir. Bizim el məsəlində deyildiyi kimi “fərasətli 
oğul oyuna çıxanda kim mənimlə olur, fərasətsiz oğul isə mən 
kimlə olum” deyir. Həmişə çinar kimi ucalmağa çalışmaq 
lazımdır ki, sənin kölgəndə dincəlsinlər. Həmişə kölgə olmaq 
olmaz ki, başqalarının dalınca sürünəsən. 
     Özünəinam duyğusunun mühüm amillərindən biri gələcəyə 
bəslənən ümiddir. Məlumdur ki, insan həmişə indiki 
vəziyyətindən daha yaxşı  vəziyyət arzulayır, gözləyir, daim 
təmkilləşməyə, yaxşılığa meyl göstərir, müasir vəziyyəti onu 
təmin etmir. Mövcud vəziyyətindən bu cür narazılıq, təmin 
olunmazlıq, narahatlıq çox təbiidir və öz-özlüyündə maddi və 
mənəvi inkişafın mühüm bir şərtidir. Bu cür meyl, bu cür 
“əbədi narazılıq, narahatlıq” olmazdı.İnsan həmişə ümid 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə