AVROPA YENİDӘNQURMA VӘ İNKİŞAF
BANKININ SӘNӘDİ
AZӘRBAYCAN ÜZRӘ STRATEGİYA
30 aprel 2014 tarixindә İdarә Heyәti tәrәfindәn tәsdiq olunmuş
AYİB mәtnin әslinin tәrcümәsini ancaq oxucunun rahatlığı üçün verir. AYİB tәrcümәnin dәqiq
olması üçün mümkün tәdbirlәri görsә dә, bu tәrcümәnin dәqiqliyinә zәmanәt vermir vә ya
tәmin etmir. Oxucu tәrcümәyә ancaq öz riski hesabına etibar edә bilәr. Heç bir halda AYİB,
onun әmәkdaşları vә ya agentlәri, sәbәbindәn asılı olmayaraq, tәrcümәnin mәzmunu ilә bağlı
hәr hansı bir qeyri-dәqiqlik, sәhv, buraxılma, silinmә, qüsur vә / vә ya hәr hansı bir dәyişiklik
üçün vә ya bundan irәli gәlәn hәr hansı zәrәrә görә oxucu vә ya başqası qarşısında
mәsuliyyәt daşımır. İngilis dilindәki mәtn vә tәrcümә arasında fәrqlәr vә ya ziddiyyәt әmәlә
gәldiyi halda, üstünlük ingilis dilinә verilәcәk.
MÜNDӘRİCAT
İCMAL .......................................................................................................................... 2
1. BANKIN PORTFELİ .............................................................................................. 5
1.1 Bankın bu günә kimi olan fәaliyyәtlәrinin icmalı ........................................... 5
1.2. Әvvәlki ölkә strategiyasının icrası ................................................................. 6
1.3. Bank portfelinin keçid tәsiri ........................................................................... 8
2. ӘMӘLİYYAT MÜHİTİ ........................................................................................ 11
2.1. Siyasi kontekst ............................................................................................. 11
2.2. Makroiqtisadi kontekst ................................................................................. 11
2.3. Struktur islahat konteksti ............................................................................. 12
2.4. Biznes mühiti ............................................................................................... 14
2.5. Sosial kontekst ............................................................................................. 15
2.6. Hüquqi kontekst ........................................................................................... 16
2.7. Enerji effektivliyi vә iqlim dәyişikliyi konteksti ......................................... 17
3. STRATEJİ İSTİQAMӘTLӘR ............................................................................. 17
3.1. Bazaryönümlü diversifikasiyanın tәşviqi ..................................................... 18
3.2. Özәl sektorun inkişafına dәstәk göstәrilmәsi üçün davamlı maliyyә
sektorunun inkişaf etdirilmәsi ............................................................................. 22
3.3. İdarәetmәnin tәkmillәşdirilmәsi vә biznes mühiti ....................................... 24
3.4. Bankın tәklif olunan fәaliyyәtlәrinin ekoloji vә sosial nәticәlәri ................ 25
4. MALİYYӘYӘ ÇIXIŞ ............................................................................................ 26
4.1 Özәl kapital mәnbәlәri .................................................................................. 26
4.2. Digәr beynәlxalq maliyyә institutları (BMİ) ilә әmәkdaşlıq vә çoxtәrәfli
inkişaf banklarının maliyyәlәşmәsı ..................................................................... 27
4.3. Avropa İttifaqı ilә әmәkdaşlıq ..................................................................... 31
ӘLAVӘ 1 - SİYASİ QİYMӘTLӘNDİRMӘ ........................................................... 33
ӘLAVӘ 2 – KEÇİD PROBLEMLӘRİNİN QİYMӘTLӘNDİRİLMӘSİ ............ 41
ӘLAVӘ 3 – HÜQUQİ KEÇİD ................................................................................. 51
ӘLAVӘ 4 – KİÇİK BİZNESӘ DӘSTӘK ................................................................ 55
ӘLAVӘ 5– TEXNİKİ ӘMӘKDAŞLIQ ................................................................... 59
ӘLAVӘ 6 – SEÇİLMİŞ İQTİSADİ GÖSTӘRİCİLӘR ......................................... 60
ӘLAVӘ 7 – GENDER BӘRABӘRLİYİ ................................................................. 61
2
İCMAL
Azәrbaycan Bankın tәsis edilmәsi haqqında Sazişin 1-ci Maddәsindә nәzәrdә tutulan
çoxpartiyalı demokratiya, plüralizm vә bazar iqtisadiyyatı prinsiplәrinә tәrәfdar çıxır.
Bu prinsiplәrin daha davamlı şәkildә tәtbiq olunması siyasi mәsuliyyәtliliyi artıra,
qanunun aliliyini güclәndirә vә ölkәnin digәr problemlәrini hәll etmәsinә yardım edә
bilәr.
Azәrbaycan idarәetmә formasına görә prezident respublikası olmaqla ölkәdә
sәlahiyyәtlәr әsasәn icra hakimiyyәti orqanlarına yönәlir. Prezident İlham Әliyev
2003-cü ilin oktyabr ayından hakimiyyәtdәdir. Hakimiyyәtә gәldikdәn bәri Prezident
Әliyev möhkәm siyasi hakimiyyәt yaratmışdır vә 2013-cü ilin oktyabr ayında
keçirilәcәk prezident seçkilәrindә dә iştirak edәcәk. Hakim partiya qanunverici orqan
vә siyasi sistemdә dominant mövqe tutur. Ölkәnin növbәti prezident vә parlament
seçkilәrinin Strategiya mәrhәlәsindә hakimiyyәt bölgüsünü әhәmiyyәtli dәrәcәdә
dәyişmәsi real görünmür.
Karbohidrogen hasilatının sürәti aşağı düşdüyünә görә iqtisadi inkişafın artım tempi
böhrandan әvvәlki yüksәliş illәrindәn xeyli azalmışdır. 2011-ci ildә ÜDM yalnız 0.1%
artmışdırsa, neft hasilatı 10.6% azalmışdır. 2012-ci ildә neft istehsalının nisbәtәn kiçik
şәkildә azalması әsasәn inşaat vә xidmәt sahәlәrini özündә birlәşdirәn qeyri-neft
sektorunun genişlәnmәsi (9.7%) ilә müşayiәt olunmuş vә artım 2.2 % sürәtlәnmişdir.
2013-cü ilin ilk 9 ayında artım 5,1% hәddindә olmuşdur. . Ölkәnin hakimiyyәt
orqanlarının verdiyi bәyanatlara görә neft sektoru 2013-2014-cü illәrdә yenidәn
dirçәlәcәk. Buna baxmayaraq, bәzi müşahidәçilәr neftin tarixi zirvәsinә qәdәm
qoyduğunu, lakin azalmaqda davam edәcәyini bildirir. Qaz istehsalının növbәti
Strategiya mәrhәlәsindә xeyli artacağı gözlәnilir ki, bu da neft istehsalının
azalmasının tәsirini qismәn azaldacaq. Ölkәnin iri neft fondu (ÜDM-nin 50%-i)
sarsıntılara qarşı önәmli bufer rolunu oynayır. Әsasәn neft istehsalı ilә müşayiәt
olunan davamlı inkişaf, elәcә dә sosial köçürmәlәr yoxsulluq sәviyyәsinin 1999-cu
ildә 50 %-dәn 2012-ci ildә 6 %-ә qәdәr azalmasına gәtirib çıxarmışdır.
Azәrbaycanın struktur islahatlarda inkişafı qeyri-bәrabәr olmuşdur. Hökumәt biznes
müәssisәlәrinin vergi xәrclәrinin azaldılması vә vergi toplama hәddinin artırılması
mәqsәdilә vergi idarәçiliyindә bir sıra irәlilәyişlәr etmişdir. 2012-ci ilin yanvar ayında
qüvvәyә minәn yeni Gömrük Mәcәllәsi qaydaları beynәlxalq standartlara
uyğunlaşdırması gözlәnilәn müxtәlif sahәlәrdә güclәndirilmiş müddәaları, o
cümlәdәn, istehsal ölkәsinin tәsdiqlәnmәsi, qiymәtlәndirmә metodları, gömrük
idarәçiliyindә vahid pәncәrә prinsipi, gömrük auditi vә mallar üzrә mәlumatların
elektron şәkildә gömrük orqanlarına tәhvil verilmәsini özündә әks etdirir. Hökumәt
eyni zamanda infrastrukturu yaxşılaşdırmağa vә karbohidrogen ixracatının
istiqamәtlәrini şaxәlәndirmәyә davam etmiş, mәrkәzi bank isә maliyyә sistemini
güclәndirmәk üçün müvafiq addımlar atmışdır.
Azәrbaycan önәmli inkişaf mәrhәlәsinә qәdәm qoymuşdur. Neft hasilatının 2017-ci
ildәn etibarәn aşağı düşәcәyini vә iqtisadiyyatın yığılmış karbohidrogen gәlirlәrindәn
çox yüksәk asılılığını nәzәrә alaraq Azәrbaycanın daha müasir vә parlaq sektorla post-
neft mәrhәlәsinә qәdәm qoymasına tәminat yaradılmasında iqtisadiyyatın
diversifikasiyası başlıca rol oynayacaq. Hakimiyyәt orqanlarının 2020-ci ilә baxış
strategiyası әsasında diversifikasiya üzrә ambisiyalı hәdәflәr qәbul etmәsinә vә