Microsoft Word Elmi Mecmue 24-son doc



Yüklə 3,56 Kb.
Pdf görüntüsü
səhifə25/124
tarix22.11.2017
ölçüsü3,56 Kb.
#11627
1   ...   21   22   23   24   25   26   27   28   ...   124

 
Mövzu hədislərin uydurulma səbəbləri 
67 
Xuləfay-i Raşidin, Hz. Peyğəmbərdən eşitmədikləri bəzi hədisləri rəvayət edən-
lərlə qarşılaşdıqları zaman bunları Rəsulullahdan (ə) eşitdiklərinə dair şahid gətirmə-
lərini istəmiş, çox hədis rəvayət edənləri bu mövzuda daha diqqətli olmağa dəvət et-
miş, bəzən də onlara bu sözləri Rəsulullahdan (ə) bilavasitə eşitdikləri haqqında and 
içdirmişdirlər. Səhabələrin bu sahədəki diqqəti, hədis uydurmağa uyğun bir zəminin 
yaranmasına mane olmuşdur. Hz. Osmanın  şəhid edilməsi ilə "fitnə" adlandırılan 
böyük ixtilaf başlamış, bir müddət sonra Hz. Əlini təkfir edən Xəvaric ilə Hz. Əbu 
Bəkir və Ömərə söyən bir çox firqə, Qədəriyyə, Mürciə, Cəhmiyyə  və Müşəbbihə 
kimi batil məzhəblər ortaya çıxmışdır. Hədis uydurma hərəkatı, səhabə əsrinin sonu 
və böyük tabiilər dövrünün başlanğıcı olan belə bir böhranlı zamanda müxtəlif təsir-
lərlə başlayıb inkişaf etmişdir. Bu dövr müxtəlif qrup və firqələrin ortaya çıxdığı, 
diqqətsiz və səmimi olmayan hədis tələbələrinin çoxaldığı bir əsrdir. 
Yuxarıda qeyd olunanlarla birlikdə  bəzi alimlər hədis uydurma fəaliyyətinin 
başlanğıcı olaraq h. 40/m. 660-cı ili tarixini göstərməkdədirlər. Misal üçün Əccac əl-
Xətib, fitnələrlə əlaqədar ümumi məlumatları bildirdikdən sonra, hədis uydurma fəa-
liyyətinin hicri birinci əsrin ilk yarısından bir müddət əvvəl başladığını bildirərkən, 
Subai isə sünnənin saflığını qoruduğu dövrün bitdiyi və uydurma hədis fəaliyyətləri-
nin başladığı ilin h. 40/m. 660 olduğuna işarə etmişdir.  Ə`zəmi də uydurma hədis 
fəaliyyətinin daha çox h. 40/m. 660-cı illərdə başladığını deyir. Əbu Şəhbə də hədis 
uydurma fəaliyyətinin h. 40/660 ilində başladığını bildirir. Görüldüyü kimi h. 40/m. 
660 ilini başlanğıc olaraq verənlərin bir hissəsi, qəti olaraq bu tarixdən etibarən baş-
ladığını deyərkən, bir hissəsi bu hərəkatın Hz. Osman dönəmindəki fitnə dövründə 
başladığını söyləmişdirlər.
7
 
 
C. Hədis uydurmanın səbəbləri 
Kim olursa olsun, hədis uyduranları bu pis əməli etməyə sövq etdən bəzi səbəb-
lər vardır. Bunlarar əsbəbul-vəz  deyilir. Hədis uydurma səbəblərinin  ən başlıcaları 
bunlardır: 
 
1. İslam düşmənçiliyi 
Hz. Peyğəmbərin (s.ə.s.) Mədinəyə hicrətindən sonra qurulan İslam dövləti qısa 
bir zamanda çox güclənmişdi. Bu dövlət, onun vəfatından sonra, çox keçmədən bü-
tün Ərəbistan yarımadasını əhatə etdiyi kimi, İran və Xorasan torpaqlarına qədər sər-
                                                 
7
 İbnu`l-Kayyim el-Cevziyye, Uydurma Hadisleri Tanıma Yolları, s. 50. 


 Səlimli Qoşqar    
68 
hədlərini genişlətdi. Süqut edən imperiyalar, yox olan səltənətlər, puç olan mənfəət-
lər  İslam düşmənçiliyinə çevrildi. Digər tərəfdən  İslama zərər verə bilməyənlər, 
onun güclənməsinə mane ola bilmədiklərinə görə, onu içəridən yox etmək məqsədilə 
iman əsaslarında fəsad törətmək; beləliklə də İslam birliyini parçalamaq yoluna mü-
raciət etdilər. Belələrinin əksəriyyəti müsəlman kimi davranaraq, İslama yad olan bir 
çox fikir və xurafatları, hədis maskası altında İslam dininə aidmiş kimi göstərdilər.
8
 
Müsəlmanların idarəsi altında olmaqla bərabər, əldən verdikləri etibar və əvvəl-
ki dəbdəbəli həyatlarını  təkrarən  ələ keçirmək xəyalı ilə  İslamı  mənimsəyə bilmə-
yənlər, güclü olan dövləti maddi gücləri ilə  yıxa bilməyəcəklərini anlamış, hilə  və 
fitnə-fəsad yolları ilə  İslam inancını  zəiflətmə  və yox etmə imkanlarını axtarmağa 
başlamışdılar. İslam qaynaqlarında  zındıq (cəmi: zənədiqa) adlandırılan bu insan-
lar, dini təhrif etmək,  İslamı gülünc vəziyyətə salaraq lağa qoymaq və bu şəkildə 
xalqın qəlbinə din haqqında bəzi şübhələr salmaq fikrinə düşdülər.
9
  
Qur`ani-Kərimə hücumlar edərək məqsədlərinə nail ola bilməyəcəklərini anla-
yan zındıqlar, daha asan şəkildə təhrif edə biləcəklərini düşündükləri hədislərə yö-
nəldilər. Fəaliyyətlərini daha çox müsəlman pərdəsi altında davam etdirməklə bəra-
bər, Allaha və axirət gününə inanmayan bu İslam düşmənləri bəzən zahid və sufi
bəzən də elmli bir İslam alimi və mütəfəkkiri maskası ilə qarşımıza çıxırlar. 
İslama zidd mövqedə olan insanlar, hədislər üzərindəki təhriflərini müxtəlif hi-
lələrə müraciət edərək həyata keçirməyə çalışırdılar. Belə ki, zındıqlardan birisi, içə-
risini xurafatlarla və dini zəiflədən bəyanlarla doldurduğu kitabını, bir ağac oyuğu-
nun içinə qoyaraq üstünü qurğuşunla örtmüş, bir müddət sonra da ortaya çıxaraq 
yuxusunda filan yerdəki ağacın içində olan bir kitabın ona göndərildiyini və onun 
içindəki hökmlərin tətbiq olunmasınn əmr olunduğunu iddia etmişdi.
10
 
 
2. Firqə, məzhəb, qəbilə, dil və ya regionu, ya da məzhəb imamlarını 
müdafiə istəyi 
Hz. Osmanın şəhid edilməsindən sonra (h. 35 / 655) ortaya çıxan müxtəlif firqə-
lər, öz fikirlərini yaya bilmək üçün iki mənbəyə müraciət etdilər. Qur`ani-Kərim və 
hədislər. Onların etmək istədiyi bu idi: Qur`ani-Kərimi öz görüşləri istiqamətində 
                                                 
8
 a. k. ə., s. 54. 
9
 İbn Quteybə, Əbu Muhəmməd Abdullah b. Müslim (v. 276/889), Təvilu Müxtəlifil-Hədis
Misir, 1966, s. 279.  
10
    əl-Ədəvi, Abdullah b. Hüseyin Xatir əl-Məliki,  Laqtud-dürər bi şərhi mətni Nuxbətil-
fikər, Misir, 1322, s. 72, 73. 


 
Mövzu hədislərin uydurulma səbəbləri 
69 
yozmaq; onların fikirlərini dəstəkləyən hədisləri yaymaq; görüşlərinə zidd olan 
hədisləri öz fikirlərinə uyğunlaşdırmaq. Nəticədə isə, düşüncələri ilə üst-üstə düşən 
hədis olmadığı zaman onları uydurmaq. Tövbə edən qoca bir xaricinin sözləri bunu 
təsdiq edir: "Dininizi kimlərdən öyrəndiyinizə diqqət edin. Çünki biz bir şey istədi-
yimizdə, onu hədis şəklində deyirdik."
11
  
Lakin Qur`ani-Kərim hafizlərinin, onun rəvayət və tilavəti ilə məşğul olanların çox 
olması, onların bu istiqamtdə irəli getmələrinə mane olmuşdur. Fəqət hədislərin hamı-
sının, o dövrdə -Qur`ani-Kərimdə olduğu kimi- hələ müəyyən kitablara yazılmaması, 
onlarda bəzi təhriflərin əmələ gətirilməsinə imkan verirdi. Bu vəziyyətdən istifadə edən 
batil firqələr, hədislər üzərindəki təhriflərini iki şəkildə həyat keçirmişdirlər: 
a) Ehtiyaclarına uyğun olmayan və mənfəətləti ilə üst-üstə düşməyən hədislərin
Hz. Peyğəmbərə aid olduğunu inkar edərək, uydurulduqlarını iddia etmişdirlər. 
b) Fikirlərini dəstəkləmək üçün, davamlı şəkildə dini mətnlərə ehtiyac duyduq-
larından, rəqiblərinin qarşısında dəlil olması məqsədi ilə hədislər uyduraraq, bunla-
rın Hz. Peyğəmbərə aid olduğunu demişdirlər. 
 
3. İslam dininə xidmət etmə arzusu 
İslam dininə xidmət məqsədi ilə bir çox hədis uyduran, beləliklə Allah qatında 
qiymətli bir iş gördüyünü zənn edən bəzi zahid və sufilər, fəzilətli əməllər mövzu-
sunda hədis uydurmanın dini baxımdan bir probleminin olmadığını düşündüklərinə 
görə, ən kiçik bir yaxşılıq edənə Hz. Peyğəmbərin dili ilə cənnətin qapılarını açmış, 
ən xırda bir günah edəni də cəhənnəmin dibinə atmışdırlar. Nəticədə isə yerinə yeti-
rilməsi mümkün olmayacaq qədər çox ibadət növü ortaya çıxmışdır. Bu cür uydur-
maların  ən bariz xüsusiyyəti mübaliğə (bir hadisəni  şişirtmə) olduğundan, misal 
üçün quşluq namazını tərif edildiyi şəkildə qılana yetmiş peyğəmbər savabı verilmiş, 
siqaret tüstüsünün girdiyi bədəndən imanın çıxacağı deyilmişdir. Bu rəvayətlər daha 
çox namaz, oruc və Qur`an oxuma kimi ibadətlərlə əlaqədardır. Məsələn Meysərə b. 
Əbdurəbbih adlı yalançı "Kim bu surəni oxusa, bu qədər savab qazanar." şəklindəki 
sözləri, insanları Qur`an oxumağa təşviq etmək üçün uydurduğunu demişdir. Gündə-
lik həyatlarında yalan danışmaqdan çəkinən bu insanların dini yaşatmaq məqsədi ilə 
hədis uydurmaqda bir problem görməmələri onları din üçün zərərli bir sinifə çevir-
mişdir.
12
 
                                                 
11
  İbnul-Cövzi,  Əbul-Fərəc Cəmaləddin  əl-Qurəşi (597/1201), Mövzuat, Matbaatul-Məcd, 
1386-1388 / 1966-1968, s. 38. 
12
 DİA, "Mevzu", XXIX, s. 494. 


Yüklə 3,56 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə