Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/121
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48965
1   ...   10   11   12   13   14   15   16   17   ...   121

44 
 
Sədr çəkməsini ayağına çəkib qalxdı. Onlar bağçanın içi ilə ötüb
çəpərdən  aşıb vağzala keçdilər. 
Zəng səsləndi, səsi ilə də hamını hərəkətə gətirdi. Kimi adamları basa-
basa  əlini kassanın pəncərəsinə yetirməyə can atır, kimi çamadan əlində 
növbətçiyə güc gəlib, dal qapıdan platformaya çıxmaq istəyirdi. 
Dəqiqələr keçdikcə hay-küy artırdı. Adamlar bir-birinə qarışmışdı. 
Ümumi gurultu içində vağzal, istilahları eşidilirdi: 
- Plaskart! 
- Sürət qatarı. 
- Tranzit. 
- Birbaşa. 
- Hara soxulursan? 
Bufetin sağ kənarında balaca bağın qabağındakı vağzal bazarı minikləri, 
çağırılmış qonaq kimi aramsız gözləyirdi. Üzümü səbətlərə düzən, almanı 
yüngül-yüngül çəkib, kağız torbaya dolduran, stəkanı  təmizləyən kim, 
bişmiş kotleti stola düzən, yemişi dilimləyən kim... 
Qələndər sədrin qolundan tutub, bağın qırağına gətirdi. Barmağı ilə 
nişan verdi: 
- Bax, mən ölüm, bir yaxşı bax! 
Tapdıq iki tay Carco yemişini yerə düzməkdə nökərinə kömək edir, 
göstəriş verir, o yan-bu yana baxıb, nökərinə nə isə deyirdi. 
Qaynar su budkasının solunda isə Durmuş qabağına yaylıq üzüm ilə 
dolu balaca bir səbət qoyub, kisəni qılçası arasına almışdı, qorxa-qorxa 
səbətin ağzını bəzəyirdi. 
Sədr baxdı, baxdı, yandı, töküldü: 
- Yazıq Danqır Abas, binəva Ağcanın oğlu!.. 
- Çaqqal baş qopardır, qurdun adı  bədnamdır, - deyə  Qələndər onun 
sözünü təsdiqlədi. 
Qatar gəldi. Adamlar vaqondan töküldülər, qırılmış boyunbağı kimi yerə 
səpələndilər. Yeyənə, içənə, aldığını qoltuğuna vurana, vaqonda gözləyənə, 
sevgilisinə meyvə aparana bax! Pullular alır, mallılar satır, aralıqda qalanlar 
tamaşa edirdilər. 
Tapdıq on iki-on üç yemiş  xırıda vermişdi ki, müştəri azaldı. Üçüncü 
zəng vurulandan sonra qatar yola düşdü. Yemiş alan olmadı. Boylanıb 
budka tərəfə baxanda Durmuşun  əlində yaylıq üzümü gördü, yerindəcə 
donub qaldı. 
  


45 
 
Onların gözü bir-birinə sataşdı: atışan adamlar kimi özlərini 
yığışdırdılar. Diqqətlə bir-birinin üzünə və matahına baxdılar. 
Durmuş  səbəti yerə qoyub, özünü ağacların arasına verdi. Kərbəlayı 
Tapdıq nökərə him elədi: 
- Gəldilər.. 
Özü isə divardan hoppanmaq istəyərkən, bir əlin biləyindən yapışdığını 
gördü. Bu, sovət sədri idi. 
Qələndər isə Durmuşu yaxalayıb gətirirdi. 
Onlar bu iki qardaşı üzləşdirməyə və məsuliyyətə almağa gətirirdilər. 
 
1935 
 
 
DOSTUMUN QONAQLIĞI 
 
TƏSADÜF 
 
Kənddə, tanışlarımdan birinin evində Mirzə Qulamla tanış oldum. O, 
şəhərdən gəlmişdi. Deməyinə görə, istəkli dostunun ailəsilə bir yaylaq 
yerinə getmək istəyirdi. Onu vəkil eləmişdi ki: "Get, yer seç, ev tut, mənə 
xəbər ver!" 
Nədənsə Mirzə Qulam mənə çox hörmət eləyirdi.  İlk tanışlığımız olsa 
da, uzun illərin dostu, yaxın qohum kimi danışırdı. Mən onun hər sözünə 
"bəli" deyirdim, lakin söhbətimizi uzatmaq istəmirdim. O, yəqin bunu hiss 
etmişdi. Səsini dəyişdi, mənə yaxınlaşıb, yavaşcadan dedi: 
- Qardaşoğluma başağrısı vermirəm ki? 
- Yox, - dedim, - xoşdur, söhbətinizə qulaq asıram. 
Mənim bu sözüm ona cəsarət verdi; özünə xam məclis tapmış 
hoqqabazlar kimi sevinə-sevinə danışdı, böyük bir müqəddimə ilə başladı: 
- Sizləri görəndə, sizin kimi irəli gedən cavanları görəndə elə bilırəm öz 
oğlumu, öz kiçik qardaşımı görürəm. Qardaşoğlunun canına and olsun, 
sənin canına yalandan and içmərəm, məni qəbrə öz əlinlə qoyasan, əgər 
yalan deyirəmsə, sənin kimi müəllimləri görəndə ürəyım dağlar boyda 
böyüyür. Çünki görürəm siz qultura barəsində, maa 


46 
 
rif barəsində, elm-ürfan barəsində doğrudan da mərhaba çalışırsınız. Halal 
olsun Sovət hökumətinin sizə verdiyi çörək! Halal olsun sizə  çəkilən 
zəhmət! 
Mirzə Qulam danışırdı. Ev yiyəsi bizi bostana, yemiş-qarpız yeməyə 
çağırdı. 
Mən ev yiyəsinin  əkdiyi, becərib yetirdiyi dirriyə tamaşa edirdim. 
Gömgöy kəvər, nanə, reyhan ləklərini, uzun yemiş tağlarını, tağlardakı 
yemişləri gördükcə baxmağım gəlirdi. Mənim fikrim zəhmət sevən, səliqə 
sevən təsərrüfatçı  kəndlilərdə idi. Mirzə Qulam isə danışırdı. O, elmin 
xeyirli  şey olduğundan, oxumağın lüzumundan, özünün qocalmağına 
baxmayaraq dərsə artan həvəsindən, çoxdan mənim kimi bir dost 
axtarmağından deyirdi. Ev yiyəsi, görünür, onun xasiyyətini bilirdi, 
səsləndi: 
- Mirzə, qonağı yorma! Sənin çənənə hər adam dözə bilməz axı! 
Mirzə ev yiyəsinin sözünü zarafat sayıb güldü. 
- Ələkbər, - dedi, - sənin bu qonağın lap mənim ürəyimə yatan oğlanmış. 
A sağ olmuş, bizi nə üçün indiyəcən tanış eləməmisən? 
Söhbətimiz elə tutur ki, gəl gör! 
Ev yiyəsinin başqa qonaqları da vardı. Hamı evin qabağında qoyulan və 
üstünə xalça salınan taxda əyləşdi, yemişi kəsib dilimlədilər. 
Qonaqlar yemiş yeyirdi. Mirzə Qulam danışırdı. Ancaq indi onun 
sözünə qulaq asan azdı. Ona görə də danışanda mənim üzümə baxırdı. Mən 
başımı aşağı salırdım. 
Mən tələsirdim. Qalxıb gedəndə, Mirzə Qulam ev yiyəsi ilə bərabər bir 
qırx-əlli addım məni poçt yoluna qədər ötürdü. Addımbaşı elmdən, 
mərifətdən, səxavətdən, sədaqətdən dəm vururdu. Əlimi sıxıb ayrılanda, 
söhbətinin yarımçıq qaldığına heyifsiləndi, çox xahiş etdi ki, şəhərə 
gedəndə mütləq onu axtarıb tapım. Adresini də dedi. Xahiş elədi ki, 
dəftərimin qulağına yazım. 
- Yadımda qalar, - dedim, - arxayın olun. 
Ayrılandan sonra daha mən Mirzə Qulamı görmürdüm və tamamilə 
unutmuşdum. 1930-cu ilin yayında təzəcə tətilə çıxmışdım. Yay maaşını da 
almışdım. Cibim dolu, kefim saz idi. Gürcüstan kurortlarından birinə 
istirahətə getməyə hazırlaşırdım.  Şəhərə  gəlmişdim. Balaca, səliqəli, sulu, 
ağaclı, bağlı-bağçalı rayon şəhəri yay vaxtı yaxşı olur. Dost-aşna hər 
tərəfdən məzuniyyət alıb gəlir. Yar-yoldaşla 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə