Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/121
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48965
1   ...   12   13   14   15   16   17   18   19   ...   121

50 
 
- Bizim bu oğlanın xatırına elə sürərsən ki, tozun da görünməsin! 
Biz faytona oturduq. Mirzə çaparaq gedən faytonun sürətindən 
nəşələnərək deyirdi: 
- Andır evimiz bir balaca şəhərdən qıraqdır, həmişə faytonla gedirəm. 
Tanış faytonçumuz var, ancaq bu gün xəstədir. Bir damaqlı oğlandır. 
Evə çatanda Mirzə Qulam şeyləri qoltuğuna vurub, tez faytondan düşdü, 
həyətə girdi. Mən faytonçuya bir beşlik verdim. Razı olmadı, "azdır", - dedi. 
Bir üçlük də verdim, sağ ol da demədi, sürüb getdi. Fayton gedən kimi 
Mirzə alçaq və nazik torpaq divarlı  həyətin köhnə, işdən düşmüş qapısını 
açıb, içəridən çağırdı: 
- Buyur, gəl! 
Mən içəri girdim. Balaca su arxının yanlarında  əkilmiş  qızılgül,  ərik, 
armud ağaclarınm arasından keçdik, Mirzə Qulamın evinə girdik. Saat beş, 
ya altının yarısı olardı. Yorulmuşdum. Aclıq məni dildən salmışdı. Tez stul 
çəkib oturdum. Mirzə şeyləri o birisi otağa apardı; təxminən bir on dəqiqə 
heç bir səs-səda eşitmədim. Darıxdığımdan, acımdan yenə saata baxdım. 
Yoldaşlarımla axşam görüşünə  vədə verdiyim vaxt keçmişdi. Yəqin onlar 
beş-on dəqiqə  məni gözləyəcək, pərt olacaq, dalımca deyinəcək, çıxıb 
gedəcəkdilər. Nə isə, bu Mirzənin, mənim bu təzə dostumun naharı çox 
uzun çəkdi. 
Mən başıaşağı, əlimdəki saatın əqrəbinə baxır, vaxtımı keçirirdim. Mirzə 
Qulam tələsik içəri girdi: 
- Ay filankəs, - dedi, - oradan cibindən bir on beş manat da mənə ver, 
vacib iş var, bu saat gəlirəm. 
Mən lap məəttəl qaldım. Bu pulsuz vaxtımda, Mirzənin kisəmə daş 
atmağına müəyyən məna verə bilmədim. Fikirləşməyə vaxt yox idi. Mirzə 
başımın üstünü kəsmişdi, tələsdirirdi: 
- Bircə, mən ölüm, tez ol ki, vacib iş var, bu saat gəlirəm! 
O bu sözləri elə qəti, elə ərklə, elə etibarla deyirdi ki, hər kəs olsa cibini 
boşaldıb, var-yoxunu verərdi. Mən onun dəm-dəsgah düzəltdiyini, nə təhər 
olmuşsa pulunun çatışmadığını  zənn etdim, əsirgəyə bilmədim. Cibimdə 
qalan son iyirmiliyi çıxardıb verdim. Mirzə, iyirmilik olduğuna daha çox 
heyifsiləndiyimi duyduğu üçün dedi: 
- Eybi yoxdur, beş manatını qaytarar. Tez ol görüm! 
Pulu  əlimdən qapıb, küçə qapısına tərəf qaçdı. Mən aclıqdan, 
əsəbilikdən, taqətsizlikdən otura bilmədim, qəbahət sayılsa da, yük yerindən 
balınc alıb, palazın üstünə atdım və uzanıb dirsəkləndim. 
  


51 
 
Mirzədən səs çıxmadı. Saat yeddiyə  işləyirdi, lap içim üzülmüşdü. Bu 
saat kabab, qovurma, ya da bozbaş iyinin məni vuracağını, o biri otaqdan 
samovar cızıltısının başlanacağını, Mirzənin başqa qonaqlarını bir-bir gəlib 
çıxacağını, ev sahibinin məndən üzr istəyəcəyini, geniş və iştahalı bir süfrə 
açacağını güman edirdim. Gözüm qapıda, qulağım səsdə idi... Nədənsə 
həyətdə bir ölüm sükutu hökm sürürdü. Mən təəccüb elədim: "Deyəsən 
Mirzənin xörəyi başqa yerdə hazırlanır, deyəsən heç bu həyətdə adam 
yoxdur; bəlkə qonaqlar başqa həyətə, başqa otağa yığılmışlar; bəlkə 
Mirzənin başı bərk qarışmışdır, mən yaddan çıxmışam..." 
Pəncərədən boylanıb həyətə baxanda, arxın bulanıq suyundan, divar 
dibində  eşələnən toyuqdan, əncir ağacının altında yatan ağ pişikdən başqa 
bir  şey görmədim. Yan otağın qapısında da kimsə yox idi. O, otaqla mən 
olan otağın arasında iki taylı qapı vardı. Qapıya yanaşıb, qorxa-qorxa açar 
yerindən baxdım. Diqqətlə baxdım, qapı  ağzında çömbəlib oturan, corab 
toxuyan bir qadın gördüm. Daha başqa adam yox idi. "Görəsən bu kimdir? 
Mirzənin arvadıdırsa, bəs nə üçün belə arxayındır? Qonşudursa, nə üçün 
Mirzə şeyləri o evə apardı? Qulluqçudursa, gərək bu saat əldə-amanda ola, 
hazırlıq görə..." 
Mən donub qalmışdım. Dedim, bəlkə o mənim burada olduğumu bilmir. 
Qoy bir səs salım, görüm nə olur. Əvvəl yavaş, sonradan bərk öskürdüm. 
Qulaq asdım, görüm qadın nə deyəcək. Bir səs gəlmədi. Açar yerindən 
baxdım, qadın öz işində idi, ip corab toxuyurdu. Deyəsən, o qadın, ağac 
altında yatan pişik, sarı toyuq, evi bürüyən sükut, həyətdə hiss olunan 
arxayınlıq - hər şey, hər şey tox idi, yuxulayıb rahatlanırdı. Mən isə bütün 
əsəbiliyimlə, hirsimlə, aclığımla, qaranlıq bir sərgüzəştə düşmüş kimi, 
çaşıb-qalmışdım. Nə dinə bilirdim, nə otura bilirdim, nə  də dura bilirdim. 
Belə yerdə səbrə, utancaqlığa, xatir-hörmətə lənət oxudum, eyvana çıxdım, 
qadından soruşdum: 
- Bacı, Mirzə hara getdi? 
Qadın özünü yığışdırdı, örpəyini çəkib, başını  aşağı saldı, nazik səslə 
cavab verdi: 
- Bir söz deməyib, nə bilim! 
- Siz onun əyalı deyilsiniz? 
- Onun başı batsın, evdəkilərə sözmü deyər? Kim bilsin harda indi başı 
qumara, çaxıra qızışıb!.. 
- Bəs gec gələr? 
  


52 
 
- Nə deyim, ay qardaş, başı  qızışsa, getdi gecə yarısına. Nə  işiniz var 
idi? 
Mən qadının bu qəribə sualına cavab tapa bilmədim. 
- Heç, - dedim, - ürəyim onu çox istəyir. 
Qadın dinmədi. Mən kor-peşman qalxıb, evdən çıxdım; uzaq, tozlu, 
qaranlıq yolları ac qarına yüyürə-yüyürə, güc-bəla ilə özümü 
mehmanxanaya saldım. 
Odur-budur Mirzə Qulam gözümə görünmür. Görünmür ki, soruşam: 
- Dostum, iyirmilikdən qalan beş manatı neylədin? 
1936 
 
 
MÜALİCƏ 
 
Sənə kimdən deyim, özümdən. Günlərin bir günündə, qardaş, Bakıda 
özümə bəzəkli bir otaq düzəltdim. 
Vaqona oturub getdim kəndə. Neçə il idi anamı qoyub gəlmişdim. Orada 
baxanı yox idi. Həmişə şikayətlənirdi ki, saymırsan. Onun haqlı şikayəti bir 
yana dursun, özümün arzum var idi. Cavanlıqdır, həmişə ürəyimdən keçirdi: 
gətirim, anam Bakıda, yanımda olsun, Sovet hökumətinin sayəsində bu 
mərtəbələrə çatan oğlunun bir xeyrini, bəhərini görsün; o hisli ocaq-
bucaqdan qurtulsun, ömrünün bu çağında dincəlsin; evdəcə  əyləşib mənə 
sağlıq istəsin. 
Anam da çox sevindi. Ev-eşiyini yığışdırdı, yar-yoldaşı ilə vidalaşdı. 
Qonşumuz Bəsti qarı, Həmzət xala, Gülbadam qarı ilə dönə-dönə öpüşdülər. 
Halallaşdılar. 
- Qonşuluqdur, - dedi, - arada söz-sovumuz olub, Allah şeytana min 
lənət eləsin. Keç, ay bacı, halallıq ver, işdir, qəzadır, bəlkə də qayıtmadım. 
Gülbadam qarı  ağzı dualı arvad idi. Dişsiz ağzında xamır kimi 
yastılanan, saqqız kimi səslənən sözləri ilə bizi yola saldı. Qərəz, nə başını 
ağrıdım, kənddən çıxdıq. Anamı sağ-salamat gətirdim gəldim.  İki gün 
çəkmədi, vurdu anam xəstə düşdü. 
Dostumdan soruşdum: 
- Xəstəliyi nə idi? 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə