Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə143/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   ...   140   141   142   143   144   145   146   147   148

_____________Milli Kitabxana_____________ 

 399


“Maraqla öyrənən, öyrənməyi bacarar” 

Eynşteyn  

 

ÜMUMİ NƏTİCƏLƏR 

 

Elmi-metodik  ədəbiyyatın təhlilinə,  şəxsi və ümumi təcrübəyə, uzun 

müddətli məqsədyönlü pedaqoji-metodik eksperimentə  əsaslanaraq riyaziyyatın 

tədrisində ümumiləşdirmə üzrə iş sistemi yaratmaqla əlaqədar aşağıdakı nəticələrə 

gəlmişik: 

1. Riyaziyyatın tədrisində ümumiləşdirmənin metodik sistemini: 

1) bu sahədə dünyavi meylləri, vətənimizdə  və inkişaf etmiş ölkələrdə 

tədrisin xüsusiyyətlərini nəzərə almaqla, uyğun  ədəbiyyatı (pedaqoji, psixoloji

məntiqi, fəlsəfi, metodik, dissertasiyalar, proqram, dərslik) təhlil etməklə (I fəsil); 

2) Həmin  əməliyyatın habelə ayrı-ayrı mövzuların mənimsənilməsinin 

obyektiv, fizioloji, psixoloji, didaktik, məntiqi, riyazi-nəzəri  əsaslarını müəyyən-

ləşdirməklə, ona şagirdlərin idrak fəaliyyətinin inkişafında sistematik məntiqi 

əməliyyat kimi, təfəkkür formaları və əməliyyatları ilə qarşılıqlı əlaqədə baxmaqla 

(II fəsil); 

3) Onun məqsədini, məzmununu, metodlarını, vasitələrini və formalarını 

düzgün müəyyənləşdirməklə (giriş, I-III fəsillər); 

4) eksperimental təlimin yoxlanması  və qiymətləndirilməsi tədqiqatına 

verilən tələbləri rəhbər tutaraq pedaqoji-metodik eksperimenti məqsədyönlü təşkil 

etmək, aparmaq və nəticəsini araşdırmaqla yaratmaq olar. 

2. Məktəb riyaziyyat kursunun tədrisində ümumiləşdirmə  şagirdlərin tədris 

yükünü artırmadan onların riyazi mədəniyyətinin yüksəldilməsinə  səbəb olur. 

Mücərrədləşdirmə  və riyazi anlayışların yaranması ilə birlikdə ümumiləşdirmə 

prosesinin xüsusiyyəti elədir ki, bu insanın bütün əqli fəaliyyətləri ilə əlaqədardır. 

Bu da orta ümumi təhsilin hər bir pilləsində verilmiş riyazi biliklərin məzmunu, 

məqsədi və düzülüşündə, propodevtik və sistematik öyrənilməsində  nəzərə 

alınmalıdır. Ümumiləşdirmənin səmərəli və faydalı olması üçün kursun bünövrə 




_____________Milli Kitabxana_____________ 

 400


anlayışlarına (çoxluq, ədəd, funksiya, kəmiyyət, tənlik və  bərabərsizlik, fiqur, 

çevirmələr) və elmi-məntiqi metodlara (riyazi anlayışlar, təriflər, təkliflər, analiz-

sintez, isbat metodları, analogiya, zəruri və kafi şərt, induksiya və deduksiya) 

yanaşmanın xüsusiyyətləri mühüm yer tutur. 

3. Məktəb riyaziyyat kursunun tədrisi prosesində şagirdlərin ümumiləşdirici 

mücərrəd təfəkkürünün inkişaf etdirilməsi problemi müxtəlif faktorlarla (riyaziy-

yatın təliminin ümumi və konkret məsələləri, şagirdlərin fizioloji və psixoloji xüsu-

siyyətləri, riyaziyyat və onun metodlarının xalq təsərrüfatında, habelə  şagirdlərin 

ümumtəhsil və əməyə hazırlanması sistemində tətbiqləri, ayrılan vaxt çərçivəsində 

tədris materialının mənimsənilməsinin real imkanları və s.) əlaqədardır. 

Şagirdlərin ümumiləşdirmə - xüsusiləşdirmə bacarıqlarının inkişaf etdiril-

məsilə  əlaqədar məktəb riyaziyyat kursunun metodik sisteminin təkmilləşdiril-

məsində məlum didaktik prinsiplərə və meyarlara əsaslanmaq lazımdır. 

Riyaziyyatın tədrisində ümumiləşdirmə  şagirdlərin idrak fəaliyyətinin inki-

şafında sistematik məntiqi  əməliyyat kimi mənimsəmənin metodik sisteminin 

müasir tələblərə cavab verməsi üçün empirikliyə nisbətən nəzəri səviyyəyə üstün-

lük verilməlidir. 

Ümumiləşdirilmiş anlayışlar sistemi əsasında təlimin bütün mərhələlərində 

şagirdlərin dünyagörüşü, idrakı və məntiqi qabiliyyətləri inkişaf etdirilməlidir. 

4. Riyazi təlimin metodik sistmeinin təkmilləşdirilməsinin məlum didaktik 

prinsiplərdən irəli gələn meyarları, kitabın müxtəlif bölmələrində göstərdiyimiz 

ümumiləşdirilmiş  məntiqi  əməliyyatlarla  əlaqədar meyarların ifadəsinə  gətirilir. 

Belə meyarlar sırasına didaktik əhəmiyyət, tamlıq, genişlik, təlimdə motivləşdirmə, 

intensivləşdirmə və s. daxildir. Ümumiləşdirilmiş meyarları riyaziyyat proqramları 

və  dərsliklərinin hazırlanması  və  təkmilləşdirilməsi mərhələlərində  tətbiq etmək 

məqsədəuyğundur. Proqram və dərsliklərin tərtibində şagird kontingentindən asılı 

olaraq bu və ya digər meyarlar qrupu başqası ilə əvəz edilə bilər. Ümumiləşdirmə 

ilə əlaqədar tədris materialının seçilməsi meyarları sistemi əsas (stabil) və dinamik 

hissələrdən ibarət ola bilər. 



_____________Milli Kitabxana_____________ 

 401


Deməli, şagirdlərdə riyazi mədəniyyətin, o, cümlədən ümumiləşdirmə qabi-

liyyətinin inkişaf etdirilməsində proqram və  dərsliklərin hansı meyarlar sistemi 

əsasında yaradılması və qiymətləndirilməsi mühüm yer tutur. 

Təhlil etdiyimiz mənbələrin  əksəriyyətində riyaziyyatın tədrisində ümumi-

ləşdirmənin əhəmiyyətli olduğu göstərilir, lakin proqram və dərsliklərin tərtibində, 

ayrı-ayrı mövzular üzrə aparılan dərslərdə bu əməliyyatın tətbiqi, onun şagirdlərə 

öyrədilməsinə aid konkret nümunələr demək olar ki, yoxdur.  

5. Riyaziyyatın tədrisi prosesində şagirdlərdə ümumiləşdirmə qabiliyyətinin 

düzgün inkişaf etdirilməsi üçün bu işin elmi-nəzəri əsasları məsələsinin və baxılan 

əməliyyatın mahiyyətinin, onun obyektiv, fizioloji, psixoloji, didaktik, fəlsəfi 

məntiqi, riyazi əsaslarının, idrak prosesləri, təfəkkürün formaları və əməliyyatları 

ilə qarşılıqlı əlaqəsi dəqiq öyrənməlidir. 

II fəsildə bunlar ətraflı şərh edilmişdir ki, bu da III fəsildə metodik sistemin 

reallaşmasına zəmin yaratmışdır. 

6.  Şagirdlərin ümumiləşdirmə qabiliyyətinin inkişaf etdirilməsinin metodik 

sistemini məktəb riyaziyyat kursunun elmi əsasları, riyaziyyatın təlimi üsulları və 

elmi tədqiqat metodları, münasibət anlayışı və inteqrasiya, ümumiləşdirici riyaziy-

yat dərslərinin tipləri, strukturu, təşkili və aparılması metodikası, riyaziyyatın 

məktəbdə tədrisinin bəzi problemləri və bu sahədə islahatların əsası, nəzəri mate-

rialın tətbiqi, pedaqoji universitetlərdə bakalavr və magistr hazırlığında mühüm 

vasitə və metod, ibtidai siniflərdə məntiqi çalışmalar həlli, V-VI siniflərdə riyaziy-

yat, VI-IX siniflərdə cəbr, X-XI siniflərdə cəbr və analizin başlanğıcı, VII-XI sinif-

lərdə həndəsə problemləri əsasında qurmağa nail olmuşuq. Həmin problemlərin hər 

birini yeni tələblərə uyğun həllinin habelə  məktəb riyaziyyatının  əsas xətlərinin 

(funksiya, çoxluq, ədəd, kəmiyyət, tənlik və bərabərsizlik, eyni çevirmələr, fiqurlar, 

ali riyaziyyat elementləri, stoxastika və s.) və  hər bir paraqrafın bəndlərində 

göstərdiyimiz ümumiləşdirmə nümunələrinin  əksəriyyətinin öyrənilməsinin 

metodik sisteminin yaradılmasını gələcək tədqiqatların mövzuları sayıram. 

Riyazi induksiya metodu (hazırdakı kimi kursun sonunda deyil bir qədər 

əvvəldə), birləşmələr və Nyuton binomu, stoxastikanın elementləri (aşağı  və orta 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə