Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə102/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   98   99   100   101   102   103   104   105   ...   111

 
306 
 
 
NƏTİCƏ 
 
Səfəvi dövləti Azərbaycan cəmiyyətinin mükəmməl bir siyasi 
təşkilatı kimi meydana çıxmış, mərkəzi hakimiyyət orqanları təşkil 
edilmiş, onların arasında səlahiyyət bölgüsü həyata keçirilmiş  və 
inzibati-ərazi bölgüsü prinsipləri  əsasında yerli idarə orqanları 
yaradılmış  və  nəticədə ali hakimiyyətin bütün ölkə  ərazisində 
həyata keçirilməsi təmin olunmuşdu. Azərbaycan Səfəvi dövlətinin 
qurulmasında ona arxa, dayaq olmuş Azərbaycan türklərindən ibarət 
hərbi-siyasi qüvvələr həm mərkəzdə, həm də yerlərdə dövlətin özü-
lünə çevrilmişdir ki, bu da əslində xalqımızın əski çağlardan möv-
cud olan dövlətçilik  ənənələrindən irəli gəlirdi. Səfəvi dövlətinin 
idarəçilik və dövlət quruluşunun forması  əslində XV əsrdə Azər-
baycanı idarə etmiş Baharlı və Bayandurlu sülalələrinin hakimiyyəti 
dövründəki idarəçilik sistemindən fərqli olmamışdır. Səfəvilərin 
qədim türk dövlətçilik təcrübəsindən geniş  şəkildə  bəhrələndiyi və 
zaman-zaman Orta Asiya və Osmanlı dövlətçilik  ənənələrinə  də 
əsaslandığı açıq şəkildə müşahidə olunur.  
Səfəvi sülaləsinin hakimiyyətə  gəlməsi ilə formalaşan və 
cəmiyyətin sosial-iqtisadi durumuna uyğunlaşan Azərbaycan Səfəvi 
dövləti əslində klassik müsəlman dövləti olub, burada dini hakimiy-
yətlə dünyəvi hakimiyyət vəhdətdədir. Onları mövcud şəraitdə  və 
xüsusən sülalənin hakimiyyətinin ilk illərində bir-birindən ayırmaq 
mümkün deyildi. Xətainin "Mənəm həm pirü, həm soltani-aləm», 
«Əzəldən  Şah bizim sultanımızdır, Pirimiz, müridimiz, xanımız-
dır»- beytləri nəzəri cəhətdən Şahlıqla ruhani hakimiyyətin birlikdə 
mövcudluq ideologiyasının təcəssümü olub, dövlətin teokratik 
prinsipə dayandığını əsaslandırır. I Şah İsmayıl Xətai dünyəvi başçı 
olmaqla yanaşı, ruhani-mənəvi təsisatlarda nəzarətçi və  həm də 
mürşid-i kamil vəzifəsini özündə saxlayırdı. 
Hakimiyyətin irsi xüsusiyyəti və hökmdarın qeyri-məhdud 
səlahiyyəti ilə yanaşı, mərkəzi idarə sistemində  məşvərətçi orqan 
olan Məclisi əla (ali məclis) da fəaliyyət göstərirdi. Dövlət əhəmiy-
yətli mühüm məsələlərin on iki nəfər üzvü olan bu məclisdə 
müzakirəsinə baxmayaraq son sözü Şah deyir, yəni onun rəyi  əsa-


 
307 
 
 
sında qərarlar qəbul ounurdu. Müqavilə bağlamaq, müharibə elan 
etmək, ölkə qanunlarında dəyişikliklər Şahın qeyri-məhdud səlahiy-
yəti olub, bu məsələlərdə onun qarşısında heç bir maneə yox idi.  
Səfəvilər dövlətinin yaranmasında Azərbaycan türk etnosu 
həlledici rol oynamış və bu dövlətin «konqlomerat imperiya» kimi 
təqdim olunması doğru deyildir. Ona görə ki, Fars, Yəzd, Kirman, 
Xorasan, Astrabad, Mazandaran və Gilanda aralarında çəkişmələr 
olan yerli sülalələrin hakimiyyəti devrilib, inzibati ərazi bölgüsü 
prinsipləri  əsasında vilayətlər yaradılmışdır. Səfəvi dövlət qurulu-
şunun formasına uyğun olaraq mərkəzlə yerli idarəetmə aparatı 
arasında qarşılıqlı münasibətlər milli deyil, inzibati-ərazi bölgüsü 
prinsiplərinə dayanırdı. Digər tərəfdən ölkə daxilində  əmtəə-pul 
münasibətləri başlıca iqtisadi əlaqə forması olub, valilik və vilayət-
lər vahid iqtisadi-siyasi mərkəz  ətrafında birləşmişdi. Səfəvilər 
siyasi hakimiyyət uğrunda mübarizədə hələ XVI yüzilliyə qədər bir 
sıra təşkilatı tədbirlər həyata keçirib idarə orqanları ilə yanaşı, xəlifə 
institutu da yaratmışdılar. Hər bir Qızılbaş tayfa sufilərinin (qazı-
ları) rəhbəri xəlifə  və onların ümumi rəhbəri isə  xəlifət  əl-xüləfa 
adlanırdı. Xəlifələri Ərdəbildə Səfəvilər cəmiyyətinin əsas məmuru 
olan xəlifət əl-xüləfa təyin edirdi. Səfəvilər hakimiyyətə keçdikdən 
sonra bu institutun mahiyyəti bir qədər dəyişilir. Doğrudur, xəlifət 
əl-xüləfa və onun xəlifələri Azərbaycan və onun hüdudlarından 
kənarda dövləti möhkəmləndirmək baxımından  əvvəlki kimi 
təbliğati işləri davam etdirirdilər. Lakin bununla yanaşı, artıq onlar 
XVI-XVII yüzilliklərdə dini mərasimləri təşkil edir, məscid, 
mədrəsə binalarını  təmir etdirib, ümumən  əhalinin dini vəzifələri 
yerinə yetirməsinə  nəzarət edirdilər. Qaynaqlardan aydın olur ki, 
Şah tərəfindən ayrı-ayrı yerlərə  xəlifət  əl-xüləfa və  xəlifələr bəzən 
hakim də göndərilirdi. Xəlifət  əl-xüləfa bir qayda olaraq Qızılbaş 
əsilzadələri içərisindən təyin olunurdular. Ancaq Şahlıq hakimiy-
yətinin getdikcə güclənib dünyəvi mahiyyət kəsb etməsi ilə paralel, 
xüləfa institutunun da statusunun getdikcə ciddi dəyişikliklərə uğra-
ması və dövlət quruluşunda nüfuzunun azalması müşahidə edilir.  
Qaraqoyunlu və Ağqoyunlu hərbi təşkilatı Səfəvilər dövründə 
də az dəyişikliklərlə qalırdı. Ordu dövlət (vilayət hakimləri qoşunu, 


 
308 
 
 
qorçular) və  Şah qoşununa bölünürdü. Bir qayda olaraq Səfəvi 
silahlı qüvvələrinin baş komandanı, yəni sipahsalar Təbrizin 
bəylərbəyi olurdu. I Şah Abbas hərbi islahat keçirib qulamlar, 
tüfəngçilər topçular adı ilə məlum yeni hissələrlə ordunun daha da 
təkmilləşdirmişdi. Lakin XVI yüzillikdə olduğu kimi, qorçuların 
nüfuzu XVII yüzilliklərdə  də  zəifləmir, yenə  də orduda əsas yeri 
qorçubaşı, ikinci yeri qullarağası, üçüncü yeri tüfəngçibaşı tuturdu.  
Vilayət  ərazisində mühüm şəhərlərdə Azərbaycan türk əha-
lisindən ibarət tüfəngçi və topçular da vardı. Ümumiyyətlə, ölkənin 
topçubaşı vəzifəsinə də bir qayda olaraq, təbrizli hərbi əyanlarından 
təyin olunurdu. 1619-cu ildə isə təbrizli Məhəmmədtağı min nəfər-
dən ibarət Təbriz tüfəngçisinə  rəhbərlik edirdi. Təbrizlə yanaşı, 
Dərbənd və sair şəhərlərin də tüfəngçiləri vardı.  
XVI-XVII yüzilliklərdə vilayətləri Şah tərəfindən təyin edilən 
hakimlər - bəylərbəyilər idarə edirdilər.  Şah Təhmasibin (1524-
1576) hakimiyyətinin ortalarına qədər vilayət hakimləri sultan və bu 
vaxtdan sonra isə xan titulu daşıyırdılar. Beləliklə, vilayətə hakim 
xan, sultan titulu və  əmir  əl-əməra, yaxud bəylərbəyi rütbəsi ilə 
təyin olunurdu. I Şah Təhmasibin hakimiyyətinin ilk illərinə qədər 
bəylərbəyiyə nisbətən  əmir  əl-üməra daha çox işlənilmiş, lakin bu 
vaxtdan sonra bəylərbəyi rütbəsinə daha çox təsadüf olunur. 
Əslində isə  hər iki titul sinonim olmaq etibarı ilə XVI-XVII 
yüzilliklərdə yanaşı işlənirdi.  
I  Şah Abbasın dövründən qulamlardan ayrı-ayrı vilayətlərə 
bəylərbəyi təyin edilməsi təcrübəsi özünü doğrultmamışdı. 
Yarımköçəri türk aristokratiyanın adət-ənənələrini, islam dinini, 
türk dilini qəbul etmiş qulam bəylərbəyi təyin olunarkən müəyyən 
bir Qızılbaş türk tayfasına, obasına başçı qoyulurdu ki, bu da çox 
davam etmir və onların ayrı-ayrı vilayətlərdə  qısa müddətli haki-
miyyətləri dövlətin milli mahiyyətini dəyişə bilməmişdir.  
Bəylərbəyi vilayətin silahlı qüvvələrinin baş komandanı 
olduğuna görə  əmir  əl-üməra rütbəsi daşıyır,  Şah tərəfindən ona 
bayraq və  təbil verilirdi. Bəylərbəyinin daimi silahlı qüvvələrinin 
sayı adətən 2-3 min nəfər olur, bununla bərabər, vilayət ərazisindəki 
mahal hakimlərinin silahlı qüvvələri də ona tabe idi. Özünün 2-3 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə