Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə103/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   99   100   101   102   103   104   105   106   ...   111

 
309 
 
 
minlik hərbi qüvvəsi ilə yanaşı, 12-15 min nəfərdən ibarət mahal 
naiblərinin qoşununa komandanlıq edən bəylərbəyi təhlükəli vaxtda 
vilayət ərazisində yaşayan tayfa və oymaqlardan əlavə hərbi qüvvə 
səfərbər edə bilərdi. Şah həmişə bəylərbəyilər də mərkəzdənqaçma 
meylinin yaranacağı ehtimalı ilə bağlı onun daimi silahlı qüvvə-
lərinin bir neçə mindən çox omasına imkan vermirdi. Bəylərbəyilər 
vilayət daxilində sakitliyi, ölkə  sərhədlərini qorumalı, təhlükəli 
vaxtlarda bir dəstə qoşunla mərkzə  gəlməli və  Şahın göstərişi ilə 
bir-birinə hərbi yardım etməli idilər. Hərbi sahədə bəylərbəyi Şaha 
tabe olmaqla başqa dövlət məmurları və hətta ölkənin silahlı qüvvə-
lərinin baş komandanı ilə hesablaşmırdı. Baş komandan yalnız 
Şahın xüsusi göstərişi olduqdan sonra vilayət hakimlərinin silahlı 
qüvvəsindən istifadə edə bilərdi. Ölkənin silahlı qüvvələrinin baş 
komandanı vəzifəsinə əksər vaxtlarda Azərbaycan bəylərbəyi təyin 
ounurdu. Azərbaycan bəylərbəyilərinin Səfəvilər qoşununa baş 
komandan təyin edilməsinin  əsas səbəbi onun dövlətin metro-
poliyası olması, həm də hərbi strateji və iqtisadi baxımdan çox bö-
yük əhəmiyyətə malik olmasından irəli gəlirdi. XVI yüzillikdə oldu-
ğu kimi, XVII yüzillikdə də Azərbaycan ölkənin əsas dayağı idi.  
Bəylərbəyilər vilayət daxilində sakitliyi, sərhədləri qorumalı, 
vilayət  ərazisindən keçən ticarət karvanları  və xarici elçilərin 
təhlükəsizliyini təmin etməli idi. 1563-cü ildə  Şirvan bəylərbəyi 
Abdulla xanın Rusiyaya, 1634-cü ildə isə İrəvan hakiminin Osmanlı 
dövlətinə elçi göndərməsi, sərhəd bəylərbəyilərinin qonşu ölkələrlə 
sərbəst iqtisadi hərbi-siyasi  əlaqələr saxlamaq hüquqlarının da 
olduğunu göstərir.  
Vilayətlərin vergiləri XVI əsrin ortalarına qədər Uzun 
Həsənin Qanunnaməsi, bu vaxtdan sonra isə Sədr Mir-Zeynəddinin 
hazırladığı «dəstur-ül-əməl» əsasında toplanılırdı. I Şah Abbas döv-
ründə vilayətdə maliyyə  məsələləri ilə  məşğul olan vəzirlərin 
hüquqları genişləndirilmişdi. I Şah Abbasın məhdudlaşdırma siya-
sətinə baxmayaraq başqa məmurlar kimi vilayət vəzirləri də 
bəylərbəyinin yaxın adamlarından onun məsləhəti ilə  işə götürülür 
və  işdən çıxarılırdı. O, vilayətdə  əhalinin siyahıya alınması barədə 
vaxtaşırı mərkəzə hesabat verir, vilayət daxilində mülki münaqişəli 


 
310 
 
 
və vergi işləri ilə bağlı mübahisəli məsələləri həll edirdi. Geniş 
iqtisadi hüquqa malik bəylərbəyilərin mərkəzdənqaçma meyllərini 
dövlət həmişə nəzarətdə saxlayırdı 
Vilayət  ərazisində  Şah tərəfindən başqa  əyanlara verilmiş 
tiyul, soyurqal, vəqf  əmlakı bir növ vergi  immuniteti hüququna 
malik olduqlarına görə  bəylərbəyi onların maliyyə  işlərinə qarış-
mırdı. Məsələn, 1647-ci ildə Aranda Xaçın mahalının qorçubaşı 
Göycə  bəyə verilməsi haqqında fərmanda yerli məmurlar və haki-
min onun işlərinə qarışmaması qeyd olunur. 
Bəylərbəyi vilayət ərazisində bütün dini və dünyəvi idarələrə 
də başçılıq edirdi. Onun və yaxud nümayəndələrinin iştirakı olma-
dan cinayət və mülki mübahisəli məsələlər həll olunmurdu. Bir 
sözlə, vilayətlərdə şəri və ürfi hüquqa aid məsələlərin həllində onun 
mhüm rolu vardı. Bəylərbəyi ruhanilərin ixtiyarında olan hüquqi 
məsələlərin həllində  iştirak edə bilmədikdə,  şəri məhkəmənin 
nəticəsini yoxlayıb qərar çıxarmalı idi. Xırda məsələlərlə  əlaqədar 
məhkəməyə isə darğanı öz nümayəndəsi kimi göndərirdi.  
Azərbaycan Səfəvi dövlətinin ictimai-siyasi, iqtisadi inkişafı 
ilə  əlaqədar olaraq yerli idarəçilik sistemi də  təkmilləşir və möh-
kəmləndirilirdi. Vilayətdə bəylərbəyindən sonra ən nüfuzlu məmur 
vəzir idi. Maliyyə  məsələləri ilə  məşğul olan vilayət vəzirlərinin 
Şah tərəfindən təyin olunmasına baxmayaraq onlar bəylərbəyiyə 
tabe olurdular. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan vəziri 
daha nüfuzlu olmaqla, çox hallarda Şirvan, Qarabağ və Çuxur-Sədin 
də maliyyə işləri ona tapşırılırdı. Bəzi vaxtlarda vilayət vəziri həm 
də orada mustoufi funksiyasına da malik olurdu. Məsələn,  Şah 
Səfinin hakimiyyətinin  əvvəllərində  Məhəmməd  İştəharidi 
Azərbaycanın həm vəziri, həm də mustoufisi idi.  
Xassə elan edilən mahal, şəhərlər və  vəqflər xüsusi qayda 
əsasında idarə olunurdu. Belə ki, adı çəkilən bölgələri Şah tərəfin-
dən təyin edilən vəzir, darğa və ya mütəvəlli idarə edirdi ki, onlar 
bəylərbəyiyə deyil, birbaşa Şaha tabe idilər.  
Vilayətlər mahallara bölünürdü. Mahalları sultan, bəzən də 
bəy titulu daşıyan Qızılbaş - türk əyanları idarə edirdilər. Mahal 
hakimlərini  Şah təyin edir, ancaq bəylərbəyiyə tabe olurdular. 


 
311 
 
 
Mahalda hakimlər çox geniş hüquqlara malik idilər. Hakim həm də 
mahalın silahlı qüvvələrinin baş komandanı olurdu. O, mahalın 
maliyyə məsələləri ilə məşğul olur və vergi toplanmasına da nəzarət 
edirdi. Bəylərbəyiyə tabe olmasına baxmayaraq bu sahədə onlara 
çox geniş hüquqlar verilirdi.  
Mahal hakimlərinin naibləri bir qayda olaraq yerli əhali içəri-
sindən seçilir və mahal mərkəzinin mühafizəsi ona tapşırılırdı. 
Mərkəzdəki qarnizona da o başçılıq edirdi.  
Azərbaycan Səfəvi dövlətinin möhkəmlənməsi dini idarələrin 
təkmilləşməsinə də təsir göstərmişdir. Vilayət mərkəzləri ilə yanaşı, 
oranın digər şəhərlərinə sədrin təklifi və Şahın fərmanı ilə şeyx ül-
islamlar, qazılar təyin olunurdu. Onların hər ikisi təyin olunduğu 
vilayətdə bəylərbəyiyə tabe olmalarına baxmayaraq, divan əs-sədarə 
tərəfindən vəzifədən azad oluna bilərdilər.  
Vilayət və  şəhərlərdəki vəqfləri divan əs-sədarənin təklifi ilə 
təyin olunan mütəvəllilər idarə edirdilər. Onu Şah və ya sədr 
vəzifədən azad edə bilərdi. Bəzən müqəddəs yerlərin yerləşdiyi 
şəhər və ya mahalın da idarəsi ona tapşırılırdı. Mütəvəlli ilə hakim 
vəzifəsi bir nəfərə tapşırıldıqda, o təyin olunduğu mahal, yaxud 
şəhərdə teokratik idarə hüququna malik olurdu. Göstərilən vəzifə-
lərin bir nəfərə tapşırılması Səfəvilər dövründə daha qabarıq şəkildə 
Ərdəbildə müşahidə olunur.  
Başqa müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da 
bir sıra mülki və cinayət məsələləri şəri qayda-qanun əsasında həll 
olunurdu. Ürfi hüquqa aid məsələlərlə divanbəyi, hakim, darğa, şəri 
hüquqa aid məsələlərlə isə başda sədr olmaqla şeyx ül-islam və qazı 
məşğul olurdu. Lakin bəzi şəri məsələlərin həllində divanbəyinin də 
rolu böyük idi. Vilayətlərdə ürfi hüquqa aid məsələlərə  bəylərbəyi 
və darğa baxırdı. Ürfi hüquqa aid ən ağır cinayət ölüm hadisəsi idi. 
Adam öldürən bir qayda olaraq ölüm cəzasına məhkum olunurdu. 
Şəri məsələlərin həllində darğa və yaxud onun nümayəndəsi iştirak 
edirdi.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə