8
dur. Ustadımın səfəvişünaslığa aid yeni elmi konsepsiyası ilə yana-
şı, onun əski türk dövlətçilik tarixi ilə bağlı araşdırmaları əsərin ya-
zılmasında elmi istiqamət kimi qəbul edilərək, istifadə olunmuşdur.
Mövzu ilə bağlı bəzi məsələlər R.Mehdiyev, R.Məmmədov,
Ş.Məmmədova, B.Ş.
Şəbiyev, N.S.Musalı, T.N.Nəcəfli,
M.X.Nemətova, S.B.Aşurbəyli, H.Ciddi, M.X.Heydərov,
S.A.Məmmədovun əsərlərində də (174a; 39; 41; 200b, 46a, 47a, 47;
144; 145; 154; 168; 169; 172) öz əksini tapmışdır.
Qərb tədqiqatçılarından V.F.Minorski «Təzkirət əl-müluk»
əsərinə şərh və əlavələrində dövlət və idarə quruluşu ilə yanaşı,
bəylərbəyiliklərdən də qısa bəhs etmişdir (103). Alman alimi
Röhrbörn isə «Səfəvilər dövründə əyalətlərin quruluşu» (100) adlı
yazısında ilk qaynaqlara əsasən Azərbaycan bəylərbəyilikləri, onla-
rın inzibati, hərbi və iqtisadi hüquqları ilə bağlı məsələlərə müəy-
yən qədər toxunmuşdur. Təəssüflə demək lazımdır ki, müəllif
əsərində müəyyən qüsurlara da yol vermişdir. Vilayətlərdə sədr ilə
şeyx ül-islamın sinonim kimi işlənməsini göstərməklə yanaşı, o,
vilayət sədrləri haqqında ümumiyyətlə çox az, səthi məlumat
vermişdir.
Rocer M.Seyvori də yazılarında (210; 211) Səfəvilərin idarə
quruluşu haqqında olduqca az məlumat vermişdir. Amma onun xəli-
fət əl-xüləfa haqqında məlumatı çox maraqlıdır. O, mürşüd-i kami-
lin naibi olan xəlifət əl-xüləfanı haqlı olaraq «yarım kral» adlan-
dırır. Bu təşkilatda Qızılbaş türklərin, türkmanların aparıcı rola ma-
lik olması haqqında ətraflı məlumat versə də Türk və Türkman tay-
falarının eyni kökdən olmasını nəzərdən qaçırmışdır.
Bir çox rus tədqiqatçıları Səfəvi dövlətinin tarixinə aid araş-
dırmalarında dövlət quruluşu, əyalət və şəhər idarə sisteminə yeri
gəldikcə toxunmuşlar. Xüsusilə İ.P.Petruşevskinin əsərlərində (180;
181) Azərbaycan Səfəvi dövlətinin idarə sistemi ilə bağlı daha ma-
raqlı qeydlər vardır. Lakin müəllifin məqsədi idarə sistemini tədqiq
etmək olmasa da, əsərlərində idarə quruluşuna dair elmi əhəmiyyətə
malik bir çox məsələlərin şərhi verilmişdir. 1949-cu ildə nəşr
olunmuş monoqrafiyasında Səfəvilər dövründə xəlifət əl-xüləfa,
əmir əl-üməra institutları ilə bərabər Azərbaycan, Şirvan, Qarabağ,
9
Çuxur-Səd bəylərbəyilikləri və onların idarə quruluşu barədə də
qısa məlumat verilir. Bu məlumatlar Azərbaycan Səfəvi dövlətinin
idarə quruluşunu öyrənmək üçün çox böyük elmi əhəmiyyətə malik-
dir.
V.V.Bartold və A.P.Novoseltsevin tədqiqatlarında (16; 176)
Səfəvi dövləti tarixinin müəyyən məsələləri öz əksini tapmışdır.
P.P.Buşev, M.S.İvanov, K.K.Kutsiya, Ş.A.Mesxia və
N.N.Tumanoviç və İ.K.Pavlovanın əsərlərində (150; 151; 161; 162;
167;174; 205; 176a) də Səfəvi dövlətinin quruluşuna aid məlumat-
lara təsadüf edilir. Ancaq qeyd etdiyimiz kimi, Səfəvilər dövrü ilə
məşğul olan tarixçilərdən heç biri sırf dövlət quruluşunda Qızılbaş-
Türk əyanlarının rolu mövzusunu tədqiq etmədiyindən bu məsələyə
əsərlərində az yer vermişlər. Lakin onların əsərlərində dövlətin
quruluşu ilə bağlı tədqiq edilən məsələlər mövzunun işlənməsi üçün
istiqamətverici əhəmiyyətə malik olmuşdur.
Türkiyə tarixçilərindən Faruk Sümər «Safevi devletinin
kuruluşu və gelişmesində Anadolu türklerinin rolu» adlı əsərini (67)
Səfəvi dövlətinin yaranmasında və inzibati idarə quruluşunda
Qızılbaş-Türk etnosunun həlledici roluna həsr etmişdir. Tarixçilikdə
Azərbaycan Səfəvi dövlətinin tarixi ilə bağlı olan «yanlış konsep-
siya» Faruk Sümərin əsərində ciddi elmi dəlillərlə təkzib edilir. O,
yazır: «Səfəvi dövlətinin «milli bir İran dövləti» olduğu görüşünün
indi ciddi elm adamları arasında tərəfdarı qalmamışdır» (67, 2).
F.Sümərin əsəri tədqiq etdiyimiz mövzu ilə birbaşa bağlı olub,
səfəvişünaslıqda ciddi elmi əhəmiyyət kəsb edir. Lakin o, əsərində
dövlətin mərkəzi idarə quruluşunda türk əsilzadələrin rolu ilə bağlı
məsələlərə ötəri toxunur. Həm də Dərbənddən Həmədana, Xəzərdən
Kayseri və Sivasa qədər Oğuz-Səlcuq etnosunun yayılma arealını
nəzərə almamış, burada eyni dilə, düşüncə və təfəkkürə sahib olan
türkləri İran və Anadolu türklərinə bölüb, dövlətin yaranmasında
Anadolu türklərinin rolunu şişirtməklə nöqsanlara da yol vermişdir.
Kitabın yazılmasında müasir İran tarixçilərinin də əsərlərin-
dən istifadə olunmuşdur. Nəsrullah Fəlsəfi I Şah Abbasın həyat və
fəaliyyətinə, daxili və xarici siyasətinə həsr etdiyi əsərində (133;
134; 135) «Təzkirət əl-müluk»dan əldə etdiyi materiallara istinad
10
edərək Səfəvi dövlət quruluşu haqqında məlumat vermiş, ancaq
mərkəzi və yerli idarələrdə türk əsilzadələrinin roluna toxunmamış-
dır. Lakin o, tarixi gerçəkliklə hesablaşmış, Səfəvi dövlətinin mey-
dana gəlməsi və quruluşunda türk etnosunun üstün mövqeyini qəbul
etmişdir. N.Fəlsəfi və Bastani Parizi (84) istisna olmaqla, Səfəvi
tarixini araşdıran İran tarixçilərinin çoxunun, o cümlədən Əhməd
Tacbəxş, Nizaməddin Mücir Şeybani, Məhəmməd Cavad Məşkurun
əsərlərində (78; 137; 124) millətçilik mövqeyi, «İrançılıq konsep-
siyası» üstünlük təşkil edir.
İ.P.Petruşevski, O.Ə.Əfəndiyev, Ə.Ə.Rəhmani, M.X.Hey-
dərov, S.M.Onullahi, Ş.F.Fərzəliyev, Ş.K.Məmmədova, N.S.Musalı
(181; 185; 20; 193; 194; 168; 169; 49; 24; 41; 46a) Səfəvilər
dövrünün qaynaqlarını araşdırıb, onların haqqında ətraflı məlumat
verdikləri üçün biz ayrı-ayrı mənbələr haqqında geniş söhbət
açmağı lüzumsuz sayırıq. Buna görə də, ancaq mövzu ilə birbaşa
bağlı olan mənbələrin qısa icmalını verməklə kifayətlənirik.
Səfəvilər dövrünün farsdilli narrativ qaynaqlarından
Sədrəddin Sultan İbrahim əl-Əminin «Fütuhat-i Şahi» adlı əsərində
(115) Səfəvilərin şəcərəsi, I Şah İsmayılın uşaqlıq illəri, onun
hakimiyyət uğrunda mücadilələri, hakimiyyətə keçdikdən sonra
hərbi yürüşləri (1514-cü ilə qədər), apardığı döyüşlər haqqında
müfəssəl və elmi əhəmiyyətli məlumatlar vardır. Qaynaqda Səfəvi
dövlətinin yaranması, I Şah İsmayılın dövlət hakimiyyətini möh-
kəmləndirmək uğrunda mücadiləsi tədqiq olunan mövzu üçün
xüsusi elmi əhəmiyyət kəsb edir.
Tarixçi Xondəmirin (1475-1536) «Həbib-üs-siyər fi əxbar-i
əfrad əl-bəşər», «Name-yi nami» adlı əsərlərində (88; 94) də mövzu
ilə bağlı məlumatlar az deyildir. Onun «Həbib-üs-siyər» əsərində
dövlətin mərkəzi idarəçiliyi barədə geniş məlumat verilməsə də
vəzir, sədr, qazı, şeyx ül-islam, xəlifət ül-xüləfa, kələntər, darğa
barədə müəyyən qədər material vardır. Xondəmirin «Name-yi
nami» əsərində verilmiş fərmanların surəti araşdırılan mövzu ilə
bağlı olub, böyük elmi əhəmiyyət kəsb edir. I Şah İsmayılın 1522-ci
ildə Kəmaləddin Behzadı Təbrizdəki saray kitabxanasına kələntər
Dostları ilə paylaş: |