Mühazirə müəllimi: Dos., İFD, Ceyhun Nəsib oğlu İsmayılov MÖvz bank sistemiNİn təŞKİLİ VƏ FƏALİYYƏTİNİN Əsaslari



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə46/128
tarix31.08.2018
ölçüsü7,78 Mb.
#65846
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   ...   128

 
30 
TəsdiqlənmiĢ  akkreditiv  icraçı  bankın  (təsdiqləmiş  bankın)  qəti  öhdəliyidir.  İcraçı 
bankm  təsdiqlədiyi  geri  çağırılmayan  akkreditiv  icraçı  bankm  razılığı  olmadan 
dəyişdirilə və ya ləğv edilə bilməz. 
Akkreditiv açmaq üçün ödəyici emitent banka ərizə verir. (şəkil 6.5.) Ərizənin mütləq 
rekvizitləri aşağıdakılardır: 

 
ödəyicinin adı və digər rekvizitləri

 
vəsait alanm adı və digər rekvizitləri

 
emitent bankm adı və digər rekvizitləri; 

 
akkreditivin məbləği (manatla); 

 
akkreditivin icrası şərtləri

 
akkreditivin icrası üçün təqdim olunmalı sənədlərin siyahısı; 

 
akkreditivin, mallarm göndərilməsinin və sənədlərin təqdim olunmasmm müddəti. 
Nəzərdən  qaçırmamaq  lazımdır  ki,  ərizədə  bu  rekvizitlərdən  biri  olmadıqda  emitent 
bank  tərəfindən  akkreditiv  açılmır.  Onu  da  qeyd  edək  ki,  müvafiq  təlimata  əsasən, 
ərizədə  akkreditivi  vəsait  alana  ötürməli  olan  icraçı  bank  göstərilmədikdə,  emitent 
bank  həmin  icraçı  bankı  özü  seçə  bilər.  Akkreditivin  açılması  haqqmda  ərizə  iki 
nüsxədə tərtib edilir. 
Ərizənin birinci nüsxəsi akkreditivin açılması üçün emitent bankda 
qalır. 
 
İkinci  ərizə  nüsxəsi  isə  emitent  bankm  müəyyən  etdiyi  müddətdə  emitent  bankm 
məsul şəxsinin imzası və bankm ştampı ilə təsdiq edilmiş qəbul haqqında qeydlə birgə 
ödəyiciyə  qaytarılır.  Emitent  bank  qəbul  edilmiş  ərizə  əsasmda  sərbəst  məktub 
formasında  akkreditiv  tərtib  edir  və  onu  icraçı  banka  (və  ya  birbaşa  vəsait  alana) 
təqdim  edir.  Akkreditiv  açılması  haqqmda  ərizənin  mütləq  rekvizitləri  ilə  yanaşı 
akkreditivdə onun nömrəsi, habelə açılmasmm tarixi və yeri göstərilməlidir. Hər bir 
akkreditivdə onun icra üsulu dəqiq göstərilməlidir. 
Əgər, akkreditivdə hər hansı bir dəyişiklik edilməli  olarsa, o zaman  ödəyici emitent 
banka  xüsusi  ərizə  təqdim  etməlidir.  (şəkil  6.6.)  Emitent  bank  akkreditivin  və  onda 
edilmiş dəyişikliklərin vəsait alana ötürülməsində eyni bankm xidmətlərindən istifadə 
etməlidir.  Yəsait  alan  akkreditivdə  edilən  dəyişikliklərin  qəbul  edilməsi  barədə  onu 
xəbərdar etmiş banka məlumat verməyənədək akkreditivin ilkin şərtləri (və ya əvvəlcə 
qəbul edilmiş şərtlərlə birgə) onun üçün qüvvədə qalır. Vəsait alan akkreditivdə edilən 
dəyişikliklərin  qəbul  edilib-edilməməsi  barədə  icraçı  banka  xəbər  verməlidir.  Əgər 
vəsait  alan  bu  xəbəri  verməyibsə,  lakin  onun  tərəfindən  akkreditivə  və  hələ  qəbul 
etmədiyi  dəyişikliklərə  uyğun  olan  sənədlərin  icraçı  banka  və  ya  emitent  banka 
təqdim edilməsi həmin dəyişikliklərin vəsait alan tərəfmdən qəbul edilməsi deməkdir 
və  həmin  andan  etibarən  akkreditiv  dəyişilmiş  hesab  olunur.  Onu  da  qeyd  edək  ki, 
dəyişikliklərin qismən qəbul edilməsinə yol verilmir və bu cür qəbul etibarsızdır. 
İcraçı bank zahiri əlamətlərinə görə akkreditivin həqiqiliyini yoxlamalı və onu vəsait 
alana ötürməlidir. Əgər icraçı bank zahiri əlamətlərinə görə akkreditivin həqiqiliyini 
KitabYurdu.az 
97
 


 
31 
yoxlaya  bilmirsə,  bu  barədə  o,  emitent  banka  dərhal  məlumat  verməlidir.  Emitent 
bank  akkreditivin  həqiqiliyini  təsdiq  etdikdə,  icraçı  bank  onu  vəsait  alana  ötürür. 
Emitent bank akkreditivin həqiqiliyini təsdiqləmədikdə icraçı bank onu emitent banka 
qaytarır.  Zahiri  əlamətlərinə  görə  akkreditivin  həqiqiliyini  yoxlaya  bilməməsinə 
baxmayaraq,  icraçı  bank  onu  vəsait  alana  ötürürsə,  o,  akkreditivin  həqiqiliyini 
yoxlaya bilməməsi haqda vəsait alana məlumat verir. 
Akkreditivin  açılması,  təsdiqlənməsi,  ötürülməsi  və  ya  onda  dəyişikliyin  edilməsi 
barədə emitent bankm təqdim etdiyi təlimatlar tam, yaxud dəqiq deyilsə, icraçı bank 
öz üzərinə heç bir məsuliyyət götürmədən vəsait alana məlumat xarakterli qabaqcadan 
bildiriş göndərə bilər. Həmin bildirişdə onun məlumat xarakterli olması və icraçı bank 
üçün  heç  bir  öhdəlik  yaratmadığı  dəqiq  göstərilir. Müvafiq  təlimata  əsasən  istənilən 
halda  icraçı  bank  etdiyi  hərəkətlər  barədə  emitent  banka  məlumat  verməli  və  ondan 
lazımi informasiyanm təqdim olunmasmı xahiş etməlidir. 
Emitent bank dərhal lazımi informasiyanı təqdim etməlidir. Yalnız lazımi informasiya 
təqdim  olunduqda  və  icraçı  bank  təlimatlara  uyğun  hərəkət  etməyə  hazır  olduqda, 
akkreditiv  təsdiqlənir,  ötürülür  və  ya  ona  dəyişikliklər  daxil  edilir.  Banklar  lazımi 
informasiyanı ləngimədən təqdim etməlidir. İcraçı bank emitent bankm xahişi ilə geri 
çağırılmayan  akkreditivi  təsdiqləməkdən  imtina  edirsə,  bu  barədə  o,  emitent  banka 
dərhal  məlumat  verməlidir.  İcraçı  bank  geri  çağınlmayan  akkreditivi  yalnız  emitent 
bankın  xahişi  ilə  təsdiqləyə  bilər.  Təsdiqləmiş  bankm  akkreditivdə  edilmiş 
dəyişikliklər  barədə  vəsait  alanı  şərtsiz  xəbərdar  etməsi  onun  təsdiqinin  həmin 
dəyişikliklərə də şamil edilməsi deməkdir. İcraçı bankda akkreditiv aşağıdakı hallarda 
bağlanır: 

 
akkreditivin müddəti qurtardıqda; 

 
akkreditivin qüvvədə olma müddəti qurtaranadək onun istifadəsindən imtina etmək 
haqqmda  vəsait  alanm  ərizəsi  üzrə,  bir  şərtlə  ki,  bu  cür  imtinanm  mümkünlüyü 
akkreditivin şərtləri ilə nəzərdə tutulsun

 
akkreditivin tam və ya qismən geri çağırılması haqqında ödəyicinin tələbi ilə, bir 
şərtlə ki, akkreditivin şərtlərinə görə belə geriçağırma mümkün olsun. 
Akkreditivin  bağlanması  haqqmda  icraçı  bank  emitent  banka  məlumat  verilir. 
Ödənilmiş  akkreditivin  istifadə  olunmamış  məbləği  akkreditivin  bağlanması  ilə  eyni 
vaxtda  dərhal  emitent  banka  qaytarılır.  Bundan  sonra  emitent  bank  qaytarılmış 
məbləğləri ödəyicinin vəsaitin deponentləşdirildiyi hesabına daxil etməlidir. 
Odəyicinin bankında  
D
l
 - ödəyicinin hesabı 
K' - HKM-də bank - emitentin müxbir hesabı 
 Tədarükçünün bankında 
D
l
 ~ HKM-də ödəyicinin bankınm müxbir hesabı K
1
 - «akkreditiv üzrə ödəniş» 
Tədarükçünün  bankmda  depozitə  qoyulmuş  vəsaitlər  bank  -  emitentdə  ödəyici 
tərəfindən alman kreditlər vasitəsilə həyata keçirilə bilər. 
Belə halda ödəyicinin bankmda hesablar bu cür quruluşa malik 
KitabYurdu.az 
98
 


Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə