Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə21/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   ...   17   18   19   20   21   22   23   24   ...   83

 
Tarixi-
ədəbi inkişafda memuar mənbələrinin yazıçının ya-
ra
dıcılq yolunun açılmasında, onun tərcümeyi-halının öyrənil-
m
əsində əhəmiyyəti böyükdür. Sözügedən mənbələr çox vaxt 
dig
ər tanınmış şəxsiyyətin həyat və fəaliyyətinin ayrı-ayrı cə-
h
ətlərini  açıqlayır,  onun  ömür  yoluna  işıq  salır.  XIX  yüzil 
Az
ərbaycan ədəbiyyatı və maarifi tarixində görkəmli yer tutan 
M
əhəmməd Tağı Sidqinin (1854-1903) bir müəllim kimi fəa-
liyy
əti, maraqlı həyat yolu haqqında yazılan xatirələrdə geniş 
şəhr edilmişdir. «M.T.Sidqi Azərbaycan demokratik ədəbiyya-
tının zamanın hökmündən, yeni həyat şəraiti, ictimai təfəkkü-
rün  inkişafı  və  demokratik cərəyanlardan irəli gələn  ədəbiy-
yatın  əhəmiyyət və  məsələlərini anlamaqda yeni təfəkkür və 
an
layışa malik nümayəndələrindən biridir» [290, s.128]. Onun 
b
ədii irsi ilk dəfə olaraq nisbətən geniş şəkildə Y.Eyvazov tə-
r
əfindən  araşdırılmışdır.  Ədəbiyyatşünas  Ə.Qədimovun «Mə-
h
əmməd  Tağı  Sidqinin  həyatı  və  yaradıcılığı»nı  əks etdirən 
monoqrafiyas
ında  [140]  isə  görkəmli maarifçinin ömür yolu 
v
ə fəaliyyəti arxiv materialları və XIX əsrin sonu 
  X X  
əsrin 
əvvəllərində nəşr olunan dövri mətbuatdakı nümunələr əsasın-
da 
əhatəli və dolğun işıqlandırılmışdır. Şərqşünas alim Nəsrəd-
din Qarayev d
ə  özünün «XIX  əsr Azərbaycan  ədəbi məclis-
l
əri» monoqrafiyasında M.T.Sidqinin pedoqoji və ədəbi fəaliy-
y
ətindən geniş bəhs etməklə onu «bir müəllim-alim kimi Azər-
baycanda pedaqogika tarixind
ə özünəməxsus simalardan biri» 
[133, s.72] kimi d
əyərləndirmişdir.  
M.T.Sid
qinin atası Kərbəlayi Səfər Ordubad bazarında pi-
n
əçilik edib ailəsini dolandırardı. Anası Tutu xanım İranın Qa-
ra
dağ  mahalının  Üştibin  kəndindən olub, məşhur  şair  Nəba-
tinin bacısı qızı idi. İlk təhsilini Ordubadda, şah Sultan Hüseyn 
m
ədrəsəsində  alan Sidqi  gənc  yaşlarında  İrana  getmiş,  Xora-
san
da  olmuş,  Səbzivarda və  Nişapurda  yaşamışdır.  İranın  bir 
çox yerl
ərini səyahət edən Sidqi bu müddət ərzində fars dilinə 
mük
əmməl yiyələnmiş, klassik İran ədəbiyyatını dərindən öy-
r
ənmişdir. Onun Azərbaycan MEA M.Füzuli adına Əlyazma-
 
64 


 
lar İnstitutunda saxlanılan şəxsi arxiv fondundakı müxtəlif sə-
n
ədləri,  əlyazmaları,  məktubları  bunu  bir  daha  təsdiqləyir. 
Diqq
ətəlayiq haldır ki, M.T.Sidqi haqqında yazılan xatirələrdə 
onun Ordubadda v
ə  Naxçıvanda  maarifçilik  fəaliyyəti daha 
müf
əssəl və ətraflı şərh olunmuşdur. Belə ki, xatirə müəllifləri 
onunla  yaxın münasibətdə və daima ünsiyyətdə  olan insanlar 
idi. Buna gör
ə də bu nümunələrdə təsvir olunanlar və nəzərə 
çat
dırılanlar  mübaliğədən uzaq və  reallığa  söykənən fakt və 
olaylardır.  Bunlar  arasında  M.T.Sidqinin  oğlu  Məmmədəli 
Sidqinin xatir
ələri öz məzmun və mündəricəsi etibarilə digər-
l
ərindən fərqlənir. Xatirələrdə  M.T.Sidqinin pedoqoji və  ma-
arifçilik f
əaliyyətindən,  «Əxtər» məktəbini, «Məktəbi-tərbi-
y
ə»ni açmasından, bununla əlaqədar qarşıya çıxan çətinliklər-
d
ən bəhs edilir. M.Ə.Sidqi yazır ki, «o zaman atamın çayçı dü-
kanı Ordubad ziyalılarının yığıncaq yeri olur. Atamın təbi ol-
du
ğuna görə, xüsusən Şərq ədəbiyyatına yaxşı bələd olduğuna 
gör
ə  haman  çayçı  dükanında  Sədi, Hafiz, Firdovsi, Nizami 
kimi şairlərin şeirləri oxunur və təhlil olunarmış. Eyni zaman-
da atam o zaman İrandan, Rusiyadan və Türkiyədən qəzetələr 
d
ə alıb oxuyarmış. Məsələn, İrandan «Nasiri», Bağçasaraydan 
İsmayıl bəy Qaspirinskinin nəşr etdiyi «Tərcüman», İstanbulda 
çıxan «Əxtər» qəzetələrini alırmış. Bu qəzetələr çox vaxt ata-
mın həmməsləkləri arasında gizlincə oxunarmış. «Tərcüman» 
q
əzetəsinin atama böyük təsiri olmuşdur. Çünki o zaman «Tər-
cüman» q
əzetəsinin müdiri Qaspirinski Rusiyada yaşayan mü-
s
əlmanlar üçün yeni üsulla məktəblər  açılması  yolunda  uzun 
müdd
ət mübarizə  aparırmış...  «Tərcüman» qəzetəsinin təsiri 
al
tında  atam  və  ona bu yolda ən birinci və  yaxından  kömək 
ed
ən Hüseyn Sultan Kəngərlinski nəhayət Ordubadda yeni 
üsulla bir m
əktəb təşkil etmək fikrinə düşürlər» [224]. 
İsmayıl bəy Qaspirinskinin (1851-1914) maarifçilik fəaliy-
y
əti və Baxçasaray məktəbləri haqqında sonralar Nəriman Nə-
rimanov Ode
ssadan  Hacı  Zeynalabdin  Tağıyevə  məktubunda 
bun
ları yazmışdır: «Baxçasaray məktəbləri və burada olan mü-
 
65 


 
əllimlər bir qeyr aləmdir. Bu məktəblərdən Qafqazda hər şə-
h
ərdə bir məktəb olsaydı, yəqin ki, bir az tez zamanda Qafqaz 
müs
əlmanları  dəyişərdilər.  Əlbəttə, hər  şəhərdə  İsmayıl  Qas-
pirinski kimi zat olmağı lazım gəlirdi. Amma çifayidə, bu zati-
möht
ərəm  bizim  aramızda  təkdir.  Yalnız  «Tərcüman» qəzeti 
il
ə  İsmayıl  bəy Qaspirinskinin millətə  olan hörmətlərini bil-
m
ək olmaz. Gərəkdir Baxçasaraya gedib düşünəsiz ki, bu qey-
r
ətli müsəlman kiçik və  çirkin Baxçasarayda əyləşib  nə  işlər 
edir v
ə millətə nə xidmət göstərir. Gördüyümüz qayidə və qa-
nunu, m
əktəblərin vəsfi-halını dil ilə və qələm ilə təqrirə gətir-
m
ək mümkün deyildir. Bakı məktəbdarlarından bir nəfəri Bax-
çasaraya gönd
ərib üsuli-cədid ilə aşina olmağı və məktəblərin 
proqrammasını bilməyi bu zəmanədə vacib olan işlərdən biri-
dir» [105, s.116]. 
Hüseyn Sultan K
əngərlinski də  Ordubadın  maarifçilərin-
d
ən biri sayılırdı. Buna görə də heç kəs onun fikrinə qarşı çıxa 
bilmirdi. M
əktəb  üçün  lazım  olan  şeylər: skamya, stul və  s. 
sifariş  edilib  hazırlanır.  Dərs  kitabları  Qafqazda  az  olduğuna 
gör
ə Sidqi İstanbuldan bir çox kitab gətirtdirir, həmçinin özü 
d
ə şagirdlər üçün dərslər hazırlayır. «Əxtər» adlandırılan mək-
t
əbi İbrahim xan mədrəsəsi deyilən binada məsçidin üst mərtə-
b
əsində  yerləşdirirlər.  Günün  çox  vaxtını  məktəbdə  keçirən 
Sidqi bir  müdd
ət  uşaqlara  tək özü dərs  verirdi.  Uşaqlar  altı-
yeddi ay 
ərzində ana dilində savadlandıqlarından camaat mək-
t
əbə daha artıq rəğbət göstərir və məktəbə gələn uşaqların sayı 
artırdı. Məktəbdə təhsil alan uşaqlara başqa dərslər ilə bərabər 
h
ər gün Quran öyrədilir və onlar mədrəsə hovuzunda dəstəmaz 
alıb mədrəsə məsçidində namaz qılırdılar. Onu da qeyd edək 
ki, M.T.Sidqi Az
ərbaycanın məşhur şair və yazıçılarından Hü-
seyn Cavidin, M
əmməd Səid  Ordubadinin,  Əliqulu Qəmkü-
sarın, Əli Səbrinin, məşhur inqilabçı İbraim Əbilovun və baş-
qa
larının müəllimi olmuşdur.  «Əxtər» məktəbində təhsil alan 
M.S.Ordubadi xatir
ələrində  yazır  ki,  «bu  məktəbə  daxil olan 
əvvəlcə o uşaqlar idi ki, onların ayda əlli qəpik müəllim haqqı 
 
66 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə