Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə26/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   22   23   24   25   26   27   28   29   ...   85

 
103 
ildə general M.Teylor tərəfindən irəli sürülmüş «Çevik münasibət» 
doktrinasını qəbul etdi. 
1963-cü ilin payızında ABŞ-da vəziyyət kəskinləşdi. Ultrasağ 
qüvvələr hökumətdən daxili və xarici siyasətdə  kəskin dönüş  tələb 
edirdilər. Prezident seçkiləri ilə  əlaqədar olaraq mübarizə daha da 
gücləndi. 
 
ABŞ L.Consonun prezidentliyi dövründə 
 (1963-1968-ci illər) 
 
1963-cü il noyabrın 22-də C.Kennedi növbəti prezident 
seçkiləri kampaniyası ilə  əlaqədar ölkəni gəzərkən Texas ştatının 
Dallas  şəhərində öldürüldü.  Onun ölümü «Əsrin faciəsi» hesab 
edildi. Bu məsələ indiyə  qədər müəmmalı bir şəkildə qalır. Con 
Kennedinin ölümündən sonra vitse-prezident Lindon Conson 
prezident kürsüsünə  əyləşdi. Qərarlarını  həyata keçirmək üçün hər 
cür üsuldan, hətta yalvarmaqdan belə  çəkilməyən Lindon Conson 
yaxşı dərk edirdi ki, Con Kennedidən sonra nüfuz qazanmaq üçün ən 
yaxşı vasitə onun başladığı  işi davam etdirməkdir.  Onun konqresə 
təklif etdiyi proqramda federal büdcə kəsirini ləğv etmək, vergi işini 
nizama salmaq, mülki məsələyə dair qanunvericilik aktı qəbul etmək, 
yoxsulluğa qarşı müharibə elan etmək və digər məsələlər öz əksini 
tapmışdı. 1964-cü ilin fevralında Lindon Conson vergi islahatı 
haqqında  qanunu konqresdə keçirməyi bacardı. Həmin qanuna görə 
gəlirin 15-20%-i  qədərində vergi müəyyən edillirdi.  
1964-cü ilin martında yoxsulluğa qarşı müharibə, iyulunda isə 
mülki hüquq haqqında qanun qəbul olundu. Mülki hüquq haqqında 
qanuna əsasən işə götürülmədə, ictimai yerlərdə ağlarla qaralara eyni 
hüquq verilirdi. 1965-ci ildə seçki hüququ haqqında qanununun 
qüvvəyə minməsi ilə zənci əhalinin seçkilərdə iştirakı təmin edilmiş 
oldu. Minimum saat-hesabı əmək haqqı 1961-ci ildəki 1,25 dollardan 
1968-ci ildə 1,70 dollara çatdırıldı. 1967-ci ildə  hər həftəlik orta 
əmək haqqı 102 dollar təşkil edirdi, iş  həftəsi isə 38,2 saat oldu. 
Fermerlərə subsidiyalar və kreditlər artırıldı. 1964-cü ildə verilmiş 
«Vətəndaşların bərabər hüquqları haqqında» qanunda cinsi 
əlamətlərə görə ayrı-seçkilik qadağan edildi. Bütün bunlar Consona 
və demokratlar partiyasına rəğbət yaratdı. 1964-cü ilin prezident 
seçkilərində o respublikaçılar partiyasından namizədliyi irəli 
 
104
sürülmüş Harri Qolduoterə qarşı  səslərin 61%-nı toplayaraq qalib 
gəldi. O, prezident kürsüsünə yenidən əyləşdikdən sonra 1965-ci ildə 
konqresdə «Böyük cəmiyyət qurmaq» proqramı ilə  çıxış etdi. Bu 
proqram 80-ə  qədər təklifi  əhatə edirdi. Lindon Consonun «böyük 
cəmiyyət qurmaq» arzusu əslində kağız üzərində qaldı. Onun sosia-
lizmin alternativi olan bir cəmiyyət yaratmaq istəyi reallığa 
çevrilmədi. Onun yoxsulluqla mübarizə planı da tam həyata 
keçirilmədi. «Böyük cəmiyyət» qurmaq məqsədi ilə büdcədən 
ayrılmış 99,7 milyar dollardan, demək olar ki, ancaq 3,2 milyard 
dolları «böyük cəmiyyət qurmaq» işinə, 50 milyard dollardan çoxu 
isə silahlanmaya xərcləndi. Kennedinin dövründə raket texnikasının 
inkişafı üçün 12 milyard dollar ayrılmışdısa, Lindon Conson 
dövründə bu rəqəm daha da yüksəldi.  
1967-ci ilin yayında ABŞ-ın 100 şəhərində «irqi» müharibə 
oldu. 1968-ci ildə  zənci hərəkatının görkəmli xadimlərindən olan 
Marten Lüfer Kinqin başçılığı altında Vaşinqtona yürüşə hazırlıq 
başlandı. Lakin 1968-ci ilin aprelin 4-də Memfisdə onu öldürdülər. 
L.Consonun inzibati idarəsi nüfuzdan düşməmək üçün zəncilərin 
ağlarla hüquq bərabərliyini dövlət səviyyəsində təmin etməyə məcbur 
oldu. 60-cı illərdə ABŞ-da «yeni sol hərəkat» adlanan sosial etiraz 
hərəkatının yeni dolğası başlandı. Bu mübarizənin  əsas 
istiqamətlərindən biri cəmiyyətin nöqsanlarına qarşı mübarizə aparan 
radikal gənclər hərəkatı idi. 60-cı illərdə ABŞ  fəhlə  hərəkatında isə 
böhran təmayülləri gücləndi. 1966-cı ildə qadınların milli təşkilatı 
yaradıldı. 60-cı illlərin əvvəllərində ölkədəki qadınların yalnız 36%-i 
işləyirdi. 
1924-cü ildə qəbul edilmiş mühacirat haqqında qanun 1965-ci 
ildə təxirə salınması ABŞ-a mühacir axınını genişləndirdi. 
Lindon Conson xarici siyasətdə  sərt mövqe tutdu.Consonun 
hakimiyyəti illərində «Quruculuq», «Körpülər salma» doktrinası 
meydana çıxdı. Bundan məqsəd ABŞ başda olmaqla qərb dövlətləri 
ilə  bəzi sosialist ölkələri arasında hərtərəfli münasibətləri inkişaf 
etdirməklə bu ölkələrdə millətçilik  əhval-ruhiyyəsinin artmasına, 
onların bir-birindən, xüsusilə, Sovet İttifaqından təcrid olunmasına 
nail olmaq idi. Conson Latın Amerikasında «böyük dəyənək» 
siyasətinə qayıtdı. 1964-cü ilin əvvəllərində Panama ilə ABŞ 
arasında münaqişə yarandı, 1965-ci ilin aprelində Dominikan 
Respublikasına hərbi qüvvələr göndərildi. Yaxın Şərq münaqişəsində 


 
105 
İsraili müdafiə etdi. Tankin körfəzində Amerika gəmilərinə Vyetnam 
gəmilərinin güya hücumu haqqında bəhanədən istifadə edərək 1964-
cü ilin aprelində Vyetnam səmasını bombalamağa başlamaq haqqında 
əmr verdi. Əslində bundan məqsəd Sakit Okean və Uzaq Şərqdə 
ABŞ-ın mövqeyini daha da gücləndirmək idi. Məhz bu məqsədlə 
1965-ci ildə ABŞ Vyetnamda 550 minə  qədər qoşun kontingenti 
yerləşdirdi. Müharibə ölkə daxilində real əmək haqqının aşağı 
düşməsinə  səbəb oldu. Ölkədə Vyetnamdakı müharibə  əlyehinə 
hərəkat gücləndi. 1965-ci ildə ABŞ-ın 100-ə  qədər  şəhərində 
Vyetnam günləri keçirildi. Artıq 1968-ci ilin payızı üçün Veytnamda 
ABŞ hərbçilərindən 30 min nəfər ölmüş, 180 min nəfər yaranmış və 
itkin düşmüşdü. 1966-cı il iyulun 12-də Conson «Asiya doktrinası»nı 
irəli sürdü. Bu, doktrinaya əsasən ABŞ Asiyada sülhsevərlik 
missiyasını öz üzərinə götürdü. Lindon Consonun daxili və xarici 
siyasəti onu nüfuzdan saldı.  
ABŞ  Riçard   Niksonun 
prezidentliyi   dövründə 
(1968-1974-cü illər) 
1968-ci ilin noyabrında keçirilən prezident seçkilərində 
respublikaçılar yenidən təşəbbüsü öz əllərinə aldılar. Riçard Nikson 
Respublikaçılar partiyasından ABŞ-ın prezidenti seçildi. Həmişə 
düşünərək qərar qəbul etməyi sevən Riçard Nikson 1974-cü ilin 
avqustuna qədər ABŞ-ın prezidenti oldu. 1969-cu ilin ikinci 
yarısından etibarən sənaye istehsalı  nəzərə çarpacaq şəkildə  aşağı 
düşməyə başlamışdır. Sənaye məhsulları istehsalı 1969-cu ilin 
sentyabrına nisbətən 1970-ci ilin noyabrında 8,3%, illik sənaye 
istehsalının göstəricisi 1969-cu ildə 110,7% təşkil etdiyi halda, 1970-
ci ildə 107,8% aşağı düşmüşdü.  Əgər 1969-cu ilin dekabr ayında 
işsizlərin ümumi sayı ABŞ-da 2,8 milyon nəfər təşkil edirdisə, 1971-
ci ilin yanvarında onların sayı artaraq 8 milyon nəfərə çatmışdı ki, bu 
da ölkədə ümumi işçi qüvvəsinin 6%-ni təşkil edirdi. 
1969-1970-ci illərin iqtisadi böhranı  təkcə  sənayeni  əhatə 
etmirdi. O, hər  şeydən öncə müharibədən sonrakı dövrdə daha çox 
kredit-birja böhranı kimi  müşayiət olunurdu. Birjalarda olan 
səhmlərin dəyəri 300 milyard dollar aşağı düşmüşdü. 
Korporasiyaların mənfəəti aşağı düşmüş, iri firmaların müfsizləşməsi 
prosesi tezləşmişdi. 
 
106
1970-ci ilin sonunda ölkənin iqtisadiyyatında olan böhran daha 
da dərinləşmişdi. Sənaye istehsalının göstəricisi 1967-ci illə 
müqayisədə 1971-ci ildə 109,6% təşkil edirdi. 1972-ci ildən etibarən 
ölkənin iqtisadiyyatı dirçəlməyə başladı  vəsənaye məhsullarının 
həcmi yüksəldi. 1970-ci il ilə müqayisədə  sənaye məhsullarının 
həcmi 1973-cü ildə 17% yüksəlmişdi. Bununla yanaşı, ölkənin 
iqtisadi vəziyyəti ağır olaraq qalırdı.  İşsizlərin sayı artır, inflyasiya 
gündən-günə güclənirdi. Ölkədə  hələ 60-cı illərin sonundan enerji 
çətinliyi yaranmışdı.  İri inhisarların nəzarəti altında olan Amerika 
energetikası yanacağa tələbatın ödənilməsi səviyyəsində deyildi. 
1973-cü ilin payızında Yaxın Şərqdə siyasi vəziyyətin yenidən 
kəskinləşməsi ilə əlaqədar, həmin ərazinin neft istehsal edən ölkələri 
Birləşmiş Ştatları neftlə təmin etməkdən imtina etdilər və bununla da, 
ölkədə dərin enerji böhranı başladı. 
Elektrik təchizatının pisləşməsi  əsas sənaye sahələrinin 
dayanmasına və qiymətlərin yenidən artımına səbəb oldu. Artıq 
1974-cü ilin sentyabr ayında ABŞ-da işsizlərin ümumi sayı 
yüksələrək 5,8%-ə çatdı. Digər tərəfdən enerji böhranı ölkədə 
inflyasiyanı sürətləndirdi. Ancaq 1973-cü ilin aprelindən 1974-cü ilin 
aprelinədək olan dövrdə Birləşmiş  ştatlarda həyat səviyyəsi 10% 
yüksəlmişdi. Təsadüfi deyildir ki, prezident R.Nikson 1974-cü ilin 
fevral ayında Konqresə özünün iqtisadi məsələlərlə  əlaqədar 
müraciətində 1973-cü ili «amerika iqtisadiyyatının mürəkkəbləşməsi 
və tərəqqisi ili kimi» adlandırmışdır. 
İqtisadiyyatın böhranlı vəziyyəti və güclü sosial ziddiyyətlərlə 
bağlı Amerika ictimaiyyəti respublikaçılar hökumətini federal dövlət 
hakimiyyətinə doğru çəkilməyə məcbur edir və həmin hökuməti vaxtı 
çatmış sosial  iqtisadi və siyasi problemlərin həllinə sövq edirdi. 
Prezident Nikson özünün iqtisadi görüşlərində demokrat-
neoliberalların iqtisadiyyatın artımının stimullaşdırılması ideyasına 
əsaslanırdı. O, 1970-ci ilin əvvəlində Konqresə iqtisadi müraciətində 
qeyd edirdi ki, «iqtisadi siyasətimizdə bizim əsas dayağımız 
ölkəmizin istehsal ehtiyatlarından tam şəkildə  səmərəli istifadə 
etməkdir. Biz iqtisadiyyatımızın artımını və dinamikliyini daim təmin 
etməliyik». 1969-1970-ci illərdə onun siyasəti birinci növbədə 
inflyasiyanın aradan qaldırılmasına və ölkə iqtisadiyyatının 
sağlamlaşdırılmasına yönəldilmişdi. 1971-ci ildə avqust ayının 15-də 
prezident R.Nikson «yeni iqtisadi siyasət»ə keçid elan etdi. Nikson 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə