Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü m əsləhətçi redaktor



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə47/100
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50617
növüYazı
1   ...   43   44   45   46   47   48   49   50   ...   100

158 
qısaldılmış  iş  vaxtı  müəyyən edilir. Həmin  iş  yerləri üzrə 
peşələrin,  vəzifələrin siyahısı  iş  vaxtının  konkret  müddəti 
göst
ərilməklə, müvafiq icra hakimiyyəti orqanı (yəni Azərbay-
can Respublikası Nazirlər Kabineti) tərəfindən təsdiq edilir.” 
Ona gör
ə də  frustrasiya və digər emosional hallarla tez-tez 
rastlaşan  insanlarla  güclü  maariflənmə  işləri  aparılmalıdır. 
T
əhsil sistemində işləyən, öz sağlamlığının qayğısına  qalma-
yan, 
əsəb sisteminin möhkəmlənməsi  üçün  vaxtında  təsirli 
t
ədbirlər görməyən    onlarca  insanlar  faringit,  larıngit,  şəkərli 
diabet, m
ədədə  yazva, müxtəlif ürək, böyrək  və  qara ciyər,  
el
əcə də  qırtlaq xərçəngi kimi  digər xəstəliklərə düçar olurlar. 
T
əhsil  Şöbəsinin  aparatında  işlədiyim 40 ildən  artıq  dövrdə 
neç
ə-neçə  müəllimin  əsəb  sisteminin    pozulması  ilə  əlaqədar 
müxt
əlif xəstəliklər taparaq vaxtsız dünyasını  dəyişməsi faktı 
bu gün d
ə  məni  çox kövrəldir. Düzdür əcəl çatanda, vaxt 
tamam  olanda  hamımız  öləcəyik.  Buna  heç  şəkki-şübhə  ola 
bilm
əz. Ancaq həyatdan erkən köçməyin  günahının hamısını 
əcəlin üstünə  yıxmaq  olmaz.  Gənc müəllimlər,  orta  yaşlılar 
bilm
əldir ki, müəllimlik  peşəsi ilə  zarafat  olmaz.  Bu  peşə 
sah
əsində bilik və bacarıq nə qədər önəmlidirsə, müəllimlərin 
ilk  işə  başlamazdan öncə  dərs dediyi sinfi idaretmə  sirrlərini 
öyr
ənməyə,  şagirdlərlə  ünsüyyət qurma təcrübəsinə  yiyələn-
m
əyə böyük ehtiyacları var. Psixoloji ustalığa, şirin-şəkər da-
dan dil qabiliyy
ətinə,  heç vaxt tükənməyən səbrə, sınaqlardan 
çıxmış  polad  iradəyə  sahib olmadan müəllim  peşəsində  işlə-
m
ək həm müəllimin özü üçün, həm də şagirdlər  və valideynlər 
üçün  çox-çox ç
ətin və qorxuludur.  
Buna gör
ə də  məktəbdə  dərs prosesində  yarana biləcək 
m
ənfi  yüklü  emosional  halların  qarşısı  müəllimlərimiz 
t
ərəfindən  bacarıqla  alınmalıdır.  Dünya  əbədi deyildir. Lakin 
biz  hamımız  başa  düşməliyik ki, əsəbi və  dözümü az olan, 
mövcud sütuasiyalarla üzl
əşəndə  özünü itirib zəiflik göstərən 
insanları  zalım  əcəl  vaxtsız  bu  dünyadan  aparmağa  həmişə 
fürs
ət  axtarır və tapır da. 
 


159 
Əcəl aparar səni 
 
Deyirl
ər ki, çaylar tərsinə axmaz, 
Əzrayıl qocaya, cavana baxmaz. 
Ölümü heç n
əylə saxlamaq olmaz, 
Vaxt çatanda 
əcəl aparar səni, 
Bu fani dünyadan qoparar s
əni. 
 
Poladdan dir
əyi əlinlə əysən, 
Qızıldan bahalı libas da geysən, 
N
ə qədər təbii yemək də yesən, 
 Vaxt çatanda 
əcəl aparar səni
Bu fani dünyadan qoparar s
əni. 
 
Yüz min d
əvə yüklü varın olsa da, 
Bağda hər meyvədən barın olsa da, 
H
ər yerdə tanışın, yarın olsa da, 
Vaxt çatanda 
əcəl aparar səni, 
Bu fani dünyadan qoparar s
əni. 
 
Şeytanla yaxın dost olsan da əgər, 
S
ən ondan xeyir yox, görərsən zərər. 
Olsan da p
əhləvan, igid, cəsur, ər, 
Vaxt çatanda 
əcəl aparar səni, 
Bu fani dünyadan qoparar s
əni. 
 
Çalış tamah səni tora salmasın, 
Q
əlbinə paxıllıq, acıq dolmasın, 
N
ə qədər istəsən də üzün solmasın, 
Vaxt çatanda 
əcəl aparar səni, 
Bu fani dünyadan qoparar s
əni. 
 
 


160 
Doymayıb dünyadan gözün, a Zakir, 
 Var h
ələ deyəsi sözün, a Zakir. 
T
əzə mizrab istər sazın, a  Zakir, 
Vaxt çatanda 
əcəl aparar səni, 
Bu fani dünyadan qoparar s
əni. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


161 
ZƏRƏRLİ VƏRDİŞLƏRƏ QARŞI MÜBARİZƏDƏ   
VALİDEYN-MƏKTƏB ƏLAQƏLƏRİ 
 
Ensiklopediyada v
ərdiş sözü - insanlar tərəfindən icra 
edil
ən  saysız  davranışların  xüsusi  forması  kimi  başa 
düşülür.  İnsanların  ailə,  iş,  istirahət və  s. fəaliyyətində  hər 
hansı  bir  fəaliyyətin dəfələrlə  təkrarən  icra  olunması  nəticə-
sind
ə  vərdiş  yaranır.  Artıq  getdikcə  vərdiş  avtomatik olaraq 
icra  olunmağa  başlayır.  Vərdişin  yaranması  ilə  tələb olunan 
h
əmin  hərəkətlərin  get-gedə icrası  isə asanlaşır. Vərdiş  kimi  
bu f
əaliyyət  növü  dəqiq olaraq  vaxtında və  tez  icra edilir. 
V
ərdiş adlı bu davranış forması beyinin böyük yarımkürələrin-
d
ə  əmələ  gəlib möhkəmlənir. Vərdiş  növü  zəif olduqda ona 
şüur nəzarət edir. Ancaq vərdişin xarakteri, onun möhkəmliyi-
insanın  yaş  dövründən,  yaşayış  və  iş  şəraitindən, fərdi 
xüsusiyy
ətindən çox-çox aslıdır. 
V
ərdişlər 2 cür olur:  Müsbət və mənfi. 
Müsb
ət vərdişlərə eyni  vaxtda yuxudan durmaq, hər gün 
s
əhər gimnastikası ilə məşğul olmaq, tez-tez əsəbləşib özündən 
çıxmamaq, acgöz və  tamahkar olmamaq, doymadan süfrədən 
əlini çəkmək, siqaretdən, spirtli içkidən və  narkotik maddə-
l
ərdən uzaq olmaq və s. halları  göstərmək olar. 
M
ənfi vərdişlərə  guya kökəlmənin  qarşısını  almaq 
m
əqsədilə siqaret çəkmək, dərdi-səri dağıtmaq adı ilə vaxtaşırı  
müxt
əlif spirtli içkilər qəbul etmək,  işsizliyi  bəhanə  edərək 
oğurluq etmək və s. göstərmək olar. 
M
əktəbyaşlı  uşaqlara zərərli vərdişlərin keçməməsi üçün 
valideynl
ər və müəllimlər tərəfindən uşaqlarda iradi keyfiyyət-
l
ərin yüksəldilməsi tələb olunur. Məktəb  yaşlı  uşaqlarda  bu 
keyfiyy
ətlər iradi fəaliyyət  zamanı  formalaşır.  Bu  keyfiyyət-
l
ərə  müstəqillik,  qətiyyətlilik, təkidlilik,  soyuqqanlılıq,  təşəb-
büs
karlıq,  mütəşəkkillik,  işgüzarlıq,  cəsarət, mərdlik və  s. 
daxildir. 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə