Genealoji TƏHLİLİ (Azərbaycan tatlarının dilinin materialları əsasında)


Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili



Yüklə 53,1 Kb.
Pdf görüntüsü
səhifə13/45
tarix20.01.2018
ölçüsü53,1 Kb.
#21798
1   ...   9   10   11   12   13   14   15   16   ...   45

40
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
dəndir  və  bir  neçə  sözdə  qalmışdır:  qunşivər  «qonşudakılar», 
xunavər  «ev  adamı»,  «evdəkilər»,  ərsivər  «toyadamı»  və  s.
Həşivər  sözü  Azərbaycan  dili  şivələrində  də  qeydə  alın­
mışdır:  Simaya  dedim,  bir  həşivər  saldı  ki,  gəl-görəsən  (7, 
223).  Bu  mətndə  həşivər  sözü  «haray-həşir»  mənasında  işlən­
mişdir.
R ah-ruz  «yol-riz»  (Lah.).  Riz  sözü  tat  və  talış  dillərində 
«iz »  mənasında işlənir.
Azərbaycan  dilinin  dialektl ərində  iriz  formasında  bu 
sözün  «cığır»,  «iz »,  «l əpir»  mənalarında  işləndiyi  qeyd  olun­
muşdur (7,  260).
Ləc  «davakar,  höc ət,  adamla  yola  getməyən,  bədxasiy­
yət»  (Q.,  Qon.  k.).  Azərbaycan  dilinin  dialektl ərində  ləc/ləc 
şəkillərində  qeydə  alınmışdır (7,  359).
Lələgüllə  «çərəz»  (Ab.).  Azərbaycan  dilinin  dialekt  v ə 
şivələrində  daha  iki  variantda  -   lələgili  və  lələgillə  -   qeydə 
alınmışdır (7,  361).
Loş  «kök»  (Lah.,  Məl.).  Azərbaycan  dilinin  dialekt  v ə 
şivələrində  loş  sözü  «boş»,  «kök»,  «tənbəl»  mənalarında  qeydə 
alınmışdır  (7,  371).  Qeyd  etm ək  lazımdır  ki,  bütün  bu  mənalar 
İran  dillərinin b əzilərində  qeydə  alınır.
Daxarundən//daxardundən  «basdırmaq,  basdırıl-maq», 
suvar  birən  «minmək»,  vokardundən//voşundən//üşkəvə  səxtən 
«qusmaq»  kimi 
spesifik  fellər  Quba  ləhcəsində  qeydə 
alınmışdır.
Tat  dilinin  digər  ləhcə  və  şivələrində  işlənən  kusolə 
(Məl.)  (29,  9)  «dana»,  çiməva  «bu  t ərəfə»,  «bəri»,  çuməva  «o 
tərəfə»,  «o  yana»  (mərkəzi  ləhcələrdə)  (71,  48),  sost  «kəpək», 
piçənə  «sarmaşıq»,  burburi  «çörək  qırıntısı»,  kəf  «köpük», 
«kəf»,  soğum  «sümük»,  əncunə  «dirsək»,  kilə  «qız»,  gou 
«inək»,  muş  «siçan»,  mizəqoq  «qurbağa»,  qərnənə  «ildırım»,


41
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
süngüldar  «iydə  ağacı»,  vəsirən  «südün  çürüməsi»,  veixtən 
«ələnmək,  ələkdən,  xəlbirdən  keçirilmək»,  vəzərən  «asmaq, 
sallamaq»,  rəxşirən  «saralmaq»,  vatarüstən  «qarışdırmaq»,  va- 
küftən  «dəymək,  toxunmaq»,  ğəngistən  «buynuzlaşmaq»,  «höl- 
ləşmək»,  ğəngündən  «heyvan  döyüşdürmək»,  fülləmüstən 
«əyilmək», fixarüstən  «qaşımaq», fitarüstən  «başını  daramaq», 
fikəndən  «çevirmək  (tərs  üzünə)»,  fərmündən  «əmr  etmək», 
dəbürüştən  «yapışmaq»,  dəbürğündən  «yapışdırmaq»,  çə­
pindən  «sıxmaq,  əzmək,  bürüşdürmək»,  çəpistən  «sıxılmaq, 
əzilmək,  bürüşmək»  spesifik  sözlərdir  (71,  114-116;  22,  18­
19).
Tat  dilinin  spesifik  leksikası  heç  d ə  qeyd  edilənlərlə 
məhdudlaşmır.  Topladığımız  materiallar  içərisində  buna  aid 
misallar  kifayət  qədərdir.  Tat  dilində  olan  mürəkkəb  sözlər  və 
söz  birləşmələrinin  tərəflərini  təşkil  edən  vahidlərin  semantik- 
qrammatik  xüsusiyyətlərini  də  nəz ərə  alsaq,  tat  dilinin  spesifik 
leksikası  haqqında  daha  geniş  m əlumat  əldə  etmiş  olarıq.  Bu 
qəbildən  olan  ifadələrə  aşdi  birən  «barışmaq»,  dülə  qoğal  «içli 
qoğal»,  qal  zərən  «çağırmaq»,  qorag  birən  «geyinmək»,  gal 
şəndən  «əmr  etmək»,  varaşıst  «toy  xərci»,  qaqalaxırdi 
«dəvədabanı»,  ruğanmü  «vazelin»,  çobəgird  «dörd  bir  tərəf, 
hər  tərəf»,  bağala  xırsi  «ayı  moruğu»,  ələülzəran  «banlamaq», 
isbi  mijə  «çobanyastığı»,  təli  qətqəli  «çaytikanı»,  künd  biran 
«yaxınlaşmaq»,  ləc  durmarən  «acığı  gəlmək»,  xudadus 
«rəhmdil» və  s.  misal  göstərmək  olar.
Tat  dilindəki  vəlg  «yarpaq», pustə  «qabıq»,  künküro  «so- 
ğansuyu»,  guştoy  «bozbaş»,  ruşir  «qaymaq»  «çiyə»,  «südün 
üzü»,  so  «səhəng»,  şirəng  «səhəngdən  kiçik  su  qabı»  (güyüm), 
şirdüş  «sərnic»,  gülpoy  «sacayaq»,  nalin  «döşək»,  sərmizi 
«süfrə»,  kəndü  «un  saxlamaq  üçün  qab»,  tirəçu  «oxlov»,  ardə- 
vic  «ələk»  (ard «un»,  vic  «ələmək»),  rusmu,  varə  «sap»,  sərçin


42
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
«ülgüc»  (sər  «baş»,  çin  «qırxmaq»),  guştəncin  «qıymakeş», 
dürəş  «biz»,  dürəzi  «zivə»,  «paltar  asılan  ip»,  coğrü 
«süpürgə»,  xiyə  «kürək»,  tou  «ocaq»,  şiləsər  «eyvan»,  lanbun 
«ikinci  mərtəbənin  qarşısındakı  dam»,  goudun  «tövlə»  (go 
«inək»,  dun  «heyvan  saxlanan  yer»),  ələ  «toyuq hini», guşəbun 
«damın  kənarı»,  dərpəncərə  «qapı-pəncərə»,  qiroblü  «qaloş», 
şitəl  «corab»,  qilində  «boyunbağı»,  gülğün  «qığılcım»,  zin 
«tələ»,  şavar  «şərq  küləyi»,  təkərd  «dolu»  (yağmur  növü), 
kulak  «qar»,  xür  «duman»,  vərəzə  «yoxuş»,  pişin  «günorta», 
aftənüş 
«günbatan», 
aftəxis 
«gündoğan», 
hami 
«yay», 
vasal/vassol  «yaz »,  «bahar»,  bürg  «qaş»,  nuxum  «dırnaq», 
kürdə  «böyrək»,  pişni  «alın»,  zohuz  «yaşıl»  kimi  sözlər  də 
spesifik  leksik  laya  aiddir. Onların  arasında  mür rəkəb  söz  kimi 
formalaşanlarda  tərkib  hissələrindən  birinin  ümumiran  mənşəli 
söz  olması  halları  qeydə  alınır.  Göstərilən  sözlərdən  bəziləri 
tədqiqat  işində  müəyyən  problemlərlə  bağlı  təhlilə  cəlb 
olunmuşdur.
Tat  dilində  elə  söz  və  terminlərə  də  rast  gəlmək  olur  ki, 
onlar  digər  İran  dillərində  müxtəlif  fonetik  variantlarda  iş lən- 
sələr  də,  tat  dilindəki  mənanı  ya  heç  vermir,  ya  da  h əmin 
mənanı  qismən  özündə  əks  etdirir.  Məsələn:  anaştö  «ac-susuz» 
sözünü  götürək.  Bu  söz  Lahıc  ləhcəsində  qeydə  alınmışdır. 
Əgər  sözü  tərkib  hissələrinə  ayırsaq,  birinci  tərəfin  -   ana  İran 
dillərində  inkarlıq  bildirən  ünsür,  ikinci  tərəfin  (-ö)  İran 
dillərində  müxtəlif  fonetik  formalarda  özünü  göstərən  ab  «su» 
sözünün 
olduğuna 
şübhə 
yeri 
qalmır. 
«Talışca-rusca- 
azərbaycanca  lüğət»də  inkarlıq  bildirən  ənə  -   (  ünsürü 
ilə  bir  neçə  söz  qeydə  alınmışdır:  ənərəs  «yetişməmiş, 
dəyməmiş,  kal»,  ənəxəbədə  «xəbərsiz,  qəfildən»,  ənəhan  «yu- 
xusuz»,  ənəhard  «ac»,  ənəhıt//ənəhan  «yuxusuz»,  ənətəklif 
«çağrılmamış,  dəvət  olunmamış»  və  s.  (TRAL,  180).


Yüklə 53,1 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə