Giriş (Ümumtəhsil məktəbində riyaziyyatın tədris konsepsiyası)


Riy. XII.10. Göstəriciləri analiz edir və yekun nəticələri formalaşdırır



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə28/31
tarix02.01.2018
ölçüsü0,71 Mb.
#19548
1   ...   23   24   25   26   27   28   29   30   31

Riyaziyyat

2009

Riy. XII.10. Göstəriciləri analiz edir və yekun nəticələri formalaşdırır.

Nəticə əldə edilmişdir, əgər şagird:

verilən  seçim  üçün  elə  bir  ədədi  xarakterləri  seçir,  hansılar  ki,  verilən  məsələnin  həll 

edilməsi üçün münasibdir və öz seçimini əsaslandırır, qərar qəbul etdikdə seçilən xarakterləri 



hesablayır və nəzərə alır

göstəricilərin  interpolyasiyasının/ekstrapolyasiyasının  ən  yaxşı  uyğunluğunu  düz  xətt 

vasitəsilə icra edir



seçim və sorğu nümunəsində dəyişiklikləri təyin edir, seçim metodu və seçimin həcminin 

nəticələrin etibarlılığına hansı təsir göstərdiyini müzakirə edir 



korellyasiya koefisientini hesablayır və cütləşdirilmiş göstəricilər arasında düz xətt əlaqələrini 

müzakirə edir



Məzmun

Göstəricilərin toplanma vasitələri:  seçim metodu, seçim və variativ cərgə; seçimin ədədi 

1. 

xarakterləri (mediana, orta əhəmiyyət, orta kvadrat əyrisi)



Göstəricilərin qaydaya salınmış miqdar və xassə əlamətləri: cütləşdirilmiş göstəricilər, 

2. 


korellyasiya

 Göstəricilərin təqdimat vasitələri xassə və miqdar göstəriciləri üçün: dağınıqlıq diaqramı, 

3. 

uyğunluq xətti



Ehtimal: şərti ehtimal, hadisələrin müstəqilliyi; ehtimalların cəm və hasil düsturları; böyük 

4. 


ədədlərin qanunu (tanışlıq qaydası ilə)

Riy. XII. - 6




Riyaziyyat

2009

Kumulyativ nəticələr

Baza pilləsi 

Milli tədris planında şərti olaraq riyaziyyat dörd əsas istiqamətə bölünür: ədədlər və əməllər; 

həndəsə və məkan anlayışı; göstəricilərin analizi, ehtimal və statistika; qanunauyğunluq və cəbr.

 Bu istiqamətlər şagirdin ümumtəhsil məktəbində təhsil aldığı müddətdə sahib olacağı bilik və 

vərdiş-bacarıqlarla sıx əlaqədədir. Tədris planının istiqamətlərə əsasən bölünməsi kursun analoji 

bölümünü bildirmir, o, yalnız tədris materialının spektrini göstərir və təhsilin bu və ya digər pilləsində 

diqqəti nəyə yönəltməyə təlimat vermək imkanını verir. 

Riyaziyyat üzrə baza məktəbində əsas diqqət ədədlərlə əlaqədar biliyin dərinləşdirilməsinə 

yönəlib.  Kəmiyyətlərlə,  ifadələrlə,  həndəsi  quruluşlarla,  ölçülərlə  və  miqdar  göstəricilərinin 

xüsusiyyətləri  ilə  yeni  riyazi  obyekt  və  prosedurlar  şagirdin  ədədlərə  yönəldilmiş  bilyinin 

dərinləşdirilməsinə əsaslanır. Əsas diqqətin  ədədlərin saylarla əlaqəsinə, ədədi əməllərin isə, 

prosedurlarla əlaqədə real obyektdə həyata keçirilməsinə yönələn ümumi təhsilin ibtidai pilləsindən 

fərqli olaraq,  ümumi təhsilin baza pilləsində ədəd anlayışı yavaş-yavaş əyaniliyini itirir və daha çox 

abstraksiya əldə edir. Bir tərəfdən bu, şagirdin təsviri bacarığının inkişafına dəstək göstərir, digər 

tərəfdən isə, şagird ədədlər və onlarla əlaqədar prosedurlardan müxtəlif kontekstlərdə istifadə etmək 

bacarığına sahib olurlar. Bununla yanaşı, obyektlərin hər hansı bir konkret birliyi ilə əlaqədar olmayan 

və yalnız riyaziyyatda deyil, eləcə də istənilən başqa sahələrdə də (məsələn: kəmiyyət və onunla 

əlaqədar əməllər, təsvir, funksiya, yanaşma) istifadə ediləcək ümumi səriştələrin formalaşmasına 

və inkişafına əsas verir.

Ümumi təhsilin baza pilləsində təhlil-əsaslandırmaq kimi bacarığın inkişafının əsası qoyulur. 

Həmin bacarığın inkişafı məktəb riyaziyyatının başlıca məqsədlərindən biridir. Əgər ümumi təhsilin 

ibtidai pilləsində əsas diqqət riyazi anlayışlar və prosedurların dərk edilməsinə, bu anlayışların 

istifadəsi və prosedurların düzgün aparılmasına yönəlirsə, ümumi təhsilin baza pilləsində isə, əldə 

edilən cavabın əsaslandırılması, ifadənin həqiqi və ya yanlış olmasının təyin edilməsi, ifadələr 

birliyindən nəticənin formalaşdırılması kimi bacarıqların inkişafına əsas verilir. Bu bacarıqlar və 

uyğun üsullar mərhələ ilə riyaziyyatın bütün istiqamətlərinə yayılır. Təhlil-əsaslandırmaq üsullarını 

istifadə etməklə yanaşı, həndəsə istiqamətində həndəsi quruluşlarla əlaqədar biliyin bünövrəsi 

qoyulur. Öz növbəsində bu, təsvir və məkanın dərk edilməsi bacarığının inkişafına da dəstək 

göstərir.

Diskret  riyazi  elementlər  haqqında  bilik  təsadüfi  hadisə  və  öz  növbəsində,  göstəriciləri 

cəmləşdirən ədədi xüsusiyyətlər anlayışının dərk edilməsi və onların istifadə bacarığının inkişafı 

ilə əlaqədar olan ehtimal anlayışının dərindən anlanılmasına əsas verir.

Riy. XII. - 7



Riyaziyyat

2009

Pillənin sonunda əldə edilən nəticələr və indikatorlar

Ədədlər və əməllər

Həqiqi ədədləri oxuyur, ifadə edir, müqayisə edir və yerləşdirir. Müsbət 

1. 

sistemdən və ədədin yazılışının standart formasından istifadə edir. Həqiqi 

ədədləri təsnif edir. 

Onluq kəsrin yazıda dərəcəsini göstərir və dərəcədə duran rəqəmlərin əhəmiyyətini adlandırır; 

bu biliyi onluq kəsrin  müqayisəsi və ya (artma/azalma) cərgəsində istifadə edir. Tamamlanmış  



onluq kəsri sıra toplantılarının cəmi şəklində açıqlayır.

Model üzərində qarşılıqlı ədədin və ədədin absolyut əhəmiyyəti anlayışlarını nümayiş etdirir 

(eləcə də ədədi ox üzərində).



Ekvivalent forması ilə qarışıq ədədləri, onluq kəsrləri və kəsrləri yazır. Verilən rasional 

ədədləri yuvarlaqlandırır, müqayisə edir və başqa-başqa növlərdə yerləşdirir. 



Müsbət sistemdən istifadə edərək bəzi bölünmə əlamətlərini əsaslandırır: verilən ədədlərin 

ən kiçik ümumi bölünənini və ən böyük ümumi bölənini tapır.



Tam  və  onluq  kəsrləri  dəqiqliklə  yuvarlaqlandırır,  onluq  kəsrlərin  qısa  yazılışını 

yuvarlaqlardan fərqləndirir.



Tamlıq göstərən dərəcəni izah edir və onun xassələrini nümayiş etdirir. Ədədlərin ardıcıllıq 

dərəcələrini müzakirə edəndə vahidlərin sırasında duran rəqəmlərin dövri təkrarlanması 



haqqında müzakirə aparır.

Birmənalıi ədəd üzərində natural ədədlərin ardıcıllıqla bölünməsində qalığın dövriliyini izah 

edir; qanunauyğunluğu izah edir.



Standart formada verilən ədədləri müsbət sistemdə istifadə etməklə ədədləri standart formada 

və ya əksinə yazır; ədədin yazılışnın müxtəlif formalarını müqayisə edir (məs. ədədlər 



üzərində əməlləri yerinə yetirərkən standart formanın hansı üstünlüyü var).

Dövri və dövri olmayan onluq kəsrlər kimi rasional və irrasional ədədləri ayırır və irrasional 

ədədə misallar gətirir.



2.  Müxtəlif üsullarla rasional ədədlər üzərində əməlləri yerinə yetirir.    

  Əməllərin nəticələrini qiymətləndirir.

Modeldə tam ədədlər üzərində riyazi əməlləri nümayiş etdirir.

Ədədin yazılışının ekvivalent formalarından, əməllərin yerinə yetirlmə ardıcıllığından, 



onların  xassələri  və    hesablamanın  asanlaşdırılması  və  ya  hesablamanın  nəticələrinin 

qiymətləndirlməsində qruplara ayırmadan  istifadə edir.

Ədədi proporsional hissələrə ayırır və onun verilən hissəsinə əsasən ədədi tapır.

Natural göstərici dərəcəsinin xassələrini nümayiş etdirir.



Hesablama zamanı faizi ədədin hissəsi ilə əlaqələndirir; verilən ədədin faizini tapır və 

dəyişən məsələni həll edir.



Rasional ədədlər üzərində yerinə yetirilən hesablamanın (onlar arasında dərəcə və kök) 

nəticəsinin adekvat olmasını yoxlamaq üçün qiymətləndirmədən istifadə edir.



Riy. XII. - 8


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə