Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə16/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   12   13   14   15   16   17   18   19   ...   62

52
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
 Xarici bazarlara giriş
 
✓ Xarici iqtisadi fəaliyyətin mal nomenklaturunun ən böyük 5 qrupu üzrə ölkənin Avropa Birliyinə 
GSP-yə uyğun mallar üzrə ixracı GSP-yə uyğun mallar üzrə ümumi ixracının 75 faizindən çox 
olmalıdır (ixracın diversifikasiyası zəif olmalıdır)
Azərbaycanın GSP + -dan istifadə imkanları
   Yuxarıda qeyd edilən şərtlərə Azərbaycan uyğun 
gəldiyindən proqrama daxil edilib və ən əsası hələ həmin şərtlərdən çıxmasına qədər böyük imkanlar 
mövcuddur. Belə ki, 
 
✓ 2011-ci ilin sonuna olan göstəricilərə görə, Azərbaycanda adambaşına düşən Ümumi Daxili 
Məhsulun həcmi 10 min 202 ABŞ dollarını ötməsinə baxmayaraq, Azərbaycan hələ yüksək gəlirli 
ölkələr qrupuna daxil edilməyib. Ancaq, 2011-ci ildə Avropa Birliyi tərəfindən GSP + şərtlərinə 
dəyişiklik edilərək yüksək gəlirli ölkələrə statusu orta yüksək gəlirli ölkələr statusu ilə əvəz edilib 
ki, bu da Azərbaycanın Dünya Bankının təsnifatına əsasən orta yüksək gəlirli ölkə olaraq GSP+ 
dan istifadə imkanın itirməsi ilə nəticələnir. Belə ki, qeyd edildiyi kimi, məhz bu səbəbə görə 
Azərbaycan 2014-cü ildən GSP +dan istifadə edə bilməyəcək
 
✓ Azərbaycanın 5 əsas mal qrupu üzrə ixracı Avropa İttifaqının müəyyən etdiyi 75% minimum 
həddən çox yüksək olduğundan gələcəkdə də 6SP proqramının təqdim etdiyi güzəştlərdən 
faydalanmaq imkanları mövcuddur
 
✓ Azərbaycanın GSP proqramı altında Avropa Birliyinə mal ixracı AB-nin ümumu GSP limitinin 
cəmi 0.09 % -in təşkil edir. Ümumiyyətlə Azərbaycan qeyri neft sektorunda ixracının hamısı GSP 
proqramı altında ixrac edilərsə təqribən 1 faizlik limiti doldura bilər. Bu isə hələ GSP proqramı ilə 
malların ixracına kifayət qədər limitin olması deməkdir
Məlum olduğu kimi, GSP+-dan istifadə müddəti Azərbaycan üçün 2014-cü ilin yanvar ayında bitir və 
Avropa Birliyinin siyasi qərarına əsasən bu müddət uzadılmayacaq. 
Odur ki, yerli ixracatçılarımız bu müddət ərzində məhdud olan yaradılmış bu fürsətdən maksimum 
istifadə etməyə çalışmalı və GSP + dan istifadə səviyyəsi yüksəldilməlidir. Ümumiyyətlə Azərbaycanın 
GSP+dan istifadə səviyyəsi ilə bağlı aşağıdakı faktları çox ciddi nəzərdən keçirmək lazımdır: 
 
✓ 2011-ci ilin yekunlarına görə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində Avropa Birliyinin 
payı 42,5 faiz təşkil etmişdir
 
✓ Avropa Birliyinin dünya idxalında payı 39 %-dir 
GSP + proqramından istifadə müddəti Azərbaycan üçün 2014-cü ilin Yanvar ayında bitir və 
Avropa Birliyinin siyasi qərarına əsasən bu müddət uzadılmayacaq.
Sahibkarlar bu fürsətdə qısa müddətdə maksimum yararlanmaq üçün əllərindən gələni 
etməlidirlər.


53
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
 Xarici bazarlara giriş
Azərbaycandan Avropa İttifaqına 2007-2011-ci illərdə ixrac (min avro ilə)
 
2007
2008
2009
2010
2011
Azərbaycandan Avropa 
İttifaqına ixrac
7 353 998,58 10 641 849,16 7 353 771,79
9 710 084,73 14 843 684,25
GSP ilə ixrac oluna biləcək 
məhsulların ixracı
122 675,05
48 148,93
60 612,37
55 640,33
79 671,85
GSP ilə ixrac 
30 871,45
19 878,97
35 419,15
16 539,41
63 281,12
gömrük rüsumundan azad 
ixrac
21 830,88
12 026,63
35 419,15
16 431,10
63 251,52
gömrük rüsumuna güzəştli 
ixrac
9 040,57
7 852,34
0,00
108,31
29,60
GSP-dən istifadə səviyyəsi 
(faizlə)
25,17
41,29
58,44
29,73
79,43
GSP ixracının ümumi 
ixracda payı (faizlə)
0,42
0,19
0,48
0,17
0,43
Ən Əlverişli Rejim (MFN) 
altında rüsumsuz ixrac 
7 214 923,74 10 585 027,59 7 274 996,12
9 653 563,99 14 756 912,19
Avropa ittifaqına rüsumsuz 
ixrac
7 236 754,62 10 597 054,22 7 310 415,27
9 669 995,09 14 820 163,71
Rüsumsuz ixracın ümumi 
ixracda payı (faizlə)
98,41
99,58
99,41
99,59
99,84
Mənbə: www.eurostat.com
Ümumiyyətlə GSP+ çərçivəsində Avropa Birliyinə ixrac ediləcək və HS mal nomenklaturunda 96 
qrupda təsnif edilən malların:
 
✓ 68 qrupu gömrük rüsumundan tamamən azaddır 
 
✓ 10 mal qrupu isə advalor gömrük tariflərindən tamamən azad edilmişdir. Bu mallara sadəcə 
spesifik tariflər tətbiq ediləcəkdir
 
✓ 11 mal qrupunda yer alan malların böyük hissəsi gömrük rüsumlarından azad edilmişdir
 
✓ Digər 7 mal qrupunda yer alan malların isə kiçik bir hissəsi gömrük rüsumlarından azad edilmişdir
 
✓ GSP + proqramına ümumilikdə 6336 adda məhsul daxil edilmişdir 
GSP+ proqramı çərçivəsində Avropa Birliyinə ixrac şərtləri
  Avropa Birliyinə rüsumsuz məhsul 
ixrac etmək istəyən ixracatçıların güzəşt tətbiq edilən məhsulların Azərbaycan mənşəli olduğu barədə 
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətindən “Forma A” mənşə 
sertifikatını əldə etmələri zəruridir. Çünki məhsul Avropa Birliyinə daxil olarkən gömrükdə “Forma 
A” mənşə sertifikatı və fakturanın (invoice declaration
1
) göstərilməsi tələb edilir. Bu məhsullar birbaşa 
Avropa Birliyi ölkələrindən hansısa birinə ixrac edilməlidir. Məhsullar Avropa Birliyinə üzv olmayan 
ölkələrdən sadəcə tranzit rejimində keçə bilər. Hər hansı bir məhsul üçüncü ölkəyə ixrac edildikdən 
sonra, Avropa Birliyinə təkrar ixrac edilərsə (re - eksport), həmin məhsul GSP proqramı çərçivəsində 
rüsumdan azad edilmir. Eyni zamanda, üçüncü ölkələrin ərazisində malın mənşəsində dəyişikliyə 
səbəb olacaq şəkildə mal üzərində dəyişikliklər edilməməlidir. Yuxarıda qeyd edilənlərlə yanaşı GSP+ 
proqramı çərçivəsində ixrac üçün aşağıdakı tələblərə də ölkə və ixracatçı cavab verməlidir: 
 
✓ Məhsulların müvafiq qrupları üzrə istehsala və ixraca nəzarət edilməsi üçün inzibati pərakəndəliyin 
aradan qaldırılması və bir səlahiyyətli orqanın mövcud olması
 
✓ Məhsul istehsalının standartlaşdırılması, sertifikatlaşdırılması, etiketləndirilməsi və qablaş-
dırılmasının Avropa Birliyi sisteminə uyğunlaşdırılması
1
 İnvoys deklarasiyası idxal olunan məhsulların dəyərini göstərən və ya ümumi dəyəri 6.000 Avrodan aşağı olan mallar üçün 
tələb olunan sənəddir. Bu sənəd ixracatçı tərəfindən doldurulur və imzalanaraq möhür vurulur.


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə