Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə19/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   15   16   17   18   19   20   21   22   ...   62

59
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
 Xarici bazarlara giriş
yerinə yetirilməsinə nəzarət etmək üçün ixracatçı tərəfindən ENS doldurularaq Gömrük girişi ofisinə 
(Customs entry office) göndərilməlidir. Bu sənəddə təhlükəsizliklə bağlı məlumatlar əks olunmur. Bu 
deklarasiya nəqliyyatın növündən asılı olaraq Birliyin sərhədinə çatmazdan 1-4 saat əvvəl doldurularaq 
elektron formada göndərilməlidir. Aşağıdakı məhsullar üçün ENS tələb olunmur: 
 
✓ Elektrik enerjisi
 
✓ Boru kəməri ilə daşıma
 
✓ Şəxsi baqajda olan yüklər
 
✓ Şifahi deklarasiyasına icazə verilən məhsullar  və s. 
ENS-də nəqliyyatın növü, nəqliyyatın kodu, sərhəddə çatma vaxtı, çatacağı giriş ofisi və s. haqqında 
məlumat olur. ENS-ni malı daşıyan və ya onun adından digər bir şəxs doldurub göndərə bilər. Gömrük 
ofisi ENS-ni qəbul edib hər hansı risk olmadıqda ENS-ni qeydiyyata alır və Daşınma İstinad Nömrəsi 
(MRN- Movement reference number) verir. ENS-nin təsdiqi haqqında məlumat malı daşıyana, ENS-
ni təqdim edənə (əgər fərqli adamlardırsa) və Avropa Birliyinə birinci giriş ofisinə göndərilir. Bununla 
malın birinci giriş ofisinə gəlməsinə icazə verilir.
2-ci mərhələ 
-  Malların nəqliyyat vasitəsilə giriş gömrük ofisinə çatmasına az qalmış gömrük 
orqanlarının risk analizin aparılmasına hazırlıq məqsədilə çatma notifikasiyası verilməldir. Bu MRN 
verməklə və ya ENS-ə aid məlumatları təqdim etməklə hər hansı formada həyata keçirilə bilər. Mal 
gömrük məntəqəsinə çatanda gömrük rəsmiləşdirilməsinə başlanır. 
3-cü mərhələ 
- Malın gömrük nəzarətindən və inspeksiyalardan keçirilməsi. Mallar gömrük sərhədinə 
çatdıqda sonra onlara gömrük baxışı keçirilir və malın növündən asılı olaraq sanitar, fitosanitar, baytarlıq 
və digər inspeksiya məntəqələrində keçirilir. Yoxlamalar müsbət olduqda inspeksiya nəticələrinə dair 
müsbət rəy verilir. 
4-cü mərhələ 
- Malın gömrük rəsmiləşdirilməsi. Gömrük rəsmiləşdirilməsi üçün gömrük deklarasiyası 
doldurularaq təqdim edilməlidir. AB-də gömrük deklarasiyası üzv ölkələri arasında razılaşdırılmış 
Vahid Administrativ Sənəd (Single Adminstrative Document -SAD) əsasında aparılır. Bu sənəd iki 
formada – elektron və kağız formasında təqdim oluna bilər. SAD 8 səhifədən ibarət olur və hər səhifə 
aşağıdakı məqsədlər üçün istifadə olunur: 
 
✓ Gömrük məntəqəsində saxlanılır
 
✓ Statistika məqsədləri üçün götürülür
 
✓ İdxalçıya qaytarılır
 
✓ Tranzit rejimində götürülür
 
✓ Tranzit rejimində istifadə olunur
 
✓ Malın çatdığı son ölkənin gömrük orqanı tərəfindən götürülür
 
✓ Statistika məqsədləri üçün istifadə olunur
 
✓ Yük sahibinə qaytarılır
SAD Azərbaycanda tətbiq olunan gömrük yük bəyannaməsini əvəz edir və əhatə etdiyi məsələlər 
ölkəmizdə mövcud olan bəyannamənin əhatə etdiyi məsələlərlə eynidir. 
Ümumilikdə SAD-da aşağıdakılar haqqında məlumat öz əksini tapır. 
 
✓ Əməliyyata cəlb olunmuş tərəflər haqqında məlumat (idxalçı, ixracatçı, nümayəndə)
 
✓ Gömrük rejimi
 
✓ Mal haqqında məlumat (tarif kodu, çəkisi, sayı), yeri və qablaşdırması
 
✓ Nəqliyyat vasitəsi haqqında məlumat


60
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
 Xarici bazarlara giriş
 
✓ Mənşə ölkəsi, ixrac və təyinat ölkəsi haqqında məlumat
 
✓ Kommersiya və maliyyə məlumatları (incoterms, faktura dəyəri, faktura valyutası, mübadilə 
dərəcəsi, sığorta və s.)
 
✓ SAD-a qoşulmuş sənədlərin siyahısı (mənşə sertifikatı, nəqliyyat sənədləri və s)
 
✓ Deklarasiya və gömrük ödəniş metodları (nağd, köçürmə və s.)
SAD-la birlikdə məhsulun növündən və idxal rejimindən asılı olaraq aşağıdakı sənədlər təqdim olunur: 
 
✓ Mənşə sertifikatı (Forma A)
 
✓ Nəqliyyat sənədi (tir karnet, ata karnet və s.)
 
✓ Kommersiya invoysu
 
✓ Gömrük dəyər deklarasiyası
 
✓ İnspeksiya sertifikatları (sağlamlıq, baytarlıq, fitosanitar)
 
✓ İdxal lisenziyası
 
✓ İdxal sertifikatı
 
✓ İnvoys deklarasiyası (GSP üçün)
 
✓ Malın yoxlama nəticələrinə dair sənədlər
 
✓ Qablaşdırma sənədi (packing list)
 
✓ Konosament (bil of lading)
 
✓ Tarif kvotasının tətbiqi üçün sənəd
 
✓ Aksiz vergilər üçün sənədlər 
 
✓ ƏDV üçün sənədlər
Yuxarıda xüsusi şriftlərlə qeyd olunan sənədlər məhsula uyğun olaraq, digərləri isə istənilən halda tələb 
olunur. Həmin sənədlərdən bəziləri haqqında digər bölmələrdə məlumat verilmişdir. Burada yeni 
sənədlər haqqında qısaca məlumat verək: 
Kommersiya invoysu 
idxalçı ilə ixracatçı arasında sövdələşməni sübut edən və malın faktura dəyərini 
əks etdirən sənəddir. İstənilən dildə ola bilər. 
Ata karnet -
 sərgilərdə, yarmarkalarda istifadə və elmi analizlər məqsədilə AB-nə avtomobil nəqliyyatı 
ilə müvəqqəti idxal olunan mallar üçün tələb olunur. 
Gömrük dəyəri deklarasiyası
Azərbaycanda olduğu kimi AB-də də idxal zamanı malın gömrük dəyərin 
əks etdirən və onu əsasında gömrük ödənişləri tutulan sənəd olaraq gömrük dəyər deklarasiyası (malın 
dəyəri 10.000 Avrodan yuxarı olduqda) təqdim olunmalıdır. Bu SAD-la birlikdə təqdim olunur. 
İdxal lisenziyası
 – AB-də bəzi mallar üçün ÜTT-nin İdxal Lisenziyalaşdırılması sazişinin müddəalarına 
uyğun olaraq hər gətirilən mal partiyası üçün idxal lisenziyası tələb olunur. 
İdxal sertifikatı
 – İdxalçının tələbi əsasında AB-nin səlahiyyətli orqanı tərəfindən idxalın axınına 
nəzarət, eləcədə tarif kvotalarının və qoruyucu tədbirlərin tətbiqi məqsədilə bəzi kənd təsərrüfatı 
məhsullarına verilən sənəddir.
Qablaşdırma sənədi
  – kommersiya invoysu ilə birlikdə təqdim olunan və hər 3-cü dərəcəli qabın 
içərisində olan qabların sayı, çəkisi, qablaşdırmanın növü, hər qabdakı malların miqdarı haqqında 
məlumat verən sənəddir. 


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə