Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə18/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   14   15   16   17   18   19   20   21   ...   62

56
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
 Xarici bazarlara giriş
Avropa Birliyinin idxalla bağlı tələbləri
Avropa Birliyində idxalla bağlı tələbləri aşağıdakı istiqamətlər üzrə nəzərdən keçirəcəyik: 
 
✓ Gömrük rejimləri 
 
✓ İdxal ticarət rejimi 
 
✓ Qida təhlükəsizliyi
 
✓ Heyvan sağlamlığı
 
✓ Bitki sağlamlığı
 
✓ Ətraf mühitin mühafizəsi 
 
✓ Texniki tələblər 
 
✓ Markalanmaya tələblər 
Gömrük rejimləri
 Avropa Birliyində gömrük məsələləri Komissiya tərəfindən qəbul edilmiş Gömrük 
Məcəlləsi (800 səhifəlik) ilə tənzimlənir. 27 üzv ölkədə tətbiq edilən bu məcəllə AB-nə vahid idxal 
proseduraların müəyyənləşdirir. AB-də ölkəmizdə olduğu kimi aşağıdakı idxal gömrük rejimləri 
mövcuddur: 
 
✓ Sərbəst dövriyyə üçün buraxılış 
 
✓ Tranzit 
 
✓ Gömrük anbarı 
 
✓ Gömrük nəzarəti altında emal 
 
✓ Müvəqqəti idxal 
 
✓ Azad zonalar və anbarlara giriş 
Bu rejimlər üzrə idxal şərtləri və gömrük ödənişləri təxminən bizdə olduğu kimidir. Belə ki, mallar 
Avropa Birliyində alqı satqı obyekti olduqda və Birlik daxilində istehlak olunduqda malın idxalından 
gömrük rüsumu tutulur. 
Tarif və qeyri tarif tədbirləri
 Avropa Birliyində idxala tətbiq olunan tarif və qeyri tarif tədbirləri 
aşağıdakılardan ibarətdir:
1. Tarif tədbirləri 
 
✓ İdxal tarif kvotalar– bəzi kənd təsərrüfatı malları üçün
 
✓ Mühafizə tədbirləri – idxal həcmi artırılan mallar üçün 
 
✓ Anti dempinq və kompensasiya rüsumları –dempinqə və subsidiyalaşdırmaya məruz qalmış idxal 
olunan mallar üçün
2. Qeyri tarif tədbirləri 
 
✓ Bəzi məhsullar üçün kvotalar
 
✓ İdxal lisenziyası – bəzi kənd təsərrüfatı, tekstil və metal tərkibli məhsullar üçün
 
✓ Sanitar və fitosanitar tədbirlər, texniki tələblər, keyfiyyət tələbləri
 
✓ Bəzi kənd təsərrüfatı məhsulları üçün idxal sertifikatının tətbiqi
 
✓ Konkret məhsullarla bağlı digər tədbirlər
Avropa Birliyində qida təhlükəsizliyi
 Avropa Birliyində insan və heyvan qidasına dair tələblər 
direktivlər əsasında müəyyənləşdirilib. Ümumilikdə tələblər aşağıdakı sənədlərdə öz əksini tapıb: 
 
✓ Qida məhsullarında dair ümumi tələbləri müəyyənləşdirən AB-nin Qida məhsulları haqqında 
Qanunu (Reqlament 178/2002) 
 
✓ Qida məhsullarına dair gigiyenik tələblər əks etdirən qərar (Reqlament 853/2004) 


57
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
 Xarici bazarlara giriş
 
✓ Pestisidlər, baytarlıq dərmanları və digər maddələrə aid tələblər əks etdirən sənədlər 
 
✓ GMO tərkibli məhsulların istehsalına və dövriyyəsinə dair Direktivlər 
 
✓ Qablaşdırma və markalanmaya dair tələblər əks etdirən direktivlər və s. 
Avropa Birliyində qida məhsulların idxalına dair tələblər aşağıdakı məhsul kateqoriyaları üçün fərqli 
müəyyənləşdirilib: 
1. Heyvan mənşəli məhsullar
 
✓ AB-nin siyahıya daxil etdiyi ölkə tərəfindən idxal oluna bilər
 
✓ HACCP və gigiyenik tələblərə uyğun olan məhsullar idxal oluna bilər.
 
✓ Direktivin tələblərinə cavab verir
2. Qeyri heyvan mənşəli məhsullar (bitki mənşəli və s.)
 
✓ HACCP tələblərinə uyğun olmalıdır 
 
✓ Qanunvericiliyin və Direktivlərin tələblərinə uyğun istehsal edilməlidir 
3. Qarışıq qida məhsulları 
 
✓ HACCP tələblərinə cavab verməlidir
 
✓ Yuxarıdakı tələblərə uyğun olmalıdır və s. 
Heyvan mənşəli məhsullara dair tələblər
  Heyvan mənşəli məhsullar üçün Avropa Birliyində aşağıdakı 
tələblər mövcuddur: 
 
✓ Heyvan mənşəli məhsullar AB-nə siyahıya daxil edilmiş ölkələrin səlahiyyətli orqanı tərəfindən 
verilmiş icazə əsasında idxal oluna bilər
 
✓ Mallar sərhəddə baytarlıq nəzarət mənqətlərinə yoxlama üçün təqdim olunmalıdır
 
✓ Mallar baytarlıq yoxlaması üçün zəruri sertifikatlarla (baytarlıq sertifikatı) müşayiət olunmalıdır
 
✓ 2002/99/EC Direktivinin heyvan sağlamlığına dair tələblərinə uyğun olmalıdır
 
✓ Mümkün olduğu təqdirdə sağlamlıq və identifikasiya markasına malik olmalıdır
Bitki mənşəli məhsulların idxalına tələblər
    Bitki məhsulları isə aşağıdakı tələblərə cavab verdikdə 
idxal oluna bilər: 
 
✓ Bitki və bitki məhsulları istehsaldan əvvəl, istehsal zamanı və digər mərhələlərdə qoyulmuş 
gigiyenik və fitosanitar tələblərə uyğun olmalıdır
 
✓ Məhsullar fitosanitar sertifikata malik olmalıdır
 
✓ Sərhəd İnspeksiya Postunda yoxlamadan keçməlidir
 
✓ Mallar sərhədə çatmamışdan qabaq məlumatlandırılmalıdır
 
✓ Bitki məhsulları ilə yanaşı bitki əlavələri, bitki məhsulları ilə əlaqədə olan materialları da tələblərə 
uyğun olmalıdır
Qarışıq malların (bitki və heyvan məhsulu) idxalına dair tələblər
 Qarışıq mallar aşağıdakı tələblərə 
cavab verməlidir: 


58
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
 Xarici bazarlara giriş
 
✓ Qarışıq məhsullar gigiyenik, sanitar, fitosanitar və baytarlıq tələblərinə uyğun olmalıdır
 
✓ İstehsalı HACCP prinsiplərinə uyğun olmalıdır
 
✓ Heyvan mənşəli məhsul olduqda, AB-nin təsdiq etdiyi siyahıya daxil edilmiş ölkədən idxal 
olunmalıdır  və s.
Ətraf mühitlə bağlı tələblər
  İdxal olunan malların ətraf mühitə zərərli təsirlərinin qarşısını almaq 
məqsədilə AB-də aşağıdakı tələblər müəyyənləşdirilib:
 
✓ İdxal olunan təhlükəli kimyəvi məhsullar nəzarətdən keçirilməlidir 
 
✓ Təhlükəli dərmanlar və preparatların istehsalı, qablaşdırılması və markalanması AB-nin tələblərinə 
uyğun olmalıdır
 
✓ Məhsulların və onların qablaşdırılması və tullantıları AB Direktivlərinə uyğun olmalıdır 
 
✓ Gübrələrə, deterjantlara, azot tərkibli maddələr dair xüsusi tələblər yerinə yetirilməlidir
 
✓ Tullantılar idxal zamanı xüsusi nəzarətdən keçirilməlidir
Məhsula dair texniki tələblər
 Məhsula dair təhlükəsizlik tələbləri AB-də Direktivlər və standartlarda 
öz əksini tapır. Məhsulun təhlükəsizliyinə dair AB üzvlərində tələblər “ilkin tələblər” kimi Direktivlərdə 
müəyyənləşdirilib ki, onların yerinə yetirilməsi məcburidir. Bu tələblər  Yeni Yanaşma (New Aproach) 
Direktivlərində öz əksin tapmışıdır. Bu direktivlərə uyğunluq sertifikatlaşdırılması aparılmalı və 
müvafiq məhsullar CE uyğunluq nişanı ilə markalanmalıdır. Bu tip direktivlər tərəfindən əhatə 
olunan məhsulların siyahısı bu təlimata əlavə olunur (Əlavə 2-2). İlkin tələblər yerinə yetirilməyən 
və CE markalanmayan məhsullar AB bazarına buraxılmır. Məhsulun həmin direktivlərin tələbləri 
əsasında sertifikatlaşdırılması və CE markalanması qaydaları isə Qlobal Yanaşma (Global Approach) 
Direktivlərində əks olunmuşdur.   
Məhsulun texniki xüsusiyyətlərinə dair əlavə tələblər isə harmonikləşdirilmiş standartlarda öz əksini 
tapmışdır ki, onlar üzrə CE markalanması könüllü xarakter daşıyır. Bu tip direktivlərə uyğunluq 
sertifikatlaşması olmadan da mallar AB-nə idxal oluna bilər. 
AB-nin qablaşdırmaya və markalanmaya dair tələbləri
 Qablaşdırmaya dair müvafiq bölmədə geniş 
məlumat verildiyindən burada sadəcə markalanmaya dair AB-nin tələblərin (yeyinti məhsulları üçün) 
qeyd edirik (məhsulun üzərində qeyd olunmalı məlumatlar): 
 
✓ Yeyinti məhsulunun satılarkən adı
 
✓ Məhsulun tərkibi
 
✓ Məhsulun tərkibinin miqdarı
 
✓ Məhsulun qablaşdırmadan qabaq çəkisi
 
✓ Məhsulun istismar müddəti
 
✓ Saxlanma və istifadə şəraiti
 
✓ İstehsalçının adı, ünvanı və əlaqə vasitələri
 
✓ Məhsulun mənşə ölkəsi
 
✓ Məhsulun istifadə qaydaları
 
✓ Məhsulu xüsusi tərkibi – GMO, təhlükəli maddələr və s. 
 
✓ Məhsullara dair spesifik tələblər- Ət və süd məhsulları, içkilər və s. 
Malların Avropa Birliyinə idxalı proseduraları
Mallar Avropa Birliyinə idxalı proseduralarını aşağıdakı ardıcıllıq üzrə təsvir edək.
1-ci mərhələ 
-  Giriş Xülasə Deklarasiyasının (Entry summary declaration- ENS) doldurulması və 
göndərilməsi. Məhsulun idxalından əvvəl məhsulun riskin qiymətləndirmək və logistika müddətinin 


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə