Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə57/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   54   55   56   57   58   59   60   61   62


173
Daşınma və logistika
MODUL VIII. DAŞINMA VƏ LOGİSTİKA
Daşınma
Daşınma – malların mənbədən təyinat nöqtəsinə qədər fiziki hərəkəti deməkdir.
 
✓ Daşınma coğrafi cəhətdən müxtəlif ərazilərdə yerləşən tərəflərin imkanlarını əlaqələndirir
 
✓ Daşınma təchizat zəncirində vaxtın və ərazilərin əlverişliliyini düzgün müəyyən etməyə kömək 
edir
 
✓ Daşınma həmçinin şirkətin maliyyə nəticələrinə güclü təsirə malikdir
Logistika
Logistika – malların, xidmətlərin və müvafiq məlumatların hərəkətinin və saxlanmasının 
müştərilərin tələblərinə uyğunlaşdırılması məqsədi ilə istehsal nöqtəsindən istehlak 
nöqtəsinə qədər çatdırılmasının planlaşdırılması, yerinə yetirilməsi və effektiv idarə 
olunması prosesidir.
Council of Logistics Management, http:cscmp.org 
Logistikada əsas axınlar aşağıdakılardır:
 
✓ Materialların axını
 
✓ Məlumatların axını
 
✓ Maliyyə axını
 
✓ Xidmətlərin axını
Logistikanın növləri
Çatdırma logistikası:
 İxracatçıdan alınan malların çatdırılmasını əhatə edir
Materialların idarə olunması:
 şirkət daxilində malların və onun komponentlərinin daşınmasıdır
Malların paylanması
malların istehsal sahəsindən istehlakçıya çatdırılmasıdır
Malların göndərilməsinin idarə olunması:
 geniş mənadadır, materialların daşınmasını və iştirakçılar 
arasında əlaqələrin istehsal sahəsindən istehlakçıya qədər hərəkətini əhatə edir.    


174
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Daşınma və logistika
  
Logistikanın tətbiq olunduğu əsas sahələr aşağıdakılardır:
 
✓ Təchizat (alış) logistikası
 
✓ İstehsal logistikası
 
✓ Paylama (yayım) logistikası 
 
✓ Nəqliyyat logistikası
 
✓ Ehtiyatların logistikası
 
✓ Anbar logistikası
 
✓ Xidmət logistikası
 
✓ Məlumat logistikası
Logistikanın əsas prinsipləri:
 
✓ Sisitemli yanaşma
 
✓ Ümumi xərclər
 
✓ Qlobal optimallaşdırma
 
✓ Əlaqələndirmə və inteqrasiya
 
✓ Xərclərin bölüşdürülməsi və kompromis 
 
✓ Logistika xidmətlərinin inkişafı 
 
✓ Modelləşdirmə və məlumat-kompüter dəstəyi
 
✓ Müvafi q sub-sistemlərin hazırlanması 
 
✓ Keyfi yyətin idarə olunması - TQM  (Total Quality Management)
 
✓ Davamlılıq və uyğunlaşdırma  
Nəqliyyat logistikasının əsas vəzifələri aşağıdakılardır:
 
✓ Nəqliyyat sistemlərinin, eləcə də nəqliyyat dəhlizlərinin və nəqliyyat zəncirinin yaradılması
 
✓ Nəqliyyat-anbar prosesinin texnoloji vəhdətini təmin etmək
 
✓ Nəqliyyat vasitəsinin növünün seçilməsi
 
✓ Daşınmanın optimal marşrutunun müəyyənləşdirilməsi
 
✓ Daşınma prosesinin vahid planlaşdırılmasının, daşınmada iştirak edən tərəfl ərin texniki 
təchizatının və iqtisadi maraqlarının təmin olunması
Mal 
göndərənlər
Xammal
Çatdırma logistikası
Materialların
idarə olunması
Malların 
paylanması
İstehsal
Paylanma 
mərkəzləri
Müştərilər
Hazır
məhsullar


175
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Daşınma və logistika
Logistikada əsas iştirakçılar
Malgöndərən
(Shipper/Consignor)
Mal alan
(Consignee)
Hökumət
(Government)
Daşıyıcı
(Carrier)
İctimai
(Public)
Daşıyıcı
 
✓ Nəqliyyat xidmətləri göstərir
 
✓ Yüklərin daşınmasını təmin edir
 
✓ Əsasən nəqliyyat vasitələrinin sahibi və ya onları idarə edən olur
3PL
Logistikada çox istifadə olunan terminlərdən biri də 3PL-dir.  3-cü tərəfi n logistikası (Th
 ird Party 
Logistic) – sadəcə öz məhsul və materiallarının tamamının və ya bir hissəsinin daşınmasının və ya idarə 
olunmasının alıcı və satıcıdan başqa 3-cü tərəfə həvalə edilməsidir.
Üstünlükləri:
 
✓ Xərclərin azaldılması
 
✓ Səylərin əsas iş üzərində cəmləşməsi
 
✓ Eff ektivlik, xidmətlərin olması və çeviklik
 
✓ Sahələr üzrə ixtisaslaşma
Çatışmazlıqları:
 
✓ Nəzarətin itirilməsi
 
✓ Şirkətdaxili işçi qüvvəsinə təsiri 
ƏSAS NƏQLİYYAT / DAŞINMA ÜSULLARI
Boru Kəmərləri
(Pipelines)
Dəmiryolu
(Rail)
Avtomobil
(Truck)
Su yolu
(Water)
Hava yolu
(Air)


176
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Daşınma və logistika
Kəmərlər
 
✓ Maye və qaz şəklində olan məhsulların daşınması üçün istifadə edilir
 
✓  İlkin kapital xərcləri yüksəkdir, amma etibarlıdır
 
✓ Orta sürət aşağıdır, amma davamlı olduğuna görə məqbuldur
 
✓ Kəmərlərin əksəriyyəti şirkətlərə məxsusdur
Dəmiryolu
 
✓ Ağır yüklərin daşınması üçün əlverişlidir
 
✓ Avtomobil ilə daşınmadan daha ucuz və əlverişlidir
 
✓ Sabit xərcləri yüksək, dəyişən xərclər isə azdır 
Avtomobil
 
✓ İstənilən yerə getmək imkanı yüksəkdir
 
✓ Daşıma imkanları dəmiryoluna nisbətən daha azdır
 
✓ İlkin xərcləri çox yüksək deyil, lakin əməliyyat xərcləri yüksəkdir
Su yolu
 
✓ Ağır yüklərin daşınması üçün əlverişlidir
 
✓ Aşağı qiymətli məhsulların uzaq məsafələrə daşınması üçün əlverişlidir
 
✓ Daşıma imkanları çox yüksəkdir
 
✓ Əməliyyat xərcləri dəmiryolu və avtomobildən daha ucuzdur.
Hava yolu
 
✓ Sürətlidir
 
✓ Bahadır
 
✓ Etibarlıdır
NƏQLİYYAT SƏNƏDLƏRİ
Nəqliyyat qaiməsi (Waybill)
 –Bu sənəddə malların təsviri, malgöndərən və mal alanın məlumatları, 
malların göndərilmə və təyinat məntəqələri, malların daşınma şərtləri və digər məlumatlar öz əksini 
tapır. Nəqliyyat qaiməsi ən vacib nəqliyyat sənədi hesab edilir. Adətən bu sənədin 3 əsli tərtib olunur və 
malın ölkədən çıxarılması üçün onun əsli tələb olunur.
Konosament  (Bill of Lading
) - Malları daşıyanın malgöndərənə verdiyi yükün qəbul edilməsi 
haqqında və mal alana təhvil vermək öhdəliyini əks etdirən sənəddir. Konosamentin xüsusiyyətlərindən 
aşağıdakıları qeyd etmək olar:
 
✓ Hüquqi sənəddir, həm mal göndərənin, həm də daşıyıcının öhdəliklərini müəyyənləşdirir
 
✓ Malları aldıqdan sonra daşıyıcı konosamenti imzalayır və malgöndərənə verir, bu sənəd malların 
daşınma üçün qəbul edildiyini bildirir
 
✓ Müxtəlif növləri 
Əlavə 8-1
Nəqliyyat qaiməsinin nümunəsi
Əlavə 8-2
Konosament nümunəsi


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə