Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə60/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   54   55   56   57   58   59   60   61   62

189
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Beynəlxalq  ticarətin  maliyyələşdirilməsi          
göndərilməsi zamanı bu mallara aid bütün məlumatlar əks olunmaqla mövcud olan polisə uyğun yeni 
sığorta sertifikatı hazırlanır. 
TİCARƏT VƏ GÖMRÜK SƏNƏDLƏRİ
Ticarət hesab fakturası 
Bu sənəd ən vacib ixrac sənədi hesab edilir. Ticarət hesab fakturası özündə 
mallar, onların göndərilmə və ödəmə şərtləri və s. məlumatları əks etdirir. (Əlavə 9-3)
Bu məlumatlara aşağıdakılar daxildir:
 
✓ Mal göndərənin və idxalçının adı və ünvanı
 
✓ Malların təsviri
 
✓ Malların keyfiyyəti
 
✓ Malların kəmiyyəti
 
✓ İdxalçı tərəfindən ödəniləcək məbləğ
 
✓ Malların göndərilmə şərtləri (İnkoterms)
 
✓ Malların daşınması ilə bağlı məlumatlar
 
✓ Mal göndərənin imzası 
Mənşə sertifikatı 
malların istehsal edildiyi ölkə və ya ölkələri bildirən bir sənəddir. Bu sənədi adətən 
istehsalçı ölkənin Ticarət Palatası və ya digər beynəlxalq müstəqil təşkilat təsdiqləyir. 
Kəmiyyət və keyfiyyət sertifikatı  
adətən bir-birini yaxşı tanımayan tərəflərin ticarət əməliyyatı zamanı 
və ya bir sıra şirkətlərin ticarət siyasətinə əsasən tələb oluna bilər. Bu sənəd əsasən idxalçı tərəfindən 
tələb olunur və onu alacağı malların keyfiyyətinin və kəmiyyətinin mal göndərən ilə razılaşdığı şərtlərə 
uyğun olmamasından sığortalayır.
Beynəlxalq ticarətdə ödəmə üsulları
Beynəlxalq ticarətdə əsas ödəmə üsullarını aşağıdakı kimi ümumiləşdirmək olar: 
Qabaqcadan ödənişlər
  – bu halda idxalçı alacağı malların pulunu qabaqcadan satıcının hesabına 
ödəyir. Bu ödəmə vasitəsi mallarını ixrac edən tərəf üçün ideal haldır. Belə ki, bu halda o ödəmə ilə bağlı 
demək olar risk etmir, əgər ödəniş olunmursa, o da mallarını göndərmir. 
Açıq hesab
 – mal göndərən malları ilə birlikdə idxalçıya hesab faktura göndərir və idxalçı müqavilə 
razılaşdırılmış müddət ərzində pulunu satıcıya ödəyir. Bu ödəniş üsulu mallarını satan şirkət üçün 
böyük riskdir və adətən bu üsuldan yalnız idxalçını yaxşı tanıyan satıcılar istifadə edirlər.  
Beynəlxalq çek
 – onu verən hesab sahibinin öz bankına verdiyi, çekdə göstərilən məbləğin ödənilməsi 
haqqında yazılı tapşırıqdır. Çek əsasında ödənişlər həm nağd formada, həm də hesabdan hesaba üsulu 
ilə ödənilə bilər. Çeklər adlı və təqdim edənə olmaqla iki növə bölünür. Adından da göründüyü kimi, 
adlı çeklərdə pulu alacaq şəxsin və ya təşkilatın (mal satanın) adı tam olaraq göstərilir və pulu almaq 
üçün satıcı və ya onun nümayəndəsi müvafiq sənədlər təqdim etməlidir. Ona görə də beynəlxalq 
ticarətdə əsasən adsız çeklərdən istifadə olunur. Bu halda çek vasitəsi ilə ödəniş alan tərəf çekdən pulları 
öz bankı vasitəsi ilə inkasso edə bilər. 


190
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Beynəlxalq ticarətin maliyyələşdirilməsi          
Veksel (Promissory note) 
– onu verənin (tərtib edənin) onun sahibinə (onu əlində tutana) vekseldə 
göstərilən məbləği müəyyən tarixdə şərtsiz ödəmək haqqında öhdəliyidir. Beynəlxalq ticarətin 
maliyyələşməsində veksellərdən satıcının satdığı malların pulunu gələcəkdə müəyyən bir tarixdə 
alacağını idxalçı ilə razılaşdırdığı halda istifadə olunur. Başqa sözlə Veksel idxalçının mal göndərənə 
borcunu ifadə və təsdiq edən sənəddir. Satıcı sonradan bu vekseli banklara və digər maliyyə qurumlarına 
sata və ya ondan girov kimi istifadə edə bilər. Lakin bunun üçün vekseli verən təşkilatın tanınmış və 
ödəmə qabiliyyətli olması vacibdir. Əks halda veksel yalnız borcu ifadə edən sənəd olaraq beynəlxalq 
məhkəmə, arbitraj və s. bu kimi qurumlarda istifadə oluna bilər. 
Beynəlxalq vekselin əsas xüsusiyyətləri:
 
✓ Vekseldə göstərilən borc heç bir ticarət əməliyyatı ilə əlaqələndirilməməli və öhdəliyin şərtsiz 
olduğu ifadə edilməlidir
 
✓ Veksel hər zaman ödəmə öhdəliyidir və mallar və ya xidmətlər ilə ifadə edilməməlidir 
 
✓ Veksel yalnız yazılı formada olan sənəddir, təni onun qeyri-nağd forması olmur
 
✓ Beynəlxalq Konvensiyaya əsasən vekselin aşağıdakı mütləq rekvizitləri olmaılıdır:
 
✓ Veksel sözü – həm sənədin adında həm də yazı hissəsində ifadə olunmalıdır
 
✓ Vekselin məbləği və valyutası (rəqəmlə və sözlə)
 
✓ Veksel ilə borclu haqqında məlumat
 
✓ Veksel ilə borc verən haqqında məlumat
 
✓ Ödənişin yeri
 
✓ Ödənişin tarixi
 
✓ Vekselin təqdim olunma yeri və tarixi
 
✓ Vekseli verənin (borclunun) imzası
Veksel üzrə vəsait alacaq tərəf özünün bu haqqını üçüncü tərəfə də ötürə bilər. Bu halda vekselin 
arxasında (və ya əlavə vərəqdə) xüsusi qeyd aparılır. Buna indossament deyilir.
Vekselin müxtəlif növləri vardır. Bunlardan beynəlxalq ticarətdə istifadə olunan aşağıdakı əsas növləri 
misal göstərmək olar:
 
✓ Sadə veksel
 
✓ Ötürülən veksel
 
✓ Əmtəə vekseli
 
✓ Maliyyə vekseli və s.
Inkasso (Collection)
İnkasso elə bir hesablaşma növüdür ki, burada satıcı öz bankına satdığı mallar və göstərdiyi xidmətlər 
üçün xaricdə olan alıcıdan pullarının alınması məqsədilə tapşırıq (inkasso tapşırığı) verir. Burada mal 
göndərən öz bankına onun xaricdəki pulunun alınmasında inkasso edən nümayəndə kimi çıxış etməsi 
üçün müraciət edir. İnkasso, Beynəlxalq Ticarət Palatası tərəfindən təsdiq edilmiş «İnkasso haqqında 
ümumi qaydalarla» tənzimlənir. İnkassolar sənədli və təmiz inkasso olmaqla iki növə bölünürlər:
Təmiz inkasso
 heç bir mallara və xidmətlərə aid olmayıb, yalnız veksel, çek və s. kimi maliyyə alətləri 
ilə bağlıdır. Burada satıcı bankına hər hansı maliyyə aləti əsasında onun xaricdəki pulunun alınmasında 
inkasso edən nümayəndə kimi çıxış etməsi üçün müraciət edir. Bu halda alıcı ilə satıcının arasında 
bağlanmış müqavilə və ya malların göndərilməsi ilə bağlı hər hansı bir sənəd tələb olunmur. 


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə