Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə59/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   54   55   56   57   58   59   60   61   62

187
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Beynəlxalq  ticarətin  maliyyələşdirilməsi          
ticarətlə məşğul olan şirkətlər belə bir suala cavab verməli olurlar: Bankdan krediti hansı valyutada 
götürmək daha əlverişlidir?
Əgər söhbət valyuta risklərinin sığortalanmasından gedirsə, burada ekspertlər idxalçı üçün yerli 
valyutada maliyyələşməyin daha əlverişli olduğunu deyirlər. Belə ki, idxalçı gətirdiyi malları ölkə 
daxilində yerli valyutaya satacaqdır. Bu halda idxalçı öz valyuta riskini aradan qaldırmış olur. Əgər 
idxalçı əksinə xarici valyutada kredit alsa, ölkə daxilində malları yerli valyutada satdığına görə hər 
zaman gəlirləri yerli valyutada olacaq və o kredit müddəti bitənə qədər valyuta riski ilə qarşılaşacaqdır. 
Doğrudur, əgər kredit müddəti bitənə qədər yerli valyuta möhkəmlənərsə, idxalçının gəlirləri daha 
artıq ola bilər. Lakin nəzərə almaq lazımdır ki, idxalçı şirkətlər valyuta məzənnələrinin dəyişməsindən 
deyil, idxal əməliyyatlarından gəlir götürməyi planlaşdırırlar. Bundan başqa bu və ya digər  valyutaların 
məzənnələrinin gələcəkdə necə dəyişəcəyini proqnozlaşdırmaq demək olar ki, mümkün deyil.
İxrac əməliyyatlarının maliyyələşdirilməsi
Mal və xidmətlər ixrac edən şirkətlər də bəzən öz biznes dövriyyəsini gücləndirmək və ixracı 
maliyyələşdirmək üçün bankdan kredit almaq məcburiyyətində qalırlar. Bu halda yenə mal ixrac edən 
şirkətin qarşısında belə bir sual durur: Krediti hansı valyuta götürmək daha əlverişlidir?
Əgər şirkət ixrac etdiyi malların ödənişini xarici valyutada və müəyyən bir müddətdən sonra alacaqdırsa, 
bu müddət ərzində həmin valyutanın yerli valyutaya olan nisbəti böyük ehtimalla dəyişəcəkdir. Lakin 
şirkət bu dəyişmədən gəlir əldə edəcəyini və ya ziyan uğrayacağını qabaqcadan müəyyənləşdirə bilməz. 
Ona görə də ekspertlər hesab edirlər ki, mallarını ixrac edərək vəsaitlərini müəyyən bir müddətdən sonra 
alan şirkət öz valyuta risklərini aradan qaldırmaq üçün öz bankından krediti məhz xarici tərəfdaşından 
alacağı xarici valyutada almalıdır. Beləliklə o, valyuta riskini aradan qaldırmış olur.
Forvard Valyuta Müqaviləsi (Currency Forward Contract)
Beynəlxalq ticarətlə məşğul olan şirkətlər bəzən gələcək zamanda alacaqları və ya ödəyəcəkləri valyutanı 
hansı qiymətdən alıb-satacaqlarını əvvəlcədən müəyyənləşdirmək istəyirlər. Məsələn, hesab edək ki, 
mallarını ixrac edən şirkətin artıq banka yerli valyutada kredit borcu var. Eyni zamanda şirkət xarici 
tərəfdaşından 3 aydan sonra 100 000 ABŞ dolları məbləğində vəsait alacaqdır. Lakin bu müddət ərzində 
yerli valyutanın ABŞ dollarına qarşı məzənnəsinin necə dəyişəcəyi məlum deyildir. Belə hallarda banklar 
öz müştərilərinə xarici valyutanın gələcəkdə, lakin qabaqcadan müəyyən edilmiş qiymət üzərindən 
alınması ilə bağlı təklif verirlər. Belə təklif forvard valyuta müqaviləsi adlanır. Əgər tərif kimi ifadə etsək...
Forvard valyuta müqaviləsi - xarici valyutanın gələcəkdə, qabaqcadan 
müəyyən edilmiş qiymət üzərindən alınıb-satılmasıdır.
Burada qeyd etmək lazımdır ki, belə müqavilələrin şərtləri hər iki tərəf üçün məcburidir. Yəni 
gələcəkdə xarici valyutanın məzənnəsinin necə dəyişməsindən asılı olmayaraq hər iki tərəf razılaşdığı 
qiymət üzərindən bu əməliyyatı həyata keçirməli və ya qarşı tərəfin ziyanını ödəməlidir. 
Valyuta Opsionu (Currency Option) 
Valyuta opsionu eyni ilə Forvard valyuta müqaviləsinin təkrarıdır. Lakin burada belə müqaviləni alan 
tərəf (yəni bankın müştərisi) müqavilənin şərtlərini yerinə yetirməyə məcbur deyil. Burada bankın 
müştərisi xarici valyutanı gələcəkdə müəyyən bir zamanda qabaqcadan razılaşdırılmış qiymət üzərindən 
alıb-satmaq hüququnu əldə edir. 


188
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Beynəlxalq ticarətin maliyyələşdirilməsi          
Azərbaycan Respublikasının Vergi Məcəlləsində Forvard və Opsion haqqında maddələrin olmasına 
baxmayaraq bu maliyyə alətləri ölkəmizdə demək olar ki, istifadə olunmur. Onu da qeyd etmək 
lazımdır ki, beynəlxalq ticarətlə məşğul olan iş adamları öz fəaliyyətləri zamanı valyuta riskini 
sığortalamadıqlarına görə bir çox hallarda itkilərə məruz qalmaqda davam edirlər.
Beynəlxalq ticarətdə istifadə olunan sənədlər
Beynəlxalq ticarətdə istifadə olunan sənədlər adətən alıcıya birbaşa deyil, nəqliyyat şirkətlərinin vasitəsi 
ilə göndərilir. İdxalçı malları yalnız ona məxsusluğunu təsdiq edən sənədlər əsasında ala bilər. Beynəlxalq 
ticarətdə istifadə olunan sənədlər müxtəlif və bəzən də mürəkkəb olur. Ona görə də beynəlxalq ticarətlə 
məşğul olan iş adamı bu sənədləri yaxşı bilməli və onların qaydasında olmasına diqqət yetirməlidir. 
Bu sənədləri 3 qrupa ayırmaq mümkündür:
 
✓ Nəqliyyat sənədləri
 
✓ Sığorta sənədləri
 
✓ Ticarət və gömrük sənədləri.
NƏQLİYYAT SƏNƏDLƏRİ
Nəqliyyat qaiməsi 
ən vacib nəqliyyat sənədi hesab edilir. Bu sənəd həm də malların daşınması hüququnu 
verən sənəddir. Adətən bu sənədin 3 əsli tərtib olunur və malın ölkədən çıxarılması üçün onun əsli tələb 
olunur.
Hava yol qaiməsi 
adından da göründüyü kimi malların hava yolu ilə daşınması zamanı avia şirkətlər 
tərəfindən istifadə olunur. Bu sənəd mallara mülkiyyət hüququ vermədiyi üçün malların göndərilməsi 
zamanı nəqliyyat sənədi ilə birlikdə tərtib olunur. 
Konosament 
malların su yolu ilə daşınması zamanı istifadə olunur. Konosament mallara mülkiyyət 
hüququnu təsdiq edən sənəd hesab olunur. Bu sənəddə daşıyıcı şirkətin adı, sənədin verilmə tarixi
malların təsviri, gəminin adı, malların göndərilmə və təyinat limanları və s. məlumatlar öz əksini 
tapmalıdır. Konosamentin müxtəlif növləri vardır.
Dəmiryol qaiməsi 
malların dəmiryolu vasitəsi ilə göndərilməsi zamanı istifadə olunur. Bu sənəddə mal 
göndərənin və idxalçının adı, malların təsviri və digər məlumatlar öz əksini tapır. Beynəlxalq ticarətdə 
malların göndərilmə vasitələrindən asılı olaraq poçt qəbzi və s kimi sənədlərdən də istifadə olunur.
SIĞORTA SƏNƏDLƏRİ
Sığorta sertifikatı 
malların bir nəqliyyat vasitəsi ilə daşınması zamanı sığortanın şərtlərini ifadə edir. Bu 
şərtlər adətən sığortalanmış riskləri, sığortanın məbləğini, sığorta müddətini və s. kimi məqamları 
əks etdirir. Sığorta məbləği malların hesab faktura dəyərinin ən az 110%-i məbləğində olmalıdır 
(Əlavə 9-2).
Sığorta polisi 
adətən malların mütəmadi qaydada göndərilməsi zamanı verilir. Sığorta polisi 
razılaşdırılmış müddətdə və şərtlərlə olan bütün riskləri sığortalayır. Bundan başqa hər bir yeni mal 


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə