Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə61/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   54   55   56   57   58   59   60   61   62

191
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Beynəlxalq  ticarətin  maliyyələşdirilməsi          
Sənədli İnkasso
 zamanı Satıcı satdığı mallar qarşılığında pulunun alınması üçün öz bankına inkasso 
edən nümayəndə kimi çıxış etməsi üçün müraciət edir və ödəmə tələbnaməsi verir. Ödəmə tələbnaməsi 
göndərilən mallara aid sənədlərlə müşayiət olunur. Sənədli inkasso əməliyyatının əsas mərhələləri 
aşağıdakılardır:
 
✓ Satıcı alıcı ilə razılaşdırdığı şərtlər əsasında malları alıcıya göndərir
 
✓ Satıcı malların göndərilməsi ilə bağlı sənədləri toplayıb inkasso tapşırığı ilə birlikdə bankına 
təqdim edir
 
✓ Satıcının bankı tələbnaməni malların göndərilməsinə aid sənədlərlə birlikdə alıcının bankına 
göndərir
 
✓ Alıcının bankı öz müştərisini (alıcını) inkasso tələbnaməsi və göndərilən sənədlərlə tanış edir
 
✓ Alıcı sənədlərlə tanış olduqdan və malların müqaviləyə uyğun surətdə göndərilməsindən əmin 
olduqdan sonra öz bankına ödəniş haqqında sərəncam verir
 
✓ Alıcının bankı ödəniş haqqında sərəncamı aldıqdan sonra sənədləri alıcıya ötürür
 
✓ Alıcı sənədlər əsasında mallarını almağa gedir
Sənədli inkassonun əsas iki ödəmə şəkli vardır:
 
✓ ödəmə qarşılığında sənədlər (Documents against payment )
 
✓ aksept qarşılığında sənədlər (möhlətli ödəniş) (Documents against acceptance) Bu halda inkasso 
tələbnaməsi, malların göndərilməsi ilə bağlı olan sənədlər yanaşı, idxalçının borcunu ifadə edən 
maliyyə sənədləri də təqdim olunmalıdır.
Sənədli Akkreditiv (Letter of Credit)
Sənədli akkreditiv onun benefisiarına (akkreditiv alana, yəni mal satana) akkreditivdə göstərilən 
şərtlərin yerinə yetirilməsindən sonra ödəniş haqqında yazılı bank zəmanətidir.
Sənədli akkreditiv, alqı-satqı haqqında müqavilələrdən və ya əsaslandıqları digər sənədlərdən asılı 
olmayan ayrıca bir bank əməliyyatıdır (Əlavə 9-1 və 9-4).
Akkreditiv əməliyyatlarının əsas mərhələləri aşağıdakılardır:
1
Alıcı və satıcı malların müəyyən edilmiş şərtlərlə alınması haqqında razılığa gələrək müqavilə 
imzalayırlar. Bu müqavilədə ödənişin akkreditiv vasitəsi ilə həyata keçirilməsi mütləq göstərilməlidir;
2
Alıcı akkreditivin açılması üçün öz bankına müraciət edir, akkreditiv üçün ərizə formasını 
müqavilənin şərtlərinə uyğun olaraq doldurur və təqdim olunacaq sənədlərin siyahısını göstərir;
3
Alıcının bankı akkreditiv ərizəsi əsasında xüsusi şifrə ilə təmin edilmiş akkreditiv məktubunu 
alıcının ərizəsi əsasında doldurur və SWIFT sistemi və ya teleks sistemi vasitəsi ilə satıcının bankına 
        göndərir;
4
Satıcının bankı akkreditiv məktubu haqqında satıcıya yazılı məlumat verir;
5
Satıcı akkreditivin şərtlərinin alıcı ilə bağladığı müqavilənin şərtlərinə uyğun olduğundan əmin 
olduqdan və banka akkreditivi qəbul etdiyi haqqında yazılı məlumat verdikdən sonra mallarını 
        alıcıya göndərir;


192
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Beynəlxalq ticarətin maliyyələşdirilməsi          
6
Satıcı malların göndərilməsinə aid lazım olan sənədləri toplayaraq öz bankına təqdim edir;
7
Satıcının bankı sənədlərin akkreditivin şərtlərinə uyğunluğunu yoxladıqdan sonra onları alıcının 
bankına göndərir;
8
Alıcının bankı sənədlərin akkreditiv şərtlərinə uyğunluğunu yoxlayır, əgər sənədlər bu şərtlərə 
cavab verirsə, akkreditiv üzrə vəsaitləri satıcıya ödəyir, sənədləri isə alıcıya təqdim edir.
Akkreditivin iş prinsipi
MalÕQ[LGPԥtin
satÕcÕsÕ
MalÕQ[LGPԥtin
alÕcÕsÕ
SatÕcÕnÕQ %DQNÕ
AlÕcÕnÕQ %DQNÕ
TԥVGLTOԥyԥQ %DQN
Sənədli akkreditiv həm ödənişin sənədləri təqdim etdikdən dərhal sonra aparılmasına, həm də gələcəkdə 
müəyyən bir tarixdə (möhlətli ödənişlə) aparılmasına imkan verir.
ödəmə qarşılığında sənədlər
möhlətli ödəniş
Öz mənşəyinə görə akkreditivlər bir neçə növə bölünür, və bunlar Beynəlxalq Ticarət Palatasının təsdiq etdiyi 
«Sənədli akkreditivlərin tətbiqi və ümumi qaydaları» (UCP-600) ilə tənzimlənir.
Geri çağırıla bilməyən sənədli akkreditiv
 (Irrevocable Letter of Credit) – Müddəti bitənə qədər mal 
alan tərəfindən geri çağırıla bilməyən akkreditivdir.
Yeni UCP-600 qaydalarına əsasən bütün akkreditivlər geri çağırıla bilməyən hesab edilir.
Təsdiq edilmiş sənədli akkreditiv (Confirmed Letter of Credit) 
Akkreditivi açan bankın zəmanətinə əlavə olaraq, satıcının bankının və ya digər bir bankın öz təsdiqini 
verməsi halında akkreditiv təsdiq edilmiş akkreditiv adlanır.
Təsdiq edilməmiş sənədli akkreditiv (Unconfirmed Letter of Credit) 
Bu halda akkreditivin ödənilməsinə görə yalnız akkreditivi açan bank məsuliyyət daşıyır.
Revolver (bölünə bilən) sənədli akkreditiv (Revolving Letter of Credit)
Bu akkreditiv bərabər hissələrə bölünərək, əlavə düzəliş olmadan bir neçə dəfə təkrarlana bilər.
Təsdiqləyən bank
Satıcının Bankı
Malın/xidmətin
satıcısı
Malın/xidmətin
alıcısı
Alıcının Bankı


193
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Beynəlxalq  ticarətin  maliyyələşdirilməsi          
Qarşılıqlı sənədli akkreditiv (Back to back Letter of Credit)
Alınmış hər hansı bir akkreditivi təminat kimi qəbul edərək bank tərəfindən açılan ikinci akkreditivə 
qarşılıqlı akkreditiv deyilir.
Transferabel (üçüncü tərəfə ötürülə bilən) (Transferable Letter of Credit)
Bu növ akkreditiv, Satıcıya qəbul etdiyi akkreditivin bir və ya bir neçə hissəsini digər satıcılara yönəltmək 
imkanı verir.
Qırmızı şərtli akkreditiv (Red Clause Letter of Credit)
Satıcıya mal göndərmək üçün qəbul etdiyi akkreditivin bir hissəsindən qabaqcadan istifadə etmək 
hüququ verir. 
«Stand by» tipli akkreditiv (Standby Letter of Credit)
Bu tipli akkreditiv ya açılmış digər bir akkreditivi sığortalamaq üçün və ya «açıq hesabla» ödənişin 
sığortalanması üçün istifadə edilir. Bu akkreditivi alan tərəf, ödənişi yalnız qarşı tərəfin öhdəliklərini 
yerinə yetirmədiyi təqdirdə tələb edə bilər. 
Akkreditiv hesablaşmalarının əsas üstünlükləri aşağıdakılardır:
İxracatçı üçün:
 
✓ Müqavilə dəyərinin ödənilməsinə əlavə zəmanət
 
✓ İxracat gəlirinin vaxtında alınmasının təmin olunması
 
✓ Akkreditiv şərtlərinə tam cavab verən malın göndərilməsini təsdiq edən sənədlərin banka təqdim 
olunması ilə vəsaitlərin alınması demək olar ki, təmin olunmuşdur
 
✓ Əməliyyat Beynəlxalq ticarət palatasının hazırladığı qaydalarla tənzimlənir və s.
İdxalçı üçün:
 
✓ Avans ödənişinin olmaması
 
✓ Vəsaitlərin satıcının hesabına köçürülməsi yalnız akkreditivin şərtləri yerinə yetirildikdən və 
sənədlər lazımı qaydada banka təqdim edildikdən sonra həyata keçirilir
 
✓ Alıcı ödəmənin akkreditiv üzrə yerinə yetirilməsinə təminat verərək malların daha məqbul 
şərtlərlə çatdırılmasına nail ola bilər
 
✓ Beynəlxalq müqavilənin ödəmə şərtlərinə aid hissəsinin hazırlanmasında bank əməkdaşlarının 
təcrübəsindən yararlanmaq imkanı
 
✓ Möhlətli ödəniş ilə təmin olunan akkreditiv əmtəə kreditinin ixracatçıdan alınmasına imkan 
yaradır və s.
BANK ZƏMANƏTLƏRİ 
Beynəlxalq Bank zəmanəti (International Bank guarantee)
 – bankın xaricdə olan tərəf qarşısında, 
onun yazılı tələbinə əsasən və ya zəmanət məktubunda göstərilən sənədlərin təqdim olunması 
qarşılığında yazılı ödəmə zəmanətidir. 
Zəmanətlərin əsas növləri aşağıdakılardır: 
 
✓ Təklif zəmanəti (iştirak zəmanəti)
 
✓ Kontrakt zəmanəti (yerinə yetirmə)
 
✓ Avans ödənişi zəmanəti 
 
✓ Keyfiyyət zəmanəti (malın alınmasından sonra müəyyən müddətə qədər verilir)
 
✓ Gömrük zəmanəti və s.


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə