Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə58/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   54   55   56   57   58   59   60   61   62

177
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Daşınma və logistika
Konosamentin müxtəlif növləri və formaları vardır ki, bunlardan da bəzilərinin xüsusiyyətləri aşağıda 
əks olunmuşdur:
Şərtli konosament (Claused Bill of Lading)
 – bu sənəddə malların zədələnməsi və qablaşdırılması 
haqqında məlumat olur
Dövlət konosamenti (Government Bill of Lading)
 – dövlət orqanlarının yüklərinin daşınması 
zamanı verilir
Ötürülən konosament (Negotiable Bill of Lading)
 – bu konosament mal alanın tələbi ilə hazırlanır 
və adlı və təqdim edənə olmaqla üçüncü tərəflərə ötürülə bilər
Daşıma üçün hesab  (Freight Bill)
Əsas sənədlərdən biridir
Malların daşınması üçün hesabdır, daşıyıcı tərəfindən ödənişin edilməsi üçün təqdim olunur. 
Daşınma ilə bağlı bütün xərclər, şərtlər və tələblər adətən burada əks olunur
Hava yol qaiməsi 
adından da göründüyü kimi malların hava yolu ilə daşınması zamanı avia şirkətlər 
tərəfindən istifadə olunur. Bu sənəd mallara mülkiyyət hüququ vermədiyi üçün malların göndərilməsi 
zamanı nəqliyyat sənədi ilə birlikdə tərtib olunur. 
Dəmiryol qaiməsi 
malların dəmiryolu vasitəsi ilə göndərilməsi zamanı istifadə olunur. Bu sənəddə mal 
göndərənin və idxalçının adı, malların təsviri və digər məlumatlar öz əksini tapır. Beynəlxalq ticarətdə 
malların göndərilmə vasitələrindən asılı olaraq poçt qəbzi və s kimi sənədlərdən də istifadə olunur.
Əlavə 8-3
Hava yol qaiməsinin nümunəsi
Əlavə 8-4
Dəmiryol qaiməsinin nümunəsi


178
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Daşınma və logistika
Nəqliyyat qaiməsinin nümunəsi
Əlavə 8-1


179
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Daşınma və logistika
Əlavə 8-2
Konosament nümunəsi
(Blank – Üz səhifə)


180
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Daşınma və logistika
Əlavə 8-3
Hava nəqliyyat qaiməsinin nümunəsi
(Doldurulmuş)


181
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Daşınma və logistika
Əlavə 8-4
Dəmiryol qaiməsinin nümunəsi
(Doldurulmuş)



MODUL IX 



185
Beynəlxalq  ticarətin  maliyyələşdirilməsi          
MODUL IX. BEYNƏLXALQ TİCARƏTİN 
                                  MALİYYƏLƏŞDİRİLMƏSİ          
Beynəlxalq ticarət biznesin çətin sahələrindən hesab edilir. Bu sahə ilə məşğul olan iş adamları və 
onları maliyyələşdirən təşkilatlar, müəssisə və şirkətləri öz fəaliyyətləri zamanı hansı risklərlə qarşılaşa 
biləcəyini yaxşı anlamalıdırlar. 
Əvvəlcə gəlin şirkətlərin beynəlxalq ticarətə nə zaman müraciət etdiklərinə nəzər salaq. Bunun üçün 
nümunə olaraq hər hansı bir istehsal şirkətinin biznes fəaliyyətinin əsas mərhələlərinə nəzər salaq. Şərti 
olaraq istehsal şirkətinin biznes fəaliyyətini aşağıdakı əsas mərhələlərə bölmək olar:
 
✓ Nağd vəsait
 
✓ Xammal və materialların əldə edilməsi 
 
✓ İstehsal 
 
✓ Tələbat (satış)
 
✓ Satışdan ödəmələrin toplanması
      
   
Na÷G
vԥsait
;DPPDO Yԥ
materiallarÕQ
ԥOGԥ HGLOPԥsi
øIstehsal
TԥlԥEDW
(satÕú)
SatÕúGDQ
öGԥmԥlԥULQ
toplanmasÕ
Na÷G
vԥsait
;DPPDO Yԥ
materiallarÕQ
ԥOGԥ HGLOPԥsi
øIstehsal
TԥlԥEDW
(satÕú)
SatÕúGDQ
öGԥmԥlԥULQ
toplanmasÕ
Əgər biznes mərhələlərinə nəzər salsaq görərik ki, istehsalçı müəssisələrin iki mərhələdə beynəlxalq 
ticarətlə məşğul olmaq ehtimalı var. Birincisi - əgər istehsalçı istehsalında istifadə etdiyi xammal və 
materialları xarici ölkələrdən idxal edərsə. İkincisi - əgər istehsalçı öz məhsullarını xaricə ixrac edərsə. 
Ümumiyyətlə idxal-ixrac əməliyyatları ilə ticarət şirkətləri, idxalçı şirkətlər, xarici təşkilatların filial və 
nümayəndəlikləri və s. təşkilatlar da məşğul olurlar. Beynəlxalq ticarət həm satıcı, həm də alıcı üçün 
problemlər yaradır. Lakin satıcının riskləri daha çox olur. Belə ki, satıcı yalnız alıcının maliyyə vəziyyətini 
Nəğd 
vəsait
Xammal və 
materialların
əldə edilməsi
Təlabat
(satış)
İstehsal
Satışdan
ödəmələrin
toplanması


186
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Beynəlxalq ticarətin maliyyələşdirilməsi          
deyil, eyni zamanda alıcının ölkəsinin risklərini, alqı-satqı əməliyyatına cəlb olunmuş digər tərəflərin 
(məsələn banklar və ya sığorta şirkətləri) də risklərini nəzərə almalıdırlar.
Beynəlxalq ticarətdə risklər aşağıdakı əlavə faktorlara görə artır:
Qanunlar, gömrük və ənənələr
İdxalçı və ixracatçı beynəlxalq ticarətin iştirakçıları olduqda, onlar müxtəlif ölkələrin qanunları, gömrük 
proseduraları və hətta dil problemləri ilə qarşılaşırlar.
Ölkələr arasında məsafə və ləngimələr
Beynəlxalq ticarətdə bağlanan müqavilələr çox vaxt yerli müqavilələrə nisbətən daha böyük məbləğdə 
bağlanır. Alıcının və satıcının ölkələri arasında olan məsafələrə görə, malın göndərilməsi üçün daha çox 
zaman tələb olunur ki, bu da malın korlanması və ya xarab olması riskini, beləliklə də malın pulunun 
ödənilməməsi riskini artırır. 
Dövlət qanunları
İdxalçı və ixracatçı işlədikləri dövlətlərin qanunlarına görə müxtəlif problemlərlə qarşılaşa bilərlər: 
Mərkəzi bankların valyuta nəzarəti qaydaları
İdxal kvotaları
Ticarət embarqoları, qara siyahılar
İdxal gömrük rüsumları və s.
Valyuta riskləri
Beynəlxalq ticarətdə satıcı çox vaxt malını xarici valyutaya satmalı olur. Əgər müqavilədə göstərilmiş 
valyutanın qiyməti malın satıldığı və ödənişin alındığı müddətdə aşağı düşərsə, bu zaman satıcı ticarət 
əməliyyatından əldə edəcəyi gəlirin bir hissəsini və ya hamısını itirə bilər. 
Ödəmə riski
Beynəlxalq ticarət müxtəlif ölkələrdə yerləşən iki subyektin arasında baş verir və bəzən onlar bir-biri 
ilə tanış olmayan şirkətlər olur. Belə hallarda heç bir tərəf risk etmək istəmir. Satıcı pulunu qabaqcadan 
almaq istəyir, alıcı isə əvvəl malları almaq istəyir, yəni heç kəs ödəmə riskini öz üzərinə götürmək istəmir. 
Ölkə riski
Bəzən satıcı xaricə satdığı mallar / xidmətlər üçün vəsaitlərini alıcının ölkəsindəki valyuta tənzimləmə 
rejiminə və ya dövlət tərəfindən tətbiq olunan digər məhdudiyyətlərinə görə ala bilmir və s.
Gəlin beynəlxalq ticarətin maliyyələşməsi zamanı istifadə olunan bəzi maliyyə alətləri haqqında daha 
ətraflı nəzər salaq.
Valyuta riskinin sığortalanması üsulları və alətləri
Şirkətlər beynəlxalq ticarətlə məşğul olduqda hər zaman xarici valyuta ilə işləməyə məcbur olurlar. 
Xarici valyuta ilə yerli valyutanın zaman ərzində məzənnələrinin dəyişdiyini nəzərə alsaq, şirkətlərin 
belə hallarda valyuta riski ilə qarşılaşdığını söyləmək mümkündür. Şirkətlər hər zaman valyuta riskini 
azaltmaq və ya aradan qaldırmaq üçün vasitələr axtarırlar. Aşağıda valyuta riskinin sığortalanması üçün 
istifadə olunan bəzi metod və maliyyə alətləri haqqında daha ətraflı məlumat verilmişdir.
İdxalçının maliyyələşdirilməsi
Bəzən idxalçı şirkətlər mal və xidmətlərin alınması üçün bank kreditlərindən istifadə edirlər. Beynəlxalq 


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə