10
Baş Gömrük İdarəsinin vəzifələrinə aşağıdakılar daxil idi:
1) gömrük orqanlarının fəaliyyətinin təşkili və idarə edilməsi;
2) gömrük işi ilə əlaqədar beynəlxalq müqavilələr və konvensiyaların
hazırlanmasında iştirak etmək;
3) gömrük tarifinin hazırlanması;
4) qaçaqmalçılığa qarşı mübarizə tədbirlərini hazırlamaq və həyata keçirmək;
5) gömrüklə əlaqədar bütün qanun və təlimatların icrasına nəzarət;
6) gömrük statistikasının aparılması.
1929-cu ildən gömrükxanaların fəaliyyəti Mərkəzi İcraiyyə Komitəsinin və Xalq
Komissarları Şurasının 19 dekabr 1928-ci il tarixli müvafiq qərarı ilə tənzimləndi və əsas
məsələlər kimi aşağıdakılar nəzərdə tutulurdu:
a) sərhədi keçən sərnişinlərin, baqajların, yüklərin və nəqliyyat vasitələrinin
müayinəsi və onların buraxılması;
b) xarici ticarət inhisarçılığı haqqında qanunun yerinə yetirilməsinə faktiki
nəzarət;
c) qaçaqmalçılığın müəyyən edilməsi və tutulması; qaçaqmalçılıq barədə işlərin
həll edilməsi;
ç) yük və sərnişinlərin dövlət sərhədini keçdiyi anda gömrük rüsum və
yığımlarının hesablanması və tutulması.
1946-cı ilin əvvəlində Bakı gömrükxanasının strukturu genişləndirildi və
aşağıdakı kimi oldu:
1) Ümumi şöbə;
2) Mühasibat;
3) Məhkəmə - müsadirə şöbəsi;
4) Yük şöbəsi; 5) Poçt sərnişin şöbəsi;
6) Gəmi şöbəsi.
1955-ci ildə gəmi və yük şöbələri birləşdirilərək, vahid gəmi-yük şöbəsi oldu,
məhkəmə - müsadirə şöbəsi isə bəzi funksiyalarını itirərək, qaçaqmalçılığa qarşı
mübarizə qrupuna çevrildi. 1956-88-ci illərdə də Bakı gömrükxanasının strukturunda,
funksiyalarında, adında və tabeçiliyində bir sıra dəyişikliklər baş vermişdir.
11
5 may 1964-cü ildə SSRİ Ali Soveti Rəyasət heyətinin Fərmanı ilə yeni “Gömrük
Məcəlləsi” təsdiq olunmuş və bu məcəllə 1991-ci ilə qədər fəaliyyət göstərmişdir.
İ
lk dəfə olaraq 1989-cu ilin birinci yarısında SSRİ Nazirlər Soveti yanında
fəaliyyət göstərən Dövlət Gömrük Nəzarəti Baş İdarəsinin razılığı və onun əmri ilə (17
saylı, 27 yanvar 1989-cu il) Azərbaycan ərazisində, bütün respublikaya nəzarət edən
Respublika Gömrük İdarəsi yaradıldı.
1991-ci ildə SSRİ-nin “Gömrük Məcəlləsi” və “Gömrük tarifi haqqında”
qanunları qəbul olundu.
Qəbul olunmuş yeni Məcəllənin müddəalarına görə, Dövlət Gömrük Nəzarəti Baş
İ
darəsi - Dövlət Gömrük Komitəsinə çevrildi. Eyni zamanda Gömrük-Tarif Şurası və
narkotik maddələrin dövriyyəsinə qarşı Beynəlxalq Koordinasiya (əlaqələndirmə) Şurası
yaradıldı. 18 oktyabr 1991-ci ildə Azərbaycan öz müstəqilliyini qazandı və Müstəqillik
haqqında Konstitusiya aktı qəbul olundu.
4. 30 yanvar 1992-ci ildə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 561 saylı Fərmanı ilə
Gömrük Komitəsi yaradıldı. Komitə əsasən keçmiş Azərbaycan Respublikası Gömrük
İ
darəsinin bazasında yaradılmışdı.
Azərbaycan Respublikası Prezidentinin həmin Fərmanı əsasında Azərbaycan
Respublikası Nazirlər Soveti 1 iyun 1992-ci ildə 301 saylı “Azərbaycan Respublikası
Gömrük Komitəsinin məsələləri” haqqında qərar verdi. Bundan sonra NK 19 yanvar
1994-cü il tarixli qərarı ilə Gömrük Komitəsinin məsələlərinin və ona tabe təşkilatların
siyahısı həll edildi və onun maddi-texniki bazası yaradıldı. Son verilən bu qərarda
Gömrük Komitəsinin maddi-texniki təchizat məsələləri ilə yanaşı, yeni gömrük
postlarının açılması da öz əksini tapmışdır. O zaman Azərbaycan Respublikası Gömrük
Komitəsinə Naxçıvan MR Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsi, 12 gömrükxana,
Mərkəzi laboratoriya, avtomobil təsərrüfatı və təsərrüfat hesablı “Azərterminalkompleks”
xarici iqtisadi birliyi daxil idi.
Ölkəmizin seçdiyi dövlət quruluşu və inkişaf istiqamətləri iqtisadiyyatımızı xarici
müdaxilənin zərərli təsirlərindən qorumağa, milli istehsalı müdafiə etməyə qadir olan və
bütövlükdə ölkənin iqtisadi təhlükəsizliyin təmin edə biləcək orqanın yaradılmasını, ilk
12
növbədə təsis edilməli olan dövlət idarəetmə sisteminin aparıcı elementlərindən birinin
təşkilini labüdləşdirdi.
Xarici iqtisadi fəaliyyətin dövlət inhisarında saxlanıldığı keçmiş SSRİ-nin
tərkibində olmuş Azərbaycan üçün bu sahədəki strateji və taktiki tədbirlər tamamilə yeni
olmaqla, demək olar ki, sıfır səviyyəsindən başlanılmalı idi. Bu tədbirlər kompleks
xarakterli olmalı və onların həyata keçirilmə mərhələləri müəyyənləşdirilməli idi. Lakin,
o zaman Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyət nəticəsində köklü tədbirlər
planının işlənib hazırlanmasına, mütərəqqi və səmərəli gömrük siyasətinin aparılmasına
nail olunmadı.
Ölkə daxilində və dövlət sərhədlərində iş qabiliyyətli gömrük orqanları
şə
bəkəsinin yaradılması və onların texniki təminatı, gömrük xidməti kadrlarının
hazırlanması, gömrük qanunvericiliyinin hazırlanması, qəbul edilməsi və tətbiqi, gömrük
işçilərinin sosial məsələlərinin həlli kimi mühüm tədbirlər ön plana çəkilmədi.
Müstəqil Azərbaycan Respublikasında Dövlət Gömrük Komitəsinin birinci sədri
Maqsud Məmmədov (30.01.1992, 562 saylı fərman) olmuşdur. Daha sonra isə Tofiq
Kərimov (04.06.1992, 825 saylı fərman),
İ
brahim Vəliyev (05.10.1992, 692 saylı fərman) və Tahir Əliyev (30.07.1993, 693
saylı fərman) olmuşlar.
Azərbaycan Respublikası 24 sentyabr 1993-cü ildə Müstəqil Dövlətlər Birliyinə
daxil oldu. Respublikamız MDB-nin yaratdığı iqtisadi ittifaqa üzv olsa da, Gömrük
İ
ttifaqına daxil olmamışdır (Dövlət Gömrük Komitəsi 13 mart 1992-ci ildə imzalanmış
“Gömrük şurası haqqında Əsasnaməyə qoşulmaqdan imtina etmişdir).
Azərbaycan MDB üzvi kimi 1995-ci ilin 10 fevral tarixində Alma-Atada
imzalanmış “MDB ölkələrinin gömrük qanunvericiliyinin əsasları haqqında” sazişə
qoşulmuşdur. Buna əsas səbəb isə MDB Nizamnaməsinə (1992) görə “üzv ölkələrə eyni
qanunvericilik bazasına malik olmalıdırlar” bəndidir. 1997-ci il 25 iyul tarixində Milli
Məclis tərəfindən qəbul olunmuş “Azərbaycan Respublikasının Gömrük Məcəlləsi”nin
ə
sasını da məhz həmin sazişdəki müddəalar təşkil edir. AR Beynəlxalq təşkilatlardan
Ümumdünya Ticarət Təşkilatında müşahidəçi statusunda, Ümumdünya Gömrük
Təşkilatında isə daimi üzv statusunda iştirak edir.
Dostları ilə paylaş: |