Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə21/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   17   18   19   20   21   22   23   24   ...   80

Dərs 14. İKİ ALMA (4 saat)
Motivasiya.
Suallar:
– Qayğıkeşlik nə deməkdir? 
– Özünüz kiminsə qayğısına qalmısınız?
– Bacı və ya qardaşınıza qayğı göstərmisiniz? 
“Ögey ana” filmindən İsmayılın itburnu çiçəyi dərərkən həyatını təhlükəyə atdığı səhnəni
əks etdirən fraqment nümayiş olunur (yaxud müəllim tərəfindən nəql edilir). Onun bu hərəkəti
ilə bağlı diskussiya aparılır.
Köməkçi sual: – Bəs siz bu məqamda nə edərdiniz?
Tədqiqat sualı:
– Bacı-qardaş münasibətləri necə olmalıdır?
Tədqiqatın aparılması.
Dərsliyin 35-ci səhifəsindəki “İki alma” mətni  oxunub təhlil olu -
nur. Mətnlə bağlı suallar verilir:
– Nə üçün anası Tofiqə məsələnin düzgün həlli yolunu demədi?
– Sevda nə üçün öz almasını da qardaşının çantasına qoymuşdu?
– Nə üçün ana qızını “mehriban, qayğıkeş qızım” adlandırdı? (Sevdanın etdiyi hərəkət
qardaşına qarşı  mehriban olmasının nəticəsi idi. Qayğıkeşliyi isə xoşladığı almanı qardaşının
çantasına qoyması ilə izah oluna bilər. Sevda istəmirdi ki, qardaşı pis qiymət alsın.)
Bu mətndən hansı nəticəni çıxartdınız? (Ailə üzvləri bir-birinə hörmət və kömək etməlidirlər.)
Qruplarla iş. Mətni dəyiş” üsulu.
I qrup. Təsəvvür edin ki, ana səhər Tofiq və Sevdanın hərəsinə bir armud verir. 
II qrup. Təsəvvür edin ki, ana məsələyə baxıb iki manatın çatışmadığını  deyir. 
III qrup. Təsəvvür edin ki, Sevda qardaşının çantasından onun riyaziyyat dəftərini götürür. 
IV qrup. Təsəvvür edin ki, ana məsələyə baxıb iki bulka çatışmadığını deyir. Sevda 
səhər anasından xahiş edir  ki, əvvəl çörək dükanına getsinlər. 
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatı dinlənilir və müzakirə
 olunur.
Nəticə:
Ailə üzvləri bir-birinə hörmət və qayğı ilə yanaşmalıdırlar.
Tətbiqetmə. 
1-3-cü tapşırıqlar yerinə yetirilir.
1-ci tapşırıqMətnə çəkilmiş illüstrasiyada Sevda əlindəki yaşıl almanı çantaya qoyur.
Mətndə isə deyilir: “Səhər  ana Tofiqi məktəbə, Sevdanı bağçaya yola salanda hərəsinə bir
qırmızı alma verdi”.
Məzmun standartları 
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Dinlədiyi mətnlə bağlı fikirlərini bildirir.
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
Oxuduğu mətnin süjet xəttini dəyişərək
təxəyyülünə uyğun nəql edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətndəki hadisələr arasındakı səbəb-nəticə
əlaqələrini, mətnlə şəkillər arasındakı uy -
ğun suzluğu müəyyən edir.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
Lüğətin köməyi ilə tələffüzü və yazılışı
fərqlənən sözlərin düzgün yazılışını
müəyyən edir.
ЫЫ бюлмя
58
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


2-ci tapşırıq..., çünki elə bilmişdi ki, qardaşında iki alma olsa, pis qiymət almaz (yaxud:
elə bilmişdi ki, məsələni həll etmək üçün iki alma lazımdır).
..., çünki Sevda məsələnin nə yerdə olduğunu başa düşmədən almanı  qardaşının çanta -
sına qoymuşdu.
..., çünki Sevda qardaşının pis qiymət almasını istəmirdi.
3-cü tapşırıq
Basketbol topunun mətnin məzmunu ilə bağlılığı yoxdur. 
İş dəftərinin 26-cı səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir. 
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
DİL QAYDALARI
Motivasiya.
Dərslikdən 4-cü tapşırıq yerinə yetirilir.  “Bağça” sözündə “ğ” samiti “x” kimi
tələffüz olunur.
Müəllim aşağıdakı mətni yazıldığı kimi oxuyur: 
İki gündən sonra dayım Moskvadan bizə qonaq gələcəkdi. Mən anamla
mağazaya getdim. Anam konfet, şokolad, pomidor və ət aldı. Biz evə gəldik.
Anam konfet və şokoladı qaba qoydu. Pomidor və əti mətbəxə apardı. O, ra-
dionu açıb konsertə qulaq asa-asa yemək bişirməyə başladı.
Köməkçi sual: – Mən mətni düzgünmü oxudum? Mən oxuyanda hansı sözlər sizin üçün
qəribə səsləndi?
Tədqiqat sualı:
– Sözləri yazıldığı kimi oxumalıyıqmı?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. İmla yazısını yoxlayın (orfoqrafik səhvləri olan mətn verilir). İmladakı səhvləri
tapıb düzəldin.
II qrup. Qarışıq halda verilmiş sözləri (vərəqdə deyilişi və yazılışı fərqlənən sözlər veri -
lir) “Belə yazılır”, “Belə deyilir” başlıqları altında qruplaşdırın.
III qrup. Buraxılmış hərfləri əlavə edin: k…mandir, k…lbasa, k…nfet, k…mpot, sək...iz,
küf...ə. Bu sözlərin düzgün tələffüzünü müəyyənləşdirin.
IV qrup. Yazılışı və tələffüzü arasında fərq olan beş söz yazın və fərqi izah edin.
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatı dinlənilir və müzakirə
 olunur. Dərsliklə iş. Dərsliyin 36-cı səhifəsindəki nəzəri hissə oxunur.  
İş dəftərinin 26-cı səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Nəticə:
Bütün sözlər yazıldığı kimi oxuna bilməz. Bəzi sözlər bir cür yazılsa da, başqa cür
oxunmalıdır. 
Tətbiqetmə.
Dərslikdən 5-7-ci tapşırıqlar yerinə yetirilir.
İmla mətni:
Ev tapşırığı:
– Mətndəki deyilişi və yazılışı fərqlənən sözləri dəftərə yazın.  
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
BALIQLARIN SƏSİ (34 söz)
Atam deyir ki, balıqların səsini eşidə bilərik. O, çimərlikdən gətirdiyi balıqqulağının
birini mənə verir, birini də özü qulağına yaxınlaşdırır. Biz dənizdən uzaqda onun səsini
eşidirik. Amma balıqların nə dediyini başa düşmürük. Dənizin uğultusu qoymur.
АИЛЯ
59
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə