Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə17/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   13   14   15   16   17   18   19   20   ...   80

– sonda imza və tarix qoymağı unutmaq olmaz;
– imzadan əvvəl “Ən xoş arzularla” və ya “Səni dünyalar qədər sevən” ifadələrini
işlətmək olar.
– açıqcanı tərtib edən şəxs rəssamlıq və texnologiya üzrə bacarıqlarını da nümayiş
etdirə, naxışlardan, aplikasiyadan istifadə edə bilər.
Açıqca hər hansı əlamətdar gün (bayram, ad günü və s.)
münasibətilə əziz adama ünvanlanan bədii tərtibatlı təbrik
məktubudur.
Nəticə:
Novruz milli bayramdır. Bu bayramda dəyərlərimiz, adət-ənənələrimiz əks olunur.
Tətbiqetmə.
İş dəftərinin 15-ci səhifəsindəki 4-cü tapşırıq yerinə yetirilir.
Ev tapşırığı:
– “Ən çox sevdiyim bayram” mövzusunda inşa yazın. 
Qiymətləndirmə.
Təqdimata əsasən aparılır.
Dərs 8. AZƏRBAYCAN ƏLİFBASI (4 saat)
Motivasiya.
Lövhədən plakat asılır:
Müəllim: – Gördüyünüz hərflərdən hansıları Azərbaycan əlifbasında var? Həmin hərfləri
dairəyə alın. Qalan hərflər barədə nə deyə bilərsiniz? Onlardan hansıları sizə tanışdır?
Həmin hərflər hansı səsləri ifadə edir?
Rus dili tədris olunan siniflərdə şagirdlər bu hərflərin rus hərfləri olduğunu deyəcəklər.  
Sinifdə hansı xarici dilin keçilməsindən asılı olaraq Venn diaqramı vasitəsilə Azərbaycan
və digər xarici dil hərflərinin eyni  və fərqli olanları qeyd olunur. Məsələn:
Müəllim: – Sizcə, əvvəlcə hərf, yoxsa səs yaranmışdır?
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
Öz biliklərinə əsaslanaraq problemin həlli
ilə bağlı fikir bildirir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətndəki fikirləri tamamlamaqla məzmunu
mənimsədiyini nümayiş etdirir.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Mətndə verilmiş əsas məlumatları mə 
-
nimsəyir və təcrübədə tətbiq edir.
3.1.1. Yazısında sadə hüsnxət norma 
-
larına riayət edir.
“C” hərfini hüsnxət normalarına uyğun
yazır və digər hərflərlə birləşdirir.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir.
Söz axtarışı zamanı məqsəddən asılı ola -
raq (yazılış, deyiliş, izah) lüğətin tipini
düzgün müəyyən ləşdirir.
B, C, H, Ц, K, P, S,Ч, Б, П, Ы, Ж, L, Л, Я, F, Ь, Ю, У, G, З, Х, Ъ, Т, А, О
Azərbaycan hərfləri
Rus hərfləri
Dərslərin planlaşdırılması
ДЯЙЯРЛЯРИМИЗ
49
Çap üçün deyil


Şagirdlərin fikirləri dinlənilir. 
Mətn şagirdlər tərəfindən abzaslarla oxunur. 
– Nə üçün hər xalqın əlifbası fərqlidir? 
– Avqustun 1-i  hansı bayram qeyd olunur?
Əlifba sırası ardıcıllıqla soruşulur. 
Köməkçi sual: – Əlifba nədir?
Müəllim yazı taxtasına “əlifba” sözü yazır. Bu sözlə bağlı hərə öz fikrini söyləyir: hərflər,
ardıcıllıq, saitlər, samitlər, hecalar, sözlər, cümlələr və s. 
Müəllim deyilənlərdən hərflər və ardıcıllıq sözlərini seçərək aşağıdakı ideyanı formalaş dırır:
Əlifba – hərflərin müəyyən sıra ilə düzülüşüdür.
Sual: – Əlifba haqqında nə bilirik?
Cavablar bütün siniflə müzakirə şəklində tapılır:
l
Əlifbada 32 hərf var.
l
Hər hərfin əlifba cədvəlində öz yeri var.
l
Əlifbada hərflər müəyyən sıra ilə düzülmüşdür.
l
Əlifbanın ilk hərfi “a”, son hərfi “z”-dir. 
l
Sözlər hərflərin birləşməsindən alınır. 
Tədqiqat sualı:
– Əlifba sırası ilə bağlı bilik harada tətbiq olunur?
Tədqiqatın aparılması.
Müəllim:
– Əgər sözün düzgün yazılışını bilmiriksə, nə etməliyik? (Kömək  üçün lüğətə müraciət
etməliyik.)
Müəllim aldığı cavabları genişləndirir:
– Tutaq ki, “təəccüb” sözünü lüğətdə tez tapmaq lazımdır. Tez tapmaq heç də asan deyil.
Lüğətdə bütün sözlər əlifba sırası ilə yazılıb. Əlifba sırasını bilən şagird, əlbəttə ki, lazım
olan sözü tez tapa bilər.
Müəllim sinfə şagirdlərin soyadlarını əlifba sırası ilə  yazmağı tapşırır.  Problem yarandı:
iki şagirdin soyadı eyni hərflə başlanır: Məmmədov və Mürsəlova. Bununla bağlı şagirdlərin
fikirləri dinlənilir. Sonda müəllim fikirləri ümumiləşdirir və ya problemin həlli yolunu özü izah
edir – sözlərdə daxili əlifba anlayışını izah edir. 
Müəllim: – Kitabxanada kitabxanaçılar lazım olan kitabı çox tez tapıb oxucuya verir. Sizcə,
onlar buna necə nail olurlar? Siz indi kitabxanaçı rolunu oynayacaqsınız. Kitabları əlifba
sırası ilə qoymalısınız. Stollarınızın üstündə yazıçı və şairlərin soyadları yazılmış kartoçkaları
düzgün ardıcıllıqla yerləşdirin: N.Gəncəvi, A.Şaiq, H.Ziya, Ə.Babayeva, Z.Xəlil.  
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş vərəqlərində qeyd edirlər.
I qrup. Aşağıda verilmiş çay adlarını əlifba sırası ilə düzün:
Kür, Araz, Viləşçay, Qudyalçay, Kiş, Arpaçay, Əyriçay, Türyançay
II qrup. Aşağıda verilmiş şəhər adlarını əlifba sırası ilə düzün:
Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Daşkəsən, Şamaxı, Lənkəran, Şəki
III qrup. Aşağıda verilmiş dəniz adlarını əlifba sırası ilə düzün:
Xəzər, Baltik, Qara dəniz, Ağ dəniz, Qırmızı dəniz, Aralıq dənizi
IV qrup. Aşağıda verilmiş ölkə adlarını əlifba sırası ilə düzün:
Rusiya, Macarıstan, Azərbaycan, Amerika, Özbəkistan, Ukrayna, Türkmənistan,
Gürcüstan
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Mətn oxunur, təhlil edilir. 1-3-cü tapşırıqlar yerinə yetirilir. 
Tapşırıq 1. 1-ci boşluğa 2-ci, 2-ci boşluğa 3-cü, 3-cü boşluğa 1-ci cümlə uyğun gəlir.
Əlavə tapşırıq: Də...ə sözündə nöqtələrin yerinə hansı hərfi yazsaq, A) “ağacda yaşayan
kiçik heyvan” mənasını verən söz alınar? B) “Belində hürgücləri olan ev heyvanı” mənasını
Dərslərin planlaşdırılması
Ы бюлмя
50
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə